Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi bizi içəri buraxdı. Madmazel 

L’Espanyenin meyiti olan otağa qalxdıq, indi meyitlərin hər ikisi orada idi. Otaqdakı 

qarmaqarışıqlıq  elə  əvvəlki  vəziyyətdəydi.  “Məhkəmə  xəbərləri  qazeti”-ndə 

yazılanlardan  başqa  heç  bir  şey  görmədim.  Düpen  isə  hər  şeyi  diqqətlə  nəzərdən 

keçirirdi,  meyitləri  də  müayinə  etdi.  Sonra  digər  otaqlara  baxdıq  və  həyətə  düşdük; 

hər  yerdə  jandarm  bizi  müşayiət  edirdi.  Qaranlıq  düşənə  qədər  yoxlama  ilə  məşğul 

olduq,  sonra  çıxıb  getdik.  Evə  gedəndə  dostum  yolüstü  gündəlik  qəzetlərdən  xəbər 

tutmaq üçün redaksiyaya girdi. Dostumun müxtəlif qəribəlikləri barədə danışmışam. 

Onun  “mən  onlara  göz  yumuram”  ifadəsinə  gəldikdə  isə  deməliyəm  ki,  bu  sözün

ingilis  dilində  qarşılığı  yoxdur.  Indi  dostum  elə  bir  əhvalruhiyyədə  idi  ki,  qətl 

barəsində söhbət açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı. Sonra 

məndən  qəflətən,  bu  işdə  vəhşiliyə  xas  olan  bir  şey  müşahidə  edib-etmədiyimi 

soruşdu. Onun “xas olan” sözünü xüsusi nəzərə çarpdırmasında elə bir şey vardı ki, 

məni dəhşət bürüdü, özüm də bilmədim nə üçün.

-Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, — dedim.

-Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli tərəfini yaddan çıxarsın.

Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq. Mənə elə gəlir ki, bu işi 

açılmaz hesab  edirlər,  məhz  həmin  səbəbə  əsaslanaraq işi  asanlıqla həll  etmək  olar. 

Mən qətldə müşəhidə edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. 

Polis işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə məhz səbəbin 

olmamasıdır.  Onları  çətinliyə  salan  dava-dalaş  zamanı  eşidilən  səslərdəki  barışmaz 

ziddiyyətlər idi. şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən 

başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır ki, adamlar yuxarı qalxarkən qatil 

onların  nəzərindən  qaça  bilməzdi,  çünki  başqa  yolu  yoxdur.  Yataq  otağındakı 

ağlagəlməyən  qarmaqarışıqlıq,  buxarıya  başıaşağı  pərçimlənmiş  meyit,  qarının 

dəhşətli dərəcədə eybəcər şəklə salınması — bütün bu səbəblər kifayət edir ki, polis 

işçilərini çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lovğalanan polis agentlərini 

tamamilə  yalnış  izə  salsın.  Onlar  qeyri-adiliyi  izahedilməzliklə  qarışdırmaqla kobud 

və  ümumi  səhvə  yol  vermişlər.  Məhz  adilik  ölçüsündən  kənara  çıxarkən  həqiqət 

axtarışlarında ona doğru gedən yolu görmək olur. Bizim hazırda

apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, “indiyə qədər nə baş vermişdir?” 

sualını  vermək  daha  yaxşı  olardı.  Həqiqətən  də,  bu  işin  həllinə  gəlib  asanlıqla 

çıxacağım, bəlkə də, artıq gəlmiş olduğum qərar, polisin nöqteyi nəzərincə, açıq-aşkar 

həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.

Dostuma heyrətlə baxırdım.

- Mən  indi,  -Düpen  qapıya  tərəf  baxaraq  sözünə  davam  etdi,- bu  dəhşətli 

cinəyətdə  birbaşa  iştirak  etməsə  də,  müəyyən  dərəcədə  onun  törədilməsinə  kömək 

edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu qətllərin baş verməsində onun günahı yoxdur. 

Bu  ancaq  ehtimaldır.  Mən  öz  fikrimdə  haqlıyam,  çünki  müəmmanın  açılışı 

bütünlükdə bunun üzərində qurulur. Həmin adamı burada - bu otaqda -istənilən anda 

gözləyirəm.  Düzdür  o  gəlməyə  də  bilər,  amma  çox  güman  ki,  gələcək.  Əgər  gəlsə, 

onu  tutmaq  lazımdır. Budur  tapançalar;  şərait  onları  işə  salmağa  məcbur  etsə,  hər 




ikimiz  necə  istifadə  etməyi  bacarırıq.  Nə  etdiyimi  bilmədən,  eşitdiklərimə 

inanmayaraq tapançaları götürdüm. Düpen isə monoloquna davam edirdi. Onun bəzi 

vaxtlarda  ətraf  aləmdən  təcrid  olduğu  barədə  söhbət  açmışdım.  O,  söhbətini  mənə 

xitabən edirdi. O, astadan danışırdı, lakin intonasiyasında uzaq məsafədə olan

adamla  danışanlara  xas  olan  nə  isə  vardı.  Heç  nə  ifadə  etməyən  baxışları  divara 

dikilmişdi.

- Dava-dalaş  zamanı,  — Düpen  dedi,  — adamların  pilləkənlərlə  qalxarkən 

eşitdikləri səslərin qadınlara məxsus olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu 

qıza əvvəlcə anası tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə 

gedən  söz-söhbətdən  bizi  xilas  edir.  Əslində  bu  məsələ  haqqında  sistem  xatirinə 

danışıram,  çünki  madam  L’Espanyenin  gücü  çatmazdı  ki,  qızının  meyitini  buxarıya 

tapıldığı  vəziyyətdə  tıxamış  olsun;  bu  işin  öhdəsindən  o  gələ  bilməzdi;  onun  özünə 

gəldikdə  isə,  aldığı  yaralar  adamı  özünəqəsd  fikrindən tamamilə  daşındırır.  Deməli, 

qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku imiş. Indi isə gəlin bu səslərə 

aid  olan  ifadələrin  hamısına  yox,  onlardakı  xüsusi  cəhətə  diqqət  yetirək.  Siz  orada 

xüsusi bir şey görə bildinizmi?

Mən  dedim  ki,  bütün  şahidlər  xırıltılı səsin  fransıza  məxsus  olduğunu  təsdiq 

etdikləri halda, ciyiltili səsə gəldikdə isə — bunu şahidlərdən biri kobud adlandırmışdı 

— bu barədə rəylər çox müxtəlifdir.

- Siz  ifadədəki  xüsusi  cəhətdən  deyil,  ümumiyyətlə,  ifadənin  özündən 

danışırsınız,-Düpen dedi.

    


-Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada müşahidə edilməli 

bir  şey  var.  şahidlər,  sizin  qeyd  etdiyiniz  kimi,  xırıltılı  səs  haqqında  yekdil 

fikirdədirlər.  Ciyiltili  səs  barəsində  qəribəlik  heç  ayrılığında  yox,  italyan,  ingilis, 

ispaniyalı,  hollandiyalı  və  fransızın  cəhd  edərək  həmin  səsi  yadelliyə  aid 

etməsindədir.  Onların hər  biri  əmindir ki, səs  onun  həmvətəninin  səsinə oxşamır  və 

onu  tanış olduğu və hər  hansı bir xalqın dilinə  deyil, əksinə, tanış olmadığı bir dilə 

oxşadır. Avropanın beş iri ölkəsini təmsil edən şahidlərin heç biri həmin səslərdə öz 

doğma dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan asiyalı və 

ya  afrikalıymış,  onların  sayının  Parisdə  olduqca  az  olmasına  axmayaraq  istisna 

etmirəm. Istərdim diqqətinizi sadəcə olaraq üç şeyə yönəldim. şahidlərdən biri bu səsi 

ciyiltidən  çox kobud səsə  oxşatdığını deyir, qalan iki  nəfər isə onun  tez-tez dəyişən 

səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, aydın bir söz və ya 

aydın  bir  səs  eşitsin.  Gəlin  xəyalən  yataq  otağına  nəzər  salaq.  Hər  şeydən  əvvəl 

burada nə axtaracayıq? Qatillərin istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac 

yoxdur  ki,  heç  birimiz  möcüzəyə  inanmırıq.  Bir  də  bu  iki  adamı  cin-şeytan 

öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar üzrə hərəkət ediblər. 

Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin olmayan mühakimə tələb olunur, bu 

da  bizi  qəti  qərara  gətirib  çıxarmalıdır.  Gəlin  bir-bir  mümkün  olan  çıxış  yollarını 

nəzərdən  keçirək.  Aydındır  ki,  adamlar  illəkənlərlə  qarxarkən  qatil  madmazel 

L’Espanyenin  tapıldığı  otaqda  ya  da  ona  bitişik  otaqdaymış.  Məhz  bu  iki  otaq 

hüdudunda  çıxış  yolunu  axtarmalıyıq.  Polis  işçiləri  döşəmələri,  divarları  və  tavanı 



Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə