Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

qabiliyyətindən  heç  nə  yayınmır:  iki-üç  gedişdən  sonra  kimin  əlində  hansı  kartların 

olduğunu  təsəvvür  edir.  Elə  inamla  oynayır  ki,  yerdə  qalan  oyunçular  uduzurlar. 

Analitik  bacarıq  adi  bacarıqla  qarışdırılmamalıdır;  çünki  analiz  edən  hökmən 

məharətli  olduğu  halda,  məharətli  adamın  çox  vaxt  analiz  etmə  bacarığı  olmur. 

Məharət  adətən  özünü  yaradıcılıqda  və  hadisələr  arasında  əlaqə  yaratmaqda  buruzə 

verir,  frenoloqlar*  (məncə,  yalnış  olaraq)  bunu  bəsit  hesab  edirlər,  çox  vaxt  o,  elə 

adamlarda  müşahidə  edilir  ki,  onların  əqli  səviyyəsi  yerdə  qalan  bütün  hallarda, 

məişət  və  adətlərdən  yazan  yazıçıların  qeyd  etdiyi  kimi,  kəmağıllılıq  səviyyəsində 

olur. Bacarıqla təhlil etmə qabiliyyəti arasında mövcud olan fərq təxəyyüllə təsəvvür 

arasındakı fərqdən daha böyükdür. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, 

zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğunu görmək mümkümdür.

Aşağıdakı  hekayət  yuxarıda  söylənilən  mülahizələri  bir  növ  əyani  olaraq  əks 

edəcəkdir.  18-ci  ilin  yazını  və  yayının  da  bir  hissəsini  Parisdə  yaşadığım  zaman 

Oqyust  Düpen  adlı  bir  cənabla  tanış  oldum.  O,  əsil-nəcabətli,  tanınmış  bir  nəsildən 

idi. Gənc  ikən taleyin dönüklüyü üzündən elə  ağır vəziyyətə düşmüşdü ki, təbiətinə 

xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti 

qaytarmağı  xəyalına  belə  gətirməmişdi.  Borc  verənlərin  iltifatı  sayəsində  atadan 

qalma  mirasın  bir  hissəsi  Düpen  üçün  saxlanmış,  ondan  gələn  gəliri  ilə  dolanmış, 

ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə 

etinadsızlıq  edərək  güc-bəla  ilə  dolanmışdı.  Yeganə  israfçılıq  etdiyi  şey  kitablardı, 

onları da Parisdə asanlıqla əldə etmək olardı.

Ilk  görüşümüz  Monmantr  küçəsində  az  tanınmış  bir  kitabxanada  oldu. 

Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. 

Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım. O, hər bir fransıza 

xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütailəsi məni 

heyran  etmişdi.  Ən  başlıcası  isə,  həyat  hadisələri  haqqında  aydın  təsəvvürü 

qarşısıalınmaz bir  çılğınlıqla  qəlbimi  riqqətə  gətirirdi.  O  zaman  Parisdə  yaşayırdım, 

müəyyən  bir  məqsədim  vardı.  Hiss  edirdim  ki,  bu  adamla  bir  yerdə  olmaq  mənim 

üçün  əvəzsiz  xəzinə  tapmaq  kimidir.  Səmimiyyətlə  bu  barədə  ürəyimdən  keçənləri 

danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.

Mənim  maddi  vəziyyətim  Düpenə  nisbətən  bir  qədər  yaxşı  olduğundan 

razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə etdim. Onu ikimizin romantik 

təbiətinə  uyğun  səliqəyə  saldım.  Qəribə  mülk  idi.  Sen-Jermer  yaxınlığında  sakit  bir 

yerdəydi.  Illər  keçdikcə  ev  çökmüş,  mövhumatçı  sahibləri  tərəfindən  ona  əl 

gəzdirilməmişdi,  artıq dağılmağa doğru gedirdi.  Bu  mülkdə keçirdiyimiz  həyat tərzi 

kənar  adamlara məlum olsaydı,  bəlkə  də,  bizi  dəli  hesab  edərdilər.  Tamamilə  tənha 

yaşayırdıq, heç kəsi görmək belə istəmirdik.

Yaşadığımız  yeri  keçmiş  dostlarımdan  gizli  saxlayırdım.  Düpensə  Parislə 

əlaqəsini kəsmişdi, onu yada salan da yox idi. Dostum dakı qəribəliklərdən biri (bunu 

başqa  cür necə  adlandırım?)  gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə 

yanaşı  buna  da  alışaraq,  özümü  unutdum  və  tamamilə  dostumun  qəribəliklərinə 

öyrəşdim.  Qarabuğdayı  ilahə  tez-tez  bizi  tərk  edirdi,  bundan  ötrü  ondan  uzaq 




düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri ağaranda qədim evin ağır pəncərə 

qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. şamlar yandıqca ətirli iy verər və ətrafa 

tutqun  zəif  işıq  saçardı.  şamların  işığında  şirin  xəyallara  dalar,  divar  saatı  həqiqi 

qaranlığın  düşdüyünü  xəbər  verənəcən  oxuyar,  yazar  və  söhbət  edərdik.  Söhbətləri 

davam etdirər və yaxud izdihamlı şəhərin

yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. Gecənin sakitcə seyrinə dalmaq 

bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam 

da,  onun  zəkasına  qeyri-ixtiyari  olaraq  heyran  qalırdım.  Bunu  büruzə  vermirdim, 

görünür  Düpenlə  əlyənməyim  ona  xoş  gəlirdi.  Onun  qəlbinə  nə  qədər  sevinc  bəxş 

etdiyimi mənə deyərdi.

Düpen  mənə  bir  neçə  dəfə  özünü  tərifləyərək  xatırlatmışdı  ki,  adamların 

ürəyindən  keçənləri  ovcunun  içi  kimi  görür.  Mənim  də  ürəyimdən  keçənləri  necə 

aydınca  oxuduğunu  demişdi,  bunun  üçün  son  dərəcə  heyrətamiz  dəlillər  gətirmişdi. 

Belə  hallarda  onun  davranışında  bir  soyuqluq  və  yadlıq  görərdim;  gözləri  harasa 

uzaqlara  baxar,  adətən  məlahətli  səsi  zilə  qalxar,  sakit  və  aydınlığına  baxmayaraq, 

danışığı  əsəbi  olardı.  Bu  cür  əhval-ruhiyyədə  ona baxarkən  ruhun  ikiliyi  haqqında 

qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən 

heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin 

qəhrəmanı  etmək  niyyətindəyəm.  Xeyr,  mən  onun  olan  xasiyyətini,  sadəcə  olaraq, 

təsvir edirəm. Onda bu xasiyyət coşğun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində 

əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut 

ola bilər.

Bir  axşam  Pale  Royal  yaxınlığında  uzun,  palçıqlı  bir  küçədə  gəzirdik.  Hər 

ikimiz  fikrə  dalmışdıq,  on  beş  dəqiqə  ərzində  heç  birimiz  bir  kəlmə  söz  demədik. 

Düpen birdən dilləndi:

- O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” teatrında sınasın.

- Buna şübhə ola bilməz, -qeyri-ixtiyari olaraq cavab verdim. 

Fikrə  elə  getmişdim  ki,  əvvəlcə  Düpenin  sözləri  ilə  mənim  sözlərimin  necə 

uyğun  gəldiyini  dərk  etmədim.  Bircə  an  sonra  özümə  gəldim,  heyrətimin  həddi-

hüdudu yox idi.

- Düpen,- ciddi tərzdə dedim,- bunu  dərk etməkdə  acizəm.  Düzünü  deyim  ki, 

heyrət  məni  götürüb,  heç  cürə  eşitdiklərimə  inana  bilmirəm.  Axı  onun  barəsində 

düşündüyümü  necə  duydunuz? – Bu  yerdə  dayandım ki,  görüm, o,  həqiqətən kimin 

haqqında fikirləşdiyimi bilir, ya yox?

- Şantilyi  haqqında,  — Düpen  dilləndi.  — Nə  üçün  dayandınız?  ğz-özünüzə 

deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.

- Bəli,  mənim  fikirlərim  məhz  bu  idi.  Şantiyli  əvvəllər  Sen-Deni  küçəsində 

pinəçilik  etmiş,  sonralar  səhnə  ilə  maraqlanmış,  Krebillyonun  eyni  adlı  faciəsində 

Kserks rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

- Allah xatirinə, — deyə israr etdim, - metodunuzu mənə başa salın; sizin elə 

bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. Düzünü 

deyim ki, hetrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə