Moskva və Ümumrusiya Patriarxı Kirilin arxipastırlara, dyakonlara, rahib və rahibələrə



Yüklə 28,37 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü28,37 Kb.
#31466


Moskva və Ümumrusiya Patriarxı Kirilin  

arxipastırlara, pastırlara, dyakonlara, rahib və rahibələrə  

və Rus Pravoslav Kilsəsinin bütün sadiq övladlarına  

Milad müraciətnaməsi  

 

Tanrının sevdiyi arxipastır həzrətləri, möhtərəm  atalar,  

sadiq rahib və rahibələr, əziz bacı və qardaşlar! 

 

 

Bu  müqəddəs  gecədə  Vahid  Rus  Pravoslav  Kilsəsini  təşkil  edən, 



lakin  müxtəlif  ölkələrdə,  şəhər  və  kəndlərdə  yaşayan  hər  bir  kəsə 

müraciət edirəm və İsanın Mövludu günü – dünyanı xilas edən bayram 

münasibətilə təbrik edirəm. Mənim əzizlərim, Sizi ürəkdən təbrik edir və 

arzu edirəm ki, bu böyük bayramda hamımızın ürəyi sevinclə dolsun və 

hər  kəs  Allahın  övladları  və  İsanın  dostları  (İn.  15,  15)  kimi  imanın 

təntənəsindən zövq alsın.  

İndi, Tanrının görünməsi sirrini seyr edərkən, biz iki min il bundan 

əvvəl  Vifliyemdə  baş  vermiş  hadisənin  mahiyyətini  və  onun  bizə  və 

müasirlərimizə münasibətini  anlamağa çalışırıq.  

Müqəddəs  Apostol  Pavel  yazır:  “Vaxt  tamam  olanda  Allah  Öz 

Oğlunu  (Aman-zaman)  göndərdi,  O,  arvaddan  doğuldu,  qanuna  tabe 

oldu  ki,  qanunun  təsiri  altına  düşənləri  bağışlasın  və  biz  övladlığa 

götürülək”  (Qal.  4,  4-5).  Bəs  vaxt  tamam  olmamışdan  öncə  nələr  baş 

verirdi? İsanın Mövluduna qədər bütün bəşər tarixi Allah axtarışında idi, 

ən  zəkalı  şəxslər  hər  bir  insanın  həyatında  bu  və  ya  digər  şəkildə  hiss 

etdiyi fövqəltəbii qüvvənin mənbəyini anlamağa çalışırdı.  

Allah  axtarışı  yolunda  həqiqəti  tapmağa  çalışarkən,  insanlar  çox 

yanlışlıqlara  yol  verirdi.  Lakin nə  insanların  təbiətin  qorxunc  hadisələri 

qarşısında  primitiv  qorxusu,  nə  təbii  fəlakətlərin,  bütlərin,  bəzən  isə 

özlərinin  ilahiləşdirilməsi,  nə  də  bütpərəst  filosofların  fikirləri  insanlara 

həqiqi Allahı tapmağa kömək etməmişdir. “Dünya öz müdrikliyi ilə Allahı 

dərk  edə  bilmədikdə”  (Kor.  1,  21)  isə,  O,  Özü  insanların  yanına  enməyə 

qərar  verdi.  Biz  mənəvi  gözlərimizlə  möminliyin  böyük  sirrini  seyr 

edirik:  Yaradan  yaratdığına  bənzəyir,  insan  təbiətini  qəbul  edir, 

alçalmalara  məruz  qalır,  xaç  üzərində  ölür  və  Allahın  insanlara  Özü 

haqqında Vəhyin mahiyyətini açıqlayan möcüzəyə çevrilir.  

İsa  doğuldu  –  və  dünya  ümid  əldə  etdi,  İsa  doğuldu  –  və  sevgi 

əbədiyyən  hökmranlıq  edir,  İsa  doğuldu  –  və  göy  yerə  baş  əydi,  İsa 



doğuldu  –  və  Vifliyem  ulduzu  Allaha  doğru  düzgün  yolu  göstərir,  İsa 

doğuldu  –  və  heç  kim  şərin  qalibiyyətinə  inanmır,  çünki  biz  iman  yolu 

ilə  xilas  olunmuşuq  və  bu,  bizdən  asılı  deyil,  Allahın  bəxşişidir  (Yef.  2, 

8).  


İsaiya  peyğəmbər  Messiyanın  gəlişini  gözləyərək  və  öncədən 

görərək  ucadan  söyləyir:  “Allah  bizimlədir!”  (İs.  8,  10).  Onun 

ruhlandırıcı sözləri milyonlarla xristianlar üçün indi də fövqəladə sevinc 

mənbəyidir. Vifliyemdə doğulan Tanrı, əgər biz Ona və Onun yaratdığı 

Kilsəyə  iman  gətiririksə,  bizim  qəlblərimizdə  doğulur  və  bizimlə  olur. 

Biz  yaxşı  əməllər  edəndə,  yaxınlarımıza  kömək  edəndə  O,  bizimlədir. 

Biz  şəfqət  göstərəndə,  həmdərd  olanda  O,  bizimlədir.  Biz  düşmənləri 

barışdıranda  O,  bizimlədir.  Biz  bağışlayanda  və  kin  saxlamayanda  O, 

bizimlədir. Biz dua edəndə və dini ayinlərdə, ən çox da  Şükür ayinində, 

Müqəddəs Yevxaristiya ayinində iştirak edəndə O, bizimlədir,  

İsanın  Mövludu  günü  bizə  ən  başlıca  şeyi  söyləyir:  biz  Allahı, 

Xilaskarımızı,  bu  nicatı  əbədi  olaraq  bütün  xalqlara  verən  Kəsi,  indi  də 

hər  birimizə  qucağını  açan  Kəsi  sevməyi  və  Ona  xidmət  etməyi 

öyrənməliyik.  Allaha  həqiqi  ehtiram  göstərmək  və  Onun  qarşısında 

ixlaskarlıqla  dayanmaq  vərdişini    mənimsəyərək,  biz  həm  də  sevgi  ilə 

hərəkətə gələn imanı göstərməklə yaxınlarımıza xidmət etməyi öyrənirik 

(Qal. 5,6).  

Bizə  çox  az  şeyi  tamamlamaq  qalır  –  itaətkarlığımız,  Tanrının 

kəlamlarına  inamımız,  Onun  əmrlərini  yerinə  yetirmək  arzusu  ilə  

Allahın  xilasedici  lütfünə  qarşılıq  verməliyik.    Biz,  Allaha  şükür  və 

minnətdarlıq  edərək,  dəyər  prioritetlərini  düzgün  yerləşdirməyi 

bacaracağıq, Allahın bizə yazdığı həyat yolu ilə rahat,  sakit və əminliklə 

getməyi bacaracağıq.  

Ruhun bu vəziyyətinə nail olmaq üçün isə biz təkcə sosioloji sorğu 

əsasında  deyil,  həm  də  öz  dərin  imanımıza  və  həyat  tərzimizə  görə 

pravoslav  olmalıyıq,  mömin  əcdadlarımız  kimi  Allaha  inanıb,  Onu 

sevməliyik.  Belə  əcdadlarımızdan  biri  Rusiyanın  vəftizçisi,  müqəddəs 

həvari və böyük knyaz Vladimirdir. Bu il biz onun müqəddəs ölümünün 

1000  illiyini  qeyd  edəcəyik.  Bu  gün  ali  xristian  adının  daşıyıcıları 

olduğumuza  və  birlikdə  tarixi  Rusiyanın  pravoslav  qardaş  xalqlarının 

vahid ailəsini təşkil etdiyimizə görə məhz ona borcluyuq. Bu, belə olub, 

var  və  olacaq  və  heç  bir  müvəqqəti  iğtişaşlar  və  sınaqlar,  heç  bir  kənar 

qüvvələr  Kiyev  vəftiz  kupelinin  bu  çoxəsrlik  mənəvi  və  mədəni 

əlaqələrini poza bilməyəcək.  




Bu müqəddəs Milad günlərində bütün kilsələrin və mənim xüsusi 

dualarım  Ukrayna  torpağında  əmin-amanlıq  haqqındadır.  Övladlarının 

harada  yaşamasından,  onların  siyasi  baxışlarından  və  ya  seçimlərindən  

asılı  olmayaraq,  Rus  Pravoslav  Kilsəsi  İsanın  Özünün  onun  üzərinə 

qoyduğu məsuliyyətli missiyanı icra edir (Mf. 5, 9). Rus Pravoslav Kilsəsi 

insanları  barışdırmaq  və  düşmənçiliyin  nəticələrini  aradan  qaldırmaq 

üçün əlindən gələni edib və edəcək.  

Hər bir qarşıdurmanın, nifrətin və parçalanmanın əsasında günah 

var.  O,  mübarək  İustin  Çeliyskinin  sözlərinə  görə,  “özünün  bütün 

qüvvəsi  ilə  bir  şeyi  icra  edir:  insanı  allahsızlaşdırır  və  insanlıqdan 

çıxarır” (mübarək İustin (Popoviç), Fəlsəfi uçurumlar). Və biz Yaradanın 

bəxş  etdiyi  ləyaqəti  itirən  insanın  bəzən  hansı  dözülməz  vəziyyətdə 

olduğunu görürük.  

Kilsə  isə  Allahın  adından,  Xilaskarın  doğulması  haqqında  böyük 



sevinci  (Lk.  2,  10)    yorulmadan  xəbər  verərək,  yer  üzündə  doğulan  hər 

kəsi  imana  və  yaxşıya  doğru  dəyişməyə  səsləyir.  O,  yüksəliş  yolunu 

təklif edir: Allahaxtarıcılığından – Allahı tanımağa, Allahı tanımaqdan  – 

Allahla  ünsiyyətə,  Allahla  ünsiyyətdən  –  Allaha  bənzəməyə  doğru.  IV 

əsrdə  İsgəndəriyyədə  yaşamış    Müqəddəs  Afanasi  Xilaskarın  dünyaya 

gəlişini sarsıdıcı sözlərlə təsvir etmişdir: “Allah insana çevrildi ki, insan 

Allaha  çevrilsin”.  Təbiətinə  görə  deyil,  Allahın  lütfü  ilə.  Kilsənin 

çoxəsrlik  təcrübəsi  göstərir  ki:  əsl  dəyişmə,  ilahiləşmə  lütfün  təsiri  ilə 

Allahla  insanın  könüllü  birgə  əməyi  nəticəsində  baş  verir.  Və  ona 

əcdadlarımıza  xeyir  və  şərin  ağacından  bir  meyvə  yeyib  və  dərhal 



allahlar  kimi  olmağı  (Bıt.  3,5)  təklif  edən  ilanın  şeytan  nəfsini  qəbul 

etməklə  deyil,  zəhmətlə,  Yaradana  itaətlə  nail  olmaq  olur.    İmanla 

yaşayan  hər  kəs  bilir  ki,  məhz    Allaha  sadiqlik  onu  şər  işlərdən  və 

fikirlərdən  saxlayır,  məhz  iman  Allahın  izzəti  naminə  və  yaxınlarının 

xeyrinə qəhrəmanlıqlara və işlərə ruhlandırır.  

Sizin hamınızı İsanın Mövludu Günü və Yeni il münasibətilə təbrik 

edir  və  sizə  ürəkdən  cansağlığı,    əmin-amanlıq,  firavanlıq,  Allahın  və 

Xilaskarımızın  arxasınca  maneəsiz  yürüşdə  səxavətli  yardım  diləmək 

istəyirəm.  

Qoy  bizi  İsa  Məsihlə  əbədi  əzəmətinə  səsləyən  Tanrı  sizi  bərqərar 

etsin, möhkəmləndirsin və sarsılmaz etsin.  Ona şükürlər olsun! Amin (1 

Pyotr. 5, 10-11) 



 

MOSKVA VƏ ÜMUMRUSİYA PATRİARXI 


 

Moskva,  

İsanın Mövludu 

2014/2015-ci il 

 

 

 



 

 

Yüklə 28,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə