Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə7/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   2   3   4   5   6   7   8   9   10   ...   81

Bildirişlər


1. Əməllərimizə uymayaq. İmansız əməl puç bir ilğım, cansız cəsəddir.

2. İxlaslı döyüşçülər başqalarından üstündürlər.

3. İmanlı mücahidləri başqaları ilə bir tutmaq məzəmmət olunur və ictimai zülmlərdən sayılır.
Ayə 20:

﴿الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ اللّهِ وَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ﴾

İman gətirib hicrət edənlər, malı və canı ilə Allah yolunda cihad edənlər Allah yanında ən böyük dərəcəyə malikdirlər. Onlar həmin nicat tapanlardır.”


Bildirişlər


1. İman, hicrət, cihad və təqva bütün dəyərlərin başında dayanır.

2. Əgər xalq üçün dəyər ölçüsü qohumluq əlaqələridirsə, Allah hesabında bu ölçü iman, hicrət və cihaddır. (Əgər bütün müsəlmanlar və Peyğəmbər (s) səhabələri bir cərgədə düzülsələr, Həzrət Əlinin (ə) ilkin iman gətirməsi, cəbhədə daha çox olub, daha çox zərbə alması aşkar olar.)

3. İman digər kamilliklər üçün şərtdir.

4. Bütün müqəddəs işlərin dəyəri insanın niyyətindən asılıdır.

5. Qurtuluş yalnız iman, hicrət və cihad sayəsində əldə olunur.
Ayə 21:

﴿يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ﴾

Rəbləri onları Öz tərəfindən bir rəhmət, razılıq və behiştdən bağlarla müjdələyər. Orada onlar üçün həmişəlik nemətlər var.”


Ayə 22:

﴿خَالِدِينَ فِيهَا أَبَدًا إِنَّ اللّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ﴾

Onlar orada əbədi qalarlar. Həqiqətən, Allahın yanında böyük mükafat var.”


Bildirişlər


1. Allah hicrət etmiş mücahid möminləri behiştlə müjdələmişdir. (Başqa ayələrdə digər müjdələr sadalanır.)

2. Əqidə məktəbinin komplekslik nişanələrindən biri də fitrətin nəzərə alınması ilə yanaşı ardıcıllara ümid verilməsidir.

3. Müjdə və mükafat rübubiyyət şənindəndir.

4. İlahi rəhmət və behiştdən bəhrələnmə qurtuluş göstəricilərindəndir.

5. Allahın rəhmət və razılığı maddi nemətlərdən öndə gəlir.

6. Behişt bağları nemətlə doludur.

7. Fani nemətləri Allaha xatir boşlasaq, əbədi nemətlərə çatarıq.

8. Fəna və zaval dünya nemətlərinə məxsus böyük bəlalardandır. Qiyamətdə bu sayaq bəlalar yoxdur.

9. Böyük mükafat yalnız Allahın əlindədir. Başqalarının mükafatı istənilən bir halda kiçikdir.

10. Bütün dünyanı “qəlil”(az) adlandıran Allah mücahidlərin mükafatını “əzim” (böyük) kimi təqdim edir.

11. Allah əlimizdəki az və fani nemətləri ən yuxarı qiymətə alır. Halbuki elə bu cüzi nemətləri də Özü verib.

Ayə 23:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاء إَنِ اسْتَحَبُّواْ الْكُفْرَ عَلَى الإِيمَانِ وَمَن يَتَوَلَّهُم مِّنْكُمْ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾

Ey iman gətirənlər! Əgər ata-qardaşlarınız küfrü imandan üstün tutarsa, onlara tabe olmayın. Sizlərdən hər kəs onların dostluğunu və vilayətini qəbul etsə, həmin sitəmkarlardandır.”


Nöqtələr


◘Kafirlərin vilayətinin qəbulu ilə bağlı Quranın xəbərdarlıqları insanı silkələyir. “Maidə” surəsində oxuyuruq: “Hər kəs onların vilayətini qəbul etsə, elə onlardandır.1 “Ali-İmran” surəsində isə belə oxuyuruq: “Bu sayaq hərəkət edən kəsin Allahla rabitəsi kəsilmişdir.”2

◘Bəzi müsəlmanlar Mədinəyə hicrət zamanı kafir valideynlərinin qəzəbinə tuş gəlmişdilər. Amma onlar dinlərinin qorunmasını kafir valideynlərin razılığından üstün tutdular.

Qeyd etməliyik ki, kafir ata-anaya tabe olmamaq onlara yaxşılıq etməmək deyil. Bütün hallarda ata-anaya yaxşılıq zəruridir.

Bildirişlər


1. Müsəlman övlad kafir atanın tabeçiliyində deyil. Əqidə rabitələri ailə rabitələrindən öndə gəlir.

2. Daxili hisslər dini dəyərlərdən önə keçməməlidir.

3. Ən yaxın şəxs olsa da, kafirə tabeçilik qadağandır.

4. Dini bağlılıq bütün bağlılıqlardan üstündür.

5. Kafirlərin hakimiyyətinin qəbulu zülmdür.
Ayə 24:

﴿قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ﴾

De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, topladığınız sərvət, kasadlığından qorxduğunuz ticarət, qəlbinizi isidən evlər sizin üçün Allah, Onun rəsulu və Allah yolunda cihaddan sevimli olsa, Allahın Öz (qəzəb) fərmanını gerçəkləşdirməsi intizarında olun. Allah itaətsiz qövmü hidayət etməz.”


Nöqtələr


◘Həzrət Əli (ə) bir dəstəyə buyurdu: “Nə üçün siz İslama yardım üçün Mədinəyə hicrət etmir, Peyğəmbərə (s) qoşulmursunuz?” Onlar dedilər: “Biz qardaşlarımız və qohumlarımızlayıq və öz evlərimizi qoruyuruq.”1

◘Bu ayədə adı çəkilən dəstələr bir nümunədir. Burada ata ilə yanaşı ana, oğulla yanaşı qız, qardaşla yanaşı bacı da nəzərdə tutulur.


Bildirişlər


1. İman dərəcəsi dünya və axirət kimi iki yol ayrıcında dayanarkən məlum olur.

2. Cihad İslamın sütunlarındandır və onun adı tövhid və nübuvvətlə yanaşı çəkilir.

3. Maddiyyat körpülərindən salamat keçmək üçün Allahla bağlılığı gücləndirmək lazımdır.

4. Ailə bağlılığı, maddi imkanlar cihada mane olmamalıdır. Cihadın qarşısını alan bağlılıq ilahi qəzəb doğurur. (Allahla dostluq yolunda hər şeydən və hər kəsdən keçmək lazım gəlir. Çünki dinin qorunması ailə rabitələrinin, iqtisadi mənafelərin hifzindən öndə gəlir.)

5. Dünyapərəst müsəlman kafir kimidir. Ayədə dünyapərəst müsəlmanlara kafirlər kimi müraciət olunur.

6. Rifah, firavan yaşayış həyat məqsədinə çevrildikdə insan süquta uğrayır. Belə bir yol onu Allah və Onun rəsulundan uzaqlığa, ilahi qəhr-qəzəbə aparır.

7. Məsuliyyətdən qaçan dünyapərəstlər ilahi hidayətə nail olmurlar.

8. Maddiyyatı mənəviyyatdan üstün tutmaq günah nişanəsidir.


Ayə 25:

﴿لَقَدْ نَصَرَكُمُ اللّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ وَيَوْمَ حُنَيْنٍ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ﴾

Həqiqətən, Allah bir çox məqamlarda sizə yardım etmişdir. Hüneyn günü də (sizə yardım edildi), o zaman ki, qoşununuzun çoxluğu sizi qürrələndirdi. Amma bu say çoxluğunun sizə heç bir faydası olmadı. Yer bütün genişliyi ilə sizə dar gəldi. Düşmənə arxa çevirib qaçdınız.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə