Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə14/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

Nöqtələr


◘Cihad və şəhadət aşiqi olan gerçək mömin ölümdən qorxmur və məzuniyyətə çıxmaq üçün icazə istəmir. İlkin İslam dövründə israrla cəbhəyə getmək istəyənlər vardı. Onlar Peyğəmbər (s) onların istədiyini yerinə yetirmədikdə narahat olub ağlayardılar.1

◘Həzrət Peyğəmbər (s) Təbuk döyüşündə getdiyi vaxt Həzrət Əlini (ə) Mədinədə öz canişini təyin etdi. Döyüşdə iştirak edə bilməməsi Həzrət Əlini (ə) kədərləndirdi. Həzrət Peyğəmbər (s) ona təsəlli verib buyurdu: “Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.”


Bildirişlər


1. Mömin işdən qaçmır.

2. Təbuk döyüşündən qaçanlar imansız bir dəstə idi.

3. Təqva, şəhadət, cəbhədə iştirakın əsas amili yaranış və məada imandır.

4. Gerçək mücahidlər həm malları, həm də canları ilə fədakarlıq göstərirlər.

5. Təqva mal və canla cihaddan fərariliyə mane olur.

6. Allahın xəbərdar olmasına iman cihadda insan qəlbini isidir.

7. Təqvalı insan əmin-amanlıq dövründə yox, döyüş və cəbhədə tanınır.
Ayə 45:

﴿إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ﴾

Yalnız Allah və qiyamət gününə iman gətirməyənlər, qəlblərində tərəddüd olanlar səndən (cəbhəyə getməmək üçün) icazə alırlar. Onlar öz şəkk-şübhələrində vurnuxurlar.”


Nöqtələr


◘Həzrət Əli (ə) buyurmuşdur: “Şəkk-şübhə içində qalan kəsi şeytanlar ayaq altına alırlar.”2

Bildirişlər


1. Döyüş inam və etiqadların sınağı üçün bir meydandır.

2. Münafiqlər məqsədə imansız olduqlarından daim bəhanə axtarır, cəbhədən uzaqlaşmaq istəyirlər.

3. İnsanın cəbhədə iştirak edib-etməməsi onun imanlı olub-olmmasından asılıdır.

4. Tərəddüddən də pisi şəkk-şübhə üzərində dayanmaqdır.


Ayə 46:

﴿وَلَوْ أَرَادُواْ الْخُرُوجَ لأَعَدُّواْ لَهُ عُدَّةً وَلَـكِن كَرِهَ اللّهُ انبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُواْ مَعَ الْقَاعِدِينَ﴾

(Münafiqlərin) cəbhəyə getmək üçün ciddi qərarları olsaydı, cihad üçün hazırlıq görərdilər. Amma Allah (ləyaqətsizliklərinə görə) onların səfərbərliyindən xoşlanmadı və onları saxladı. Onlara deyildi: “Evdə oturanlarla yoldaş olun.”


Nöqtələr


◘Allahın cihadda iştirakın qarşısını alması maneçilik yox, tövfiqdən məhrum etmək mənasındadır.

Bildirişlər


1. Münafiqlər heç vaxt cəbhəyə getmək fikrində olmurlar.

2. Zəruri müqəddimə vacibdir.

3. Mömin insan cəbhəyə biganə deyil, cihada hazırlıq görür və yola düşmək intizarındadır.

4. Cihadda iştirak ləyaqətsizlərin məhrum edildiyi ilahi tövfiqdir.

5. Döyüş və cihadı tərk edənlər alçaldılmalıdır.
Ayə 47:

﴿لَوْ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمْ إِلاَّ خَبَالاً ولأَوْضَعُواْ خِلاَلَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ﴾

Əgər (münafiqlər) sizinlə birlikdə döyüş üçün xaric oldularsa, sizə yalnız fəsad (dərd, iztirab) artırdılar. Yubanmadan aranızda qarışıqlıq salırdılar ki, fitnə yaransın. Onların sözünə qulaq, könül verənləriniz (təsirləndilər). Allah sitəmkarların halından agahdır.”


Nöqtələr


◘“Xəbal” iztirab, tərəddüd mənasını bildirir. “Xəbəl” dəlilik, “Xəbl” isə fəsad deməkdir. “İza” sözündən olan “Əvzəu” sözü hərəkət və nüfuzda sürət mənasını ifadə edir. “Fitnə” sözü ayədə təfriqə və azğınlıq mənasında işlədilmişdir. “Səmma” dedikdə düşmənin xeyrinə söz gəzdirən casus nəzərdə tutulur.

Bildirişlər


1. İslam ordusu seçilmiş və xalis olmalıdır. Say, kəmiyyət əsas deyil.

2. Allah möminlərə təsəlli verir ki, münafiqlərin cəbhədən qaçması onları nigaran etməsin.

3. Münafiqlərin cəbhədə iştirakı ruhiyyəni zəiflədir, təfriqə və tərəddüd yaradır.

4. Münafiqlər sürətlə hərəkət edirlər.

5. Bəzi müsəlmanlar münafiqlərin nə dərəcədə təhlükəli olduqlarını dərk etmirlər. Onlar sadəlövhcəsinə qısa bir zamanda münafiqlərin təsiri altına düşürlər.

6. Münafiq zalımdır və Allah bu zümrəyə xəbərdarlıq etmişdir.


Ayə 48:

﴿لَقَدِ ابْتَغَوُاْ الْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُواْ لَكَ الأُمُورَ حَتَّى جَاء الْحَقُّ وَظَهَرَ أَمْرُ اللّهِ وَهُمْ كَارِهُونَ﴾

(Münafiqlər) bundan öncə fitnəkarlığa çalışır, işləri sənə dolaşıq göstərirdilər. Nəhayət, onlar narahat olan halda haqq gəldi və Allahın əmri aşkar oldu (qalib gəldiniz).”


Bildirişlər


1. Münafiqlər məqsədli şəkildə fitnə törədirlər.

2. Təfriqə və fitnə ilə rastlaşdıqda münafiqlərin izini axtarın.

3. Gerçək tövbə etməyənlərin keçmişinə diqqətli olun.

4. Rəhbərə yanlış və təhrif olunmuş məlumatlar vermək münafiqlikdir.

5. İslam ümmətinin rəhbəri ayıq olmalı, hər məlumata etimad göstərməməlidir.

6. Fitnəkarlıq və təfriqəçilik münafiqlərin daimi işi olmuşdur. Haqq cəbhəsi tam qələbə çalanadək onlar şeytançılıqdan əl çəkmirlər.

7. İlahi yardımlar münafiqlərin planlarını puça çıxarır. İslamın bütün fitnələrə qarşı cavabı var.

8. Münafiqlər heç vaxt İslam quruluşuna qəlbən təslim olmurlar.


Ayə 49:

﴿وَمِنْهُم مَّن يَقُولُ ائْذَن لِّي وَلاَ تَفْتِنِّي أَلاَ فِي الْفِتْنَةِ سَقَطُواْ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ﴾

Onlardan bəziləri deyirlər: “Mənə icazə ver və məni fitnəyə salma.” Agah olun ki, belələri fitnəyə yuvarlanmışlar. Həqiqətən, cəhənnəm kafirləri əhatə edər.”


Nöqtələr


◘Bəni-Sələmə qəbiləsinin münafiq başçılarından biri Təbuk döyüşünə getməmək üçün Peyğəmbərdən (s) icazə istədi. O, bəhanə gətirirdi ki, gözünə qadın dəydikdə aldanıb günaha düşür. Həzrət bu şəxsə icazə verdi. Ayə nazil oldu və cəbhədə iştirak etmədiyinə görə həmin şəxsi günahkar və fitnəyə uğramış bildirdi. Həzrət Peyğəmbər (s) onu qəbilə başçılığından uzaqlaşdırıb, səxavətli və xoşxasiyyət Buşr ibn Bərranı onun yerinə təyin etdi.1

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə