Moqalaqe da ekonomika azeri indd


VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA Monopoliya



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

20

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



Monopoliya –

müəyyən növdə malın 

yeganə çatdırıcısı olan 

bazar.


Kartel  - bir neçə 

istehsalçı arasında 

malın satış qiyməti və 

ya şərtləri üzrə saziş. 



Bazar hökmranlığı 

– bir və ya bir neçə 

fi rmanın qabiliyyəti ki, 

malın bazar qiymətinə 

təsir göstərsinlər. 

Oliqopoliya – yalnız 

bir neçə çatdırıcının 

olduğu bazar. 

Beləliklə, cəmiyyət üçün faydalıdır ki, bazarda bir neçə 

istehsalçı olsun və onlar bir-biri ilə yarışsınlar. Bu vəziyyət 

rəqabət adlanır. “Rəqabət” (konkurensiya) sözü latın mənşəlidir 

və “qarşıdurmanı”, üstünlük əldə etmək üçün rəqiblər arasında 

mübarizəni bildirir. Bu daimi mübarizəni dözmək üçün istehsalçı 

hər zaman çəkilən xərclərin azalmasına, resursların rasion-

al istifadəsinə, istehsalatın səmərəliliyinin artmasına və yeni 

texnologiyaların tətbiq edilməsinə qayğı göstərir. Bu, texniki 

tərəqiyyə, istehsalat qüvvələrinin inkişafına dəstək verir ki, 

cəmiyyət üçün də çox sərfəlidir, amma istehsalçılar üçün daimi 

problem və başsındıran olur. Bunun üçün təəccüblü deyil ki

istehsalçılar tez-tez bu problemləri rəqibləri ilə razılıq  əsasında 

həll etməyə çalışırlar.

Satıcıların/istehsalçıların məhsulun satış qiyməti haqqında və 

ya başqa şərtlərlə razılığına kartel deyilir. Yuxarıda gördüyümüz 

kimi, kartel razılığı bazarda satıcılar az olanda xüsusilə  təhlükəli 

olur. Belə bir bazar oliqopoliya adlandırılır. Bu, yunan sözüdür, „oli-

gos“ (λίγος) “az”, „poliya“ (πωλείν) isə – „hökmranlıq“ mənasını 

bildirir. Yəni  oliqopoliya bir neçə fi rmanın hökmranlığıdır. Bazar-

da bir satıcının olduğu halda isə bu vəziyyət monopoliya adlanır 

(yunanca “mono” (μόνος) bir deməkdir).

Monopoliya bazarının xüsusiyyətidir ki, başqa şirkətin bu ba-

zar girişi mümkün deyil.  Buna səbəb olaraq həmin misalı gətirə 

bilərik ki, monopolist bu malın istehsalı üçün lazımi resursların 

əsas hissəsinə malikdir və ya ona hökumət tərəfi ndən bu malın 

istehsalı üzrə eksklüziv hüquq verilmişdir. Məsələn,  əczaçılıq 

bazarını təhlil edək: yeni dərman ixtira edən fi rma patentə malik-

dir (ixtiranın istifadəsinin iyirmi illik hüququna) və bu patent onu 

bu dərmanla münasibətdə monopoliya vəziyyətinə salır – patent 

fəaliyyətdə olduğu dövrdə başqa  fi rmaların bu dərmanı istehsal 

etmək hüquqları yoxdur. Amma patentin vaxtı bitincə bu dərmanı 

istənilən  əczaçılıq  şirkəti hazırlaya bilər, bazar monopoliyadan 

rəqabətə keçir və dərman istehlakçı üçün də ucuz olur.

 



21

 FƏSIL III. RƏQABƏT



Bazarda dominantlıq 

vəziyyətini mühüm 

bazar qisminə malik 

şirkət tutur (bazarda 

olan malın çox 

hissəsini o çatdırır) 

və onun iqtisadi 

qərarlarına rəqiblər 

təsir göstərə bilmirlər.



Dövlət alqısı – 

dövlət büdcəsi ilə 

maliyyələşdirilən maln  

və ya xidmətin əldə 

edilməsi.

Monopoliyaların inkişafının daha bir səbəbi istehsalatın 

böyüməsinə  təbii canatmasıdır. Bir qayda olaraq, iri istehsalatın 

mal vahidinin istehsalı daha ucuz başa gəlir, nəinki xırdanın. Bu-

nun üçün də xərclərə qənaətin edilməsi istehsalatın böyüdülməsinə 

və birləşməsinə təkan verir. İri istehsalat bazarda təbii ki dominant 

(hakim) vəziyyətini tutur: çünki bazaar malın çox hissəsini çatdırır 

(deyildiyi kimi, “mühüm bazar qisminə sahibdir”), onun imkanı var 

ki, öz istəyinə əsasən malın bazar qiymətini dəyişdirsin. Məsələn, 

əgər belə bir istehsalat birdən malın bazara çatdırılmasını azaldar-

sa, o zaman bazarda malın sayı  nəzərəçarpacaq şəkildə azalacaq 

və malın bazar qiyməti qalxacaqdır. Və  əksinə, dominant fi rma 

birdən çoxlu sayda malı satışa “çıxararsa”, o zaman malın çoxluğu 

yaranacaq və qiymətlər aşağı enəcəkdir. Digər, xırda oyunçuların 

bazar qiymətinə belə  təsir qabiliyyətləri  yoxdur, - onlar bazarda 

mövcud malın sayının yalnız az hissəsini təmin edirlər və bu sayın 

artması və ya azalması bazarda nəzərə çarpmır.

Bazar qiymətinə  təsir qabiliyyətini dominant şirkət rəqiblərə 

qarşı, öz bazar hökmranlığının artırılması üçün istifadə edə bilər: 

malın qəfl ətən, qısamüddətli ucuzlaşması ilə nisbətən zəif rəqibləri 

müfl isləşdirə bilər. Özü isə bu qısamüddətli ziyanı sonralar daha 

çox istehlakçını öz tərəfi nə keçirərək və malın bahalaşdırılması 

ilə ödəyəcəkdir. Belə bir təsir şirkətin bazar hökmranlığından sui-

istifadə etməsi hesab edilir. 




22

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Rəqabətin qarşısının alınmasının daha bir vasitəsi  malın 

differensiasiyasıdır. Bu, marketinqin (ticarətin) strategiyasıdır ki, 

bu zaman istehsalçı öz malını tayı-bərabəri olmayan, başqalardan 

tam fərqli  şəkildə göstərməyə çalışır ki, istehlakçılar onu başqa 

məhsulla heç müqayisə də etməsinlər. Misal üçün sərinləşdirici içki 

koka-kola və pepsi-kolanı götürək. Hər iki məhsul istehsalçıları 

istehlakçıları inandırmağa çalışırlar (reklamla, məhsulun xarici 

tərtibatı ilə) ki, bu, iki, tam fərqli məhsuldur. Bir çox hallarda reklam 

nailiyyət əldə edir – hər bir içkinin öz “pərəstişkarları” var və onlar 

ikinci içkidən heç istifadə etmirlər. Amma bu içkilər o  

q ə d ə r 

oxşardırlar ki, əgər siz onları eyni stəkanlara süzsəniz, o zaman 

onları bir-birindən fərqləndirə bilməzsiniz.

Əgər  fi rma  istehlakçını inandıra bilirsə ki, onun məhsuluna 

bənzər mal bazarda yoxdur, o zaman bu malın monopolisti olur və onun məhsulunun qiymətini artıq 

bazar tarazlığı deyil, inandıra bildirdiyi istehlakçılarının sayı və satış qabiliyyəti müəyyənləşdirir.

Bazar strukturu

Xüsusiyyətləri

Monopoliya

Oliqopoliya

Monopolistik

rəqabət

Tamdəyərli 

rəqabət

Firmaların sayı Bir

bir 

neçə

çox

çox

Qiymətlərə təsir 

bacarığı 

Mühüm/ qiymətin 

müəyyənləşdiricisi 

Böyük

məhdud

yoxdur 

Giriş sədləri 

tam/ giriş 

mümkün deyil

Böyük

yoxdur

yoxdur

Məhsul/ xidmət

Təkrarolunmaz

oxşar

Differensiasiyalı 

(fərqli)

identik/ oxşar



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə