Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

28

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Xarici effekt malın nəinki istehsalında/istifadəsində, eləcə  də onun satışında yarana bilər. 

Məsələn, malın qablaşdırılması satılası malı zədələnmədən qoruyur, malın tərtibatı imkanını verir 

və bu da onu istehlakçılar üçün daha cəlbedici edir. Amma malın əldə edilməsindən sonra bütün 

bu qablaşdırılası material zibilə atılır və bu da zibilin daşınması və ya emalı-zərərsizləşdirilməsi 

xidmətləri və nəhayət, tullantıların atıldığı zibillik yerinin ətraf mühiti üçün yük artırır.

 

İstehlakçılar üçün məhsulların böyük seçimi olan və  məsuliyyət hissi olan ölkələrdə 



istehlakçıların bir çoxu istehsalı, satışı  və ya istifadəsi  ətraf mühitə 

zərər vuran mallardan boyun qaçırır və  “ətraf mühitin dostu” olan 

məhsulları almağa çalışırlar. Belə bir məhsulları  fərqləndirmək 

üçün ekomarkerlərdən istifadə olunur – məhsulun etiketində  və ya 

qablaşdırılmasında xüsusi işarələrdən. Burada ekomarka  (Ecola-

bel) göstərilir ki, bundan Avropa İttifaqında istifadə olunur. Onun 

qəbul edilməsi üçün mal istehsalçısı maksimal olaraq həm məhsulun

eləcə  də istehsalatın  ətraf mühitə  mənfi   təsirini azaltmalıdır: havanı, 

suyu çirkləndirməməli, tullantıları minimu-

ma endirməli, zərərli kimyəvi maddələrin 

istifadəsini imkan daxilində azaltmalı, elə bir qablaşdırma və materi-

aldan istifadə etməlidir ki, resiklyasiya olunan (onun emalı və yenidən 

istifadəsi mümkündür) və ya bioloji tənəzzülə uğrayandır (ətraf mühitə 

düşən kimi asanlıqla parçalanır). Avropa İttifaqının ekomarkasına ma-

lik məhsulun və xidmətin siyahısı internetdə verilir, növbəti ünvanda: 

http://ec.europa.eu/ ecat/.

Xarici effekt müsbət də ola bilər. Məsələn, qripə qarşı peyvənd etdiyiniz halda bu nəinki 

sizin üçün, eləcə də ətrafınızdakı insanlar üçün xeyirli ola bilər, çünki onların qripə yoluxma 

riski azalmış ola bilər. Eləcə də, məsələn, qonşuluqda tikilən gözəl ev nəinki sakinlərə xeyir 

verir, eləcə də sizə, çünki rayon daha da cazibədar olur və evinizin qiyməti artmışdır.



Bu işarə onu bildirir ki

qablaşdırma materialı  

Resiklasiya edilir


29

 FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI



Adın sınmasından başın sınması yaxşıdır. 

Gürcü xalq atalar sözü

Bazarın aşağı düşməsinin daha bir halını bazar oyunçularının arasında mövcud məlumat 



assimetriyası təqdim edir. 

Bir qayda olaraq, malın xassələri haqqında daha çox məlumata satıcı malikdir, nəinki alıcı. 

Bu məlumat malın həm müsbət tərəfl ərinə, eləcə də onun qüsurlarına aiddir. Amma satıcı çalışır 

ki, daha çox malı daha baha qiymətə satsın! Bunun üçün də o, alıcıya malın nöqsanı və ya onun-

la əlaqədar risklər haqqında məlumat verməkdə maraqlı deyil. Əksinə, bazar qüvvələri satıcıya 

təkan verir ki, bu məlumatı gizlətsin. Halbuki bu vəziyyət uzun müddət davam etməyəcəkdir: bu 

malı bir neçə istehlakçı aldıqdan sonra məlum olacaq ki, malın nöqsanı var və bunun haqqında 

məlumat yayılacaq və istehlakçılar bu malı sadəcə almayacaqlar.

Assimetriya məlumatı 1970-2000

illərdə üç amerikalı iqtisadçı  tədqiq edirdi: 



Corc Akerlof (George Akerlof), Cozef Stiqlits 

(Joseph Stiglitz) və Maykl Spens (Micha-

el Spence). Assimetriya məlumatı  nəzəriyyə-

si üzərində  işə görə onlara 2001-ci ildə Nobel 

mükafatı verilmişdir. 

Eyni növdə olan malın yalnız bəzisinin nöqsanı olduğu və bə-

zilərinin isə olmadığı və istehlakçının aldığı zaman onları fərqlən-

dirə bilmədiyi halda (zahirən hər iki növdə mal eynidir), nə baş ve-

rir? Tez və ya gec istehlakçılar başa düşəcəklər ki, bu malı əldə edən 

insanların bir hissəsi razıdır, digəri isə - narazı. Məlum olacaq ki, 

bu malı aldıqda zərər görmək təhlükəsi vardır. Müvafi q olaraq, is-

tehlakçıların gözlərində bu malın qiyməti aşağı düşəcək və ona ver-

dikləri məbləğ də azalacaqdır. Müvafi q olaraq malın bazar qiyməti 

də aşağı düşəcəkdir. Azaldılmış qiymət şərtlərində istehsalçıya yax-

şı mal satmaq sərf etmir, buna görə də qüsurlu, yararsız malın pay-

ını bazarda artırır. Bu, malın dəyərini istehlakçının gözündə daha 

da aşağı salır. Mal daha da ucuzlaşacaqdır, buna görə də istehsalçı 

məcbur olur ki, onun keyfi yyətini daha da aşağı salsın, mal daha da qiymətdən düşəcək və malın 

bazarının tam kollapsa (parçalanma, yox olma) uğradığına qədər davam edəcəkdir.

C.Akerlof

C. Stiqlits

M.Spens



30

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



MƏHSUL HAQQINDA MƏLUMAT

Ötən əsrin 50-ci illərinə qədər sadəcə sağlam düşüncə yetərli idi ki, istehlakçı bu və ya digər 

məhsulun tərkibi, təhlükəsizliyi, yararlılığı və ya keyfi yyətini müstəqil dəyərləndirsin. Bu gün isə 

bu, artıq mümkün deyil, - bazarda çoxlu sayda fərqli məhsul var və onların hazırlanma metodları 

və ya texnologiyaları o qədər sürətlə  dəyişir ki, heç bir istehlakçı bütün istehlak məhsulunun 

xassələrini araşdırmağı bacara bilməz.

İstehsalçı isə, bir qayda olaraq, yalnız hər hansı bir sahədə ixtisaslaşdırılmışdır və özünün 

və ya oxşar məmulatın xüsusiyyətləri haqqında istehlakçılar üçün daha çox məlumatı vardır. O, 

asanlıqla bu məlumatdan istehlakçıların çaşdırılması üçün istifadə edə bilər. Məlumat disbalansı 

(bərabərsizliyi) istehlak malının satıcı istehsalçısı və alıcı istifadəçisi arasında aydın şəkildə əks 

olunur.

Bu bərabərsizliyin qarşısını almaq üçün dövlət istehsalçının/satıcının istehlakçıya (malın 



alınmasına qədər) mütləq çatdırmalı olduğu minimal məlumat siyahısını təsis edir. Bu, istehlakçıya 

lazım olan məlumatdır ki, malı düzgün seçə bilsin. Gürcüstanda bu siyahı qanunla təyin edilmiş 

və növbəti məlumatlardan ibarətdir:

Hər növ malın üzərində gürcü dilində məhsulun növü və adı, onu hazırlayan fi rmanın 

adı və ünvanı, eləcə də məhsulun istehsal edildiyi ölkənin adı qeyd edilməlidir. İstehlakçıya 

eləcə də gürcü dilində malın əsas istehlak xassələri və onun təhlükəsiz istifadə qaydaları və 

şərtləri haqqında məlumat verilməlidir. Ərzaq məhsulları halında, əlavə olaraq məhsulun 

miqdarı (çəkisi və həcmi), istehsal tarixi, yararlılıq müddəti  və tərkibi (hansı məhsullardan/

inqredientlərdən hazırlanmışdır) mütləq göstərilməlidir. 

Məlumatın assimetriyası  hər zaman satıcının üstünlüyünü nəzərdə tutmur. Bəzən 

risklər haqqında istehlakçının daha çox məlumatı olur, nəinki satıcının. Məsələn, avtomo-

bilin sığorta polisi alındığı zaman, sığorta agenti bilmir ki, polisi alan avtomobil sürücüsü 

avtomobili nə dərəcədə ehtiyatla sürəcəkdir. Eyni zamanda onu bilir ki, sürücülərin bəziləri 

ədəbsiz olurlar və məhz onları nəzərə almaqla riskləri hesablayır. Bu, ehtiyatlı sürücü üçün 

sığortanı çox bahalandırır və ola bilsin ki, polis əldə etməkdən boyun qaçırsın. Nəticə belə 

olur ki, avtomobillərin sığortalanması məcburi deyilsə, o zaman onu yalnız riskli, ədəbsiz 

sürücülər əldə edirlər. Bu halı mənfi  seçim (adverse selection) adlandırırlar. 

Təsvir edilən vəziyyətdən bazar öz qüvvələri ilə çıxa bilmir. İstehlakçının bazara (satıcıya) 

etibarının bərpası üçün dövlət tərəfi ndən bazara müdaxilə  və istehlakçını, onun marağının 

qorunması haqqında inandıra biləcək oyun qaydalarını təsis etməsi vacibdir. 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə