Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

23 | 



s ə h i f ə

 

 



xarkən  qatil  onların  nəzərindən  qaça  bilməzdi,  çünki  başqa  yolu 

yoxdur. Yataq otağındakı ağlagəlməyən qarmaqarışıqlıq, buxarıya 

başıaşağı  pərçimlənmiş  meyit,  qarının  dəhşətli  dərəcədə  eybəcər 

şəklə salınması 

– 

bütün bu səbəblər kifayət edir ki, polis işçilərini 



çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lovğalanan polis 

agentlərini tamamilə yalnış izə salsın. Onlar qeyri-adiliyi izahedil-

məzliklə  qarışdırmaqla  kobud  və  ümumi  səhvə  yol  vermişlər. 

Məhz  adilik  ölçüsündən  kənara  çıxarkən  həqiqət  axtarışlarında 

ona  doğru  gedən  yolu  görmək  olur.  Bizim  hazırda  apardığımız 

təhqiqat  işində  “nə  baş  vermişdir?”  yox,  “indiyə  qədər  nə  baş 

vermişdir?”  sualını  vermək  daha  yaxşı  olardı.  Həqiqətən  də,  bu 

işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də, artıq gəlmiş oldu-

ğum  qərar,  polisin nöqteyi  nəzərincə,  açıq-aşkar  həllolunmaz  he-

sab edilməsi ilə tərs mütənasibdir.  

Dostuma heyrətlə baxırdım.  

– 

Mən  indi, 



– 

Düpen  qapıya  tərəf  baxaraq  sözünə  davam 

etdi, 

– 

bu  dəhşətli  cinəyətdə  birbaşa  iştirak  etməsə  də,  müəyyən 



dərəcədə  onun  törədilməsinə  kömək  edən  şəxsi  gözləyirəm.  Ola 

bilsin  ki,  bu  qətllərin  baş  verməsində  onun  günahı  yoxdur.  Bu 

ancaq  ehtimaldır.  Mən  öz  fikrimdə  haqlıyam,  çünki  müəmmanın 

açılışı bütünlükdə bunun üzərində qurulur. Həmin adamı burada 

– 

 

bu otaqda 



– 

istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, 

amma  çox  güman  ki,  gələcək.  Əgər  gəlsə,  onu  tutmaq  lazımdır. 

Budur tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz 

necə istifadə etməyi bacarırıq.  

Nə  etdiyimi  bilmədən,  eşitdiklərimə  inanmayaraq  tapança-

ları  götürdüm.  Düpen  isə  monoloquna  davam  edirdi.  Onun  bəzi 

vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O, 

söhbətini mənə  xitabən edirdi. O, astadan danışırdı, lakin intona-



vivo 

Morq küçəsində qətl 

 

24 | 



s ə h i f ə

 

 



siyasında uzaq məsafədə olan adamla danışanlara xas olan nə isə 

vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.  

– 

Dava-dalaş zamanı, 



– 

Düpen dedi, 

– 

adamların pilləkən-



lərlə  qalxarkən  eşitdikləri səslərin qadınlara  məxsus olmadığı  şa-

hidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası tərəfindən 

qəsd  edilməsi,  sonra  isə  qarının  özünü  öldürməsi  barədə  gedən 

söz-söhbətdən bizi xilas edir. Əslində bu məsələ haqqında sistem 

xatirinə danışıram, çünki madam L’Espanyenin gücü çatmazdı ki, 

qızının  meyitini  buxarıya  tapıldığı  vəziyyətdə  tıxamış  olsun;  bu 

işin  öhdəsindən  o  gələ  bilməzdi;  onun  özünə  gəldikdə  isə,  aldığı 

yaralar  adamı  özünəqəsd  fikrindən  tamamilə  daşındırır.  Deməli, 

qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku imiş. İndi 

isə gəlin bu səslərə aid olan ifadələrin hamısına yox, onlardakı xü-

susi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə bildiniz-

mi?  


Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus 

olduğunu təsdiq etdikləri halda, ciyiltili səsə gəldikdə isə 

 bunu 


şahidlərdən biri kobud adlandırmışdı 

– 

bu barədə rəylər çox müx-



təlifdir.  

– 

Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadə-



nin özündən danışırsınız, 

– 

Düpen dedi.  



– 

Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada 

müşahidə edilməli bir şey var. Şahidlər, sizin qeyd etdiyiniz kimi, 

xırıltılı  səs  haqqında  yekdil  fikirdədirlər.  Ciyiltili  səs  barəsində 

qəribəlik heç ayrılığında yox, italyan, ingilis, ispaniyalı, hollandi-

yalı və fransızın cəhd edərək həmin səsi yadelliyə aid etməsində-

dir.  Onların  hər  biri  əmindir  ki,  səs  onun  həmvətəninin  səsinə 

oxşamır və onu tanış olduğu  və hər hansı bir xalqın dilinə deyil, 

əksinə, tanış olmadığı bir dilə oxşadır. Avropanın beş iri ölkəsini 

təmsil edən şahidlərin heç biri həmin səslərdə öz doğma dilinə xas 




vivo 

Morq küçəsində qətl 

 

25 | 



s ə h i f ə

 

 



olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan asiyalı və 

ya  afrikalıymış,  onların  sayının  Parisdə  olduqca  az  olmasına 

baxmayaraq istisna etmirəm. İstərdim diqqətinizi sadəcə olaraq üç 

şeyə yönəldim. Şahidlərdən biri bu səsi ciyiltidən çox kobud səsə 

oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən səs oldu-

ğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, aydın 

bir  söz  və  ya  aydın  bir  səs  eşitsin.  Gəlin  xəyalən  yataq  otağına 

nəzər  salaq.  Hər  şeydən  əvvəl  burada  nə  axtaracayıq?  Qatillərin 

istifadə  etdiyi  çıxış  yolunu.  Bunu  da  deməyə  ehtiyac  yoxdur  ki, 

heç  birimiz  möcüzəyə  inanmırıq.  Bir  də  bu  iki  adamı  cin-şeytan 

öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar 

üzrə  hərəkət  ediblər.  Onda  necə?  Xoşbəxtlikdən,  bir  o  qədər  də 

çətin  olmayan  mühakimə  tələb  olunur,  bu  da  bizi  qəti  qərara 

gətirib  çıxarmalıdır.  Gəlin  bir-bir  mümkün  olan  çıxış  yollarını 

nəzərdən  keçirək.  Aydındır  ki,  adamlar  pilləkənlərlə  qarxarkən 

qatil  madmazel  L’Espanyenin  tapıldığı  otaqda  ya  da  ona  bitişik 

otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalı-

yıq. Polis işçiləri döşəmələri, divarları və tavanı diqqətlə yoxlayıb-

lar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməz-

di. Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə 

yoxladım.  Hər  iki  otağın  dəhlizə  açılan  qapıları  içəridən  açarla 

bağlanmışdı.  Gəlin  buxarılara  nəzər  salaq.  Buxarı  səkkiz-on  fut 

enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri 

pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olma-

dığından, bircə pəncərələr qalır. Otağın küçəyə açılan pəncərəsin-

dən cani qaça bilməzdi, küçədəki adamlar dərhal onu görə bilərdi. 

Deməli,qatil  yataq  otağının  pəncərəsindən  istifadə  edərək  aradan 

çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey, əslində bir o qədər 

də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün ağıllı adamlar kimi 

məntiqi  nəticədən  çıxış  edərək,  o  qeyri-mümkün  şeyin  mümkün 

olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi vardı. Onlardan 



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə