Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. Iki otağın arasındakı qapı örtülü idi

amma  bağlı  deyildi.  Qabaq  otaqdan  dəhlizə  açılan  qapı  bağlı  idi.  Açar  da  qıfılın 

üstündə  idi.  Dördüncü  mərtəbədə  dəhlizin  sonunda  yerləşən  kiçik  anbarın  qapısı 

azacıq  aralı  idi.  Otaqda  köhnə  çarpayılar,  yeşiklər  və  s.  əşyalar  vardı.  Bu  şeylər  də 

otaqdan  ehtiyatla  çıxarılaraq  nəzərdən  keçirildi.  Otaqda  diqqətlə  nəzərdən 

keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli 

idi.  Evin  damına  açılan  qapı  mismarlanmışdı,  görünür,  çoxdan  açılmamışdı.  Söyüş 

səslərinin  eşidildiyi  vaxtla  qapının  sındırılaraq  açılması  arasındakı  vaxtı  şahidlər 

müxtəlif  cür  şərh  etdilər.  Bəziləri  üç,  bəziləri  beş  dəqiqə  dedilər.  Qapı  güclə  açıldı. 

Tabutqayıran  Alfonso  Qarsio  şəhadət  verir  ki,  Morq  küçəsində  yaşayır  və  mənşəcə 

ispaniyalıdır.  Evə  girən  adamlardan  biri  olub.  Yuxarı  qalxmayıb,  əsəbi  olduğundan 

həyəcanlanmaq  istəməyib.  Söyüş  eşidib.  Təsdiq  edir ki,  xırıltılı səs  fransıza  məxsus 

idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş. O, buna əmindir. 

Ingilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner 

Alberto  Mentani  şəhadət  verir  ki,  pilləkənləri  birinci  qalxanlar  arasında  olub, 

haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta 

bilib.  Danışan,  görünür,  kimisə  söyürmüş.  Zənn  edir  ki,  səs  rus  səsinə  oxşayırdı. 

Ümumiyyətlə, ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla əlaqəsi 

olmayıb.

Bir  neçə  şahid  ikinci  dəfə  çağırılanda  ifadə  verdi  ki,  dördüncü  mərtəbədəki 

bütün  otaqların  buxarıları  dardır,  oradan  adam  çıxıb-düşə  bilməz.  Oranı 

buxarıtəmizləyənlə  təmizləyirlər.  Buxarıtəmizləyən  dedikdə,  silindr  şəkilli  şotka 

nəzərdə  tutulur.  Bu  şotkalar  evdəki  bütün  buxarılara  aşağı  və  yuxarıdan  salınıb 

çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, 

necə düşüb  getməsi barədə  fərziyyələr öyləyirdilər.  Madmazel  L’Espanyenin  meyiti 

buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə 

bildi. Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün 

çağırdılar. Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan 

götürülmüş döşəklərin üstündə idi. Madmazelin meyiti daha çox qançırlı və gömgöy 

idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər. Boğazı bərk siyrilmişdi. 

Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr 

vardı.  Bu,  dırnaq  izləri  idi.  Sifəti  dəhşətli  dərəcədə  göyərmiş,  gözləri  hədəqəsindən 

çıxmışdı.  Dili  az  qala  kəsilmişdi.  Qarnının  aşağı  hissəsində  iri  bir  qançır  vardı, 

görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir

və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü. Anasının meyiti isə dəhşətli surətdə 

eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki 

bütün  qabırğaları  və  eləcə  də  sol  baldır  sümüyü  qırılmışdı.  Bütün  bədəni  dəhşətli 

dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu 

demək çətindir. Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah 

yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi. Heç bir qadın 

bu  xəsarətləri  heç  bir  alətlə  yerinə  yetirə  bilməzdi.  şahid  görəndə  mərhum  qadının 

başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, 




çox iti bir alətlə, güman ki, ülgüclə  əsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə 

bir yerdə meyirləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Dümanın fikrinə 

şərikdi.  Bir  neçə  başqa  şəxsin  də  dindirilməsinə  baxmayaraq,  vacib  bir  şey  hasil 

olmadı. Indiyə qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis 

tamamilə  naçar  qalıb.  Işin  açılmasına  kömək  edəcək  işıq  ucu  belə  görünmür”. 

Qəzetdə  xəbər  verilirdi  ki,  hələ  də  Sen-Rok  məhəlləsində  böyük  bir  çaxnaşma  var. 

Binanın yenidən axtarılması və şahidlərin təkrarən dindirilməsinə baxmayaraq, heç bir 

nəticə əldə edilməmişdir. Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs edilməsi 

barədə  məlumat  verilmişdi,  ancaq  onu  cinayətdə  təqsirləndirmək  üçün  məlum 

dəlillərdən  başqa  yeni  heç  nə  müəyyən  edilməmişdi.  Mənə  heç  nə  deməsinə 

baxmayaraq,  onun  özünü  aparmasından  hiss  edirdim  ki,  Düpen  işin  gedişi  ilə  çox 

maraqlanır. Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və dostum 

məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə olaraq bütün Paris əhli kimi bu 

işin açılmaz bir sirr olması fikri ilə razılaşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq 

üzü görmürdüm. 

- Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mühakimə yürütməliyik, —

Düpen  dedi.  — Gözüaçıqlığına  görə  bu  qədər  təriflənən  Paris  polisi  hiyləgərlikdən 

başqa  heç  nəyə  qadir  deyildir.  Zamanın  irəli  sürdüyü  qaydalardan  başqa  onun 

əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər kompleksi hazırlamağı ilə 

lovğalanır,  amma  bu  tədbirlər  heç  bir  fayda vermir.  Əgər  polis  haçansa  nəyəsə  nail 

olursa, o da son dərəcə ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları 

puça  çıxır.  Məsələn,  Vidokda*  sistemli  fikir  yürütmək  qabiliyyəti  olmadığı  halda, 

onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı əsəbilik onu pis vəziyyətə 

qoyurdu.  O,  əşyanı  gözlərinə  o  qədər  yaxın  tutardı  ki,  onun  bir  sıra  əlamətləri 

nəzərindən qaçardı. Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ 

bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək çox da çətin deyil. 

Həqiqət  heç  də  həmişə  quyunun  dibində  olmur.  Ən  zəruri  məsələlər  də,  mənim 

zənnimcə,  daha  çox  üzdə  olur.  Həqiqəti  dərənin  dibində  axtarırıq,  o  isə  dağ 

zirvələrində tapılır. Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra 

mühakimə  yürüdərik.  Belə  axtarış  bizi  əyləndirər  (mən  “əyləndirər”  sözünün  yersiz 

deyildiyini duydum, lakin heç nə demədim). Həm də Le Bon bir vaxt mənə yaxşılıq 

edib. Ona minnətdaram. Gedək binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, 

icazə almaqda çətinliyimiz olmayacaq. 

İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq küçəsi Rişelye və Sen-

Rok küçələrini birləşdirən sakit, yaraşıqsız küçələrdən biridir. Bura bizim yaşadığımız 

məhəllədən xeyli  uzaq  olduğundan,  biz  ora  çatanda  günortadan  keçmişdi.  Evi 

asanlıqla tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə qapaqlarına 

böyük  bir  maraqla  baxırdı.  Bu,  Parisin  adi  evlərindən  biriydi.  Bir  tərəfində  şüşəli 

keşikçi  budkası  vardı.  Onun  pəncərəsi  yuxarı  açılırdı,  dalandarın  eviydi.  Içəri 

girməzdən  əvvəl  küçə  yuxarı  gedib  dalana  döndük,  sonra  geri  qayıdaraq  evin  arxa 

tərəfinə  çıxdıq.  Bu  vaxt  ərzində  Düpen  malikanəyə  və  eləcə  də  bütün  qonşu  evlərə 

diqqətlə  göz  qoyurdu.  Yenidən  binanın  qabaq  tərəfinə  gəldik,  zəngi  basdıq  və 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə