Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   22

23

 FƏSIL III. RƏQABƏT

İstehlakçı üçün ən uduşlu bazar çoxlu alıcı və çoxlu satıcının olduğu, yeni satıcıların bazara 

sərbəst daxil olduqları və satış malının da bir-biri ilə müqayisəsi olduğu  zaman olur. Belə bir 

bazar tamdəyərli rəqabət bazarı adlanır. Belə bazarda malın qiymətini yalnız mala olan tələbatın-

canatmanın nisbiliyi tənzimləyir. Belə bir halda deyirlər ki, “qiyməti bazar təyin edir”.



Tamdəyərli 

rəqabət bazarında   

qiyməti 

bazar təyin edir.

Bəzi hallarda, mal-xidmət elə bir xarakterdə olur ki, onun istehlakçılar üçün çatdırılması 

bir monopoliya fi rması  tərəfi ndən cəmiyyətə ucuz başa gəlir, nəinki rəqib bazarın vasitəsilə 

çatdırılması.  İstehlakçılar üçün elektrik enerjisinin, təbii qazın, içməli suyun çatdırılması buna 

misal ola bilər. Bu xidmətlərin hər biri üçün  hər istehlakçının evinə çəkilən xüsusi çəkiliş şəbəkəsi 

tələb olunur. Əgər bu xidmətlərdən hər birinin bir neçə təchizatçısı olarsa, o zaman bu şəbəkələri 

təkrarlamaq lazım gələrdi və bu da cəmiyyət üçün çox baha başa gələrdi. Bunun üçün də belə bir 

xidmətlər praktiki olaraq hər zaman bir şirkət tərəfi ndən həyata keçirilir və bu şirkət təbii monop-

oliya adlanır. 

Bazar rəqabətinin mühafi zəsinin birinci qanunvericilik aktını Amerika Birləşmiş  Ştatları  

1890-cı ildə qəbul etdi. Onun təşəbbüskarları senator Con Şerman idi və bu qanun bu günə qədər 

“Şerman aktı” adlanır.

Hal-hazırda, beynəlxalq aləmdə tanınır ki, həm istehlakçıların xoş güzəranı  və eləcə  də 

ümumi iqtisadiyyatın sağlamlığı  və inkişafı üçün bazarın rəqabəti məhdudlaşdıran biznes-

fəaliyyətindən qorunması  zəruridir. 1980-ci ilin dekabrın 5-də Birləşmiş Millətlər Təşkilatı 

rəqabəti məhdudlaşdıran biznes fəaliyyətin nəzarət prinsiplərini təqsid etdi ki,  bunları da ölkələrin 

əksəriyyəti etiraf etdi. Hal-hazırda rəqabətin müdafi əsi qanunvericiliyi 111 ölkədə  fəaliyyət 

göstərir. O cümlədən Gürcüstanda da.



Con  Şerman (John Sherman, 1823-1900 illər) – amerikalı siyasətçi, 

ABŞ-ın 35-ci dövlət naziri və 32-ci maliyyə naziri. O, eləcə  də senator idi 

(ABŞ qanunvericilik orqanının yuxarı palata üzvü) və burada Respublikaçılar 

fraksiyasına rəhbərlik edirdi. 




24

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Rəqabətin mühafi zəsi qanunvericiliyi, ilk növbədə, kartelləri qadağan edir, yəni istehsalçılar 

arasında malın sayının, satış qiymətinin və ya istehlakçılarının bir-birinə bölgüsü haqqında. Eləcə 

də  hər hansı bir rəqibin zəifl ənməsi və ya bazardan çıxarılması  məqsədilə istehsalçıların birgə 

əməli rəqabətə mane olan fəaliyyət kimi hesab edilməlidir. Məsələn, bu şirkətdən nəyinsə əldə 

edilməsinə və ya onun üçün nəyinsə çatdırılmasına razılaşdırılmış imtina (boykot), şirkətin hər 

hansı bir mühüm resursa və s. əlçatmasına məhdudiyyət (razılaşdırılmış). Bazarın çox böyük 

hissəsinə (10-15%-dən çoxuna) nəzarət edən istehsalçılar arasında kartel razılaşmalarına (birgə) 

xüsusi diqqət verilir. 

Rəqabətin müdafi əsi qanunvericiliyinin tez-tez “antimonopoliya qanunvericiliyi” kimi 

xatırlanmasına baxmayaraq, həqiqətdə o, monopoliyaları qadağan etmir. Qanunvericilik 

yalnız monopoliyaların  əllərində mövcud olan bazar hökmranlığının (dominant vəziyyətin) 

sui-istifadəsinə qadağa qoyur. Yəni tələb edir ki, monopoliya öz bazar hökmranlığını rəqiblərin 

“batırılması” üçün istifadə etməsin. 

Gürcüstanda rəqabət qabiliyyətli mühitini müdafi ə edən dövlət orqanı  Rəqabət Agentliyi-

dir. Hamı Rəqabət Agentliyinə ərizə ilə daxil ola və onun fi krincə, rəqabət pozuntuları faktlarını 

göstərən mühitlər barədə məlumat verə bilər. Qəbul edilmiş və ya öz təşəbbüsü ilə əldə edilmiş 

məlumatın əsasında Agentlik işi araşdırmağa başlayır. Onun lazımi məlumatı istənilən şəxsdən 

tələb etmək, eləcə də ifadə vermək üçün istənilən şəxsi çağırmaq hüququ vardır. Agentlik şirkətlər 

tərəfi ndən rəqabətin məhdudlaşdırılması faktını müəyyən edərsə, o zaman onun hüququ var ki, bu 

işdə iştirak edən şirkətləri cərimələndirsin. Cərimələr çox yüksəkdir və onlarla milyon lariyə çatır 

(cərimənin maksimal ölçüsü şirkətin illik dövriyyəsinin 5-10 faizidir). Şirkətin cəriməni azalt-

maq və ya onun qarşısını almaq istəyi olduğu halda, Rəqabət Agentliyi ilə əməkdaşlıq etməlidir 

(işin araşdırılması mərhələsində) və könüllü olaraq rəqabətin pozulması haqqında əlavə məlumat 

verməlidir. 

Kompüter proqramları bazarında ən iri şirkəti Maykrosoft korporasiyası (Mi-

crosoft Corporation) təqdim edir. Təbii ki, tez-tez rəqabəti müdafi ə edən orqanların 

diqqət mərkəzinə düşür. Dominant vəziyyətindən sui-istifadə etdiyinə görə, Avropa 

İttifaqı onu bir neçə dəfə cərimə etmişdir: 2004-cü ildə - 497 milyon Avro, 2006-cı 

ildə 280 milyon Avro, 2008-ci ildə isə - 899 milyon Avro ilə.

Rəqabətin pozulmasının daha bir forması dövlət yardımlarıdır. Bir istehsalçı üçün göstərilən 

maliyyə yardımı sözsüz ki, onun rəqiblərini qeyri-bərabər şərtlərə salır.Bunun üçün də belə bir 

yardımlar qadağan edilirlər. Yalnız tam iqtisadi sector üçün yardımlara icazə verilir ki, bu da hər 

hansı bir problemə uğramışdır (məsələn, bütün kəndlilər və kiçik fermerlər üçün torpaq vauçerləri) 

və ya hər hansı bir regionda bütün istehsalçılar üçün (məsələn, yüksək dağlıq regionlarında qey-

diyyatdan keçmiş bütün istehsalçılar üçün vergi güzəştləri). Eləcə də fərdi insanlar üçün (sosial 

yardımlar),  ətraf mühitin müdafi əsi üçün və ya bədbəxt hadisələrin vurduğu ziyanın qarşısının 

alınması üçün yardımlara icazə verilir.



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə