Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə5/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   2   3   4   5   6   7   8   9   ...   81

Nöqtələr


◘Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki, nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına rəftar edin.

Bildirişlər


1. Öz rəftarınızda “addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə təcavüzdən çəkinmək, sonra isə ülfət və qardaşlıq!

2. Gerçək tövbə əməl ilə müşayiət olunur.

3. Namaz və zəkatı tərk edənlər bizə din qardaşı deyillər.

4. Dini qardaşlıq dairəsinə daxil olma şərti namaz və zəkatdır.

5. Müsəlmanın rabitələrinin, sevgi və nifrətinin kökü əqidə məktəbindədir.

6. Peşman olmuş və tövbə etmiş insanla qardaşcasına rəftar edin.

7. İslam döyüşlərinin əsas məqsədi müşrikləri tövhidə qaytarmaqdır.

8. Dünənədək qətli vacib olanlar tövbə, namaz və zəkat sayəsində müsəlmanlarla bərabər ictimai hüquq əldə edirlər və onlarla döyüş haram olur.

9. Elm və bilik ilahi ayələrin dərki üçün zəmindir.
Ayə 12:

﴿وَإِن نَّكَثُواْ أَيْمَانَهُم مِّن بَعْدِ عَهْدِهِمْ وَطَعَنُواْ فِي دِينِكُمْ فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لاَ أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ﴾

Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”


Nöqtələr


◘Həzrət Əlidən (ə) soruşdular: “Nə üçün Siffeyn döyüşündə fərariləri təqib etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: “Siffeyn döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçün bir mərkəz yox idi.”

◘İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs sizin dininizə tənə etsə, hökmən, kafir olar.” Sonra həzrət uyğun ayəni oxudu.1


Bildirişlər


1. Əhdi pozmağın və əqidə məktəbini məsxərəyə qoymağın bir nümunəsi də dindən çıxmaqdır.

2. İslama qarşı tənə və onun xar edilməsinin cəzası edamdır.

3. İslami cihadın məqsədi əqidə məktəbinin müdafiəsidir.

4.Əhdi pozan və dini məsxərəyə qoyan küfr başçıları ilə mübarizə aparın.

5. Mübarizədə fitnə başçılarının, düşmən komandanlığının məhvi ilkin vəzifələrdəndir.

6. Qarşı tərəfin hər andı sizi aldatmasın. Əhdi pozanların andı etibarsızdır.

7. Düşmən planlarının qarşısının alınması İslam cihadının məqsədlərindəndir.
Ayə 13:

﴿أَلاَ تُقَاتِلُونَ قَوْمًا نَّكَثُواْ أَيْمَانَهُمْ وَهَمُّواْ بِإِخْرَاجِ الرَّسُولِ وَهُم بَدَؤُوكُمْ أَوَّلَ مَرَّةٍ أَتَخْشَوْنَهُمْ فَاللّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤُمِنِينَ﴾

Öz andını pozmuş, Peyğəmbəri (vətənindən) çıxarmağa səy göstərmiş, sizinlə ilkin olaraq döyüşə başlamış qövmlə döyüşmürsünüzmü? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allahdan qorxmağınız daha yaxşıdır.”


Bildirişlər


1. Müsəlman döyüşçü üçün döyüşün məqsədi aydın olmalıdır. Düşmənin öz əhdini pozması, Peyğəmbərə (s) qarşı pis niyyəti və döyüşə başlaması qeyd olunur).

2. Sizin döyüş müdafiə döyüşüdür və bu döyüşü düşmən başlamışdır.

3. Döyüş zamanı döyüş odu ilə cəhənnəm odunu müqayisə edin. Belə bir müqayisə döyüş əzmini möhkəmləndirir.

4. Həqiqi mömin yalnız Allahdan qorxur.


Ayə 14:

﴿قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ﴾

Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları xar, etsin, sizi isə qalib etsin və möminlərin qəlbinə məlhəm qoysun.”


Nöqtələr


Sual: “Ənfal” surəsinin 32-ci ayəsində buyurulurdu ki, Peyğəmbərin (s) xalq arasında olması xalqı əzabdan qoruyur. Bu ayədə deyilənlər həmin buyruqla zidd deyilmi?

Cavab: Əgər “Ənfal” surəsində Ad və Səmud qövmünə nazil olmuş əzab kimi səmavi və sarsıdıcı əzab nəzərdə tutulurdusa, bu ayədə döyüş çətinliklərinə işarə olunur.


Bildirişlər


1. Döyüş cəbhələri ilahi yardımların nazil olduğu məhəllərdir. (Cihad sizdən, yardım isə Allahdandır.)

2. Mücahidlər haqqın vuran əli, ilahi hökmün icra amilidir.

3. İlahi sünnələr təbii yolla, səbəblər əsasında həyata keçir.

4. Düşmənin hərbi məğlubiyyətinin ardınca onun ruhi və siyasi məğlubiyyəti gəlir.

5. Allah din düşmənlərinin süqutu və möminlərin izzətə çatması istəyindədir.

6. Küfrün məhvi, kafirlərin süqutu və möminlərin rahatlığı döyüş məqsədlərindəndir.

7. Döyüşdən öncə təşviq və təbliğə ehtiyac var. Allah möminlərə qəti müjdə verir.

8. İlkin İslam dövründə müsəlmanların qəlbi yaralanmışdı, onlar incidilmişdilər.

9. Döyüşdə bir dəstə şəhid olsa da, İslam ümməti izzət və aramlığa çatır.

10. İctimai məsələlərdə möminlərin taleyi bir-birinə bağlıdır. Sizin qələbəniz digər möminlərin qəlbinə şəfa olur.


Ayə 15:

﴿وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ وَيَتُوبُ اللّهُ عَلَى مَن يَشَاء وَاللّهُ عَلِيمٌ حَكِيمٌ﴾

(Onlarla vuruşun ki, Allah) möminlərin qəlbindən qeyz-qəzəbi çıxarsın. Allah Öz lütfünü istədiyi kəsə nazil edər (istədiyi kəs üçün tövbə yolunu açar.) Allah biləndir və hikmət sahibidir.”


Bildirişlər


1. Döyüşdə məqsəd Allahın razılığı, müdafiə, şirkin və fitnənin qarşısının alınması olsa da, digər bir məqsəd qəlblərin təskinlik tapması, ruhların aramlaşmasıdır.1

2. Qələbə çaldıqdan sonra sizə qoşulmaq istəyənlərə “bu vaxtadək harada idiniz” deməyin, onları yaxşı qarşılayın.

3. Tövbənin qəbul olunması Allahın istək və iradəsindən asılıdır.

4. Sizə yaxınlaşanları “hiylə gəlirlər” deyə özünüzdən uzaqlaşdırmayın. Allah həqiqi və riyakar tövbədən xəbərdardır. İlahi hikmətə əsasən, şəhadət kəlmələrini deyən kəs qəbul olunmalıdır.


Ayə 16:

﴿أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُواْ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَلَمْ يَتَّخِذُواْ مِن دُونِ اللّهِ وَلاَ رَسُولِهِ وَلاَ الْمُؤْمِنِينَ وَلِيجَةً وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

Yoxsa güman edirdiniz ki, Allah sizlərdən cihad edib, Allahı, Onun rəsulunu və möminləri sirdaş seçənləri müəyyənləşdirməmiş azad buraxılarsınız?! Allah etdiyiniz işlərdən agahdır.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə