Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə8/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   4   5   6   7   8   9   10   11   ...   109

Мonqolların gizli tarixи 
 
23
 
tərcümə edilmiş olan yazma nüsxə. Naka bunun monqolca mətnini 
nəşr etməmiş, ancaq yaponcaya tərcümə etməklə kifayətlənmişdir
1

       8. Pell. Paul Pelliotun əlində olan nüsxələr. Bunların heç biri in-
diyə qədər çap olunmadığı üçün hamısını bir qrup altında göstərdik. 
P.Pelliot Journal Asiatiquedəki məqaləsində (seriya XI, cild XV, 
1920, s. 131-132) Y nüsxəsi ilə birlikdə başqa bir əlyazmaya da ma-
lik olduğunu yazır, Tounq Pao-dakı  məqalələrində isə (sənə 1929, 
cild XXVI, s.171; sənə 1930, cild XXVII, s. 23-24) bu gizli tarixin 
Urqa kitab xanasında tapılmış monqolca yazma nüsxəsindən bəhs 
edir. P.Pelliot və sonra ona istinadən Vladimirtsov (Vlad. İçt., § 16) 
Monqolustanda tapılan bu yazma nüsxənin  Monqolların gizli tari-
xinin monqolca orijinalının təxminən yarısını ehtiva etdiyini söy-
ləmişlər və bu üzdən bir çox alimlər Monqolların gizli tarixinin uy-
ğur hərflərilə yazılı  əslinin meydana çıxdığı  zənninə qapılmışlar
2

Lakin təxminimizə görə, P.Pelliot və Vladimirtsovun bəhs etdikləri 
bu nüsxə  əsas etibarilə  Monqolların gizli tarixinin uyğurca  əsli ol-
mayıb, yuxarıda bəhs etdiyimiz kimi Kozin tərəfindən də istifadə 
edilmiş olan Altan Tobçinin nüsxəsindən başqa bir şey olmamalıdır
3
 
(yuxarıya bax: s. XIII, qeyd 2). 
Monqolların gizli tarixinin burada saydığımız çincəyə çevrilmiş 
nüsxələrindən başqa, bəzi Çin tarix qaynaqlarında da bu əsərin 
izlərinə təsadüf edilməkdə, yəni bu əsərin Çin tarixçiləri tərəfindən 
                                                           
1
 Naka. Cieng-ki-sze han shih-luh (Çingiz xan haqqında doğru xəbərlər), Tokio, 
1907. 
2
  Haenisch 1928-ci ilin yazında Urqada Monqolların gizli tarixinin bu yazma 
nüsxəsini aradığını, lakin tapa bilmədiyini yazır (Haenisch. NT, s. VIII).  
3
 Bir çox mübahisələrə  səbəb olan bu məsələ bugün L.Hambisin bu sözlərilə 
qəti olaraq açıqlanmışdır: «Le travail qu'il avaid faid dut cependant etre verifie 
a nouveau a la süite de la decouverte d'un manuscrit mongol a Ulan-Bator; ce 
manuscrit qui est un Altan Tobtchi, renferme une partie de la version originale 
de P «Histoire Secrete des Mongols»… (L.Hambis. Paul Pelliot et les etudes 
mongoles; Paul Pelliot, publie par la Societe Asiatique, Paris, 1946, s.71). 
Hambis burada version originale ... təbirini işlətsə də, Monqolların gizli tarixi 
ilə Altan Tobçi arasındakı münasibət məsələsi hələlik həll edilmiş sayıla bil-
məz. 


Monqolların gizli tarixi 
 
 
24
 
məxəz olaraq işləndiyi anlaşılmaqdadır. Bunların içində  Rəşidəd-
dinin əsərinə ən çox yaxınlaşan yuxarıda bəhs etdiyimiz Shenq-wu 
chin-chien-lu tarixidir. 
b) Monqol  ədəbiyyatındakı izləri: 
Bu əsərin monqol dilində yazılmış digər tarix qaynaqlarıyla olan 
münasibətindən yuxarıda bəhs etmişdik.  Monqolların gizli tarixi 
özündən sonra meydana gələn bir çox monqolca əsərin yazılışında, 
şübhəsiz ki, qaynaq olaraq istifadə edilmiş  və az-çox onlara təsir 
göstərmişdir. Bu kimi əsərlər arasında Monqolların gizli tarixinə ən 
çox yaxınlaşan: 
9. AT. Altan Tobçidir. Yuxarıda ətraflıca bəhs etdiyimiz bu 
əsərin yazılış tarixi haqqında ixtilaf vardır. Lakin hər halda 1604-cü 
ildən daha öncə meydana gəlmiş olmalıdır. Bunun bir neçə nüsxəsi 
mövcud olub (yuxarıya bax), biri Kozin tərəfindən Monqolların gizli 
tarixi ilə müqayisə şəklində nəşr edilmiş və bu surətlə Monqolların 
gizli tarixinin 282 §-ından 233-ünün (§§ 1-176; §§ 208-265), yəni 
yüzdə 83-ünün Altan Tobçiyə uyduğu anlaşılmışdır. 
c) İslam və türk ədəbiyyatındakı izləri: 
Yuxarıda adlarını zikr etdiyimiz
1
 islam tarixçilərindən bir çoxu 
monqolca qaynaqlardan faydalanmışlar. Lakin Monqolların gizli 
tarixindən istifadə edib-etmədikləri xüsusunda açıq məlumat yox-
dur. Məsələn, Rəşidəddinin zikr etdiyi Altan Dəbtərin də  Monqol-
ların gizli tarixi ilə eyni olub-olmadığını bilmirik
2
.  İslam dünya-
sında monqol dövrünə dair yazılan tarix qaynaqlarında bu əsərin 
nüsxəsinə rastlanılmadığından ancaq onun izlərindən bəhs edilə bi-
lər. 
Çingiz dövründən sonra meydana gələn dastani türk ədəbiyya-
tında da bu əsərin izlərinə rast gəlmək mümkündür. Bunlardan indi-
yə qədər təsbit edilmiş olan ən mühümü Əbülqazinin (Əbülqazi Ba-
hadır xanın) Şəcəreyi-türki əsərində də zikr edilən 
                                                           
1
  Bax: s.8. 
2
  Bax: s.13. 


Мonqolların gizli tarixи 
 
25
 
10.  Çengiznamə
1
 adlı  əsərdir. Bugün bu kitabın bir neçə basma 
və yazma nüsxəsi mövcuddur, bu xüsusdakı araşdırmalar Əbdülqə-
dir  İnan tərəfindən toplu bir şəkildə açıqlanmışdır
2
.  Əsərin müvər-
rixi yoxdur. Ə.İnanın dediyi kimi, «Mənqibənin qaynağı islam təsiri 
altında qalmayan əski türk rəvayətləri və ehtimal ki, əski türk yazılı 
əsərləridir». Motivlər bir çox yerdə Monqolların gizli tarixini xatır-
ladır. 
 
3. Monqolların gizli tarixinin işlənməsi 
 
A) Ümumi bilgilər 
 
700 ildən artıq bir keçmişə malik olan bu əsərin tədqiq və araş-
dırılması haqqında xocamız Prof. Dr. Erich Haenischin aşağıda tər-
cüməsini verdiyimiz ön sözündə bir çox əsaslı məlumat verilmişdir. 
Biz burada onun sözlərinə daha sonraki araşdırmaları da əlavə edə-
rək bu mövzunu xronoloji şəkildə təkrar etməklə kifayətlənəcəyik. 
Bu əsərlə uğraşan ilk avropalı rus sinoloqu Palladius
3
 olmuşdur. 
Palladius əvvəlcə bu əsərin yalnız çincə xülasəsindən ibarət olan YP 
qisminə rast gəlmiş və bunu 1866-cı ildə ruscaya tərcümə etmişdir
4

Bundan sonra Palladius əsərin bütün qisimlərini əhatə edən P yazma 
nüsxəsini (yuxarıya bax) tapmağa müvəffəq olmuş və monqolca mə-
                                                           
1
  Əbülqazi bu əsərin 17 nüsxəsindən istifadə etmişdir. 
2
  Cengizname. Azerbaycan Yurt Bilgisi, 1934, III. cild, s. 9-14 və 131-135. 
Bundan başqa, müq. et: Köprülü Fuat. Türk Edebiyatı Tarihi, İstanbul, 1928, 
s. 278-280; W.Radloff. Proben, III, 1870, s. 63-68; A.Raxim və A. Ğaziz. Ta-
tar ədəbiyatı tarixi, s. 89-97. 
3
  Qərbi Avropada Palladius ləqəbiı ilə tanınan, seçkin bir türk nəslindən gəl-
diyində  şübhə olmayan bu zatın rusca müfəssəl adı «Palladiy (və ya) Peter 
İvanoviç Qafarov» (<ərəbcə رﺎﻓﻏ) olub 17 sentyabr 1817-ci ildə Qazan vilayə-
tinin Çistay (Çistopol) şəhərində doğulmuş və 4 dekabr 1878-ci ildə Marseldə 
ölmüşdür. Bir çox səyahətnamələrlə birlikdə buddizm, islam və xristianlığa 
dair qiymətli əsərlər də yazmışdır. 
4
  Palladiy Qafarov. Starinnoye monqolskoye skazanie o Çingis-xane, Trudı  Çl. 
Russk. Dux. Miss. v Pekine, IV, SPB, 1866, s. 3-258. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə