Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

14 | 



s ə h i f ə

 

 



rinci  pilləsinə  təzəcə  qədəm  qoymuşdu  ki,  yuxarıda  iki-üç  acıqlı 

kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər 

də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar 

bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa 

yataq  otağına  çatanda  (otağın  qapısı  içəridən  açarla  bağlandığın-

dan, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə 

gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və 

hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstün-

dən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun 

üstündə  qanlı  ülgüc  vardı.  Buxarının  məhəccərinə  iki-üç  qom 

uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tük-

ləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleon-

dr,  bir  dənə  topaz  qaşlı  sırğa,  üç  böyük  gümüş  qaşıq,  üç  balaca 

melxior  qaşıq  və  içində  dörd  min  franka  yaxın  qızıl  pul  olan  iki 

kisəcik  vardı.  Küncdəki  kamodun  siyirmələri  açılmışdı.  Görünür 

kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey 

qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf 

açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir 

neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox 

idi.  Madam  L’Espanyedən  əsər-əlamət  yox  idi,  ancaq  buxarının 

ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyən-

də  adam  dəhşətə  gəlir.)  Qızın  başıaşağı  vəziyyətdə  olan  meyitini 

dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə 

– 

yuxa-



rıya pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu 

ki,  bir  neçə  yerdən  dəri  sıyrılıb.  Bu  da,  şübhəsiz,  zorakılığın 

izləriydi.  Sifətində  çoxlu  dərin  cırmaq  izləri,  boğazında  isə  tünd 

qançırlar,  dərinə  işləmiş  dırnaq  izləri  qalmışdı.  Sanki  məhrumu 

boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə 

aşkar  edə  bilməyib,  binanın  dal  tərəfindəki  daş  döşənmiş  kiçik 

həyətə  sarı  getdi.  Orada  isə  yaşlı  xanımın  meyitinə  rast  gəldilər. 

Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qo-




vivo 

Morq küçəsində qətl 

 

15 | 



s ə h i f ə

 

 



pub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər 

kökə  salınmışdı  ki,  onda  insana  oxşayan  heç  nə  qalmamışdı.  Bu 

dəhşətli  müəmmanı  açmaq  üçün,  əlimizdə  hələlik  azacıq  da  olsa 

imkanımız yoxdur”.  

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:  

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli 

hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq 

üçün təzə heç nə aşkar edilməmişdir.  

Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Polina 

Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu 

müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı 

yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haq-

qını  xəsislik  etmədən  verirdilər.  Onların  həyat  tərzi  və  yaşayış 

vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, 

bununla  da  dolanırdılar.  Xanımın  çoxlu  pulu  olduğunu  güman 

edir. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən 

evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu ol-

madığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, 

heç  yerdə  avadanlıq  olmamışdır.  Tütün  köşkünün  sahibi  Pyer 

Moro  ifadə  verir  ki,  dörd  il  müddətində  xanım  L’Espanyeyə  az 

miqdarda  tütün  və  burunotu  satıb.  Mərhum  xanımın  və  qızının 

cəsədləri  tapılan  otaqda  yaşadıqları  altı  ildən  çox  olardı.  Orada 

əvvəlcə bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə 

verərdi.  Ev  xanım  L’Espanyenin  şəxsi  mülkiyyətiydi,  kirayəçilər 

evə pis baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü 

keçib. Kirayəşin saxlamaqdan imtina edib. Yaşlı xanım uşaq kimi 

idi.  Şahid  bu  altı  il  müddətində  xanımın  qızını  ən  çoxu  beş-altı 

dəfə  görmüşdü.  Ana-bala  həddindən  artıq  qapalı  həyat  tərzi 

keçirirmiş. Deyilənə görə onların pulu varmış. Qonşular arasında 

xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid 




vivo 

Morq küçəsində qətl 

 

16 | 



s ə h i f ə

 

 



ona inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və 

bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.  

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez 

baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa 

dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncə-

rələrin  qapıları  nadir  hallarda  açılardı.  Dördüncü  mərtəbədəki 

böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr 

daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziy-

yətdəydi.  Jandarm  İsidor  Müze  göstərir  ki,  onun  arxasınca  səhər 

saat  üç  radələrində  gəlmişdilər.  O  gələndə  darvazanın  yanında 

iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərir-

dilər.  Nəhayət,  onlar  qapını  süngü ilə  açdılar.  Qapı  ikitaylı  oldu-

ğundan,  yuxarı  və  aşağıdan  siyirmə  ilə  bağlanmadığından  onun 

açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açı-

lana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar 

ağrıdan  qovrulan  bir  adamın  (və  ya  adamların)  qırıq-qırıq,  həyə-

canlı  qışqırtısı  idi.  Şahid  qabağa  düşüb  yuxarı  mərtəbəyə  qalxdı. 

Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs 

eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs 

idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. 

Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini 

ayırd  edə  bilib.  Ciyiltili  səs  yadelli  adamın  səsi  idi,  amma  şahid 

onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O nə de-

dildiyini  başa  düşə  bilməyib,  ancaq  yad  adamın  ispanca  danış-

dığını  güman  edir.  Otaq  və  meyitlərin  vəziyyəti  şahid  tərəfindən 

biz dünən təsvir etdiyimiz kimi verilib.  

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən 

adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Gi-

riş  qapısından  içəri  daxil  olan  kimi  onu  yenidən  bağlayıblar  ki, 

gecə  yarısı  olmasına  baxmayaraq,  tezliklə  oraya  toplaşan  camaat 

içəri  doluşmasın.  Şahidin  zənnincə,  ciyiltili  səs  italyan  səsinə, 



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə