Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə6/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   2   3   4   5   6   7   8   9   ...   34

İBADƏTİN DÜZLÜK ŞƏRTLƏRİ


İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:

Düzgün hədəf;

Düzgün şəkildə ibadət.

DOĞRU HƏDƏF


İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.1

İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”2 Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”3

İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.

DÜZGÜN ŞƏKİLDƏ İBADƏT


Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.

Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”1

Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”2

Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.

Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.

Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.

İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”3 ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”1

İBADƏTİN FORMACA DƏYİŞMƏ AMİLLƏRİ


Qur’an əvvəlki qövmlərin ibadət formalarını dəyişib, ilahi qəzəbə düçar olmalarını yad edir. İbadətin formaca dəyişməsinin müxtəlif amilləri olub. Onların hər biri haqqında Qur’andan bir nümunə göstəririk:

1. İbadət formasının inadkarcasına dəyişdirilməsi

Allah-təala Bəni-İsrailə göstəriş verdi ki, müqəddəs məkana daxil olarkən “həttə” (yə’ni İlahi, günahlarımızı bağışla) kəlməsini desinlər. Onlar inadkarlıq və istehza edərək “hənətə” (yə’ni “buğda”) dedilər. Onlar ilahi qəzəbə düçar olub həlak oldular.2



2. İbadət formasının ziyalınümalıqla dəyişdirilməsi

İslam dörd ayda vuruşmağı qadağan edir. Bu məcburi atəşkəs üç ardıcıl aya (Zilqə’də, Zilhiccə, Məhərrəm) və bir ayrıca (Rəcəb) aya təsadüf edir. Qur’an bu ayları “onların dördü haram aylardır” tə’biri ilə ifadə edir və bu aylarda vuruşmağa qadağa qoyur.3 Bu aylarda yalnız müdafiəyə icazə verilir.

Bə’ziləri ziyalınüma düşüncələri və şəxsi səliqələrinə əsasən bu ayları dəyişib deyirlər: Heç bir fərqi yoxdur! Əsas məqsəd il ərzində dörd ay vuruşmamağımızdır!

Qur’an haram edilmiş aylarda dəyişiklik yaratmağı pisləyir və bu işi küfr hesab edir: “Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana, zilqə’də, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır...”1



3. İbadət formasını müqəddəsnümalıqla dəyişdirmək

Burada məzhəb örtüyü və şər’i hiylələrlə öz istəklərinə çatmaq istəyənlər nəzərdə tutulur. Onlar bu yolla vicdan və ilahi qanunlara kələk gəlmək istəyirlər. Nümunə üçün Bəni-İsrail macərasını göstərmək olar. Allah-təala şənbə günü balıq ovunu onlara haram etdi. Onlar su kənarında çalalar qazırdılar. Balıqlar çalalara daxil olduqdan sonra ertəsi gün onları tutub, deyirdilər: “Biz şənbə günü balıq tutmamışıq!”

Bir neçə Qur’an ayəsində yuxarıdakı macəra bəyan olunur və Bəni-İsrail bu işə görə məzəmmət edilir. (Məsələn, “Ə’raf” surəsi, ayə 163)

İBADƏTİN QƏBUL ŞƏRTLƏRİ


İbadətin düzgünlük şərtlərindən əlavə qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə insan Allaha yaxınlaşır və mə’nəvi kamilliyə çatır. Şərtlərin yerinə yetirilməsi fərd və cəmiyyət üçün də tə’sirlidir.

Bə’zən düzgün ibadət inkişafa səbəb olmur. Necə ki, bə’zən dərman şəfa vermir.

Bə’zən ibadət əzabın qarşısını alır, lakin bizi Allahın sevimlisi etmir. Ayə və rəvayətlərdə əməllər və ibadətlərin qəbul olması üçün bə’zi şərtlər göstərilmişdir:

E’tiqadi şərt;

Siyasi şərt;

Əxlaqi şərt;

İqtisadi şərt;

İctimai şərt;

Sağlamlıq şərti s.

Bu şərtlərə izah verməzdən öncə tə’kid olunur ki, insan daha çox mə’nəvi fayda əldə etmək üçün ibadətin qəbul olma məsələsinə xüsusi diqqət göstərməlidir. Həzrət Əli (ə) buyurur: “Əməldən daha çox onun qəbul olunmasına diqqət göstərilməlidir.”1

İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq, pis keçmiş və sair səbəblərə görə geri qaytarılar. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bə’zən düzgün işlər görən qeyri-məs’ul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul olma şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək:

1. E’tiqadi şərt: Allaha iman

İmansızlıq əməllərin puç olma səbəbidir: “İmanı dananın bütün işləri puç olar.”2 Allaha və məada iman gətirən şəxslər Allahın məscidlərini abad edirlər: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.”3

İmanlı qadın və kişilərin yaxşı əməlləri pak həyat səbəbidir: “Mö’min olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə onlara daha yaxşı mükafat verəcəyik.”4

Allahı tanımayan şəxs Ona xatir heç bir iş görmədiyindən mükafat gözləyə bilməz. Qur’ani-kərim kafirlərin əməllərini tufan qarşısında dayanmış külə bənzədir. Tufan qoparkən küldən əsər-əlamət qalmır.



2. Siyasi şərt: Vilayət

Cəmiyyətin rəhbərliyi maşının sürücüsü kimidir. Bütün sərnişinlər ayıq-sayıq və ədəbli olsalar belə, sərxoş sürücü və ya pis yol süquta səbəb olacaq. Lakin sürücü sağlam və təcrübəli olarsa, yorğun və intizamsız sərnişinlər sağ-salamat məqsədə çatacaqlar.

İmam Baqir (ə) buyurur: “Allaha iman gətirib, taqətdən düşənədək ibadət edən şəxsin Allah tərəfindən ləyaqətli rəhbəri olmazsa, onun sə’yləri faydasızdır.”1

Əgər səmavi rəhbər olsaydı, Allaha pərəstiş bütpərəstliyə çevrilməz və səmavi qanunlar xürafatla əvəz olunmazdı. Əzəmətli cümə namazları zalımlara xeyir verməz, müsəlmanların və İslamın izzəti sayılan həcc tə’sirli olar, qeyri-İslam hakimlərinə gəlir gətirməzdi.

Hədisdə deyilir: “Hər kəs bizim vilayət və rəhbərliyimizi qəbul etməsə, Allah da onun əməllərini qəbul etməz.”2

Həzrət Əli (ə) buyurur: “Biz Allahın qapısıyıq və Allahın yolu bizimlə tanınır.”3 Demək, ibadətin qəbul olması üçün vilayət şərtdir. Lakin vilayətlə yanaşı təqva da olmalıdır. İmam Baqir (ə) buyurur: “Təqvası olmayan şəxslər bizim hakimiyyət xəttində deyil.”4



3. Əxlaqi şərt: Təqva

Qur’anda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.”1

Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, “Allah yalnız təqvalılardan qəbul edir.”2

4. İqtisadi şərt: Xalqın haqqını ödəmək

Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, bə’zən ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Riza (ə) buyurur: “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.”3

Başqa bir hədisdə həzrət Əli (ə) Kumeylə buyurur: “Halal yolla qazanc əldə etməsən, Allah-təala zikr və şükrünü qəbul etməz.”4

5. İctimai şərt: Xeyirxahlıq

İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və sair bu kimi sifətlər və əməllər ibadətin qəbul olmamasına səbəb olur.

Allahın rəsulu (s) buyurur: “Hər kəs müsəlman qadın və kişinin qeybətini edərsə, onun tərəfindən bağışlananadək 40 gün namaz və orucu qəbul olunmaz.”1 “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.”2

İmam Sadiq (ə) buyurur: “Allah din qardaşına qarşı pis niyyəti olan mö’minin əməlini qəbul etməz.”3 “Sirkə balı məhv edən kimi, xalqla pis rəftar da əməlləri məhv edir.”4

Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbul olmasına maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbul olması üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

6. Ailə şərti: Xoş rəftar

Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!”5 Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, hətta ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: “Hətta övladına zülm etmiş ata-anaya qəzəblə baxan övladların namazı qəbul olmur.”1 Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə me’raca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr, gözəl rəftarla yanaşı ibadət sayəsində mə’nəvi kamillik əldə olunur. İbadətin qəbul olmasına mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər Allah qəbul etmirsə də, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin az dəyərli və zəif olmasını göstərməkdir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə