Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə3/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   2   3   4   5   6   7   8   9   ...   34

İBADƏTİN BƏLALARI


İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:

1. Riya

Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.



2. Təkəbbür

İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.



3. Günah

Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.

Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.

İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”1

İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”2

Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”3

Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.4

İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK


Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.

Bu bəladan necə uzaqlaşmalı?

Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:

1. Həqiqətən ibadət etmişikmi?

Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.”1 “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.”2 “Pis əməlləri onlara gözəl görünmüşdür.”3



2. İbadətlərimiz qəbul olurmu?

“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.”4

İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!

3. İbadətlərimiz puç olmayıbmı?

Bə’zi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?!5



4. Aqibətimiz gözəl olacaqmı?

Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”1

Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”2

Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir.3

Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!

Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!



5. İbadətlərlə ne’mətləri müqayisə etmək

Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir ne’mət Allahın lütflərindəndir. İbadət tövfiqi də ilahi ne’mətdir. Allahın ne’mətlərinə qərq olmuşuq. O bizi səadətə çatdırmaq üçün də’vət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə ne’mətlər verir. İbadətlərimizi ilahi ne’mətlər qarşısında necə böyük sayaq?!



6. İbadətlərlə günahların müqayisəsi

İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Qur’an dəfələrlə deyir: “Hara gedirsiniz?!”1 Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və e’tinasızlığımızın qarşısını ala bilər?

İmam Səccad (ə) bir duada deyir: “Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən və həddi aşdıqdan sonra nafilələr və müstəhəbbatlarla Sənə necə yol tapım?”2

7. İbadətlərlə ehtiyacların müqayisəsi

İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib, ehtiyaclarımızı ödəyəcəkmi? Həzrət Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!

Allaha və Onun ne’mətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?

Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz onlara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:

Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”1

Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.



8. İlahi övliyaların ibadətləri ilə müqayisə

Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar mə’sum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq daim Allahı düşünüb, Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik (mə’sumların namazları mövzusunda başqa nümunələrə də işarə olunub):

Allahın rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: “Ta, ha! Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”2

İmam Həsən Müctəba (ə) buyurur: “Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”3

İmam Baqir (ə) buyurur: “İmam Zeynəl-abidin (ə) Əmirəl-mö’minin (ə) kimi gecə və gündüz min rəkət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rəkət namaz qılırdı.”1

İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atamın rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Filan yazını gətir! Yazıda həzrət Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”2

İmam Kazimin (ə) zindanda bə’zən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi.3 Əgər uca mə’sumlar daim ibadətlərinin naqisliyini e’tiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Beləsə, nə üçün qürrələnək?


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə