Mövcud olan və potensial əmtəə alıcılarının məcmusu hansı anlayışda ifadə olunur?



Yüklə 473,28 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix14.09.2018
ölçüsü473,28 Kb.
#68267
  1   2   3   4   5   6   7   8   9   10   11


1

Mövcud olan və potensial əmtəə alıcılarının məcmusu hansı anlayışda ifadə olunur?

A) ehtiyac B) tələbat C) bazar D) mübadilə E) istehlak

2

Ehtiyacların və tələbatların mübadilə vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin xüsusi 



növüdür: 

A) menecment B) marketinq C) rentinq D) lizinq E) xayrinq

3

Arzu edilən hər hansı obyektin əldə edilməsi üçün qarşı tərəfə digər obyektin təklif edilməsi hadisəsi 



necə adlanır?

A) istehsal B) istehlak C) bölgü D) satış E) mübadilə

4

Ehtiyacı ödəyə bilən, diqqətin cəlb edilməsi, alınması və istehlak edilməsi məqsədilə bazara təklif 



edilən şeylər marketinqdə necə adlanır?

A) əmtəə B) mübadilə C) xammal D) ticarət E) bazar

5

Aşağıdakı terminlərdən hansı dəyərlilərin iki tərəf arasındakı kommersiya mübadiləsini əks etdirir?



A) seçmə B) barter C) sövdələşmə D) tələbatlar E) heç biri

6

Tələbat anlayışı hansı bənddə düzgün izah edilmişdir?



A) insanın nəyinsə çatışmadığını duymaq hissidir B) alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş 

tələbatdır C) il ərzində bazara təklif edilən əmtəələrin miqdarıdır D) fərdin şəxsiyyəti və mədəni 

tipinə uyğun olaraq özünəməxsus formaya düşmüş ehtiyacdır E) ehtiyacın ödənilməsi vasitəsidir

7

Alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş tələbata ______deyilir:



A) tələb B) təklif C) qiymət D) mübadilə E) istehlak

8

Bazarda qeydə alınan hansı vəziyyət alıcı bazarı adlanır?



A) istehlakçıların böyük sayı B) təklifin tələbi üstələməsi C) tələbin təklifi üstələməsi D) bütün 

cavablar doğrudur E) düzgün cavab yoxdur

9

Mübadilənin həyata keçirilməsi üçün lazım olan şərtlərdən biri yanlış verilib:



A) Tərəflər minimum iki olmalıdır B) Hər bir tərəf öz malının çatdırılması və kommunikasiyaları 

həyata keçirmək imkanına malik olmalıdır C) Hər bir tərəf digər tərəfin təklifini qəbul və ya rədd 

etməkdə bir-birindən asılı olmalıdır D) Hər bir tərəf digər tərəflə iş görməyin məqsədə uyğunluğu və 

ya arzuolunan olmasına inanmalıdır E) Hər bir tərəf nəyəsə malik olmalıdır ki, qarşı tərəfə dəyərli 

bir şey təqdim edə bilsin

10

Aşağıdakılardan hansı marketinqin əsas kompleksini təşkil edir?



A) mikromühit B) makromühit C) marketinq subyektləri D) 4 P modeli E) marketinq obyektləri

11

Marketinqin ilkin ideyası nədir?



A) Ehtiyac B) Tələb C) Tələbat D) Mal E) Sövdə 

12

Marketinq xidmətinin funksional təşkili sistemi nəyə əsaslanır?



A) coğrafi regionlara B) bazar tiplərinə C) marketinqin funksiyalarına D) əmtəə qruplarına E) 

düzgün cavab yoxdur

13

Aşağıdakı mülahizələrdən biri tələbə aid edilə bilməz:



A) Tələb daim dəyişir B) Tələb alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş tələbatdır C) “Tələb” 

“tələbat”dan daha dar məhfumdur D) Tələb insanların bütün ehtiyaclarının məcmusudur E) Tələb 

ehtiyacın yalnız ödəmə qabiliyyəti ilə təmin edilən hissəsidir

14

Sövdənin baş tutması şərtlərinə daxil deyil: 



A) Baş vermə vaxtının razılaşdırılmasını B) Onun həyata keçirilməsinin razılaşdırılmış şərtlərinin 

olması C) Aparılma yerinin razılaşdırılması D) İki dəyərli-əhəmiyyətli obyektin olması E) Hər bir 

tərəfin digər tərəfin təklifini qəbul və ya rədd etməkdə bir-birindən asılı olması

15

Bunlardan biri bazarın mahiyyətini əks etdirir:



A)   Bazar – malın mövcud və potensial alıcılarının məcmusudur B) Bazar – tələbatın yalnız ödəmə 

qabiliyyəti ilə (pulla) təmin edilən hissəsidir C) Bazar – ehtiyacın yalnız ödəmə qabiliyyəti ilə təmin 

edilən hissəsidir D) Bazar – iki tərəf arasında dəyərlərin kommersiya mübadiləsidir E) Bazar – arzu 

olunan obyektin kimdənsə əvəzində nəsə təklif etməklə alınması aktıdır




16

Aşağıdakı mülahizələrdən biri motivasiya nəzəriyyəsinin mahiyyətinə aiddir:

A) Bazara çıxarılan tələbdir B) Ehtiyacın yalnız ödəmə qabiliyyəti ilə təmin edilən hissəsidir C) 

İnsanların bütün ehtiyaclarının məcmusudur D) Tələbat əhəmiyyətlilik dərəcəsindən asılı olaraq, 

müəyyən iyerarxik ardıcıllıqla düzülür ki, ilk pillədə insan üçün ən vacib olan fizioloji tələbat, ikinci 

pillədə isə azəhəmiyyətli digər tələbatlar ödənilir E) Tələbat onun ödənilməsi üçün potensial 

imkanların mövcud olmasından sonra fəaliyyət göstərir 

17

Firmanın marketinq fəaliyyətinə daxil deyil: 



A) Bazarın seqmentlənməsi B) Daha səmərəli texnologiyanın istehsalata tətbiqi C) Bazar 

imkanlarının təhlili D) Uyğun bazarların seçilməsi E) Səmərəli marketinq kompleksinin işlənməsi 

18

Bu mərhələlərdən biri marketinqin idarə olunması prosesinə aid edilə bilməz:



A) Mallara qiymətlərin təyin olunması B) Strateji və taktiki planlaşdırmanın təşkili C) Məqsədli 

seqmentlərin seçilməsi D) Malların satışının stimullaşdırılması E) Ən müasir texnikanın istehsalat 

prosesinə gətirilməsi 

19

Strateji planlaşdırma sisteminin məqsədinə aiddir: 



A) Daha səmərəli texnologiyanın istehsalata tətbiqi B) Firma tərəfindən güclü istehsalları tapmaq, 

inkişaf etdirmək, zəifləri yığışdırmaq C) Uyğun bazarların seçilməsi D) Məqsədli seqmentlərin 

seçilməsi E) Səmərəli marketinq kompleksinin işlənməsi 

20

Marketinqin planlaşdırılması dedikdə: 



A) daha səmərəli texnologiyanın istehsalata tətbiqi başa düşülür B) səmərəli marketinq 

kompleksinin işlənməsi başa düşülür C) uyğun bazarların seçilməsi nəzərdə tutulur D) hər bir ayrıca 

bazar və istehsal üçün planların işlənməsi başa düşülür E) bazar imkanlarının təhlili başa düşülür

21

Məqsədli bazarların seçilməsi mərhələsinə daxildir: 



A) Bazarın seqmentlənməsi B) Müəssisə bazarlarının müəyyən edilməsi C) İstehlak bazarlarının 

tədqiqi D) Marketinq tədqiqatları və marketinq məlumatları sisteminin öyrənilməsi E) Marketinq 

mühitinin öyrənilməsi

22

Bunlardan biri ilkin məlumatların dəyərliliyinə aid deyil: 



A) Yığma metodologiyası B) Etibarlılıq C) Strategiyanı koordinasiya etmək D) Nəticələrin şirkət 

üçün açıq olması E) Qarşıya qoyulmuş məqsədə uyğun olaraq yığılma 

23

Təkrar məlumatlar hansı bənddə düzgün göstərilib? 



A) Menecerlərin intuisiyasını möhkəmləndirməyə xidmət edən məlumatdır B) Konkret marketinq 

problemlərinin həlli üçün aparılan xüsusi tədqiqatların nəticəsində əldə edilən məlumatdır C) 

Rəqabət üstünlüyünü əldə etməyə xidmət edən məlumatdır D) Firma özü heç də həmişə bütün lazım 

olan məlumatları toplaya bilmir E) Konkret marketinq tədqiqatları məqsədlərindən fərqli məqsədlər 

üçün əvvəllər toplanmış məlumatdır 

24

Sorğu dedikdə nə başa düşülür? 



A) Məlumatların nəticələri haqda olan hesabat B) Firmanın qarşısında duran məlumatların 

toplanılması C) İşgüzar fəallıq meyllərinin öyrənilməsi D) İstehlakçıların mövqeyinin 

aydınlaşdırılması E) Firmalar arasında bazarın pay bölgüsünün təhlili 

25

Modellər bankı dedikdə nə başa düşülür? 



A) Marketinq qərarlarının qəbul edilməsinə imkan verən riyazi modellərin dəsti B) İnformasiyanın 

statistik metodlarının məcmusu C) Tədqiqatların nəticələri D) Marketinq tədqiqatlarının terminləri 

E) Təhlil üsullarının toplumu 

26

Firma tərəfindən idarə olunan amillər sırasında biri yanlış verilib: 



A) Malın həyatı dövrü B) Tələblər C) Mallar portfeli D) Malın mövqeyi E) Seqmentləmə

27

Satış bazarının seqmentlənmə obyekti kimi biri düzgün verilib 



A) Güzəştli qiymətin təyini B) Yekun qiymətlər C) İstehlakçı qrupları D) Bazar qrupları E) Yekun 

qiymət qrupları 




Yüklə 473,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə