Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

11 | 



s ə h i f ə

 

 



– 

Düpen, 


– 

ciddi  tərzdə  dedim, 

– 

bunu  dərk  etməkdə  aci-



zəm.  Düzünü  deyim  ki,  heyrət  məni  götürüb,  heç  cürə  eşitdik-

lərimə  inana  bilmirəm.  Axı  onun  barəsində  düşündüyümü  necə 

duydunuz?  –  Bu  yerdə  dayandım  ki,  görüm,  o,  həqiqətən  kimin 

haqqında fikirləşdiyimi bilir, ya yox?  

– 

Şantilyi haqqında, 



– 

Düpen dilləndi. 

– 

Nə üçün dayandı-



nız?  öz-özünüzə  deyirdiniz  ki,  onun  balaca  boyu  tragik  aktyor 

üçün yaramır.  

– 

Bəli, mənim fikirlərim məhz bu idi. Şantiyli əvvəllər Sen-



Deni  küçəsində  pinəçilik  etmiş,  sonralar  səhnə  ilə  maraqlanmış, 

Krebillyonun  eyni  adlı  faciəsində  Kserks  rolunda  çıxış  etmişdi. 

Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.  

– 

Allah  xatirinə, 



– 

deyə  israr  etdim, 

– 

metodunuzu  mənə 



başa  salın;  sizin  elə  bir  metodunuz  var  ki,  onun  köməyi  ilə  ürə-

yimdən keçənləri oxuya bildiniz. Düzünü deyim ki, hetrətimi mü-

əyyən dərəcədə büruzə verməməyə çalışdım.  

– 

Bunu sizin ağlınıza göyərti satan saldı. Pinəçi Kserks və 



onun kimilərinin ayağının tozu da ola bilməz, 

– 

dostum cavab ver-



di.  

– 

Göyərti  satan?  Siz  nə  danışırsınız.  Mən  heç  bir  göyərti 



satan-zad tanımıram.  

– 

On  beş  dəqiqə  bundan  əvvəl  bu  küçəyə  dönəndə  sizinlə 



toqquşan o göyərti satanı deyirəm. 

Birdən həqiqətən də, başında böyük bir alma səbəti aparan 

göyərti satanı təsadüfən S. küçəsindən keçərkən bizim indi dayan-

dığımız  yerdə  məni  az  qala  yerə  yıxacağı  yadıma  düşdü,  amma 

bunun  şantilyi  ilə  nə  əlaqəsi  olduğunu  heç  cürə  anlamadım.  Dü-

pendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.  

– 

Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsi-



niz.  Əvvəlcə  gəlin  sizinlə danışdığım  andan,  haqqında  danışdığı-


vivo 

Morq küçəsində qətl 

 

12 | 



s ə h i f ə

 

 



mız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda 

düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cəra-

yan  edir:  şantilyi,  Orion,  Həkim  Nikols,  Epikür,  Stereotamiya, 

küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç 

olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy 

etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. 

Kim  ona  birinci  girişsə,  çıxış  nöqtəsindən  son  nəticəyə  qədər 

böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu 

ördükdə heyrətlənəcəkdir.  

Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin ta-

mamilə  həqiqət  olduğunu  istər-istəməz  etiraf  etdim.  Dostum  da-

vam etdi:  

– 

O  biri  küçəyə  burulmamışdan  qabaq,  düzgün  yadımda 



qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbə-

timiz  kəsildi.  Bax,  bu  küçəni  keçərkən  başında  iri  bir  səbət  olan 

göyərti  satan  cəld  yanımızdan  ötdü  və  sizi  küçəni  təmir  etmək 

üçün  bir  yerə  topalanmış  daşların  üstünə  itələdi.  Daşların  birinə 

ilişib  yıxıldınız.  Çevrilib  daş  topasına  baxdınız,  sonra  yolunuzu 

davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Mü-

şahidəçilik  son  zamanlar  mənim  üçün  bir  növ  təlabata  çevrilib. 

Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çata-

nadək  baxışlarınızı  yerdən  çəkmədiniz,  üzünüzdə  incik  bir  ifadə 

vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan 

bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsü-

nüz.  


Burada  eyniniz  açıldı,  dodağınızın  qaçmağını  gördüm.  Siz 

“stereotomiya”  sözünü  dediniz.  Buna  şübhə  etmədim.  Bu  termin 

süni surətdə bu cür səki döşəmələri barədə deyilir.Başa düşdüm ki, 

“stereotomiya”  sözü  sizi  atomlar  haqqında  fikrə,  yeri  gəlmişkən, 

Epikürün  nəzəriyyəsi  barəsindəki  fikrə  gətirib  çıxaracaq.  Bu, 

bizim  yaxınlarda  müzakirə  etdiyimiz  mövzu  idi.  Yadınızdadırsa, 




vivo 

Morq küçəsində qətl 

 

13 | 



s ə h i f ə

 

 



mən sizə nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı 

müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində 

əldə  edilən  nəticələriylə  təsdiq  edilməsindən  və  Epikürə  lazimi 

qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başını-

zı  qaldırıb  yuxarıya,  Orion  bürcündəki  nəhəng  ulduzlar  topasına 

nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, si-

zin hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində 

şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına ta-

mamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış 

edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir 

sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad 

etmişik. Bu sözləri nəzərdə tuturam: "Perdid antiquum litera prima 

sonum"*  Sizə  danışmışdım  ki,  burada  Orion  nəzərdə  tutulur,  bu 

söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə 

başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim 

ki, Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də 

oldu.  Bunu  sizin  dodaqlarınızın  qaçmasından  bildim.  Siz  zavallı 

pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən 

belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin 

oldum ki, siz şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə 

bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox 

balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. 

Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun 

axşam  nömrəsini  nəzərdən  keçirərkən,  aşağıdakı  başlıq  diqqəti-

mizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen 

Rok  məhəlləsinin  sakinlərini  aramsız  dəhşətli qışqırtılar  yuxudan 

oyatdı.  Qışqırtılar  Morq  küçəsindəki  madam  L’Espanye  və  onun 

qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsin-

dən  gəlirdi.  İçəri  girmək  üçün  bağlı  darvazanı  sındırmaq  lazım 

gəldi.  On  nəfərə  qədər  qonşu  iki  jandarmın  müşayiəti  ilə  içəri 

doluşdu.  Artıq  qışqırtılar  kəsilmişdi.  Amma  dəstə  pilləkənin  bi-



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə