Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

43

Yəqin elə bir vəziyyətlə üzləşmisiniz ki, mağazada istehlakçı 

əldə etdiyi əşyanı qaytarmaq istəyir, mağazanın meneceri isə buna 

qarşı çıxır və bu, mübahisəyə çevrilir. Yəqin sualınız yaranmışdır: 

tərəfl ərdən hansı doğru və hansı yanlışdır?

Biz əvvəllər söhbət açmışdıq ki, ticarət könüllü münasibətdir. 

Hər iki tərəf öz istəyi ilə bu münasibətə qoşulur, - nəyisə satır və 

ya alır. 

Gəlin nəzər salaq ki, alış-veriş prosesi nəyi təqdim edir? Bunu 

hamımız dəfələrlə görmüşük: tərəfl ərdən biri digər tərəfə hər hansı 

bir malı verir və  əvəzinə ondan məbləğ götürür (və ya əksinə - 

əvvəlcə məbləği götürür və sonra malı verir). Amma bu, alış-veriş 

prosedurunun yalnız yekun hissəsidir. Bundan əvvəl münasibətin 

daha mühüm hissəsi gəlir – alınan malın və ona ödənilən qiymət 

haqqında tərəfl ərin danışıqları  və razılığı. Bu danışıqlar saziş 

adlanır.


Saziş yalnız alqı-satqıya aid deyil. İnsanlar hər hansı bir 

əşyanın borc verilməsi, hədiyyə edilməsi, borc pul verilməsi, 

mənzil kirayə edilməsi və ya başqa əmlak məsələlərində razılığa 

gələ bilərlər. Saziş şifahi və ya yazılı ola bilər. Bəzi hallarda, saziş 

sözsüz də ola bilər və yalnız əməldə ozünü göstərə bilər (məsələn, 

ictimai nəqliyyata minmək bu yolçuluq üçün təyin edilmiş haqqın 

ödənilməsinə razılığı bildirir və ya öz-özünə xidmət göstərən 

mağazada malın piştaxtadan götürülüb kassaya gətirilməsi onu 

bildirir ki, bu malın alınması haqqında sazişə razılığımı bildirirəm).

Sazişə qoşulmanın bizim iradəmizdən asılı olmasına bax-

mayaraq, sazişdən çıxılma və ya onun ləğv edilməsi haqqında eyni 

sözləri deyə bilmərik. Əgər siz mağazada əşyanı əldə etmisiniz və 

sonra səbəbsiz olaraq onu geri qaytarmaq niyyətiniz vardırsa, o 

zaman mağaza sizin istəyinizi razı salmağa borclu deyil. 

Əgər  əşyanın nöqsanı olarsa, bu halda hüququnuz var ki, 

mağazadan bu nöqsanı düzəltməyi, yaxud da əşyanı dəyişdirməyi 

tələb etsin, əgər mağazanın buna imkanı yoxdursa, o zaman əşya 

geri qaytarılmalı və sizə ödədiyiniz məbləğ geri qaytarılmalıdır.

ƏMLAK ƏLAQƏLƏRİ

ƏMLAK ƏLAQƏLƏRİ



MÖVZU 6. 

MÜQAVİLƏ VƏ 

MÜLKİ MƏSULİYYƏT

Əsas terminlər/ 

anlayışlar:

 F

Ə

S

İ

L VI

• Saziş

• Ziyanın ödənilməsi

Müqavilə 

• Nöqsanlı  məhsul

• Mülki məsuliyyət 

•  İstehlakçının 

hüquqları

• Səmərəli faiz


44

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

İstənilən sazişin bağlanılması (sazişin hansı formada olmasına 

baxmayaraq) bu sazişin tərəfl ərinin hüquq və öhdəliklərinə səbəb 

olur ki, bunların pozulduğu halda, ikinci tərəf onun üçün vurulan 

zərərin ödənilməsini tələb etsin. 



birtərəfl i, ikitərəfl i və 

ya çoxtərəfl i iradənin 

ifadə edilməsi. O, 

hüquqi əlaqələrin 

əmələ gəlməsinə, 

dəyişdirilməsinə və 

ya dayandırılmasına 

yönəlmişdir.



Müqavilə – saziş 

növlərindən biri ki, 

onu bağladıqda iki və 

ya çox şəxsin razılığı 

gərəkdir.

NƏZƏRƏ ALIN:

 Gürcüstanda nöqsanlı malın 

qaytarılmasının ümumi qaydası yoxdur, əgər ki mağaza sizinlə 

digər  şərtdən ibarət yazılı müqavilə bağlamamışdırsa. Buna 

görə də mağazada mal aldıqda, imzaladığınız sənədlərə diqqət 

verin!


Məsələn, mağazada soyuducu seçdiyiniz halda mağa-

za ilə razılaşırsınız ki, onu evinizə  gətirsinlər və soyuducunun 

və onun çatdırılma pulunu da ödəyirsiniz. Mağaza seçilən malı 

razılaşdırılmış müddət  ərzində sizə çatdırmalıdır.  Əgər soyudu-

cu vaxtında çatdırılmasa, o zaman hüququnuz var ki, ödənilmiş 

məbləğin geri qaytarılmasını tələb edəsiniz və mağaza da tələbini-

zi yerinə yetirməyə borcludur.

Belə ki, sazişlər öhdəliklərə  səbəb olur ki, bunların yerinə 

yetirilmədiyi halda pozuntuya yol verən tərəf məsuliyyət daşıyır. 

Bu məsuliyyət mülki məsuliyyət adlanır. Sazişlərin əsasən əmlak 

məsələləri üzrə bağlanıldığına görə, mülki məsuliyyət də  əsasən 

əmlak xarakterlidir və əmlakın qaytarılması, təmiri və ya pul təz-

minatının ödənilməsini  əhatə edir. Mülki məsuliyyət bəzən saziş 

xaricində  də bağlanılır, - əgər biz bilaixtiyar kiminsə  əmlakına 

ziyan verəriksə, o zaman onun sahibi tələb etdiyi halda, bu ziyanı 

ödəməliyik. Qeyd etmək lazımdır ki, başqasına vurulan ziyan üçün 

şəxsin məsuliyyət daşımaq qabiliyyəti Gürcüstan qanunvericiliyi 

ilə 10 yaşından tanınır. 

Tərəfl ərdən birinin mülki məsuliyyətdən yayındığı halda, 

digər tərəfi n hüququ var ki, məhkəməyə müraciət etsin. Məhkəmə 

qərarının icrasında isə ona artıq dövlətin icraiyyə orqanları yardım 

edəcəklər.




45

 FƏSİL VI. ƏMLAK ƏLAQƏLƏRİ

Müqavilə eynilə sazişdir və iki və ya çox tərəf arasında 

bağlanılır. Bununla yanaşı, müqavilənin hər zaman möhür və imza 

ilə  təsdiqlənmiş iki nüsxədə  tərtib edilmiş yazılı  sənəd olduğunu 

təsəvvür etmək lazım deyil. 

Müqavilə özəl  şəxslərin istənilən sazişidir, onunla tərəfl ər 

arasında mülki hüquqlar və öhdəliklər yaranır. Bu, həm gündəlik 

kiçik müqavilələr (məsələn, avtobusla yolçuluq, çörək alınması, 

pulun borc verilməsi, əşyanın borc verilməsi və s.), eləcə də mürək-

kəb və böyük maliyyələrlə əlaqədar müqavilələr ola bilər (məsələn, 

bankdan borc götürülməsi, evin alınması, torpağın icarəsi və s.).

Müqavilə təkcə insanlar arasında deyil, eləcə də hüquqi şəx-

slərlə (fi rma, təşkilat) bağlanıla bilər. Müqavilə tərəfi  dövlət də ola 

bilər. Bütün hallarda müqavilə iştirakçılarının əlaqəsi bərabər hü-

quqlara əsaslanmışdır. Hər iki tərəfi n hüquq və öhdəlikləri var  və 

ikinci tərəfdən onları qorumağı tələb edə bilər.

Müqavilə vicdanla yerinə yetirilməlidir. Saziş bağlanıldığında 

da vicdanlı olmaq vacibdir. Saziş şəxsi iradəsi ilə öhdəliyin üzərinə 

götürülməsidir! Müqavilənin hər iki tərəfi  sağlam düşüncə ilə bu 

öhdəlikləri üzərinə götürməlidir. Onların kifayət qədər məlumat-

ları, vaxt və imkanları olmalıdır ki, bu qərarı dərk etsinlər. İnsanı 

saziş bağlamağa məcbur etmək, aldatmaq, çaşdırmaq olmaz. Bu, 

nəinki yanlış məlumatın çatdırılmasında; eləcə də, məsələn, elə bir 

məlumatın gizlədilməsində ifadə oluna bilər ki, hansının olduğu 

halda insan bu sazişə girməzdi. Əgər saziş bağlanıldığı zaman hər 

hansı bir tərəf məcbur edilərsə, qəsdən aldadılarsa və ya çaşdırılar-

sa, o zaman zərərçəkmiş tərəf bu sazişin batil elan edilməsini tələb 

edə bilər. 

„Saziş“ (Rechtsgeschäft) alman mənşəli 

sözdür və “hüquqi akt” mənasını bildirir. “Saziş” 

və “iradənin ifadə olunması” hüquqi sistemin xa-

rakterizə edilməsi üçün ilk dəfə onlardan XVIII 

əsrin alman hüquqşünası, Corc Arnold Heyze 

 

(Georg Arnold Heise, 1778-1851 illər) istifadə 



etmişdir.

İstehlakçı – maldan 

və xidmətdən şəxsi 

tələblərinin razı 

salınması üçün istifadə 

edən insan. 

Səmərəli faiz sahəsi 

- faiz sahəsidir ki, 

istehlakçı tərəfi ndən 

çəkilir və hesab 

zamanı nəzərdə tutulan 

maliyyə xərcləridir.




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə