Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə4/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   2   3   4   5   6   7   8   9   ...   34

BATİL İBADƏTLƏR


Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.

Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:

Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.4

Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”5

Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.1

Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”2

Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”3

Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”4

Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”5

Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.”6 Allahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa birinin sözünə qulaq assa ona pərəstiş etmişdir!”1 Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”2

Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.

İBADƏT YOX, BƏNDƏLİK!


Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.

İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.

Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!”3 “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.”1

Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.

İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...”2 Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.”3

Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.”4

İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!

İBADƏTLƏRİN DAVAMLILIĞI




Yolçu o deyil ki, qaçıb yorula,

Haqq yolçu yol gedir asta, aramla.

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!”1

Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”2

Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”3

Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.

Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.


İBADƏT FÜRSƏTİ


Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”4

Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”5

Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”1


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə