Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

17 | 



s ə h i f ə

 

 



xırıltılı  səs  isə  fransız  səsinə  oxşayırmış.  Ciyiltili  səsin  kişi  səsi 

olduğuna əmin deyildi.  

Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı yox-

dur.  Sözləri  ayırd edə bilməyib,  lakin  intonasiyasından  danışanın 

italyan  olduğunu  güman  edir.  Şahid  madam  L’Espanye  və  onun 

qızını  tanıyırmış.  Onlarla  tez-tez  söhbət  edərmiş.  Ciyiltili  səsin 

məhrumların heç birinə aid olmadığından əmindir. Restoran sahibi 

Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə gəl-

mişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindi-

rilirdi.  O,  Amsterdam  vətəndaşıdır.  Qışqırtılar  gələn  zaman  evin 

yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə 

davam edib. Çox dəhşətli və ürək parçalayan imiş. Şahid evə daxil 

olan  adamlardan  biri  olub.  Özündən  əvvəlki  ifadəni  bir  şeydən 

başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi olub, fransıza 

məxsus  olduğuna  əmindir.  O  da  deyilən  sözləri  ayırd  edə  bilmə-

yib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. 

Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya oxşayır-

mış. Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və 

“diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçə-

sindəki “Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının 

yaşca  böyüyü  Şül  Mino  ifadə  verir  ki,  xanım  L’Espanyenin  bir 

qədər  pulu  vardı.  Onun  kontorunda  hansı  ilinsə  (səkkiz  il  əvvəl) 

yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyar-

dılar.  Çek  yazmazdı,  ölümündən  üç  gün  əvvəl  şəxsən  özü  dörd 

min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və ban-

kın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firması-

nın qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxt-

da,  təxminən  günorta  zamanı,  xanım  L’Espanyenin  iki  kisəyə 

qoyulmuş  dörd  min  frank  pulunu  onun  evinə  aparmışdır.  Qapını 

madmazel  L’Espanye  açmış,  əlindəki  kisələrdən  birini  götürmüş, 




vivo 

Morq küçəsində qətl 

 

18 | 



s ə h i f ə

 

 



digərini  isə  xanım  özü  ondan  almışdır.  Sonra  baş  əyərək  çıxıb 

getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.  

Dərzi  Uilyam  Berd  ifadə  verir  ki,  ingilisdir,  iki  il  Parisdə 

yaşayıb.  Evə  daxil  olan  adamlardan  biri  idi.  Pilləkənləri  birinci 

qalxanlardan olub. Mübahisəli səslər eşidib. Deyir  ki, xırıltılı səs 

fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını 

xatırlaya bilmir. “Sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib. 

Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə ada-

mın səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. 

Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə ox-

şayırdı.  Güman  ki,  qadın  səsi  idi.  O,  almanca  başa  düşmürdü. 

Yuxarıda  adları  çəkilən  şahidlərdən  dördü  ikinci  dəfə  sorğu-sual 

edilərkən göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan 

yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəf-

də sakitlik hökm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı 

sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri 

aşağı  salınmış  və  içəridən möhkəm  bərkidilmişdi.  İki  otağın  ara-

sındakı qapı örtülü idi, amma bağlı deyildi. Qabaq otaqdan dəhlizə 

açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtə-

bədə  dəhlizin  sonunda  yerləşən  kiçik  anbarın  qapısı  azacıq  aralı 

idi.  Otaqda  köhnə  çarpayılar,  yeşiklər  və  s.  əşyalar  vardı.  Bu 

şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda 

diqqətlə  nəzərdən  keçirilməmiş  bir  yer  belə  qalmadı.  Damdakı 

otaq  nəzərə  alınmasa,  ev  dördmərtəbəli  idi.  Evin  damına  açılan 

qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səsləri-

nin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı 

şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə 

dedilər.  Qapı  güclə  açıldı.  Tabutqayıran  Alfonso  Qarsio  şəhadət 

verir  ki,  Morq  küçəsində  yaşayır  və  mənşəcə  ispaniyalıdır.  Evə 

girən  adamlardan  biri  olub.  Yuxarı  qalxmayıb,  əsəbi olduğundan 

həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs 



vivo 

Morq küçəsində qətl 

 

19 | 



s ə h i f ə

 

 



fransıza  məxsus  idi.  Nə  dediyini  tuta  bilməyib.  Ciyiltili  səs  isə 

ingilisə məxsus imiş. O, buna əmindir. Ingilis dilini başa düşmür, 

intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner Alberto 

Mentani  şəhadət  verir  ki,  pilləkənləri  birinci  qalxanlar  arasında 

olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danı-

şırmış.  Bir  neçə  sözü  tuta  bilib.  Danışan,  görünür,  kimisə  söyür-

müş. Zənn edir ki, səs rus səsinə oxşayırdı. Ümumiyyətlə, ifadəni 

təsdiq  edir.  Kolleksioner  özü  italyandır.  Heç  vaxt  rusla  əlaqəsi 

olmayıb.  

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördün-

cü  mərtəbədəki  bütün  otaqların  buxarıları  dardır,  oradan  adam 

çıxıb-düşə bilməz. Oranı buxarıtəmizləyənlə təmizləyirlər. Buxarı-

təmizləyən  dedikdə,  silindr  şəkilli  şotka  nəzərdə  tutulur.  Bu  şot-

kalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. 

Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olma-

dığından,  necə  düşüb  getməsi  barədə  fərziyyələr  söyləyirdilər. 

Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, 

yalnız  dörd-beş  adam  köməkləşib  onu  aşağı  düşürə  bildi.  Həkim 

Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək 

üçün çağırdılar. Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıl-

dığı  otaqda  çarpayılardan  götürülmüş  döşəklərin  üstündə  idi. 

Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək 

idi  ki,  onu  buxarıya  güclə  pərçim  etmişdilər.  Boğazı  bərk  siyril-

mişdi.  Çənəsindən  aşağıda  dərin  cırmaq  yerləri  görünürdü.  Bir 

neçə göy-qırmızımtıl ləkələr vardı. Bu, dırnaq izləri idi. Sifəti dəh-

şətli  dərəcədə  göyərmiş,  gözləri  hədəqəsindən  çıxmışdı.  Dili  az 

qala kəsilmişdi. Qarnının aşağı hissəsində iri bir qançır vardı, gö-

rünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madma-

zel L’Espanye bir və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü. 

Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala salınmışdı. Sağ 

qıçının  və  qolunun  sümükləri  sındırılmış,  sol  böyründəki  bütün 



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə