Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

10

Bir çox hallarda reklam edilən məhsul və digər, rəqabət qabiliyyətli məhsullar arasında fərq 

çox az olur.

Reklamın daha bir xoşagəlməz xassəsi ondan ibarətdir ki, müxtəlif assosiasiyaların  – 

xoş musiqi, asanlıqla yadda qalan ifadələrin, cazibədar qəhrəmanların vasitəsilə  – onunla 

emosiyalarımıza təsir göstərməyə çalışırlar və bu da bir çox hallarda çatdırılan məlumatın ra-

sional şəkildə anlaşılmasına mane olur. Faktiki olaraq, reklam bizim zövqümüzü formalaşdırır, 

bizdən bu və ya digər malın istifadəçisini yaradır. Reklam mütəxəssisləri onu da araşdırmışdırlar 

ki, reklam sloqanında bu və ya digər səslərin ahəngdarlığı, hərfl ərin ölçü və forması, rənglərin 

qamması və ahəngi insanların əhval-ruhiyyəsinə necə təsir göstərir. Bütün bunlar bizim konkret 

mala olan müsbət yanaşmamızın formalaşması üçün istifadə olunur. 

Əgər malınızı rasional seçmək istəyirsinizsə, o zaman yalnız reklama etibar etməyin. Bu 

və ya digər malın yararlı olub-olmamasını aydınlaşdırmaq üçün hal-hazırda ən yaxşı vasitə in-

ternetdir. Tənbəllik etməyin, bu məhsul haqqında müxtəlif istehlakçılarının nə düşündüklərini 

öyrənməyə vaxt ayırın. Unutmayın ki, onların  fi kirləri yanlış da ola bilər. Bəzən malın mənfi  

dəyərləndirilməsi rəqiblər tərəfi ndən sifariş edilmiş, antireklam kələyi də ola bilər. Buna bax-

mayaraq, bu məlumatda məhsulun zəif tərəfl əri də göstərilə bilər ki, onun hansı xassələrinə diqqət 

verilməlidir. Bu məlumatdan məhsulu seçdikdə  də istifadə edin – mağazanın konsultantından 

məhsulun şübhəli xassələri haqqında soruşun. Tam aldığınız məlumatı düşüncə ilə analiz edin və 

onların əsasında seçim edin.



İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax

YEKUN

• 

İmkanlar məhduddur;



• Tələbat qeyri-məhduddur; 

• 

İnsanlar seçim qarşısında dururlar; 



• Məhdud imkanlar və qeyri-məhdud tələbatlar insanları qeyri-kafi  imkanları necə bölməyi 

müəyyənləşdirməyə məcbur edirlər.

• 

İnsanın iqtisadi marağı maksimal mənfəət əldə etməkdir. 



• Mənfəətli mal hər zaman xeyirli və ya xoş olmur. 

• 

Eyni bir mal müxtəlif insanlar üçün fərqli faydalar verə bilər. 



VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA


11

Sizlərdən hər biriniz yəqin düşünmüsünüz ki: insanlara alış-

verişə  təkan verən nədir, onlar nə üçün alver edirlər? Alış-veriş 

hansı faydanı gətirir və alış-veriş sadə bölgüdən yaxşıdırmı?



ALIŞ-VERIŞ HƏR İKİ TƏRƏF ÜÇÜN MƏNFƏƏTLİDİR 

Alış-veriş məhsulun/xidmətin könüllü mübadiləsidir. İnsanlar 

alış-verişdə iştirak edirlər ki, onlardan hər biri bu işdən mənfəət/

fayda gözləyirlər.  Əgər hər hansı bir tərəf düşünərsə  və ya ehti-

mal edirsə ki, alış-verişdən fayda götürməyəcəkdir, bu zaman alış-

veriş dayandırılır.

 Alış-veriş etdikdə hər bir iştirakçı çalışır ki, onun üçün çox 

dəyərli olmayan, çox fayda verməyəni versin və əvəzinə onun üçün 

dəyərli olanını götürsün. Yəni hər iki tərəf çalışır ki, onun üçün az 

mənfəət gətirən məhsulu elə birinə dəyişdirsin ki, hansının mənfəəti 

onun üçün daha çoxdur. Bir qayda olaraq, alış-veriş etdikdə biz 

daha çox malik olduğumuzu veririk və çatışmadığını alırıq. Belə 

bir mübadilə  nəticəsində mal kimə daha çox lazım olanın, daha 

çox mənfəət verənin  əlinə keçir. İştirakçıların məmuniyyəti isə 

(malın həyata keçirilmiş mənfəəti) artır.

Konkret malın alış-satışı ilə maraqlı  şəxslərin birliyi həmin 

malın bazarı adlandırılır. Bazarda bir qayda olaraq bir çox satıcı 

və alıcı var. Bazarın hər bir iştirakçısı çalışır ki, bacardıqca az 

verib çox götürsün. Bunun üçün də əgər bazarda məhsul satıcıları 

müxtəlif qiymətə satırlarsa, o zaman alıcı çalışır ki, daha ucuz sa-

tan satıcıdan məhsulu alsınlar. Öz tərəfi ndən satıcılar, daha çox 

mənfəət əldə etmək üçün malı daha baha satmaq marağındadırlar.

A L I Ş - V E R I Ş

A L I Ş - V E R I Ş

V Ə   B A Z A R

V Ə   B A Z A R



MÖVZU 2. 

İNSANLAR NƏ ÜÇÜN 

ALIŞ-VERIŞ EDIRLƏR?

Əsas terminlər/ 

anlayışlar:

F

Ə

SIL II

• Ticarət

• Çatdırma

• Bazar

• Bazar tarazlığı

• Tələbat

• Rasional seçim


12

Tələbat  – alıcının 

istəyi və imkanıdır ki, 

məhsulu və ya xidməti 

müəyyən qiymətə əldə 

etsin.

Bazar- elə bir yerdir 

ki, burada istehlakçı 

və istehsalçı arasında 

məhsulun/xidmətin 

mübadiləsi baş verir. 

Təklif –  istehsalçının 

malı və ya xidməti 

müəyyən qiymətə 

satması arzusu və 

imkanı.

Adətən, satıcılar da, alıcılar da sərbəst seçirlər ki, məhsulu 



kimə satsınlar və ya kimdən alsınlar. Belə bir halda, məhsulun 

bazar qiymətini bazara çıxarılan məhsulun sayı müəyyənləşdirir. 

Daha dəqiq desək,  – satılası  məhsulun sayı  və ona olan tələbat 

arasında nisbət müəyyənləşdirir.

 Tələbat alıcının istəyi və imkanıdır ki, məhsulu və ya xidməti 

müəyyən qiymətə  əldə etsin. Bu istək və imkan qiymətin tərs 

tənasübüdür. Yəni satış qiyməti nə  qədər aşağı olsa, bir o qədər 

çox insanın bu malı əldə etmək istəyi və imkanı olacaqdır, müvafi q 

olaraq, tələbat maldan yüksəkdir. Malın qiymətinin artması ilə 

yanaşı istəyi və imkanı olan alıcıların sayı azalır və  tələbatı da 

aşağı düşür.

Amma satılan məhsulun sayı da daimi deyil. Öz tərəfi ndən 

məhsulun satış qiymətindən asılıdır. Bazar üçün çatdırılan malın 

miqdarı satılan qiymətə  tənasübdür: məhsul bazarda nə  qədər 

ucuz qiymətə satılırsa, bir o qədər də satıcının mənfəəti az olur 

və bunun üçün də daha az istehsalçının/təchizatçının bu məhsulu 

istehsal etməyə və satmağa istəyi və imkanı olur. Yəni malın satış 

qiyməti nə  qədər aşağı olarsa, bir o qədər də bu məhsulun ba-

zara çatdırılması az olar. Və əksinə: malın satış qiyməti nə qədər 

yüksəkdirsə, bir o qədər də onun satıcısının mənfəəti çoxdur və 

bunun üçün də daha çox istehsalçının/təchizatçının bu məhsulu 

istehsal etməyə və satmağa istəyi və imkanı var. Müvafi q olaraq, 

çatdırılma da artır.

Azad bazarda malın satış qiymətini satıcılar təyin edirlər. On-

lar öz mallarına istənilən qiyməti qoya bilərlər. Hərçənd çox yüksək 

qiymət təyin etdikləri halda, bu malın alış imkanı çox az alıcıda olur 

və malın bir hissəsi satılmır. Malı tam satmaq üçün istehsalçılar 

satış qiymətini azaltmalıdırlar. Bu cür malın  əldə edilmə imkanı 

çox istehlakçıda olacaq və daha çox mal satılacaqdır.

Satıcılar

Malı daha baha 

qiymətə satmağa 

çalışırlar

Alıcılar

Malı mümkün 

qədər ucuz 

qiymətə almağa 

çalışırlar 

BAZAR

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə