Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

25

 FƏSIL III. RƏQABƏT

İstehsalçı üçün dövlət yardımı dövlət tərəfi ndən bu istehsalçıdan hər hansı bir malın və ya 

xidmətin alınması şəklində maskalandırıla bilər. Bunun baş verməməsi üçün dövlət satışlarının 

qaydaları  təyin edilmişdir ki, buna əsasən də dövlət alqı-satışları  şəffaf aparılmalıdır və onlar-

da iştirak imkanı eyni şəkildə marağı olan hər bir istehsalçı üçün olmalıdır. Gürcüstanda dövlət 

tərəfi ndən hər hansı bir malın/xidmətin alınması niyyəti haqqında Dövlət Alışları Agentliyinin 

internet-səhifəsində (http://procurement.gov.ge/) yerləşdirilir. Bu xidmətin/malın çatdırılması 

istəyi olanlar arasında açıq, elektron qaydada (internet vasitəsilə) tender (müsabiqə) keçirilir 

və  qələbə çalmış  fi rmanın, onun təklifl əri və onun tərəfi ndən tələb edilən məbləğin haqqında 

məlumat hamı üçün açıqdır. 

YEKUN

• Çoxlu 


alıcı və çoxlu satıcısı olan bazar rəqabət qabiliyyətinə malikdir.

• Rəqabət bazarında malın qiymətini və tələbat-çatdırılmasının nisbəti müəyyənləşdirir. 

• Sağlam rəqabət cəmiyyətin inkişafına stimul və dəstək verir. 

• 

 Bazarda dominant vəziyyətə malik şirkət öz əməlləri ilə malın bazaar qiymətinin artımına 



və ya azalmasına səbəb ola bilər. 

• Malın fərqləndirilməsi rəqabətin qarşısının alınması məqsədilə aparılır. 

•  İstehsalçılar arasında kartel  razılaşmalar qadağa edilir.  

•  Monopoliya deyil, eləcə də onun tərəfi ndən hökmranlığın sui-istifadəsi qadağan edilir. 

• Fərdi istehsalçı üçün dövlət yardımı qadağan edilir.

• Gürcüstanda 

rəqabəti Rəqabət Agentliyi müdafi ə edir. 

İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax



26

Con Stüart Mil (John Stuart Mill) - ingi-

lis siyasi iqtisadçısı  və  fi losofu, 1806-1873 illər. 

O, „laissez-fai- re“-nin davamçısı idi, amma eyni 

zamanda artan mülki bərabərsizliyi tənqid edirdi 

və düşünürdü ki,  dövlət ayrı-ayrı sahələrdə  və-

ziyyətin düzəldilməsi üçün ölçülər götürməlidir, 

məsələn, təhsil və yoxsulluğun qarşısının alınması 

sahəsində. 

Ötən fəsillərdə biz azad, rəqabət qabiliyyətinə malik bazarın 

üstün tərəfl əri haqqında söhbət apardıq.  Biz gördük ki, azad ba-

zarda istehsalçıya göstəriş vermək lazım deyil ki, hansı məhsulu 

istehsal etsin, hansı miqdarda və hansı qiymətə satsın – bazarın 

“gözəgörünməz  əli” malın qıtlığı  və ya çoxluğu problemini özü 

həll edir və ya tələbatın və çatdırılmanın tarazlaşdırılması üçün 

malın qiymətini özü təyin edir. Bu vəziyyətlərdə hökumətin  ən 

ağıllı  əməli müdaxilə etməməsidir. Bunun üçün də azad bazarın 

qeyd edilməsi üçün bir çox hallarda fransız ifadəsindən istifadə 

olunur: Laissez-faire  (transkripsiya: “lese-feğ”), bu da “burax”, 

“müdaxilə etmə” mənasını bildirir.

Amma bazar sehrbaz deyil və hər şeyə qadir deyil. Təəssüfl ər 

olsun ki, elə bir vəziyyət var ki, bu zaman bazar öz gücü ilə 

müdaxilə xaricində bacarmır.  Bu vəziyyətlər bazar uğursuzluqları 

adlandırılırlar (ingiliscə: market failure “bazar uğursuzluğu”). 

Bazarın müstəqil olaraq qarşısını ala bilmədiyi problemlər 

cəmiyyət arasında artan mülki bərabərsizlik, yoxsulluq, işsizlik, 

uşaq əməyi, təhsil və səhiyyənin lazımi şəkildə təmin edilməməsi 

və s. kimi məsələləri  əhatə edirlər. Bu kitabda biz ətrafl ı olaraq 

yalnız iki növdə bazar uğursuzluğunu təhlil edəcəyik: xarici 

effektləri və məlumatın assimetriyasını.

B A Z A R 

B A Z A R 

U Ğ U R S U Z L U Q L A R I

U Ğ U R S U Z L U Q L A R I

MÖVZU 4.

 BAZAR UĞURSUZLUQLARI 

VƏ BAZARIN TƏNZİMLƏNMƏSİ 

Əsas terminlər/ 

anlayışlar:

 F

Ə

SIL IV

Bazar uğursuzluğu 

• Bazarın 

tənzimlənməsi 

• Xarici effekt

• məhsulun 

təhlükəsizliyi

• məlumatın 

assimetriyası

• bazarın nəzarət 

xidməti



27

 FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI



Xarici effekt 

– şəxsin əməlinin 

başqa, kənar şəxslərin 

xoş güzəranına təsiri.



Bazarın düşməsi - 

bazar resursların 

effektli bölgüsünü 

bacara bilmədiyi bir 

vəziyyət


Məlumatın 

assimetriyası 

–  razılaşmanın bir 

tərəfi nin digər tərəfdən 

daha çox məlumata 

malik olması. 

Xarici effekt hər hansı bir fəaliyyətin kənar  şəxslərə 

təsiri adlanır ki, bu şəxslər də  həmin fəaliyyətin nə bilavasitə 

iştirakçılarıdır və  nə  də ki onun məhsulunun qəbulediciləri. 

Məsələn, plastmas əşyalar hazırlayan zavod eyni zamanda çayı 

çirkləndirə bilər və bu da həmin çayda balıq tutan balıqçılara və çayı  

sevimli çimərlik yeri hesab edən yaxın kəndlərin uşaqlarına ziyan 

vura bilər.Amma zavodun məhsulunun istehlakçıları heç bir ziyan 

görmürlər. O, məhsulun qiymətində əks olunmur. Bazar qüvvələri 

nə istehsalçıya və  nə  də ki, onun məhsulunun istehlakçılarına 

həmin ziyanın azaldılmasına heç bir təkan vermir. 

Bunu avtomobillər haqqında da söyləmək olar: onlar insanlar 

üçün çox xeyir verirlər, amma eyni zamanda havanı çirkləndirirlər 

və bizim hamımız da bu hava ilə  nəfəs alırıq və bu da bizim 

sağlamlığımıza ziyan vurur. Amma bu ziyan nə avtomobilin və 

nə  də ki sərnişinlərin ödəniş haqqında  əksini tapmır. Müvafi q 

olaraq, avtomobil istehsalçılarının, alıcılarının və ya sərnişinlərinin 

havanın çirkləndirilməsinə  təkan verə biləcəyi bazar stimulları 

yoxdur. 


Xarici effektlərdən  ətraf mühiti və sağlamlığımızı qoru-

maq üçün hökumətin müdaxiləsi lazımdır: həm zavod, eləcə  də 

avtomobillər üçün qayda və normalar təsis edilir ki, ətraf mühiti 

çirkləndirməsinlər və dövlət orqanları yaradılır və onlar da bu qay-

dalara və normalara əməl edilməsinə nəzarət edirlər. Gürcüstanda 

bu funksiyanı Ətraf Mühitin Müdafi əsi Nazirliyi yerinə yetirir. 

Xarici effektlərin azalmasının daha bir yolu xarici effek-

ti yaradan məhsulların süni yolla bahalaşdırılmasıdır. Belə ki, 

məsələn, bəzi ölkələrdə avtomobil yanacağına çox yüksək vergilər 

təsis edilmişdir ki, bahalı yanacaq insanlara şəxsi avtomobillərindən 

daha az istifadə etməyə təkan versin və onlar ictimai nəqliyyatdan 

və ya velosipeddən istifadə etsinlər.



Con Meynard Keyns (John Maynard Key-

nes) _ ingilis  iqtisadçısı, 1883- 1946 illər. Key-

ns iyirminci əsrin  ən tanınmış iqtisadçılarından 

biridir. O, iqtisadi proseslərin dövlət tərəfi ndən 

düşünülmüş idarəçiliyinin zəruri olmasını isbat et-

mişdir. 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə