Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

diqqətlə yoxlayıblar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi. 

Bununla  belə,  onlara  bel  bağlamayaraq  hər  şeyi  öz  gözlərimlə  yoxladım.  Hər  iki 

otağın  dəhlizə  açılan  qapıları  içəridən  açarla  bağlanmışdı.  Gəlin  buxarılara  nəzər 

salaq.  Buxarı  səkkiz-on  fut  enliyində  olsa  da,  yuxarı  qalxdıqca elə  daralırdı  ki,  heç 

oradan iri pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olmadığından, 

bircə  pəncərələr  qalır.  Otağın  küçəyə  açılan  pəncərəsindən  cani  qaça  bilməzdi, 

küçədəki adamlar dərhal onu görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən 

istifadə  edərək  aradan  çıxıb.  Zahirən  qeyri-mümkün  görünən  bir  şey,  əslində  bir  o 

qədər  də  elə  deyil.  Bizə  yalnız  bir  yol  qalır  ki,  bütün  ağıllı  adamlar  kimi  məntiqi 

nəticədən çıxış edərək, o qeyri-mümkün şeyin mümkün olduğunu sübut edək. Yataq 

otağının  iki  pəncərəsi  vardı.  Onlardan  birinin  qabağında  heç  bir  avadanlıq 

qoyulmadığından  tamamilə  görünürdü.  Digər  pəncərənin  aşağı  tərəfi  isə  çox  iri  bir 

çarpayının  başlığı  ilə  tutulmuşdu.  Birinci  pəncərə  içəridən  möhkəmcə  bağlanmışdı. 

Onu  açmaq  cəhdləri  heç  bir  nəticə  vermədi.  Pəncərənin  çərçivəsində  sol  tərəfdən 

burğu ilə deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar vardı. 

O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mismar 

gördük.  Bu  pəncərəni  də  açmaq  cəhdi  baş  tutmadı.  Bundan  sonra  polis  tamamilə 

arxayın  olub  ki,  qatil  bu  yolla  qaçıb  canını  qurtara  bilməzdi.  Elə  buna  görə  də 

mismarları  çıxarıb  pəncərələri  açmağı  artıq  iş  hesab  edib.  Mənsə,  daha  diqqətlə 

yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün olan 

bir  işin,  həqiqətdə  mümkün  olduğunu  sübut  etmək  idi.  Beləliklə,  mənə  təcrübə 

lazımdır,  — deyə  düşündüm.  Qatillər  hökmən  bu  pəncərələrdən  birindən  qaçıblar. 

Belə  olan  surətdə  onlar  pəncərə  çərçivələrini  içəri  tərəfdən  təzədən  bağlaya 

bilməzdilər.  Çünki  pəncərələr  bağlı  idi.  Elə  bu  mülahizələrə  əsasən  polis  bu 

istiqamətdə  öz  axtarışlarını  dayandırıb.  Deməli,  onlar  öz-özünə  bağlanırmış.  Başqa 

nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən 

sonra  mismarı çıxartdım və  çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi, 

açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.

Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxmayaraq, mülahizəmin 

bu təsdiqi məni inandırdı ki, elə ilk gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra 

tezliklə gizli yayı aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni 

qaldırmaq  fikrindən  vaz  keçdim.  Mismarı  yenidən  yerinə  vurdum  və  onu  diqqətlə 

nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu yenidən bağlaya bilərdi. Belə ki, 

cəftə  öz-özünə  işə  düşərdi,  lakin  mismarı  yerinə  salmaq  mümkün  olmazdı.  Nəticə 

aydındı və mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o 

biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki, pəncərələrin hər birində 

cəftə eyni olub, fərq ya mismarlarda və yaxud onların necə vurulmağında idi. Döşəyin 

üstünə çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini diqqətlə 

yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu basdım, bu da gözlədiyim 

kimi eynən o biri pəncərədəki cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri 

mismar kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə 

düşdüyümü  zənn  edirsiniz,  belə  düşünürsüzsə,  induktiv  metodun  mahiyyətini  düz 




başa düşməmisiz.  İdmançıların diliylə desək,  həmişə  hədəfə düz vurmuşam.  Indi  də 

düz  yoldayam.  Mühakimələrimdə  bir  dənə  də  olsun  qüsur  yoxdur.  Bu  sirri  son 

nöqtəyə  qədər  araşdırmışam.  Həmin  o  son  nöqtə  mismarla  nəticələnib.  Yenə  sizə 

deyirəm, o mismar hər cəhətdən, qonşu pəncərədəki mismara oxşayır, amma bu dəlil 

(özünün bütün inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar 

rolunu  oynayır.  Mismara  nə  isə  olub,  — deyə  düşündüm  və  ona  toxunan  kimi 

mismarın  başı  azacıq  taxta  ilə  qopub  əlimə  düşdü.  Görünür,  sınıb  orada  qalmışdı. 

Qırıq  köhnə  idi  /çünki  ucları  paslanmışdı  /  və  çəkic  zərbəsi  ilə  vurulmuşdu.  Çəkic 

zərbələri  pəncərəni  bir  qədər  içəri  əzmiş,  mismarın  başını  isə  ona  tərəf  əymişdi. 

Sınmış  hissəni  yenidən  yerinə  qoydum.  Çat  yeri  heç  gözə  çarpmırdı.  Yayı  basaraq, 

pəncərəni  ehmalca  bir  qədər  yuxarı  qaldırdım.  Öz  yerində  möhkəmcə  oturan 

mismarın başı çərçivə ilə yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı 

ki,  guya  mismar  bütövdür.  Müəmmanın,  beləliklə,  bu  hissəsi  aydınlaşır.  Qatil 

qarşısına  çarpayı  qoyulmuş  pəncərədən  qaçıb.  Çərçivə  aşağı  düçərkən  çərçivə  öz-

özünəmi,  ya  kiminsə  köməkliyi  ilə  işə  düşmüş  və  çərçivəni  bağlamışdı.  Polis  isə 

pəncərədəki  yayı  görməyərək,  mismarın  yerində  olması  ilə  kifayətlənmiş,  sonrakı 

axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ qatilin aşağı 

necə  düşməsi  ilə  bağlıdır.  Bu  barədə  sizinlə  evin  ətrafını  gəzərkən  düşünmüşdüm. 

Haqqında  söhbət  gedən  pəncərə  yerindən  beş  fut  yarım  aralı  ildırımötürən  keçir. 

Həmin ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.

Pəncərədən  içəri  keçmək  haqqında  isə  danışmağına  dəyməzdi.  Bununla  belə, 

dördüncü  mərtəbədəki  parisli  dülgərlərin  “ferrades”  adlandırdığı  pəncərə  qapaqları 

nəzərimdən qaçmadı.  Hal-hazırda  bu  cür  qapaqlar  nadir  hallarda  düzəldilir,  amma 

onlara hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez rast gəlmək 

olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, fərqi ondadır ki, aşağı hissəsi 

döyülmüş  şəbəkə  formasında  olub,  əllə  tutmaq  üçün  çox  münasibdir.  Haqqında 

danışdığımız pəncərə qapaqlarının eni üç fut yarımdır. 

Evin  arxa  tərəfindən  onları  görəndə  qapaqlar  yarıaçıq  vəziyyətdədir,  necə 

deyərlər, divarlarla müqayisədə düzbucaq altında durmuşdur. Ola bilsin, polis işçiləri 

də mənim kimi evi arxa tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə 

baxdığından,  onların  çox  enli  olmasına  əhəmiyyət  verməyib,  ya  da  lazimi  diqqət 

yetirməyib.  Bu  yolla  qatilin  aradan  çıxa  bilməməsinə  əmin  olduğundan,  təbii  ki, 

burada başdansovdu yoxlama aparıblar. Mənə aydın oldu ki, qabağında çarpayı olan 

pəncərənin qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən pəncərəyə 

qalxmaq olardı. Iki fut yarımlıq (indi fərz edək ki, pəncərə qapağı açıq vəziyyətdədir) 

məsafədən qatil əlini uzadaraq şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni 

buraxıb ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq olduğunu da 

zənn etsək, özünü içəri sala bilərdi. Istərdim ki, bu qədər cəhdli, çətin bir əməliyyatın 

baş  tutması  üçün  fövqəladə  dərəcədə  çevikliyin  tələb  edildiyini  yaddan 

çıxarmayasınız.  Məqsədim  birinci  sizə  bu  işin  mümkün  olduğunu  sübut  etməkdir. 

Ikinci  və  başlıcası  bundan  ibarətdir  ki,  siz  təsəvvür  edəsiniz  — bu  işin  yerinə 

yetirilməsi adamdan  fövqəladə  dərəcədə,  demək  olar  ki,  misli  görülməmiş  cəldlik 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə