Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə14/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

Qiblə


Namaz zamanı müqəddəs Kə’bəyə üz tutulur. Yalvarış üçün üz tutduğumuz tərəf qiblə adlanır. Baxmayaraq ki, hansı tərəfə üz tutsaq, Allaha doğrudur. Lakin Kə’bə kimi müqəddəs bir məkana diqqət yetirmək İbrahimin (ə) tövhidi xəttini yada salır və tövhid ilhamı verir.

Namazın Kə’bəyə doğru qılınması əmr olunubsa, bu göstərişə əməl etmək lazımdır. Əgər belə etməsək ibadətlərimiz təslimçilik və bəndəlik ruhiyyəsindən uzaq olar.

İslamın ilk dövrlərində Beytül-müqəddəs illərlə müsəlmanların qibləsi oldu. Allahın rəsulu (s) bütxana şəkli almış Kə’bəni ibadət qibləsi etmək istəmirdi. Lakin hicrətdən sonra yaranmış şərait nəticəsində müsəlmanların qibləsi Məscidul-hərama döndərildi. Bu işin səbəblərindən biri yəhudilərin müsəlmanları təhqir etmələri idi. Onlar deyirdilər: “Sizin qibləniz yoxdur və bizim qibləmizə üz tutub namaz qılırsınız.” Peyğəmbər (s) bu vəziyyətdən pərişan idi. O, Allah tərəfindən kömək gözləyirdi. Beləliklə, ayə nazil oldu və göstəriş verildi ki, hər yerdə olsanız, Məscidul-hərama üz tutub namaz qılın.1 Qiblənin dəyişmə ayələri tarix boyu müsəlmanlara müstəqil olmaq, hətta ibadi məsələlərdə də minnət götürməyib şərəfli yaşamaq dərsini verir.

Qiblənin dəyişmə göstərişi eyni zamanda müsəlmanlar üçün bir imtahan idi. Bununla da mə’lum oldu ki, kimlər Allahın göstərişlərinə kamil itaət göstərir, kimlər bəhanə tapıb e’tiraz edirlər.

Başqa bir dəlil bu idi ki, yəhudilər müsəlmanlara “sizin qibləniz yoxdur və bizim qibləyə doğru namaz qılırsınız” deməsinlər. Bu məsələ müsəlmanların şəxsiyyətinə müstəqillik bəxş etdi.

Müsəlmanlar Kə’bəyə doğru ibadət etməlidir. Hətta yatarkən, yeyərkən üzüqibləyə olmaq yaxşıdır. Heyvanlar üzüqibləyə kəsilməlidir. Yoxsa, onların əti haram olar. Bütün işlərdə tövhid Kə’bəsinə üz tutmaq müsəlmanlara ilahi düşüncə və iman dərsi verir. Bununla da müsəlmanlar qəflətdən ayılır və daim Allahın evinə diqqət yetirir.

Bundan əlavə, Kə’bəyə üz tutmaq gözəl, maraqlı vəhdət və nizam yaradır. Dünyanın hər yerində müsəlmanlar namaz vaxtı həmin ilahi mərkəzə üz tutur. Əgər kimsə səmadan yerdə namaz qılan şəxslərin cərgələrinə tamaşa etsə, mərkəzi Kə’bə olan dairələr görər. Tövhid müsəlmanların sıralarının, ruhlarının, qəlb və fikirlərinin təmərküz nöqtəsidir.

Qibləyə üz tutmaq yolu ilə müsəlmanların arasında astranomiya, coğrafiya və cəhətşünaslıq elmi inkişaf etdi.

Bəli, Kə’bə İbrahimin (ə), İsmail (ə) və Məhəmmədin (s) tövhid mübarizələrinin yadigarıdır. Həzrət Mehdi (ə) də öz qiyamında Kə’bəyə istinad edəcək. Müsəlmanın namaz və yalvarış zamanı qibləsi Kə’bədir...

Azan


Azan və iqamə namazdan öncəki işlərdən ayrılıb namaz zamanı diqqətin Allaha yönəlməsi üçün zəmin yaradır.

Azan sükutu dağıdan, münasib, qısa, mə’na dolu və qurucu bir şüardır. Azanda mühüm e’tiqadi əsaslar mövcuddur. Azan müsəlmanların əməldə yönlənməsidir.

Azan İslamın mövcudluğunun e’lanı, əməl və əqidələrin tanıtdırılması və xəyali mə’budlar əleyhinə çağırışıdır.

Azan təbliğat üçün açıq fəzaya bir işarədir və müsəlmanların mövqelərinin aydın şəkildə e’lanıdır.

Bu tövhidi şüar körpənin qulağına oxunan ilk cümlələrdir. Azan ilk ilahi dərsləri körpəyə təlqin edir. Yaşlılar üçün də qəflətdən ayılma səbəbidir.

Azan səma əhlinə çatan yeganə səsdir.1

Azan şeytanları qaçıran və həyəcanlandıran səsdir.

Evlərdə, xüsusi ilə xəstələnərkən çalışıb gözəl səslə azan vermək tövsiyə olunur.

Hədisdə Allahın rəsulu (s) buyurur: “Elə bir zaman gələcək ki, azan yüngül sayılaraq bacarıqsız şəxslərə tapşırılacaq.”1 Hədisdə deyilir: Qiyamət günü insanların bir çoxu xəcalətdən başıaşağı ikən, azan deyənlər alnıaçıq, üzüağ məhşur olar.2 Onların başıucalığı böyük məqam nişanəsidir.

Azan deyən şəxs onun azanına xatir namaza gələn şəxslərin mükafatına şərikdir.


BİLAL


Həbəşistanlı Bilal qara dərili müsəlman idi. Allahın rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.3 Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var:

1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi.

2. Qara dərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin me’yar olmaması.

3. Bir vaxtlar Bilala ağalıq edib, öyünərək onu məsxərəyə qoyan şəxslərin təhqiri;4

4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal “ş” əvəzinə “s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mə’nəvi kamilliyinə daha çox qiymət verdi.

Bilal İslamda azan deyən ilk şəxsdir.5 O, be’sətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O daim “əhəd, əhəd” deyirdi.

Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kə’bənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.1

Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi.

Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında həzrəti Zəhra (ə) və camaat ağladı.2

Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir.

Bir gün Ömər Bilala dedi: “Əbu Bəkr səni alıb, qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?”

Dedi: “Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti e’lan olunmamış şəxs üçün azan deməyim.3

Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı.

Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.4

Əgər namaz vaxtı bütün dünyanın tələbələri azan versələr, bu çağırış xalqın oyanışına səbəb olmazmı?

Elə buradaca mərhum şəhid Nəvvab Səfəvini yad edək. O yaxınlarına deyirdi: “Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər “azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.1

İngilis siyasətçisi Qladiston parlamentdə dedi: “Nə qədər ki, Məhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kə’bə yerindədir və Qur’an müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.2

Səadətbəxş yönümləri və geniş mə’nasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə