Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

7

FƏSIL I. İQTİSADİYYAT VƏ İNSANLAR

Təəssüfl ər olsun ki, resurslarımız məhduddur. Bizim heç 

vaxt kifayət qədər resursumuz olmamışdır ki, istədiklərimizi ala 

bilək. Biz seçki qarşısında dururuq ki, məhdud resurslarımızı nəyə 

yönəldək. Məsələn: yeni kompüter əldə edək və ya köhnəni təmir 

edək, yeni mobil telefon alaq və ya yox, böyük maşın alaq və ya 

kiçik, mənzil kirayə edək və ya xüsusi ev alaq və s.

Resursların məhdudiyyətinə görə, insanlar seçim qarşısında 

dururlar: hansı tələbatın, istəyin ödənilməsi üçün bu resurslardan 

istifadə etsinlər.  İstədiyimiz hər  şeyə malik ola bilməyəcəyimizə 

görə, seçim etmək məcburiyyətindəyik. Bunun üçün qərar qəbul 

etməliyik ki, hansı istəyimizi yerinə yetirməliyik və hansını – 

yetirməməliyik. Seçim mövcud alternativlərdən birinin xeyrinə 

edilən qərarı bildirir. Məhdud imkanlara görə, bir əşyanın seçimi 

hər zaman hər hansı bir başqa əşyadan boyun qaçırmağa səbəb olur.

Amma nəyin əsasında bu seçimi edirik? Hər bir kəsin iqtisadi 

məqsədi maksimal mənfəətin əldə edilməsidir. Bunun üçün insan-

lar çalışırlar ki, onlar üçün daha çox mənfəətli olan əşyaları alsınlar. 

Amma resursların məhdud olduğuna görə, yalnız imkanlarımızın 

“əli çatdığı” malları seçməli oluruq.

Malın  mənfəəti  (utility) insanın bu və ya digər tələbatın 

ödənilməsi qabiliyyətini bildirir. Mənfəət subyektiv xüsusiyyətdir: 

eyni malın müxtəlif insanlar üçün müxtəlif mənfəəti vardır



Tələb insanın 

fəaliyyətinin əsas 

təkanverici qüvvəsidir; 

malın/xidmətin 

istifadəsi ilə qane 

edilə bilən nəyinsə 

çatışmazlığı.

Mal görünən və 



görünməyən ola bilər.

Bazarda satış və ya 

mübadilə üçün nəzərdə 

tutulmuş məhsul 



(görünən), xidmət isə 

(görünməyən məhsul) 

– bir insanın digərinə 

təklif etdiyi xidmət.



Mənfəət  – malın və 

ya xidmətin qabiliyyəti 

ki, istehlakçının bu 

və ya digər tələbatını 

ödəsin.



8

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Hər bir insan çalışır ki, onun üçün daha çox mənfəət gətirən malı seçsin. İngilis  fi losofu, 

sosioloq və hüquqşünası İeremiya (Jeremi) Bentam (Jeremy Bentham) hesab edirdi ki, insanların 

məqsədi ağrının, duyğuların azaldılması və məmuniyyətin, xoşbəxtliyin artırılmasıdır. Müvafi q 

olaraq insan üçün bu və ya digər mal daha mənfəətlidir, hansı ki onun məmuniyyətini artırır 

və  ağrı  və duyğuları azaldır.  Əlbəttə ki, bu xüsusiyyətlər insanın zövqündən, nəzərlərindən, 

sağlamlığından, yaşından və digər bir çox mühitlərdən asılıdır. 

Bunun üçün də eyni mal müxtəlif insanlar üçün fərqli zövq verir, yəni fərqli mənfəəti vardır. 

İeremiya (jeremi) Bentam (Je-

remy Bentham) – ingilis fi losofu, 

sosioloqu və hüquqşünası (1748-

1832 illər).

Mənfəəti bir sıra xüsusiyyətlər xarakterizə edirlər: 

• Mənfəətin fi ziki və ya maddi tərəfi  yoxdur, o yalnız istehlakçıların şüurlarında olur;

•  


Mənfəət hər zaman xeyirli olmur. Məsələn, siqaret çəkmək və ya çoxlu alkoqollu içki 

qəbul etmək orqanizmin sağlamlığı üçün çox zərərlidir, amma onlar siqaret çəkən və 

alkoqollu içki içənlər üçün yüksək keyfi yyətli mənfəət ola bilər.

•  


Mənfəət hər zaman zövq vermir. Məsələn, tibbi prosedurlar, inyeksiya, acı  dərmanlar 

tamamilə xoş deyillər, amma xəstə üçün onların mənfəətinin olduqca yüksək keyfi yyəti 

vardır.

Nəzərə alaq ki: mənfəət və məmuniyyət eyni deyil. İstehlakçı bu və ya digər əşyanı almağı 



düşündüyündə, şüurunda bu əşya haqqında və bu əşyanın faydası haqqında təsəvvürü olur, amma 

bu əşyanı aldıqdan və ya istifadə etdikdən sonra məmuniyyət haqqında söhbət edə bilərik. Buna 

görə də tez-tez deyirlər ki, “mənfəət” – gözlənilən məmuniyyətdir, “məmuniyyət” isə  – həyata 

keçirilən mənfəətdir

* * *

İmkanların məhdudiyyəti yalnız fərdi insanların problemi deyil. Eyni problem ölkələrin 



də qarşısında durur. Hər hansı bir ölkənin (hətta ən zənginin də), bu ölkədə yaşayan insanların 

istədikləri bütün məhsulları istehsal etməyə (maşınlar, evlər, paltar və s.) və bütün xidmətləri (icti-

mai nəqliyyat, təhsil, milli müdafi ə, əyləncə tədbirləri və s.) təmin etməyə imkanı yoxdur. Bunun 

üçün də bütün ölkələr hər zaman çətin seçim qarşısında dururlar: nəyi, necə (hansı resursların 

istifadəsi ilə) və kimin üçün istehsal etsinlər.



9

FƏSIL I. İQTİSADİYYAT VƏ İNSANLAR



REKLAM 

latın sözüdür (reclamo) və qışqırmaq mənasını daşıyır. Reklam vasitəsilə 

istehsalçı insanları öz malı ilə maraqlandırmağa çalışır. Bu məqsədlə müxtəlif vasitələrdən 

istifadə edilir: televiziya, radio, jurnallar, fi lmlər, internet, bilbordlar və hətta sadə qışqırtı 

da. 

Hesab edilir ki, şifahi reklam quldarlıq dövründə yaranmışdır. Bu zaman bazarlara satış 



üçün qul çıxarılırdı və onun üstün tərəfl ərini mütləq təsvir etmək lazım idi (məs.: “Onun 

iki qulağı çox yaxşı eşidir, gözləri yaxşı görür, onun iki əli və iki ayağı var, yaxşı qaça bi-

lir….”). Bizə gəlib çatan ilk reklam elanı Misir papirusudur və məhz satılan qulun təsvirinə 

aiddir. 


Müxtəlif reklam elanlarını Qədim Yunanıstan və Roma da 

tanıyırdı. Birinci qəzet üçün reklam elanı əllə yazılan Roma qə-

zeti idi (CTA UZNU – gündəlik xəbərlər). Birinci çap reklamı 

1473-cü ildə İngiltərədə dərc olunmuşdur. İlk televiziya reklamı 

isə  efi rə ABŞ-da, 1944-cü ilin iyulun 1-də 

çıxmışdır: bu, saat istehsal edən Bulova 

şirkətinin reklamı idi və onu beysbol matçının nümayişində, fasilə za-

manı buraxırdılar. 1993-cü ildə Koka-Kola ilk dəfə reklam qəhrəmanını 

yaratdı – Ağ qütb ayısını. 

Gürcüstanda ilk televiziya reklamı 1950-ci ilin sonunda efi rə bu-

raxıldı – meyvə ceminin reklamı.

BILIRSINIZMI KI...

REKLAM

„Ağlında məqsədi tutmaq və pul kisəsinə vurmaq məharəti”. 

Vens Pakard, amerikalı publisist

İnsanlar bir-birlərindən yaşla, gəlirləri ilə, təhsil səviyyəsi və zövqləri ilə fərqlənirlər. Onlar 

tərəfi ndən bu və ya digər məhsulun seçiminə mədəni, sosial, şəxsi və psixoloji xüsusiyyətlər təsir 

göstərir. Bəzən isə insanın özü də çətinlik çəkir ki, bu və ya digər əşyanı almağı nə üçün qərara 

aldı. 

İnsanlar tərəfi ndən bu və ya digər malın seçiminə əsasən reklam səbəb olur. 



Reklam bir tərəfdən məlumat mənbəyidir – o, bu və ya digər malın olması, onun xassələri 

haqqında məlumat verir, tələbatlarımızı ödəmək üçün bu maldan necə istifadə etməyi izah edir. 

Hərçənd bu məlumat çox qərəzli və şişirdilmiş olur. 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə