Motif Akademi Halkbilimi Dergisi / 2011-2



Yüklə 64,79 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü64,79 Kb.
#2778


Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II), s.180-186 

Türk Mifoloji Düşüncə

sind

ə

 

Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos

-Kosmos)/ S.Q. AMEA 

 

180 



TÜRK Mİ

FOLOJ

İ

 

DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YARADILIŞI

 

(MONOM

İ

FOLOJI BAXIMDAN XAOS-KOSMOS) 

Model of Occurrence of Space From Chaos in Turkic Mythological 

Thought (The Chaos in the Context of Monomythology) 

 

Səfa Qarayev AMEA



*

 

 

Özet: Türk mitoloji düşüncesinde dünyanın yaratılışı (monomitoloji açıdan kaos – 



kosmos). Makalede türk mitoloji düşüncesinde kaostan uzaya türeyiş araştırılmıştır. Diğer 

mitoloji  sistemlerde  olduğu  gibi  türk  mitoloji  sisteminde  de  dünya  kaos  şeklinde  tasvir 

olunuyor. Daha sonra bu düzenli bir dünyaya dönüşüyor.  

Anahtar  kelimeler:  mit,  türk  mitolojisinde  dünyanın  yaratılışı,  monomit,  kaos, 

kosmos.  

 

Abstract:  In  the  article  is  investigated  transition  from  chaos  to  space  in  Turkic 

mythology.  It  is  underlined,  that,  as  well  as  in  other  mythological  systems,  in  Turkic 

mythology the world originally as consisted of chaos. Subsequently this condition has been 

replaced by space order.  

Key words: myth, Turkic mythological thought, chaos, monomythology, cosmos 

 

 



Məlum olduğu kimi, mif termini elmdə əsasən iki mənada başa düşülür:  

 

1) Mif şüur tipi kimi  



2) Mif mətn kimi.  

 

Şüur  tipi  kimi  “mif  toplum  üçün  davranış  modelidir”(1).  Bu  mənada  mif 



ibtidai  mədəniyyətdə  reallıq  idi.  Amma  bu  reallıq  “destruktiv  reallıq  idi”.  (Alan 

Dandes bu termini mifolji şüur faktına bu günün prizmasından yanaşarkən işlədir). 

Yəni mifoloji şurla yaşayanlar üçün bu şüurdan kənar heç  nə yox idi. Dünyanın - 

kosmoqoniyanın dərki yalnız bu şüur müstəvisində mümkün olurdu.  

                                                 

*

 Folklor İnstitutu 




 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

181 



Bəllidir ki, “mifin mübahisəsiz qəbul olunan finksiyasından biri də kinatın 

kosmoslaşdırılmasıdır. 

Bundan 

əlavə 


demək 

lazımdır 

ki, 

kaintaın 



kosmoslaşdırılması  mifoloji  dixotomiya  –  “biz  və  onlar  vasitəsi  ilə  baş  verir”(2)

Mifoloji şüurun əsasını kainat və onunla bağlı olan düşüncələr təşkil edir. Bunun 

nəticəsində  də  əlimizdə  olan  mioloji  mətnlərin  demək  olar  ki,  hamısında 

dünyanının  yaranmsı  -  xaosdan  –  kosmosa  keçid  barədə  düşüncələr  əks 

olunmuşdur.  Bununla  bağlı  mifoloq  C.  Məmmədov  yazır:  “Hər  hansı  mifoloji 

sistemin  özülündə  dayanan  kosmoqonik  miflərdə,  yaradılış  aktı,  dünyanın  necə 

yaranması  təsvir  olunur.  Bütün  etnik  mədəni  sistemlərdə,  etnosların  yaratdıqları 

kosmoqonik miflərdə bir ilkin baçlanğıc kimi xaos götürülmüşdür. Bir etnos üçün 

həmin  başlanğıc  boşluq  olmuş,  digər  biri  üçün  qaranlıq  zülmət,  bir  başqa  ənənə 

üçün isə strukturyaradıcı sayılan su olmuşdur. İlkin su xaosla eyniləşdirilir”(3, 81).  

Dünyanın  sonu  barədə  olan  düşüncələr  isə  esxotoloji  miflərdə  öz  əkini 

tapmışdır. Amma kosmosun xaosdan törəməsini ifadə dən hər bir mətn aid olduğu 

etnosun  düşüncələrinin  spesifikasını  da  əks  etdirməmiş  deyildir.  Yəni  hər  bir 

mifologiyada  dünyanın  yaranmasına  təkan  həmin  xalqın  mifolji  şüurunda  olan 

tanrılar tərəfindən edilir. Demək olar ki, bütün mifologiyalarda xaosdan kosmosun 

törəyişi tanrıların iradəsi ilə həyata keçirilir.  

Türk mifogiyasında xaos kimi su təvir olunur. Bu zaman yaradandan başqa 

heç bir varlğın olmaması vurğulanır. Türk mifolgiyasında xaosdan kosmik nizama 

keçidi təsvir edən ən bütöv və bitkin məlumatlar Yakut və Altay mifologiyasında 

əks  olunmuşdur.  Verbitskinin  topladığı  Altay  yaradılış  dastanlarında  bu  mənzərə 

belə tsvir olunur:  

 

Dünya bir dəniz idi nə bir yer var idi, nə bir göy 



Ucsuz-bucaqsız, sonsuz sular içrəydi hər şey.  

Tanrı Ülgen uçurdu, yoxdu bir yer qonmağa,  

Uçurdu, axtarırdı bərk bir yer, sığınmağa. (5, 228).  

 

Göründüyü  kimi,  bu  infomasiyada  kainatın,  kosmik  nizamın 



mövcudluğundan  əvvəliki  vəziyyət  bütöv  su  şəkilində  təsvir  olunur.  Həmin 

informasiya  kiçik  fərqlərlə  Radlovun  topladlğı  Altay  yaradılış  dastanında  əks 

olnmuşdur:  

 

Yerin yer olduğu vaxt suyla doluydu hər yer,  



Nə göy vardı, nə də ay, nə günəş, nə də bir yer.  

 



 

Türk Mifoloji Düşüncə

sind

ə

 

Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos

-Kosmos)/ S.Q. AMEA 

 

182 



Radlov  tərəfindən  toplanılan  Altay  yaradılış  dastanının  bu  semiotik 

mahiyyəti türk mifolgiyasında xaos təsviri ilə bağlı məlumatımızı dərinləşdirməyə 

imkan verir. Ümumiyyətlə, burada dünyanın başdan-başa su olması yerin, torpağın 

olmaması  göstərilməklə  yanaşı  günəş  və  ayın  olmaması  da  təsvir  olunur.  Bax  bu 

informasiyasnın  semantik  məzmunu  bizə  görə  türk  mifoloji  düşüncəsində  xaosun 

eyni zamanda qaranlıq, zümətdən ibarət olmasına işarə edir. Yəni yeni yaradılış ilə 

sudan  (dəryadan)  torpağın  (yerin),  qaranlıqdan  işığın  (bu  mətndə  Günəşin) 

yaradılmasına işarə edilir. Əslində, bu yeni yaradılış qarşıdurmanın, oppozisiyanın 

doğulmasıdır: sudan-torpaq, qaranlıqdan-işıq. Amma bəzən dini dünya görüşünün 

təsiri  ilə  dünyanın  yaradılışdan  əvvəlki  vəziyyəti  barədə  olan  informasiyada  belə 

yaradılış aktı əvvəlki vəziyyəti, şəraiti bərpa etməyə imkan verir. Məsələn, Mikayıl 

Baştunun “Şan qızı” dastanında yaradılış aktı belə təsvir olunur:  

 

Hələ Yer üzündə insanların olmadığı  



Əski zamanlarda 

Uca tanrı  

Alp-Divləri yaratmış 

Əvvəl üst alpları 

Günəş və Ayı yaratmış 

Sonra digər 

Alp-divləri yaratmış (5, 412).  

 

Göründüyü kimi, burada yaradılışdan əvvəlki vəziyyət təsvir olunmasa belə 



Günəş  və  Ayın  yaradılması  onun  digər  oppozisiyasının  qaranlıq,  zülmət  olması 

təsəvvürünü yaradır. Belə ki, yuxarıda dediyimiz kimi, xaosdan kosmosun yaranması 

elə oppozisiyanın doğmasıdır. Əgər Günəş yaradılıbsa, bu hökmən oppozisiyanın bir 

tərəfi  kimi  meydana  çıxmalıdır.  Günəşə  -  isti,  həm  su  (soyuqluq  semantikası  ilə 

əlaqədar) həm də qaranlıq oppozisiyanın bir tərəfini təşkil edə bilər. Deməli, türklərdə 

xaosun həm su, həm də qaranlıq zülmət ilə işarələnməsi qənaətinə gələ bilərik.  

Azərbaycan  ərazisindən  toplanmış  mətnlərdə  də  dünyanın  sudan 

yaranmasına  işarə  vardır.  Mətnlərdən  birində  deyilir:  “Lap  qabaxlar  Allahdan 

başqa heç kim yox imiş. Yer üzü də başdan ayağa su imiş. Allah bu suyu lil eləyir. 

Sonra bu lili qurudub torpaq eləyir. Sonra torpaqdan bitkiləri cücərdir. Ondan sonra 

da torpaqdan palçıq qayırıb insanları yaradır” (7, 26).  

Dünya xalqlarında, həmçinin türk xalqları içərisində dünya daşqını ilə bağlı 

inamlar  yaşamaqdadır.  Azərbaycan  ərazisindən  tolanmış  bir  çox  rəvayətlərdə 

dünya  daşqınından  bəhs  olunur.  Ceyms  Corc  Freyzer  bu  faktın  dünyanın  bir-

birindən uzaq bir çox xalqlarında təxminən oxşar olmasının səbəbinin iki nəzəriyyə 



 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

183 



ilə izah oluna biləcəyini vurğulayır: 1) qarşılıqlı əlaqə 2) müstəqil (8, 65). Biz görə, 

xaosdan  (boşluq  və  sudan)  kosmosun  yaranması  daha  sonra  yenidən  su  (daşqın 

vasitəsi ilə) vasitəsi ilə xaosa dönməsi arxetip şüur müstəvisində izah olunmalıdır.  

Karl Qustav Yunq Maks Millerin görüşlərini təhlil edərkən ondan belə bir 

sitat  gətirir:  “Xatırlatmaq  maraqlı  olardı  ki,  Aneksaqor  xaosdan  kosmosun 

meydana  gəlməsini  tufan  vasitəsi  ilə  izah  edir,  amma  ümumiyyətlə,  bunun  səssiz 

baş vermədiyini də unutmaq olmaz” (9, 415).  

Mifoloji  mətnlərə  nəzər  salanda  aydın  olur  ki,  kosmik  nizamı  hərəkət  və 

səs  yaratdığı  kimi,  onun  sonunun  çatdığını  da  elə  həmin  təsvirlər  müşayət  edir. 

Dünyanın sonunun çatdığını göstərən İsrafilin suru çalınması, tufan nəticəsində yer 

üzünü  su  alması  faktı  bizcə  elə  xaos-kosmos-xaosa  çevrilmə  modelinin 

vahidliyindən xəbər verir.  

 

Monomif baxımından xaos və kosmos.  

Miriçe Eliade “Əbədi dönüş mifi” adlı əsərində insanın göyü müşahidə edərək 

oradakı  qanunauyğunluqları  öz  yaşantısında  təkrar  etdiyi  qənaətinə  gəlmiş  və  bu 

məsələyə belə münasibət bildirmişdir: “Yaşadığımız dünya bir göksel dünyaya tekabül 

eder. Aşağıda uygulanan her edimin bir de yukarıda, asıl gerçekliği temsil eden göksel 

bir karşılığı bulunmaktadır”. Və alimin fikirinə görə insanlar arsında baş verən bütün 

davranışların göydə prototipi vardır. (6, 23-24) Göründüyü kimi alim cəmiyyətdə baş 

verən  hadisələrə  göyün  “səma”  qanunauyğunluqlarının  proyeksiyası  kimi  baxmışdır. 

Əslində  bu  məsələ  sadəcə  müşahidə  olunmaqla  proyeksiyalandığı  qənaətinə  gəlmək 

düzgün olmaz. Bu proyeksiyalanma  müşahidə edib təkrar modelləşdirmə  kimi deyil, 

üzvi bağlılıq kontekstində izah olunmalıdır. Kosmoqoniyanın bir vahdi olan insan üzvi 

şəkildə  bağlı  olduğu  bütövün  qanunauyğunluqlarını  imitasiya  etmir  əslində  yaşdır. 

Başqa  sözlə,  insanın  öz  həyatı,  bütün  səviyyələrdə  bəşəriyyətin  həyatına  bənzəmir 

onun  bir  hissəsi  kimi  onun  qanunauyğunluqlarını  daşıyır.  Bu  zaman  “müşahidə”dən 

daha dərin məna kəsb edən “daşıyıcılıq” semanteminə üstünlük verilməlidir. Təsadüfi 

deyildir  ki,  K.  Q.  Yunq  dünyaya  gələn  insanın  ənənəvi  obrazlarla  doğulduğunu  irəli 

sürməklə C. Lokkun “ağ lövhə” nəzəriyyəsində irəli sürülən müddüəaları inkar etmiş 

oldu.  Yunq  insanın  təmiz,  ağ  lövhə  kimi  dünyaya  gəlməsinə  münasibət  bildirərkən 

bildirir ki, insanın bütün ruhunun  kənardan  verilməsini, onun ağ  kağız  kimi dünyaya 

gəlməsini  idia  etmək  yanlış  bir  fikirdir  çünki  normal  şəraitdə  insan  psixikası  tam 

şəkildə  nizamda  ortaya  çıxır  (10).  Bu  nizamın  da  konkret  olaraq  arxetiplər  olaraq 

ortaya  çıxdığını  isə  o  müxtəlif  əsərlərində  dönədönə  vurğulamışdır.  Beləliklə  insann 

davranışlarının səma hadisələrinə uyğun gəlməsi məsələsinin əsas mahiyyəti arxetiplər 



 

Türk Mifoloji Düşüncə

sind

ə

 

Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos

-Kosmos)/ S.Q. AMEA 

 

184 



nəzəriyyəsi  kontekstində  izah  olunmalıdır.  İnsan  təbiətə  üzvü  sürətdə  bağlı  olmaqla 

onun  fizialoji  həyatı,  həmin  qanunauyğunluqların  daşıyıcısı  olduğu  kimi  onun 

psixologiyası  da  həmin  ritimlərə  uyğundur.  Bu  zaman  səma  qanunauyğunluqları 

kollektiv  təhtəlşüur  faktı  kimi  ortaya  çıxır.  Beləliklə  hər  bir  insan  özündən  asılı 

olmayaraq  səma  və  ya  təbiət  qanunauyğunluqlarının  daşıycısı  kimi  ortaya  çıxır.  Bu 

qanunauyğunluq hər dəfə fərdi şüur müşahidəsi məsulu kimi deyil ritim olaraq özünü 

büruzə  verməklə  bütün  insan  psixologiyasın  mahiyyətinə  çevrilmişdir.  Təsadüfi 

deyildir  ki,  bu  təbiət  qanunauyğunluğunun  ümumi  modeli  bütün  yaradıcılığım 

mahiyyətinə hopmuş və bu da öz növbəsində tədqiqatçıların diqqətindən yayınmamış 

və  bu  monomif  modelinin  törədicisi  kimi  izah  olunmuşdur:  “Həyatın  təkrarlanması 

olaraq görünən monomif Günəşin və dünyanın orbit üzrə hərəkətlərindən qaynaqlanan 

mövsümlərin  müşahidə  edilməsi  ilə  inkişaf  etmiş,  bitkilərin  və  dolayısı  ilə 

insanoğlunun  yenidən  doğumunu  işarələyən  bahar  gəncliyə,  yaz  yetkinliyə,  payız 

qocalığa  və  enişə,  qış  isə  ölümə  ekvivalent  mövqeyə  gəlmişdir.”  (4,  65)  Göründüyü 

kimi  burada  da  insan  və  təbiət  arasında  olan  oxşarlıq  diqqət  önünə  gətirilmişdir. 

Beləliklə monomif kəmiyyətinə baxmayraq bütün məzmunlarda olan eyni modeli ifadə 

edir. Bu model Joseph Campbell tərəfində irəli sürülmüşdür. Folklorda olan bu modeli 

Campbel  “Qəhrəmanın  sonsuz  yolçuluğu”  (əsərin  orjinalda  adı  “The  Hero  with  A 



Thousand  Faces”  –  “Min  üzlü  qəhrəman”)  adlı  əsərində  kitabının  ayrı-ayrı  üç 

bölümündə belə ifadə edir:  

 

YOLA  ÇIXMAQ-  bu  hissə  öz  növbəsində  aşağıdakı  yarımbaşlıqları 



özündə ehtiva edir:  

 

1. Macəraya çağırış.  



2. Çağırışın rəddedilməsi 

3. İlahi yardım 

4. İlk sınağın keçilməsi 

5. Balinanın qarnı 

 

YETKİNLƏŞMƏ 



 

1. Sınaqlar yolu 

2. Tanrıçayla qarşılaşma 

3. Başdançıxardıcı qadın 

4. Atanın könlünü alma 



 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

185 



5. Tanrılaşdırma 

6. Ən son mükafat 

 

DÖNÜŞ 


 

1. Dönüşün rəddedilməsi 

2. Sehirli qaçış 

3. Kənardan gələn qurtuluş 

4. Dönüş sınağının keçilməsi.  

5. İki dünyanın ustası 

6. Yaşama azadlığı (7) 

 

Belə  ki,  Campbell  xalq  söyləmərində  olan  mifoloji  macəranın  ayrılma-



yetkinləşmə-dönüş  kimi  əsas  üç  mərhələni  özündə  ehtiva  etməklə  monomif 

yaratması fikirini irəli sürmüşdür. Digər bütün macəralar bu monomifin bu və ya 

digər dərəcədə genişlənməsindən ortaya çıxmışdır.  

Biz  bu  xüsusiyyəti  dünyayanın  qanunauyğunluqlarını  ifadə  edən  xaos-

kosmos-xaos modelində də görə bilərik. Əslində dünya bir obraz kimi Campbellin 

irəli sürdüyü üç mərhələ çərçivəsində xaos-kosmos yenidən xaosa dönmə kimi üç 

mərhələdə  öz  mövcudluğunu  yaşadır.  Bu  keçidlərin  hər  biri  müəyyə  inisiasiya 

mərasimləri ilə reallaşır. Monomifin təkib hissəsi kimi xaosdan kosmosa keçid və 

yenidən  xaosa  dönmə  modeli  makro  fakt  üçün  keçərli  olduğu  kimi,  onun  tərkib 

hissəsi  olan  mikrofakt  üçün  də  keçərlidir.  Çünki  bu  model  düşüncədə 

mövcudolama  modelidir.  O  heç  nədən  kənarda  olmadığı  kimi,  ondan  da  kənarda 

heç  nə  yoxdur.  Fikirmizi  konkret  nümunə  əsasında  sübut  edək.  Dünya  – 

makromodel, İnsan- mikromodel. İnsan dünya daxilində reallaşır. Dünyanın özü də 

xaos-kosmos-xaos modeli ilə yaşayır onun faktı olan insan da.  

-

 

Xaosdan kosmosun yaranmasını ifadə edən mətnlərədə dünyanın sudan, 



sonsuz  qaranlıqdan  yaranması  və  nizamlı  şəkilə  düşməsi  daha  sonra  yenidən  bir 

səbəblə əbədi suya və qaranlığa qərq olacağından bəhs edilir.  

-

 

İnsanın  (folklorda  qəhrəmanın)  doğulması  xaosdan  kosmosa  keçməni, 



ölümü isə yenidən xaosa qayıtmanı işarələyir 

-

 



İnsanın  canlı  həyatı  (bu  keyfiyyət  mifoloji  obazlarla  da  bağlıdır)  xaos-

kosmos-xoas keçidlərindən ibarətdir. İnsan müxtəlif rituallar vasitəsilə bu dünyalar 




 

Türk Mifoloji Düşüncə

sind

ə

 

Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos

-Kosmos)/ S.Q. AMEA 

 

186 



arasında hərəkət edir. Məsələn, qəhrəmanın adı yoxdur bu onun xaos dünyasında 

olmasına işarədir. Ad almaq ilə cəmiyyətdə öz yerini təyin etmiş olur və Kosmosa 

keçir.  Sonrada  mifoloji  qəhrəmanın  zindana  düşməsi  və  ya  divlər  məmləkətinə 

getməsi  ilə  yenidən  xaos  ortaya  çıxır.  Onun  oradan  çıxması  ilə  yenidən  kosmik 

nizam bərpa olunur.  

Göründüyü  kimi,  xaos-kosmos-xaos,  monomif  modelinə  uyğun  olmaqla 

makro və mikro modelin bütövlükdə hərəkətverici qüvvəsidir. Bu şüurda var olma 

modelidir.  Düşüncənin  makro  modeli  (dünya)  mikro  modeli  (insan)  və  onun 

tərkibinə daxil olan bütün faktlar bu qanunauyğunluq çərçivəsində mövcud olurlar.  

 

ƏDƏBİYYAT 



1.

 

Кабo  В.  Симвoлика  пeрвoбытнoгo  oбряда  и  мифа.  aboriginals. 

narod. ru/cc15. htm 

2.

 

Юлия  Чeрнявская  Идeнтичнoсть  на  фoнe  мифа.  anthropologie. 

kunstkamera. ru/files/pdf/008/08_03_cherniavskaya_k. pdf 

3.

 

Bəydili  C.  Xaos  anlayışı mifologiyada.  Ortaq türk  keçmişindən  Ortaq 

türk gələcəyinə II Uluslararası Folklor Konfransının materialları, 407 s.  

4.

 

Burrows, J. David, Frederic R. Lapides and John T. Shawcross. Myths 

and Motifs in Literature. NY: The Free Press 1973, 496 

5.

 

Bahəddin Ögəl Türk mifologiyası. I cild, Bakı, “MBM”, 2006, 626 s.  



6.

 

Eliade Mircea, Ebedi Dönüş Mitosu, İmge Yay. Ankara 1994, 189 s 



7.

 

Campbell,  Joseph,  Kahramanın  Sonsuz  Yolculuğu,  Kabalcı  Yay. 

İstanbul 2000, 465 

8.

 

Baştu M. Şan Kızı Destanı. İstanbul, Acar Matbaacılık A. Ş. 1991, 412 s.  



9.

 

Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq- Qərb, 2005, 304 s.  



10.

 

Фрeзeр Дж. Дж. Фoлъклoр в вeтхoм завeтe. Мoсква, Издатeльствo 

пoлитичeский литeратура, 1985, 511 стр.  

11.

 

Юнг  К.  Г.  Либидo,  eгo  мeтамoрфoз  и  симвoлы.  Вoстoчнo- 

Eврoпeйский Институт Психoанализа Санкт-Пeтeрбург. S.63 415).  

12.

 

Юнг  К.  Г.  Oб  архeтипe  Триксneра  http:  //  majorov.  ru/analytical-



psychologhy/ trickster/6/ 

Yüklə 64,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə