Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə7/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   10   ...   109

Monqolların gizli tarixi 
 
 
20
 
Çin sülaləsinin «rəsmi tarix»lərindən ayırd etmək üçün «qeyri-rəsmi 
tarix» deyə təfsir etmişdir
1

Əsərin monqolca adı (Mañğol-un ni'uça tobça'an və ya Moñğol-
un ni'uça tobçiyan) dürlü təfsirlərə  uğramışdır. Çin heroqliflərilə 
Manq xuo lun niu cha to cha an şəklində yazılmış olan bu təbiri Çin 
naşirləri əsəri yazanın adı sanmışlarsa da, öncə yapon tarixçisi Na-
ka
2
, sonra isə P.Pelliot
3
 bunun monqolca başlıq olduğunu təsbit et-
mişlər,  niuça (yazı dilində:  niğuça) «gizli» mənasına gəlməklə  bə-
rabər, tarixçilərin göstərdiyi kimi, bu əsərdə «gizli» deyə vəsfləndi-
rilə biləcək hadisələr yoxdur. E.Haenischin fikrincə, hökmdar ailə-
sinə  və hökumətə  təxsis edilib, başqa kimsələr tərəfindən oxunma-
sına müsaidə edilmədiyi üçün buna «gizli» (məhrəm) deyilmişdir
4

Lakin Kozin bu-nu yuxarıda zikr etdiyimiz çincə pi ifadəsiylə təfsir 
edərək «qeyri-rəsmi» şəklində izah edir
5
 (aşağıya bax). 
Tobça'an təbiri İnt.-də «tarix» deyə tərcümə edilmiş olub, mon-
qolca əsərlərin sərlövhəsində çox işlədilən tobçi «düymə, məcmuə, 
xülasə, hekayə»
6
 ilə eyni kökdən olmalıdır. Kowalevski bu iki sözü 
yalnız tarixi mənbələrə dayanaraq birləşdirmək istədiyi halda, Kozin 
bunların etimoloji cəhətdən də müqayisə edilə biləcəyini söyləyir və 
bu analizi verir
7

Tobçi- «qısaltmaq, çəkmək» > tobçiğa 
∞ tobçiya ∞ tobço ∞ tobçi 
«qısaldan, çəkən, toplayan» («düymə»nin dağılmış  və açılmışları 
toplanıldığı kimi). 
Sözlərin bu şəkildə izahından sonra Kozin ni'uça tobça'an təbi-
rini çincə pi-shi ilə qarşılaşdıraraq «qeyri-rəsmi məcmuə» deyə izah 
edir. Onun fikrincə, bu əsər «gizli tarix» deyildir, özündən daha əski 
və daha böyük bir «ana qaynaq»dan düzəldilmiş xülasədir. O, geniş 
xalq kütləsi üçün təxsis edildiyindən buna «qeyri-rəsmi xülasə, məc-
                                                           
1
  Haenisch. Untersuchungen über das Yüan chao pi-shi, Leipzig, 1931. 
2
  Chenq-ki-sze han shih-luh, Tokio, 1907. 
3
  Le titre mongol du Yuan tchao pi che, TP, XIV, 1913, s. 131-132. 
4
  Aşağıya, Haenischin ön sözünə bax. 
5
  Kozin, s. 30. 
6
  Kow., s. 1821, 1822. 
7
  Kozin, s. 29, 30. 


Мonqolların gizli tarixи 
 
21
 
muə» deyilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, monqollarda rəs-
mi qaynaqların dəbtər və ya teüke sözləriylə, qeyri-rəsmi məcmuə-
lərin isə  tobçi, tobçiyan, tobça'an sözləriylə adlandırılmış olması 
çox mənalıdır. 
Hal-hazırda bu əsərin Avropa elm aləmi tərəfindən bilinən nüs-
xələri bunlardır: 
a) Çincəyə çevrilmiş nüsxələr və Çin ədəbiyyatındakı izləri: 
1. Y. Bu nüsxə 1908-ci il də Çin kitabçılarından Ye Teh-hui tə-
rəfindən əski bir yazma nüsxəyə istinadən çap olunmuşdur
1
. İlk dəfə 
Avropa elm aləminə Paul Pelliotun JA-dəki qeydi ilə
2
 tanıdılmış, 
alman kitabxanalarına isə 1928-ci ildə Haenisch tərəfindən Çindən 
gətirilmişdir. Bu nüsxə bugün Ankara dil və tarix-coğrafya fakültəsi 
sinoloji seminarında da mövcud olub əsərin türkcəyə tərcüməsi za-
manı ondan istifadə edilmişdir. 
2. P. Rus sinologu Palladius tərəfindən işləndiyi üçün buna «Pal-
ladius nüsxəsi» demək adət olmuşdur. P nüsxəsinin bir fotosurəti 
Pekin Milli Kitabxanasındadır
3
. 1878-ci ildə Palladius tərəfindən 
Avropaya gətirilən nüsxə bugün Leninqrad Dövlət Universitetinin 
əlyazmalar fondunda, alimin özü tərəfindən hazırlanan transkripsiya 
isə SSRİ Elmlər Akademiyası  Şərqşünaslıq  İnstitutunda Mus. As. 
Sect. III, 966 şifrəsi altında qorunur
4

3. Li. Bu, gizli tarixin yalnız çincə xülasəsindən ibarət olan YP 
qismi əvvəlcə şərhsiz olaraq 1847-ci ildə, sonra isə Çin kitabçıların-
dan Li Wen-tien tərəfindən 1903-cü ildə izahlı bir şəkildə Çində 
nəşr edilmişdir
5

4. Çen. Çin tarixçilərindən Chen Yüanın  Yüan-chao pi-shi 
transkripsiyası üçün işarələr seçimi (Pekin, 1934) adlı əsərində zikr 
                                                           
1
  Haenisch. NT, s. 103, Ye Teh-hui tərəfindən yazılan ön söz. 
2
  A propos des Comans, Journal Asiatique, 11-ci seriya, XV, 1920, s. 125-185, 
özəlliklə bax: s. 131-132. 
3
  Haenisch. NT, s. 125, əlavə. 
4
  Kozin, s. 10. 
5
  Haenisch. NT, s. VII; Haenisch. Übers...,  s. XVII. 


Monqolların gizli tarixi 
 
 
22
 
edilən 35 səhifəlik bir parça
1
. Bu parça bizə indilik ancaq bu vasitə 
ilə məlumdur. 
5. F. 1934-cü ildə ancaq 45 səhifəlik bir qismi tapılaraq Pekin 
Milli Kitabxanasına qoyulmuş olan mətbu parça. Chen Yüan bunun 
1368-1398-ci illərə aid olduğunu yazır ki, bu surətlə Haenischin də 
göstərdiyi kimi, bu əsərin Çin qəlibinə bürünərək XIV əsrdə belə təb 
edildiyi ortaya çıxmış olur
2

Kozinin göstərdiyinə görə, Palladius istifadə etmiş olduğu yazma 
nüsxəyə «Bu əlyazmanı  tərtib edən  şəxs bir qeydində monqolca 
mətnin mətbu nüsxəsindən bəhs edir, lakin onun bu mətbu nüsxədən 
faydalandığı gözə çarpmır» deyə bir qeyd əlavə etmişdir. Yenə Ko-
zinin ifadəsinə görə, Kotviç P nüsxəsinin XIV əsrdən qalma mətbu 
bir əsərdən köçürülmüş olduğunu bildirmişdir
3
. Buna görə, P nüsxə-
sinin F-dən köçürülmüş olduğu nəticəsi çıxır. Lakin Haenisch Y, C, 
F, P nüsxələrini qarşılaşdırdıqdan sonra Y, C və F-in bir-birinə bən-
zədiyini, lakin P-nin onlardan ayrıldığını təsbit etmişdir. Belə olun-
ca, bu əsərin əskidən də yalnız bir dəfə deyil, bir neçə dəfə basılmış 
olduğu qənaətinə varılır. Bununla bərabər, F indiyə  qədər məlum 
olan nüsxələrin ən əskisi olaraq qəbul edilir. 
6. C. Şanxaydakı Commercial Press kitab evində olan yazma 
nüsxə. 
7. N. Yapon tarixçisi Naito tərəfindən 1899-cu ildə Yaponiyaya 
götürülüb, 1907-ci ildə yenə yapon alimlərindən Naka tərəfindən 
                                                           
1
  Haenisch. NT, s. IV və VII. Chen Yüan bu əsərində Yüan-chao pi-shinin Pe-
kində olan 3 tam nüsxəsindən və 35 səhifəlik bir parçasından bəhs edir. Onun 
bəhs etdiyi 3 tam nüsxə yuxarıda saydığımız Y, P və Li nüsxələrindən ibarət-
dir. Haenisch IV və VII-də bunlardan iki dəfə  bəhs edir. Kozin ön sözündə 
Haenisch tərəfindən iki yerdə qeyd edilən bu üç əsəri 1, 2, 3 rəqəmləri altında 
saydıqdan sonra 4, 5, 6 ilə təkrar göstərir (Kozin, s. 10) və bu şəkildə üç mətn 
artıq çıxarmış olur. 
2
  Haenisch. Übers., s. XVI və Forschungen und Fortschritte, 1939, 15-ci il, Nr. 
32-33, s. 395. 
3
  Kozin, s. 9. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə