Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

8 | 



s ə h i f ə

 

 



sablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və 

ya  qorxu,  bir  sözlə  analiz  edənin  duyma  qabiliyyətindən  heç  nə 

yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların oldu-

ğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə qalan oyunçular 

uduzurlar. Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çün-

ki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın 

çox vaxt analiz etmə bacarığı olmur. Məharət adətən özünü yara-

dıcılıqda  və  hadisələr  arasında  əlaqə  yaratmaqda  buruzə  verir, 

frenoloqlar* (məncə,  yalnış  olaraq)  bunu  bəsit  hesab  edirlər,  çox 

vaxt  o,  elə  adamlarda  müşahidə  edilir  ki,  onların  əqli  səviyyəsi 

yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların 

qeyd  etdiyi  kimi,  kəmağıllılıq  səviyyəsində  olur.  Bacarıqla  təhlil 

etmə  qabiliyyəti  arasında  mövcud  olan  fərq  təxəyyüllə  təsəvvür 

arasındakı fərqdən daha böyükdür. Həqiqətən də, bacarıqlı adam-

ların çox xəyalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha 

meylli olduğunu görmək mümkümdür.  

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ 

əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir his-

səsini  Parisdə  yaşadığım  zaman  Oqyust  Düpen  adlı  bir  cənabla 

tanış oldum. O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən 

taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiə-

tinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, 

əldən  çıxmış  var-dövləti  qaytarmağı  xəyalına  belə  gətirməmişdi. 

Borc verənlərin iltifatı sayəsində atadan qalma mirasın bir hissəsi 

Düpen  üçün  saxlanmış,  ondan  gələn  gəliri  ilə  dolanmış,  ciddi 

qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həya-

tın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə dolanmışdı. Yeganə 

israfçılıq  etdiyi  şey  kitablardı,  onları  da  Parisdə  asanlıqla  əldə 

etmək olardı.  

Ilk  görüşümüz  Monmantr  küçəsində  az  tanınmış  bir  kitab-

xanada oldu. Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox nadir 



vivo 

Morq küçəsində qətl 

 

9 | 



s ə h i f ə

 

 



və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə 

tarixi ilə dərindən maraqlandım. O, hər bir fransıza xas səmimiy-

yətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütailəsi 

məni  heyran  etmişdi.  Ən  başlıcası  isə,  həyat  hadisələri  haqqında 

aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gəti-

rirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. 

Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz 

xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçən-

ləri  danışdım.  Nəhayət,  şəhərdə  qaldığım  müddətdə  bir  yerdə 

yaşamağı qərara aldıq.  

Mənim maddi vəziyyətim  Düpenə nisbətən bir qədər yaxşı 

olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kira-

yə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. 

Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. İllər 

keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəz-

dirilməmişdi,  artıq  dağılmağa  doğru  gedirdi.  Bu  mülkdə  keçir-

diyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi 

dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək 

belə istəmirdik.  

Yaşadığımız  yeri  keçmiş  dostlarımdan  gizli  saxlayırdım. 

Düpensə  Parislə  əlaqəsini  kəsmişdi,  onu  yada  salan  da  yox  idi. 

Dostumdakı  qəribəliklərdən  biri  (bunu  başqa  cür  necə  adlandı-

rım?) gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə ya-

naşı buna da alışaraq, özümü unutdum və tamamilə dostumun qə-

ribəliklərinə öyrəşdim. Qarabuğdayı ilahə tez-tez bizi  tərk edirdi, 

bundan ötrü ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər 

dan  yeri  ağaranda  qədim  evin  ağır  pəncərə  qapaqlarını  bağlayar, 

bir-iki  şam  yandırardıq.  Şamlar  yandıqca  ətirli  iy  verər  və  ətrafa 

tutqun  zəif  işıq  saçardı.  Şamların  işığında  şirin  xəyallara  dalar, 

divar  saatı  həqiqi  qaranlığın  düşdüyünü  xəbər  verənəcən  oxuyar, 

yazar və söhbət edərdik. Söhbətləri davam etdirər və yaxud izdi-



vivo 

Morq küçəsində qətl 

 

10 | 



s ə h i f ə

 

 



hamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. 

Gecənin  sakitcə  seyrinə  dalmaq  bizə  tükənməz  mövzu  verərdi. 

Belə anlarda Düpenin  əqlinə, qabiliyyətinə bələd olsam da, onun 

zəkasına  qeyri-ixtiyari  olaraq  heyran  qalırdım.  Bunu  büruzə  ver-

mirdim, görünür Düpenlə əlyənməyim ona xoş gəlirdi. Onun qəl-

binə nə qədər sevinc bəxş etdiyimi mənə deyərdi.  

Düpen  mənə  bir  neçə  dəfə  özünü  tərifləyərək  xatırlatmışdı 

ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim 

də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun 

üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun 

davranışında  bir  soyuqluq  və  yadlıq  görərdim;  gözləri  harasa 

uzaqlara  baxar,  adətən  məlahətli  səsi  zilə  qalxar,  sakit  və  aydın-

lığına  baxmayaraq,  danışığı  əsəbi  olardı.  Bu  cür  əhval-ruhiyyədə 

ona  baxarkən  ruhun  ikiliyi  haqqında  qədim  fəlsəfi  təlimi  xatırla-

yar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də 

güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fan-

tastik  əsərin  qəhrəmanı  etmək  niyyətindəyəm.  Xeyr,  mən  onun 

olan  xasiyyətini,  sadəcə  olaraq,  təsvir  edirəm.  Onda  bu  xasiyyət 

coşğun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmiş-

di. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı 

sübut ola bilər.  

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə 

gəzirdik.  Hər  ikimiz  fikrə  dalmışdıq,  on  beş  dəqiqə  ərzində  heç 

birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:  

 O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varye-



te” teatrında sınasın.  

– 

Buna şübhə ola bilməz, 



– 

qeyri-ixtiyari olaraq cavab ver-

dim.  

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim 



sözlərimin  necə  uyğun  gəldiyini  dərk  etmədim.  Bircə  an  sonra 

özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.  




Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə