Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin 

zəruriliyini  tamamilə  etiraf  etməkdənsə,  onu  gizlətmək  “mənim  xeyrimə”  olardı. 

Həqiqət mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə — nəzərinizə belə bir 

müqayisəni  çatdırmaqdan  ibarətdir:  birincisi,  haqqında  sizə  danışdığım  fövqəladə 

çeviklik  məsələsi;  ikincisi,  həmin  ciyiltili  və  yaxud  kobud  səs.  O  səslərin  milli 

mənsubiyyəti barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı 

bir sözün belə ayırd edilmədiyini bilirsiniz.

Bu  sözlərdən  sonra  beynimdə  dumanlı  şəkildə  olsa  da  Düpenin  nə  demək 

istədiyi,  deyəsən,  mənə  çatırdı. Mənə  elə  gəldi  ki,  beynimi  bir  qədər  də  işə  salsam, 

onun  fikrini  başa  düşəcəyəm.  Bəzən  adam  nəyisə  xatırlamaq  üçün  yaddaşına  güc 

verir, amma yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.

- Görürsünüz, - Düpen dedi,-qatilin otaqdan necə çıxmağını otağa  girməyi ilə 

əvəz etdi. Demək istəyirdim ki, bunların hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. 

Indi  isə  gəlin  xəyalən  otağın  içinə  qayıdıb,  oradakı  mənzərəyə  nəzər  salaq.  şkafın 

siyirmələrinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində olmasına baxmayaraq, 

bəzilərinin ğurlandığını deyirdilər. Belə nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə 

olaraq  fərziyyədir,  özü  də  axmağından.  Vəssalam.  Biz  haradan  bilək  ki,  bu 

siyirmələrin  içində  tapılan  əşyalardan  başqa  orada  özgə  şeylər  də  olub.  Madam 

L’Espanye  və  qızı  həddindən  artıq  qapalı  həyat  tərzi  keçirirmişlər.  Gedib  gələnləri 

olmazmış.  Nadir  hallarda  bir  yana  gedərmişlər.  Çoxlu  pal-paltar  onların  nəyinə 

lazımdır?  Əgər  oğru  bir  şey  götürübsə,  nə  üçün  ən  yaxşısına  əl  vurmayıb  və  ya 

hamısını  götürməyib?  Sözün  qısası,  oğru  nə  üçün  dörd  min  frank  qızıl  pula 

toxunmayıb,  əvəzinə  lazımsız  əski-üsküyə  tamah  salıb?  Yenə  deyirəm,  qızıl  pulları 

götürməyib. Demək olar ki, bankir müsyö Minonun xatırlatmış olduğu pulların hamısı 

kisələrdən  əl  dəyməmiş  halda  döşəmənin  üstündə  idi.  Buna  görə  də  ifadələrdən 

pulların  evə  çatdırılmasından  bəhs  edən  hissələrin  təsiri  altında  polis  işçilərinin 

beyinlərində kök salmış vadaredici səbəblər barəsindəki yanlış fikirləri istəyirəm siz 

də  birdəfəlik  başınızdan  çıxarasınız.  Pulun  evə  çatdırılması  və  üç  gündən  sonra  pul 

sahiblərinin  qətlə  yetirilməsindən  on  qat  təsirli  təsadüflər  hər  gün  hamımızın  gözü 

qabağında  baş  verir,  biz  isə  onları  ötəri  də  olsa  duya  bilmirik.  Ümumiyyətlə, 

təsadüflər  ehtimal  nəzəriyyəsinə  məhəl  qoymayan  mütəfəkkirlərin  yolunda  böyük 

əngəl olub, halbuki insan zəkasının ən mühüm sahələri özünün məşhur kəşfləri üçün 

ehtimal  nəzəriyyəsinə  borcludur.  Əgər  pulları götürmüş  olsaydılar,  onların  evə 

qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq olardı və vadaredici 

səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi. Bu cinayətdə pulları əsas vadaredici 

səbəb kimi fərz etməli olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da 

səfeh  adlandıraq.  Indi  isə  diqqətinizi  möhkəmcə  yadda  saxladığınız  aşağıdakı 

cəhətlərə  yönəltmək  istəyirəm:  xüsusi  səs,  qeyri-adi  çeviklik  və  inandırıcı  səbəbin 

olmaması.  Özünün  dəhşəti  ilə  fərqlənən  bu  cinayətin  baş  verdiyi  mənzərəyə  nəzər 

salaq. Qızı əllə boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxayıblar. 

Adi  canilər  bu  cür  öldürmürlər.  Heç  vaxt  onlar  öldürdükləri  adamın  meyitini  belə 

gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın 




hərəkətləri  ilə  bir  araya  sığmır.  Bir  də,  özünüz  təsəvvür  edin,  meyiti  buxarıya  bu 

tərzdə pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi nəticəsində 

onu zorla dartıb aşağı düşürdüblər! Indi bu dəhşətli qüvvənin başqa cəhətlərinə baxaq. 

Buxarının  kənarında  olduqca  sıx,  uzun  ağsaç  cəngəsi  yapışıb  qalıb.  Saç  dəri  ilə  bir 

yerdə qopardılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə qədər güc sərf 

olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin kimi mən də gördüm. Onların 

kökündə  — demək  dəhşətdir!  — başın  dərisi  ilə  birgə  qoparılmış  qanlı  ət  parçaları 

vardı. Yarım milyon tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək 

çox  da  çətin  deyil.  Qarının  başı  bədənindən  tamamilə  üzülmüşdü.  Adi  ülgüclə 

kəsilmişdi. Istərdim siz həm də bu işlərin vəhşilərə məxsus bir qəddarlıqla edilməsinə 

diqqət yetirəsiniz. Madam L’Espanyenin bədənindəki qançırlardan hələ danışmıram. 

Müsyö  Düma  və  onun  hörmətli  həmkarı  müsyö  Etyen  deyirlər  ki,  qançırlar  küt  bir 

alətlə  edilmişdir.  Aydındır  ki,  həmin  küt  alət  həyətdəki  döşəmə  daşları  ola  bilərdi. 

Meyiti qabağında çarpayı qoyulmuş pəncərədən həmin o daşların üstünə tullamışdılar. 

Bu  fikir,  indi  belə  sadə  görünür,  pəncərə  qapaqlarına  polis  əhəmiyyət  verməmişdir. 

Çərçivədəki  mismarlar  fikri  yayındırmışdır,  onların  heç  ağlına  gəlməmişdir  ki, 

pəncərələr  açılır.  Bu  dediklərimizə  yataq  otağındakı  qarmaqarışıqlığı əlavə  etsək  və 

fövqəladə  çevikliyi,  insanın  imkanı  xaricində  olan  gücü,  vəhşicəsinə  edilmiş  bu 

qəddarlığı,  səbəbsiz  qətli,  səsi  və  intonasiyası  ilə  bir  neçə  milləti  təmsil  edən, 

adamlara tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq o ciyiltili 

səs  barədə  fikirləri  bir-biriylə  əlaqələndirsək,  bundan  hansı  nəticəyə  gəlmək  olar? 

Təsəvvürünüzdə kimin surəti canlanar?

Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi. 

- Dəlinin biri, -dedim, - bunu yaxınlıqdakı dəlixanadan qaçan ruhi xəstə edib.

- Bəzi cəhətdən,  -o dedi,  - fikriniz ağlabatandır.  Amma  xəstəliyin  ən  şiddətli 

anında  dəlilərin  çıxardığı  səslər,  adamlar  pilləkənləri  qalxarkən  eşitdikləri  o  xüsusi 

səslə yenə də  müqayisə edilə bilməz. Dəli  adam, necə  də olsa, hər hansı bir  millətə 

məxsusdur.  Nitqinin  bəzən  rabitəsiz  olmasına  baxmayaraq,  ümumiyyətlə,  dili 

anlaşıqlı olur.  Bundan  başqa,  dəlinin saçı əlimdə tutduğum  saç  kimi olmur.  Madam 

L’Espanyenin  qıc  olmuş  barmaqlarını  güclə  açaraq bunu  çıxarmışam.  Bu  barədə  nə 

deyirsiniz?

- Düpen! - tamamilə salsılmış vəziyyətdə dedim, - bu tüklər çox qəribədir, insan 

tükünə oxşamır.

- Bunu təsdiq etməmişəm, - Düpen dedi, - lakin bu məsələni həll etməzdən əvvəl 

istəyirəm  bu  vərəqdə  çəkdiyim  şəklə  nəzər  salasınız.  Bu  kağızda  ifadənin  bir 

hissəsində təsvir olunan madmazel L’Espanyenin boğazındakı “qançır və dərin 

dırnaq izlərinin” olduğu kimi şəkli çəkilmişdir. Digərində isə, Düma və Etyen 

cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra göy-qırmızımtıl ləkələr, 

görünür, barmaq izləridir.” - Bu çəkdiyim şəkil, - dostum kağızı qabağımızdakı 

stolun üstünə açaraq sözünə davam etdi, - barmaqların necə möhkəm yapışdığı 

barədə təsəvvür yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri 

əvvəlcədən  necə  yapışıbsa,  həmin  gücü  ilə  də  qurbanı  can  verənədək 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə