Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

26 | 



s ə h i f ə

 

 



birinin  qabağında  heç  bir  avadanlıq  qoyulmadığından  tamamilə 

görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir çarpayının 

başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlan-

mışdı.  Onu  açmaq  cəhdləri  heç  bir  nəticə  vermədi.  Pəncərənin 

çərçivəsində  sol  tərəfdən  burğu  ilə  deşik  açılmışdı.  Onun  içində 

düz  axıra  kimi  vurulmuş  iri  bir  mismar  vardı.  O  biri  pəncərəni 

yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mis-

mar  gördük.  Bu  pəncərəni  də  açmaq  cəhdi  baş  tutmadı.  Bundan 

sonra  polis  tamamilə  arxayın  olub  ki,  qatil  bu  yolla  qaçıb  canını 

qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb pəncərələri 

açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə yoxladım, çünki 

mənim  qarşımda  bir  vəzifə  dururdu,  o  da  zahirən  qeyri-mümkün 

olan bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Belə-

liklə, mənə təcrübə lazımdır, 

– 

deyə düşündüm. Qatillər hökmən 



bu pəncərələrdən birindən qaçıblar. Belə olan surətdə onlar pəncə-

rə çərçivələrini içəri tərəfdən təzədən bağlaya bilməzdilər. Çünki 

pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu istiqamət-

də  öz  axtarışlarını  dayandırıb.  Deməli,  onlar  öz-özünə  bağlanır-

mış.  Başqa  nəticəyə  gəlmək  də  mümkün  deyil.  Boş  pəncərəyə 

yaxınlaşdım,  bir  qədər  çətinlikdən  sonra  mismarı  çıxartdım  və 

çərçivəni  qaldırmağa  cəhd  göstərdim.  Gözlədiyim  kimi,  açılmadı 

ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.  

Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxma-

yaraq,  mülahizəmin  bu  təsdiqi  məni  inandırdı  ki,  elə  ilk  güman-

larım  da  düz  imiş.  Diqqətli  axtarışdan  sonra  tezliklə  gizli  yayı 

aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni 

qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum 

və  onu  diqqətlə  nəzərdən  keçirdim.  Bu  pəncərədən  çıxan  adam 

onu  yenidən  bağlaya  bilərdi.  Belə  ki,  cəftə  öz-özünə  işə  düşərdi, 

lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və 

mənim  təhqiqat  dairəmi  daha  da  məhdudlaşdırırdı.  Belə  isə  onda 



vivo 

Morq küçəsində qətl 

 

27 | 



s ə h i f ə

 

 



qatillər  o  biri  pəncərədən  qaçıb  getmişdilər.  Onda  güman  etmək 

olar ki, pəncərələrin hər birində cəftə eyni olub, fərq ya  mismar-

larda  və  yaxud  onların  necə  vurulmağında  idi.  Döşəyin  üstünə 

çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçi-

vəsini diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım 

və  onu  basdım,  bu  da  gözlədiyim  kimi  eynən  o  biri  pəncərədəki 

cəftə  kimiydi.  Mismarlarına  nəzər  saldım.  Bu  da  o  biri  mismar 

kimi  iri  idi  və  demək  olar  ki,  axıra  qədər  vurulmuşdu.  Yəqin 

mənim  çətinliyə  düşdüyümü  zənn  edirsiniz,  belə  düşünürsüzsə, 

induktiv metodun mahiyyətini düz başa düşməmisiz. İdmançıların 

diliylə  desək,  həmişə  hədəfə  düz  vurmuşam.  İndi  də  düz  yolda-

yam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri 

son  nöqtəyə  qədər  araşdırmışam.  Həmin  o  son  nöqtə  mismarla 

nəticələnib.  Yenə  sizə  deyirəm,  o  mismar  hər  cəhətdən,  qonşu 

pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün inan-

dırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar 

rolunu  oynayır.  Mismara  nə  isə  olub, 

– 

deyə  düşündüm  və  ona 



toxunan  kimi  mismarın  başı  azacıq  taxta  ilə  qopub  əlimə  düşdü. 

Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi (çünki ucları pas-

lanmışdı) və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri pəncə-

rəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi. 

Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmır-

dı.  Yayı  basaraq,  pəncərəni  ehmalca  bir  qədər  yuxarı  qaldırdım. 

Öz  yerində  möhkəmcə  oturan  mismarın  başı  çərçivə  ilə  yuxarı 

qalxdı.  Pəncərəni  aşağı  saldım.  Belə  təəssürat  yarandı  ki,  guya 

mismar  bütövdür.  Müəmmanın,  beləliklə,  bu  hissəsi  aydınlaşır. 

Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı 

düşərkən  çərçivə  öz-özünəmi,  ya  kiminsə  köməkliyi  ilə  işə  düş-

müş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı görməyə-

rək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı axtarışları-

nı  mənasız  hesab  etməklə  səhvə  yol  vermişdir.  Növbəti  məsələ 




vivo 

Morq küçəsində qətl 

 

28 | 



s ə h i f ə

 

 



qatilin  aşağı  necə  düşməsi  ilə  bağlıdır.  Bu  barədə  sizinlə  evin 

ətrafını  gəzərkən  düşünmüşdüm.  Haqqında  söhbət  gedən  pəncərə 

yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin ildırımötü-

rəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.  

Pəncərədən  içəri  keçmək  haqqında  isə  danışmağına  dəy-

məzdi.  Bununla  belə,  dördüncü  mərtəbədəki  parisli  dülgərlərin 

“ferrades”  adlandırdığı  pəncərə  qapaqları  nəzərimdən  qaçmadı. 

Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara 

hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez 

rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşa-

yır,  fərqi  ondadır  ki,  aşağı  hissəsi  döyülmüş  şəbəkə  formasında 

olub,  əllə  tutmaq  üçün  çox  münasibdir.  Haqqında  danışdığımız 

pəncərə qapaqlarının eni üç fut yarımdır.  

Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziy-

yətdədir,  necə  deyərlər,  divarlarla  müqayisədə  düzbucaq  altında 

durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa tərəf-

dən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə baxdığın-

dan, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi 

diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin 

olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar. 

Mənə  aydın  oldu  ki,  qabağında  çarpayı  olan  pəncərənin 

qapağı  divara  tərəf  axıradək  açılsaydı,  onunla  ildırımötürəndən 

pəncərəyə qalxmaq olardı. İki fut yarımlıq (indi fərz edək ki, pən-

cərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq şə-

bəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb ayaq-

larını  divardan  təkanla  aralayıb  qapını  örtər,  pəncərənin  açıq 

olduğunu  da  zənn  etsək,  özünü  içəri  sala  bilərdi.  İstərdim  ki,  bu 

qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə də-

rəcədə çevikliyin  tələb  edildiyini  yaddan  çıxarmayasınız.  Məqsə-

dim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. Ikinci 

və  başlıcası  bundan  ibarətdir  ki,  siz  təsəvvür  edəsiniz 

– 

bu  işin 




Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə