Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

29 | 



s ə h i f ə

 

 



yerinə  yetirilməsi  adamdan  fövqəladə  dərəcədə,  demək  olar  ki, 

misli  görülməmiş  cəldlik  tələb  edir.  Əlbəttə,  deyəcəksiniz,  bizim 

vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə 

etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqi-

qət  mənim  yalnız  son  məqsədimdir.  Qarşımda  duran  vəzifə 

– 

nəzərinizə  belə  bir  müqayisəni  çatdırmaqdan  ibarətdir:  birincisi, 



haqqında  sizə  danışdığım  fövqəladə  çeviklik  məsələsi;  ikincisi, 

həmin ciyiltili və yaxud kobud səs. O səslərin milli mənsubiyyəti 

barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığ-

dakı bir sözün belə ayırd edilmədiyini bilirsiniz.  

Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da Dü-

penin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi ki, 

beynimi  bir  qədər  də  işə  salsam,  onun  fikrini  başa  düşəcəyəm. 

Bəzən  adam  nəyisə  xatırlamaq  üçün  yaddaşına  güc  verir,  amma 

yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.  

– 

Görürsünüz, 



– 

Düpen dedi, 

– 

qatilin otaqdan necə çıxma-



ğını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların hər 

ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. İndi isə gəlin xəyalən ota-

ğın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. Şkafın siyirmə-

lərinə  əl  gəzdirilmişdi.  Geyim  şeylərinin  öz  yerlərində  olmasına 

baxmayaraq,  bəzilərinin  oğurlandığını  deyirdilər.  Belə  nəticəyə 

gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü də ax-

mağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin içində 

tapılan  əşyalardan  başqa  orada  özgə  şeylər  də  olub.  Madam 

L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər. 

Gedib  gələnləri  olmazmış.  Nadir  hallarda  bir  yana  gedərmişlər. 

Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey götü-

rübsə,  nə  üçün  ən  yaxşısına  əl  vurmayıb  və  ya  hamısını  götür-

məyib?  Sözün  qısası,  oğru  nə  üçün  dörd  min  frank  qızıl  pula 

toxunmayıb,  əvəzinə  lazımsız  əski-üsküyə  tamah  salıb?  Yenə 

deyirəm,  qızıl  pulları  götürməyib.  Demək  olar  ki,  bankir  müsyö 



vivo 

Morq küçəsində qətl 

 

30 | 



s ə h i f ə

 

 



Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəymə-

miş  halda  döşəmənin  üstündə  idi.  Buna  görə  də  ifadələrdən 

pulların  evə  çatdırılmasından  bəhs  edən  hissələrin  təsiri  altında 

polis işçilərinin beyinlərində kök salmış vadaredici səbəblər barə-

sindəki yanlış fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxa-

rasınız. Pulun evə çatdırılması və üç gündən sonra pul sahiblərinin 

qətlə  yetirilməsindən  on  qat  təsirli  təsadüflər  hər  gün  hamımızın 

gözü qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik. 

Ümumiyyətlə,  təsadüflər  ehtimal  nəzəriyyəsinə  məhəl  qoymayan 

mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının 

ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal nəzəriy-

yəsinə  borcludur.  Əgər  pulları  götürmüş  olsaydılar,  onların  evə 

qətldən  əvvəl  gətirilməsinə  təsadüf  kimi  yox,  başqa  cür  baxmaq 

olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünər-

di.  Bu  cinayətdə  pulları  əsas  vadaredici  səbəb  kimi  fərz  etməli 

olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da sə-

feh adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız 

aşağıdakı  cəhətlərə  yönəltmək  istəyirəm:  xüsusi  səs,  qeyri-adi 

çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə fərq-

lənən  bu  cinayətin  baş  verdiyi  mənzərəyə  nəzər  salaq.  Qızı  əllə 

boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxa-

yıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar öldürdükləri 

adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir 

dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri ilə bir araya 

sığmır.  Bir  də,  özünüz  təsəvvür  edin,  meyiti  buxarıya  bu  tərzdə 

pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi 

nəticəsində  onu  zorla  dartıb  aşağı  düşürdüblər!  İndi  bu  dəhşətli 

qüvvənin  başqa  cəhətlərinə  baxaq.  Buxarının  kənarında  olduqca 

sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə qopar-

dılıb.  Başdan  iyirmi-otuz  tükü  birlikdə  qoparmaq  üçün  nə  qədər 

güc  sərf  olunduğunu  bilirsiniz?!  Qoparılmış  baş  tüklərini  sizin 



vivo 

Morq küçəsində qətl 

 

31 | 



s ə h i f ə

 

 



kimi mən də gördüm. Onların kökündə 

 demək dəhşətdir! 



– 

başın 


dərisi  ilə  birgə  qoparılmış qanlı  ət  parçaları  vardı.  Yarım  milyon 

tükü bir dəfəyə  qoparmaq  üçün sərf olunan gücü təsəvvür etmək 

çox da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. 

Adi  ülgüclə  kəsilmişdi.  İstərdim  siz  həm  də  bu  işlərin  vəhşilərə 

məxsus  bir  qəddarlıqla  edilməsinə  diqqət  yetirəsiniz.  Madam 

L’Espanyenin  bədənindəki  qançırlardan  hələ  danışmıram.  Müsyö 

Düma və onun hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançır-

lar küt bir alətlə edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki 

döşəmə  daşları  ola  bilərdi.  Meyiti  qabağında  çarpayı  qoyulmuş 

pəncərədən  həmin  o  daşların  üstünə  tullamışdılar.  Bu  fikir,  indi 

belə sadə görünür, pəncərə qapaqlarına polis əhəmiyyət verməmiş-

dir. Çərçivədəki mismarlar fikri yayındırmışdır, onların heç ağlına 

gəlməmişdir  ki,  pəncərələr  açılır.  Bu  dediklərimizə  yataq  otağın-

dakı  qarmaqarışıqlığı  əlavə  etsək  və  fövqəladə  çevikliyi,  insanın 

imkanı  xaricində  olan  gücü,  vəhşicəsinə  edilmiş  bu  qəddarlığı, 

səbəbsiz qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, 

adamlara  tamamilə  yad  olan,  hər  cür  aydınlıqdan  və  başa  düşül-

məkdən uzaq o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndir-

sək,  bundan  hansı  nəticəyə  gəlmək  olar?  Təsəvvürünüzdə  kimin 

surəti canlanar?  

Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.  

– 

Dəlinin  biri, 



– 

dedim, 


– 

bunu  yaxınlıqdakı  dəlixanadan 

qaçan ruhi xəstə edib.  

– 

Bəzi  cəhətdən, 



– 

o  dedi, 

– 

fikriniz  ağlabatandır.  Amma 



xəstəliyin  ən  şiddətli  anında  dəlilərin  çıxardığı  səslər,  adamlar 

pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə 

edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə məx-

susdur.  Nitqinin  bəzən  rabitəsiz  olmasına  baxmayaraq,  ümumiy-

yətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə tutdu-



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə