Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLLİN
arxikeşişlərə, keşişlərə, dyakonlara, rahiblərə və Rusiya Pravoslav
Kilsəsinin bütün sadiq övladlarına
PASXA
MÜRACİƏTNAMƏSİ
Allahın sevimli və çox müqəddəs arxikeşişlər, vicdanı təmiz
keşişlər və dyakonlar, Allahı sevən rahiblər və rahibələr, əziz
qardaş və bacılar!
Dünyanın xilaskarının ölümdən sonra Zühur etməsini qeyd
etdiyimiz bu böyük və gözəl Bayramda mənəvi şadlıq hissi ilə Onun
qəbirdən qalxmasını xəyalən təsəvvür edərək Sizin hamınıza həyatı
bərqərar edən, böyük daxili gücə, yenilməz həqiqətə və sevincə malik
olan
İSA MƏSİH ZÜHUR EDİB!
deyə müraciət edirəm.
Həmin nursaçan pasxa gecəsində bəşəriyyətə həqiqi İlahi sevgi
bağışlanmış və İlahi Atanın əbədi Oğlu insani təbiəti bütövlüklə qəbul
edərək onu günahlarından xilas etmiş və cəhənnəmin dərinliklərinə
daxil olub
ölüm zəncirini qıraraq bizə qiymətsiz olan öz Yaradanımız
və Allahımızla vəhdətdə olmaq imkanını vermişdir.
Hər kəsi və hər şeyi əhatə edən İlahi sevgini bölüşərək biz
“
zəmanənin zülmət tərəfdarı olan dünya hökmdarlarına qarşı,
ərşfələkdə mövcud ədavət ruhlarına qarşı ” (Yef. 6, 12)
məğlubedilməz silah əldə edirik. Biz insani təbiətimizin
məhdudluğunun doğurduğu qorxuya qalib gəlib zamanın istənilən
çətinliklərinə mətinliklə sinə gəlmək bacarığını əldə edirik. Çünki
“
sevgidə qorxu yoxdur, lakin kamil sevgi qorxuya qalib gəlir” (1İn. 4,
18).
Təsadüfi deyil ki, İncildə Allahın Öz tərəfdarlarının
ruhlandırılması, onların ruhunun möhkəmləndirilməsi məqsədilə
söylədiyi “Qorxma!” kəlamı dəfələrlə bizim diqqətimizə çatdırılır.
Gələcək, təhlükələr, görünməyən, xəyali və ya real xətərlər qarşısında
qorxu bir çoxumuza məlum hissdir. Lakin Allah biz özümüz ondan üz
döndərməyənə qədər hər zaman bizimlədir. Onun Ölüm üzərində
qələbəsi ilə bağlı mədhi zamanı isə Xilaskar yenə hər birimizə
“
Qorxma, yalnız inan!” (Mk. 5, 36) sözləri ilə müraciət edir.
Gəlin zəmanəmizin şeytani ruhuna zidd olan davranışımızla
Əbədi Həqiqətin əyani təsdiqini təmin edək. Çünki bu gün ictimai və
dini azadlıq şəraitində yaşadığımıza baxmayaraq xristian əxlaq
normalarına uyğun yaşamaq cəhdi hələ də “axına qarşı” hərəkət kimi
başa düşülür. Həmin cəhd zamanı insanların həyatına şüura müasir
təsir vasitələrinin köməyilə təkidli və sistemli şəkildə daxil olan
davranış stereotipləri və günaha haqqın qazandırılması mövqeyi ilə
ixtilaf meydana gəlir.
Allaha üz tutsaq
mənəvi boşluqdan və dünyada hökm sürən
eqoizmdən qurtula, Zühurun nurunu görə, Səmavi Şəhərə yürüşdə
onu yol göstərən kimi qəbul edə bilərik.
Qoy vahid Yevxari
stiya kasasına yaxınlaşma bizim üçün
əbədiyyətə doğru bu hərəkətdə güc mənbəyi olsun. Qoy
Ümummüqəddəs Ruhun bərəkəti bizi gücləndirsin, qəlblərimizə
sarsılmaz həmrəylik, imanda yenilməzlik, xeyirxah işlərdə
müvəffəqiyyət bəxş etsin.
Məsihin Bədəninə və Qanına yaxınlaşaraq, biz, Müqəddəs
Kitabın yazdığına görə, biz, İlahi təbiətin öz təbii vəziyyətini
dəyişməyə qadir olan iştirakçısına çevrilirik (2 Pet. 1, 4). Priçastiye
vasitəsilə biz Ona, bizə görə “qul surətini qəbul edərək özünü
alçaldana, insana oxşadana və görünüşcə insana çevrilənə; Özünü
itaətə gətirənə, hətta ölüncəyə qədər və xaç ğününə qədər itaətli
olana”
oxşamaq imkanı əldə edirik (Flp.2, 7-8).
Özünü əxlaqi, mənəvi surətdə dəyişdirmə cəmiyyətin, xalqın,
ölkənin dəyişməsinin başlıca təminatı və özülüdür. Hissələri
təkmilləşdirmədən bütövü yaxşıya doğru dəyişmək olmaz. Bütün yaş,
sosial və siyasi qruplardan olan insanların dürüst əhval-ruhiyyəsi
Vətənin rifahını birbaşa müəyyənləşdirir. Tarixi Rusiyanın bütün
dövlətlərinin, Kilsəmizin, nəticədə isə – Yaradanın bizə qorumaq və
“onu mühafizə etmək” üçün bəxş etdiyi Allahın bütün yaratdıqlarının
inkişaf yolu bizim həyat vektorlarımızın necə olacağından asılıdır.
(Bıt 2, 15).
Mənim əzizlərim, öz dualarımla mən sizin hamınızı Qalibin
Zühur etməsinə və onun cəhənnəm üzərində qələbəsinə sevinməyi və
sizin gündəlik həyatınızda səadət bəxş etməyi o bir Allahdan arzu
edirəm.
İSA MƏSİH HƏQİQƏTƏN ZÜHUR EDİB!
Amin.
+
KİRİLL,