Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə7/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   2   3   4   5   6   7   8   9   10   ...   76

Nöqtələr


◘Quranda bir neçə növ əcr, mükafatdan danışılır.1

◘Allahın vədləri dəyişməzdir.2

◘“Cəhim” atəşin şiddətlə şölələnməsi mənasını bildirir. İbrahimin əhvalatında nəql olunur ki, onu “cəhimə” atdılar. “Əshabul-cəhim” dedikdə isə daim cəhənnəmdə olanlar nəzərdə tutulur.

Bildirişlər


1. İman əməldən ayrı deyil.

2. İman və saleh əməl həm ötən səhvləri aradan qaldırır, həm də gələcəyi təmin edir.

3. İşin aqibətinə diqqət insanın çıxardığı qərarlarda mühüm rol oynayır.

4. Bağışlanma mükafata çatmanın müqəddiməsidir.

5. Kafirlərin və təkzib edənlərin cəzası əbədi cəhənnəmdir.

6. Təşviq əməl üçün stimuldur. Necə ki, hədələmə Quranın tərbiyə üsullarındandır.


11. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

Ey iman gətirənlər! Allahın nemətini özünüzə xatırladın. (Düşmənlərin) bir dəstəsi sizə düşməncəsinə əl uzatmaq fikrinə düşdükdə Allah onların əllərini gödəltdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”


Nöqtələr


◘Ayədə hansı tarixi hadisənin nəzərdə tutulması barədə fikir ayrılığı var. Amma onu bütün uyğun hadisələrə aid etmək olar. Bütün hallarda müsəlmanlar düşmənin hücumlarına Allaha təvəkül etməklə qalib gəlmiş və nicat tapmışlar.

Bildirişlər


1. İlahi nemətlərin xatırlanması möminlər üçün zəruridir. (Çünki belə bir xatırlama həm şükür növüdür, həm də qürur və qəfləti insandan uzaqlaşdırır. Nemətləri xatırlayan insanın Allaha eşqi də çoxalır.)

2. Mümkün təhlükələrin dəf olunması ən mühüm ilahi nemətlərdəndir.

3. Təqva, təvəkkül və imanla Allahın lütfünü cəlb edin, düşmənin təhlükələrini özünüzdən uzaqlaşdırın. (İnsan günah etdikdə Allah düşməni ona qalib edir. Allaha diqqət nəticəsində isə düşmən dəf olunur.)

4. Düşmənləriniz sizə yol tapmaq üçün daim təlaşdadırlar.

5. Allaha təvəkkül iman və təqva şərtidir.

6. Təqva və təvəkkül sayəsində Allah zikri və iman əldə olunur.


12: ﴿وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

Həqiqətən, Allah Bəni-İsraildən əhd aldı. Onların arasından (on iki tayfa üçün) on iki rəhbər seçdik. Allah onlara buyurdu: “Mən sizinləyəm. Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, peyğəmbərlərimə iman gətirib yardım göstərsəniz, Allaha yaxşı borc versəniz, şübhəsiz, günahlarınızı örtərəm və sizi altından çaylar axan bağlara daxil edərəm. Bundan sonra sizdən kim kafir olsa, həqiqətən, doğru yoldan azmışdır.”


Nöqtələr


◘“Əzzərtumuhum” “əzər” sözündən olub «hörmətlə yanaşı yardım göstərmək» mənasını bildirir.

◘“Səvaəs-səbil” yolun ortasını bildirir və bu xətdən çıxmaq süqutla nəticələnir.

◘Bəni-İsrailin rəhbərləri və qəyyumları həzrət Musanın vəzirləri və on iki tayfanın başçıları idilər. Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Məndən sonra xəlifə on iki nəfərdir. Onlar Bəni-İsrail hamiləri sayındadırlar.”1 Əhli-beyt (ə) yolunun müxalifləri çox çalışdılar ki, bu rəqəmi dörd xəlifəyə, Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə aid etsinlər. Amma uyğun say onların nəzərləri ilə heç cür düz gəlmirdi. Bu yersiz səylər qarşısında həzrət Peyğəmbərin (s) dilindən bəyan olunmuş onlarla hədis var idi ki, bu hədislərdə on iki imamın adı bircə-bircə sadalanırdı. Bu sayaq hədislər mötəbər şiə və sünni kitablarında yetərincədir. Onların birincisi Həzrət Əli (ə), sonuncusu həzrət Mehdidir (ə).

Bildirişlər


1. Digər ilahi dinlərin proqramlarında da namaz, zəkat, peyğəmbərlərə yardım və infaq tapşırılmışdır.

2. Namaz, zəkat, iman, peyğəmbərlərə yardım və infaq Allahın Öz bəndəsi ilə olması şərtləridir.

3. Peyğəmbərlərə inam təklikdə kifayət etmir. Onlara yardım da zəruridir.

4. Vacib əmrlərin bəzilərinə yox, hamısına əməl etmək səmərə verir.

5. Allahın bəndələrinə yardım Allaha yardımdır.

6. Borc yaxşı şəkildə verilməlidir. (Yaxşı maldan, yaxşı niyyətlə, dərhal və minnət qoymadan borc vermək lazımdır.)

7. Borc mövzusunun namaz, zəkat, peyğəmbərlərə iman və onlara yardım mövzuları ilə yanaşı bəyan olunması borcun fövqəladə əhəmiyyətindən danışır. (Borc dedikdə xalqa edilən bütün yardımlar nəzərdə tutulur. Nümunə olaraq xalqa verilən borcu göstərmək olar.)

8. Cəmiyyətin rəhbəri Allah tərəfindən təyin olunmalıdır. Peyğəmbərlərin də seçimi Allah göstərişlərinə əsaslanmalıdır.

9. Namaz, zəkat, infaq ilahi rəhbərlərin qəbulu və onlara yardımla müşayiət olunduqda məna daşıyır.

10. Rəhbər xalqın özündən olduqda müvəffəqiyyətə çatır.

11. Behişt bəhanəyə yox, bahasına verilir. Namaz, zəkat, iman, yardım və infaq olan yerdə behişt də var.

12. Behişt çirkaba batanların yeri deyil. Əvvəlcə təmizlənmək, sonra behiştə üz tutmaq olar.

13. İlahi əfv əldə etməyin yolu iman və saleh əməldir.

14. Əhd alındıqdan, höccət tamamlandıqdan, ilahi lütfü əldə etməyin şərtləri bəyan olunduqdan sonra üzr və bəhanəyə yer qalmır.

15. İlahi göstərişləri inkar edən kəs orta yoldan çıxmışdır. (Bəli, namaz qılınması, zəkat ödənməsi, peyğəmbərlərə iman, əhdə vəfa asilərin əldən çıxardıqları orta yoldur.)
13: ﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

(Bəni-İsrailə) əhdlərini sındırdıqları üçün lənət etdik (rəhmətimizdən uzaqlaşdırdıq). Onların qəlblərini bərkitdik. Onlar (ilahi) kəlmələrin yerini təhrif edirlər. Onların nəzərinə çatdırılanlardan bir hissəsini unutdular. Sən daim onların xəyanətlərindən xəbərdar olarsan. (Onların hər gün yeni bir xəyanətləri, qurğuları vardır.) Onların bir hissəsi istisnadır. (Daşqəlbli, təhrifçi xain deyildirlər.) Onlardan keç və büdrəmələrinə göz yum. Həqiqətən, Allah yaxşı əməl sahiblərini dost tutur.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə