Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə5/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   2   3   4   5   6   7   8   9   ...   76

Nöqtələr


◘Ayədə buyurulur: Kitab əhlinin təamları müsəlmanlara halaldır. Amma əvvəlki ayədə ətin halal olması üçün kəsim zamanı Allahın adının çəkilməsi şərt qoyulduğundan bu ayədə yəhudi və məsihilərin ətdən savay təamları nəzərdə tutulmalıdır. Həzrət Əlinin (ə) buyurduğu rəvayətlərdə də «təam» deyildikdə buğda, arpa nəzərdə tutulmuşdur. İbn-Əsir və Xəlil kimi lüğətşünaslar deyir: “Hicaz leksikonunda buğda da təam adlandırılmışdır.”1

◘Bu ayə dini azlıqlarla get-gəli, yemək yeməyi və izdivacı mümkün saydığından və bu yolla müsəlmanlar gündəlik get-gəl nəticəsində yəhudi və məsihi qızları ilə izdivac edə biləcəyindən müsəlmanlar tədricən yəhudi və məsihilərin əqidəsinin təsiri altına düşə bilərdilər. Ona görə ayənin sonunda xəbərdarlıq edilir ki, hər kəs imandan üz çevirsə əməli puç olar.

◘“Xidn” sözünün cəm forması olan “əxdan” sözü, adətən, xəlvəti və qeyri-şəri dostlar haqqında işlədilir.

◘Qida məsələsində ayə müsəlman və kitab əhlinə icazə verir ki, bir-birlərinin təamlarından istifadə etsinlər. Amma yalnız müsəlmanlara kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Müsəlman qadınlarının kitab əhli ilə izdivac etmək icazəsi yoxdur. (Adətən, qadınlar öz ərlərinin təsiri altına düşdüyündən müsəlman qadının kitab əhlinə ərə getməsi onun əqidə baxımından süqutu ilə nəticələnə bilər. Ona görə də kitab əhlinə qız vermək caiz deyil.)

◘“Muhsin” və “muhsinət” azad, evli və müsəlman olmaq mənalarını bildirir. Burada “muhsənat” dedikdə şübhəsiz ki, azad qadınlar nəzərdə tutulur. Ərli qadınla izdivac qəti şəkildə haramdır.

◘Ayədə kitab əhli ilə nəzərdə tutulan izdivac müvəqqəti izdivacdır. (Bu məsələdə hər kəs öz təqlid etdiyi mərcənin nəzərinə tabe olmalıdır.) Çoxsaylı rəvayətlərə əsasən və adətən müvəqqəti izdivac mehriyyəsi mənasını bildirən “ucurəhunnə” sözünə görə ayədə müvəqqəti izdivaca işarə olunduğu bildirilir.

◘Bir şeyin haqq olmasını qəbul edib, həmin şeyə əməl etməyən kəsin gördüyü işlər puçdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə də bu məna təsdiqlənir.1

◘Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurmuşdur: “İnsanın imandan xaric olmasına səbəb olan ən kiçik şey odur ki, haqqın ziddinə bir nəzər bildirsin, həmin nəzər üzərində dayanıb onu müdafiə etsin.” Sonra həzrət bu ayəni tilavət etdi.2


Bildirişlər


1. Hökm və qanunları bəyan edərkən dövrə və zamana xas incəliklərdən xəbərsiz qalmaq olmaz.

2. Şəriət qanunları yaranış nizamına uyğundur (Sağlam təbiətin (xarakterin) bəyəndiyini qanun da halal sayır.)

3. İstənilən bir dində qadının paklığı bir dəyərdir.

4. Paklıq həm kişilər, həm də qadınlar üçün şərtdir.

5. Həyat yoldaşı seçərkən iman və paklığa diqqət yetirilməlidir.

6. Hətta qeyri-müsəlmanları da aldatmaq qadağandır. (Hətta müsəlman olmayan qadının da iqtisadi haqqı ödənməlidir.)

7. İstər müsəlman, istər qeyri-müsəlman qadının mülkiyyət hüququ var. ərəbcə)

8. Mehriyyə qadının özünə verilməlidir.

9. İzdivac məqsədi ilə qadına əcr ödənməlidir. Zina və qeyri-şəri əlaqələrə görə əcr ödəmək olmaz.

10. Əvvəlcə halal yolu göstərin, sonra azğınlıq yolunu qapayın.

11. Hətta qeyri-müsəlmanla qeyri-şəri rabitə qadağandır.

12. Kitab əhlinin təamını yemək və onlardan pak bir qadınla evlənmək halaldır.

13. Kitab əhli ilə yaxınlıq, onlarla yanaşı yaşayış və onların ölkələrinə lazımsız səfər büdrəmə zəminəsidir. Ona görə də bu ayədə xəbərdarlıq olunur ki, ehtiyatlı olun və iqtisadi, ictimai əlaqələr sizin etiqadınızı dəyişməsin. Tapşırılır ki, evlənmək xatirinə imanınızı əldən verməyin.
6. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınızın bir hissəsi və ayaqlarınızın üzünə yoxuşadək məsh çəkin. Cünub olduqda özünüzü pak edin (qüsl verin). Əgər xəstə və ya müsafir olsanız, ya sizlərdən biri ayaqyolundan gəldikdə, ya qadınlarla yaxınlıq etdikdə (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, pak torpaqla təyəmmüm edin. Üzünüz və əllərinizə həmin torpaqdan məsh çəkin. Allah sizi çətinlikdə qoymaq istəmir. Əksinə, sizi pak etmək və nemətini sizin üçün tamamlamaq istəyir. Bəlkə şükür edəsiniz.”


Nöqtələr


◘“Nisa” surəsinin 43-cü ayəsində qüsl və təyəmmüm mövzularına işarə olundu. Bu ayədə əlavə olaraq dəstəmaz məsələsinə toxunulur.

◘“Qiyam”, sözü “ila” hissəsi ilə yanaşı işləndikdə “iradə etmək, istəmək” mənasını bildirir. Yəni “namaz qılmaq istədiyin vaxt.”

◘“Cünub” sözü tək və cəm halda həm qadın, həm də kişiyə eyni şəkildə aid edilir. Bəlkə də bu ayədə «cünub olmaq» dedikdə yalnız möhtəlim olmaq, «qadınlarla təmas» dedikdə cinsi yaxınlıq nəzərdə tutulur.

◘“Fəttəhhəru” göstərişi qüsl verilməsinə aiddir. Bu ehtimal “Nisa” surəsinin 43-cü ayəsinə əsaslanır.

◘“Dirsəklərə qədər” ifadəsi istiqamət yox, ölçü göstərir. Ərəb dilində həm barmaqlardan əl topuğunadək, həm barmaqlardan dirsəyədək, həm də barmaqlardan çiyinədək olan hissəyə “yəd”, yəni “əl” deyilir. Ayədə buyurulur ki, dəstəmazda əli nə az, nə də çox, dirsəyədək yuyun.

◘Təyəmmümdə bir bəndəlik ruhiyyəsi var. Əli torpağa vurub ən uca üzv olan alına çəkməkdə bir təvazö var.

◘Su çirkinliyi aradan qaldırdığı kimi, pak torpaqda da mikrob öldürmə xüsusiyyəti var. Çünki torpaq günəş şüası və yağış altındadır.

◘“Suud” sözündən olan “səid” sözü uca yer mənasını bildirir. İmam Sadiq (ə) “səidən təyyiba” ifadəsi haqqında buyurur: “Bu söz üstündən üzüaşağı su axan uca yeri bildirir.”1 Bəli, çirkin suyun toplandığı çökəyin torpağı təyəmmümə münasib deyil. Çünki təyəmmüm üçün pak torpaq şərtdir.

◘Hədisdə oxuyuruq: “Namaz yalnız təharətlə (dəstəmaz, qüsl və ya təyəmmüm) düzgündür.”2

◘Hədisdə oxuyuruq: “Həmin yerdən başla ki, Allah Quranda başlamışdır.”3 Quranda əvvəlcə üz, sonra qolların yuyulması, daha sonra baş və ayaqlara məsh çəkilməsi bildirildiyi kimi, dəstəmaz da eyni ardıcıllıqla alınır.

◘İmamdan soruşuldu ki, dəstəmazda nə üçün başın bir hissəsinə məsh çəkilir? İmam buyurdu: “Biruusikum” sözünün başlanğıcındakı “ba” hərfinə görə. Uyğun söz başın bir hissəsini bildirir. Əgər eyni söz “ba” hərfi olmadan işlənsəydi, bütün baş nəzərdə tutulardı.”4

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ayədəki “laməstum” sözü cinsi yaxınlığı bildirir. Allah bu mənanı örtülü bəyan etmişdir. Allah bizdən fərqli olaraq örtülü danışmağı sevir.”5

◘İmam Riza (ə) dəstəmazın fəlsəfəsi haqqında buyurmuşdur: “Dəstəmaz Allah qarşısında duran zaman paklıq zəminəsidir.”; “Dəstəmaz bəndəlik və itaət nişanəsidir”; “Dəstəmaz çirkinlik və murdarlıqdan uzaqlıq amilidir”; “Dəstəmaz süstlük və yuxululuqdan kənarlıq səbəbidir.”; “Dəstəmaz namaza hazırlıq və ruhi təkamüldür.”6


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə