Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə6/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   ...   109

Мonqolların gizli tarixи 
 
17
 
hərflərilə indi bizə  məlum olmayan yazılı nüsxəsindən köçürülmüş 
və ya bu əsərin Çin heroqliflərilə yazılı nüsxəsindən təkrar uyğurca-
ya çevrilmək surətilə meydana gətirilmiş olmalıdır. Kozin ikinci 
ehtimalı daha qüvvətli sayır
1
. P.Savelyevin sözlərinə istinadən
2

Altan Tobçinin bizə  gəlib çatan nüsxəsinin 1604-cü ildə yazıldığı 
zənn edilmiş və bu xəta sonra da təkrar edilmişdir
3
. Əsərin Monqol-
ların gizli tarixindən çox sonra meydana gəldiyi təxmin edilə biləcə-
yi kimi, hər halda 1604-cü ildən daha əski bir dövrə aid olduğu da 
açıqca söylənə bilər
4

Buddizm dövründə Monqolustanda yazılan ən mühüm tarixi qay-
naq,  şübhəsiz ki, Ordos şahzadəsi Sanañ-setsen
5
 Huñ-tayci tərəfin-
                                                           
1
  Kozin, s.19-20. 
2
  Q.Qombayev. Altan Tobçi  tərcüməsi, Petersburq, 1858; P.Savelyevin  ön 
sözü, s. V-VI. 
3
  Laufer. Oçerk, s. 47; Vlad. İct., § 17, qeyd. 
4
  Hal-hazırda  Altan Tobçinin bir neçə yazma nüsxəsinin mövcud olduğu an-
laşılır ki, ən mühümləri bunlardır: 1) Qalsan Qombayevin tərcüməsi üçün əsas 
təskil edən nüsxə, bax: Trudı Vostoçn. Otdeleniya Russk. Arxeologiçesko. ob-
va, VI, S.-Petersburq, 1858, (P.Savelyevin ön sözü ilə); 2) Pekin nüsxəsi, bax: 
Vlad. İçt., § 17, qeyd; 3) Leninqrad Asiya muzeyində olan nüsxə, bax: Vlad. 
İçt., § 17; 4) Kozin tərəfindən  Monqolların gizli tarixi ilə müqayisə halında 
nəşr edilən nüsxə. Bu nüsxə 1938-ci ildə iki cild halında Urqada (Ulan-Bator) 
nəşr edilmişdir, (bax: Kozin, s.19; O.Lattimore. «Pacific. Affairs», vol. 20, Nr. 
3, s. 325, sentyabr 1947). 
   P.Pelliotun Urqa kitabxanasında «tapdığı» və Monqolların gizli tarixinin ya-
rısını  əhatə etdiyi bildirilən (P.Pelliot. Notes sur le Turkestan..., TP, XXVII, 
1930, s.20-55, özəlliklə bax: s. 23-24; Vlad. İçt., § 16) monqolca yazma nüs-
xənin məhz bu Altan Tobçi  novadan ibarət olduğu anlaşılır (təfsilat aşağıda-
dır).  Altan Tobçi adı altında başqa bir əsər daha vardır ki, bunu yuxarıda bəhs 
etdiyimiz Altan Tobçi ilə qarışdırmamaq lazımdır. B.Laufer (Oçerk, s. 47) və 
B.Vladimirtsovun (Vlad. İçt., § 17) göstərdikləri kimi, bu əsər Çin qaynaqla-
rından xülasə və tərcümə şəklində meydana gətirilmiş bir məcmuədir. 
5
  Erich Haenisch son tədqiqat nəticəsində bu adın indiyə qədər işləndiyi kimi 
Sanañ-setsen  şəklində deyil, Setsen-Sanañ şəklində oxunması  gərəkdiyi qə-
naətinə gəlmişdir. Bax: «Monggo Xan sai da sekiyen», die Mandschu-Fassung 
Setsen-Sanangs mongolischer Geschichte, herausgeg. von E.Haenisch, Leip-
zig, 1933.  


Monqolların gizli tarixi 
 
 
18
 
dən 1662-ci ildə yazılmış olan Hat-un ündüsün-ü erdəni-yin tobçiya 
(Xanların mənşəyi haqqında cövhər məcmuəsi) adlı əsərdir
1
. Sanañ-
setsen yalnız epik xarakterli şifahi rəvayətlərdən deyil, eyni zaman-
da çoxu bizə qəlib çatmayan yazılı əsərlərdən də faydalanmışdır. Sa-
nañ-setsən istifadə etdiyi qaynaqları saysa da, bunların hansı əsərlər 
olduğunu dəqiq  şəkildə  təyin etmək mümkün deyildir. Bu tarixçi 
ümumən buddizm təsiri altında qalaraq bir çox Tibet qaynaqlarından 
da istifadə etmiş və xronologiyanı qarışdırmışdır. Buna görə, avro-
palı tarixçilərin bu əsər haqqında fikirləri müxtəlif olmuşdur: Bret-
schneider, Pokolitov, Abel-Remusat kimi bəziləri bunu xəfifə almış, 
Schott və Laufer kimi alimlər onu müdafiə  məsələsində çox irəli 
getmişlər
2

Monqol yazı dilinin «yeni-klassik dövrü» deyə biləcəyimiz 
XVII-XX əsrləri əhatə edən zaman ərzində həm əsil monqolca, həm 
də Tibet və Çin dillərindən çevrilərək meydana gətirilmiş olan tarixi 
əsərlər haqqında burada artıq təfsilata girişmək yersiz olar. Bu xü-
susda müxtəlif tarixçilər qiymətli məlumat vermişlər
3
. Məqsədimiz 
daha ziyadə əski dövrə aid qaynaqlara və bunların əsas mövzumuz 
olan Monqolların gizli tarixi ilə münasibətlərinə fikir verməkdir. 
 
2.
 
Monqolların gizli tarixi və onun nüsxələri 
 
Bütün bu saydıqlarmızın arasında bugün türkcəsini nəşr etməyə 
müvəffəq olduğumuz  Monqolların gizli tarixi adlı monqolca əsər 
özəl bir yer tutur. Bu kitab o zamanlardan qalma çincə iki səfir hesa-
batını da
4
 nəzərə almaq şərtilə monqollar haqqında əfsanəvi mənşə-
                                                           
1
    İ.J.Schmidt. Geschichte der Ostmongolen und ihres Fürstenhauses verfasst 
von Sanang-setsen Chungtaidischi der Ordus; aus dem Mongolischen über-
setzt. und mit dem Originaltexte... SPB und Leipzig, 1829, XXVI + 509 s. 
Schmidtin nüsxəsindən başqa bugün bu əsərin Leninqrad Asiya muzeyində və 
Monqolustan Elm Komitəsində bir neçə yazma nüsxəsi daha vardır (Vlad. İçt., 
§ 17 qeyd). 
2
  Laufer. Oçerk, s. 41-42.  
3
  Bax: Laufer. Oçerk, s.VIII-IX və 48-51; Vlad. İçt.,§§ 18, 26, 27, 29 və s.  
4
 a) Menq-ta pei-lu, «Menq-ta (monqollar) haqqında müfəssəl xəbər», yazan: 


Мonqolların gizli tarixи 
 
19
 
dən başlayaraq Ögedeyin zamanına qədər  ən  əski bilgiləri  əhatə 
edir. Əsəri yazan məlum deyildir. Yalnız ən sonunda «Böyük qurul-
tay toplandığı zaman, siçan ilinin yeddinci ayında, Kelürən (çayının) 
Ködege adasında Doloğan-boldax və  Şilginçək mövqeləri arasına 
saray qurulmuşkən yazılıb tamamlandı» (§ 282) deyilir ki, buradan 
əsərin 1240-ci ildə tamamlandığı anlaşılır. Deməli,  əsər monqol 
dövrünə aid rəsmi Çin tarixi olan Yüan-shihdən 130 il, XVII-XVIII 
əsrlərdə yazılan monqolca tarixi əsərlərdən (yuxarıya bax) 300-400 
il daha əski bir keçmişə malikdir. Əsərdə hadisələrdən bir çoxunun 
görülmüş  və zamanında təsbit edilmiş olduğu  şübhəsizdir. Bəzi 
yerlərində lüzumsuz təkrarların görünməsi və hadisələrdən bəzi-
lərinın qaranlıq qalması onu göstərir ki, müəllif öz əsərini son dəfə 
nəzərdən keçirməmişdir. Bu sadəlik kitabın tarixi dəyərini azaltmır, 
əksinə, artırır. 
Əsərin uyğur hərflərilə yazıldığı təxmin edilən əsli tam mətn ha-
lında hələ tapılmamışdır
1
. Araşdırmalara  əsas təskil edən nüsxələr 
ancaq çincəyə çevrilmiş olanlardır ki, bunlar bu şəkildə üç qisimdən 
ibarətdir: 
1. Çin hərflərilə transkripsiya halında yazılmış monqolca mətn  
(=NT), 
2. Monqolca mətnin sözbəsöz sətir arası çincə tərcüməsi (=İnt.), 
3. Hər babın sonunda çincə xülasə halında tərcümə (YP). 
Çin heroqliflərilə  nəşr edilən bu əsərin biri çincə, digəri isə 
monqolca olmaq üzrə iki adı vardır; çincə adı Yüan-chao pi-shi 
(yüan-çao bi-şi) olub, «Yüan sülaləsinin gizli tarixi» mənasına gəlir. 
Lakin bu ünvanla əsərin ancaq çincə xülasə  tərcüməsi (YP) qəsd 
edildiyindən, bütün kitabı Yüan-chao pi-shi deyə adlandırmaq tama-
milə  xətadır
2
. Bu sərlövhədəki pi-shi (gizli tarix) təbirini Haenisch 
                                                                                                                                                          
Chao-Hunq (?), 1221; b) Hei-ta shi-lioh, «Kara-ta (monqollar) haqqında təf-
silat», yazanlar: Penq Ta-ya və Sü-tinq, 1237. (Bunlar üçün bax: Haenisch. 
NT, s.III və yuxarıda s.9).  
1
 Yuxarıda bəhs etdiyimiz Altan Tobçi Monqolların gizli tarixinin yüzdə 83-ünü 
ehtiva etsə də, bu əsərin  Monqolların gizli tarixinin  əsli olmayıb daha sonra 
yazılmış olduğu təxmin edilir (yuxarıya bax). 
2
  Haenisch. NT, ön söz. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə