Mövcud olan və potensial əmtəə alıcılarının məcmusu hansı anlayışda ifadə olunur?



Yüklə 473,28 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix14.09.2018
ölçüsü473,28 Kb.
#68267
1   2   3   4   5   6   7   8   9   10   11

86

Marketinq tədqiqatları sxeminin  ardıcıllığı hansı bənddə düzgün göstərilib? 1.İnformasiya 

mənbələrinin seçilməsi; 2.Toplanmış informasiyanın təhlili; 3.Problemlərin aşkar edilməsi və 

tədqiqat məqsədlərinin ifadə olunması; 4.İnformasiyanın toplanması; 5.Alınmış nəticələrin təqdim 

olunması.

A) 2,3,1,4,5 B) 3,1,4,2,5 C) 1,4,3,2,5 D) 2,1,3,5,4 E) 1,2,3,4,5

87

Problemləri işıqlandıran və mülahizələri hazırlamağa kömək edən ilkin göstəricilərin yığılması 



marketinq tədqiqatlarının hansı növünə aiddir?

A) axtarış xarakterli B) təsviredici xarakterli C) sınaq xarakterli D) təsadüfi tədqiqatlar E) satış 

tədqiqatları

88

Hər hansı səbəb-nəticə əlaqələri haqqında mülahizənin yoxlanmasını nəzərdə tutan marketinq 



tədqiqatları hansıdır ?

A) axtarış xarakterli B) sınaq xarakterli C) təsviredici xarakterli D) təsadüfi tədqiqatlar E) satış 

tədqiqatları

89

Maslouya görə tələbatların ierarxiyasında ilk pillədə hansı tələbatlar əks olunur?



A) özünümühafizə ehtiyacları B) sosial ehtiyaclar C) hörmətə olan ehtiyac D) özünü ifadə etmək 

ehtiyacı E) fizioloji ehtiyaclar

90

Bazarlıq haqqında qərar qəbul edilməsi prosesinin mərhələləri hansı ardıcıllıqda düzgün 



göstərilmişdir? 1.Problemin dərk olunması; 2.İnformasiyanın axtarılması; 3.Variantların 

qiymətləndirilməsi; 4.Bazarlıq haqqında qərar; 5.Alınmış əmtəəyə qarşı reaksiya.

A) 2,1,3,4,5 B) 3,2,1,4,5 C) 1,2,3,4,5 D) 5,4,3,2,1 E) 1,4,2,3,5

91

Məqsədli marketinq hansı tədbirlərin həyata keçirilməsini tələb edir?



A) tələbatları öyrənmək, qiymətləri müəyyənləşdirmək B) bazarın seqmentləşdirilməsi, məqsədli 

seqmentin seçilməsi, əmtəənin mövqeyinin müəyyənləşdirilməsi  C) istehlakçı qrupuna yönəlmək, 

reklam, təbliğat D) selektiv ixtisaslaşma, bölgü, stimullaşdırma E) düzgün cavab yoxdur

92

Əyalətlər, əhalinin sıxlığı, iqlim şəraitinə görə bazarların bölgüsü seqmentləşdirmənin hansı 



prinsipinə uyğundur ?

A) demoqrafik prinsip B) davranış prinsipi C) psixoqrafik prinsip D) coğrafi prinsip E) düzgün 

cavab yoxdur

93

İctimai sinifə mənsubiyyətinə, həyat tərzinə və şəxsiyyətin tipinə görə istehlakçıların 



qruplaşdırılması seqmentləşdirmənin hansı prinsipinə uyğundur?

A) demoqrafik prinsip B) davranış prinsipi C) psixoqrafik prinsip D) coğrafi prinsip E) düzgün 

cavab yoxdur

94

İstifadəçinin statusu, istehlakın intensivliyi və əmtəəyə münasibətinə görə istehlakçıların 



qruplaşdırılması seqmentləşdirmənin hansı prinsipinə uyğundur?

A) demoqrafik prinsip B) davranış prinsipi C) psixoqrafik prinsip D) coğrafi prinsip E) düzgün 

cavab yoxdur

95

Yaş, cins, ailənin böyüklüyü və həyat dövrü mərhələsinə görə istehlakçıların qruplaşdırılması 



seqmentləşdirmənin hansı prinsipinə uyğundur?

A) demoqrafik prinsip B) davranış prinsipi C) psixoqrafik prinsip D) coğrafi prinsip E) düzgün 

cavab yoxdur

96

Həcm, qiymət, xarici görünüş və digər əlamət göstəriciləri ilə səciyyələnən xüsusiləşdirilmiş tamlıq 



necə adlanır?

A) qiymət B) tələbat C) əmtəə D) əmtəə vahidi E) qiymət miqyası

97

Hansı cərgədə göstərilənlər gündəlik tələbat məhsullarına aid edilə bilər?



A) avtomobil, ensiklopediya B) kostyum, kompüter C) zərgərlik məmulatları D) dərman preparatları 

E) tütün məmulatları, sabun, çörək

98

Hüquqi müdafiəsi təmin olunmuş marka və ya onun hissəsini, satıcının marka adı və nişanından 



müstəsna istifadə hüququnu müdafiə edən anlayış hansıdır?

A) əmtəə nişanı B) marka C) marka adı D) marka nişanı (emblem) E) müəllif hüququ




99

Hansı variant əmtəələrə marka adlarının verilməsi probleminə yanaşmanı əks etdirmir?

A) fərdi marka adlarından istifadə B) bütün əmtəələr üçün vahid marka adından istifadə C) 

əmtəələrin qablaşdırılmasından istifadə D) əmtəə sinifləri üzrə kollektiv marka adlarından istifadə 

E) firmanın adına qoşma marka adlarından istifadə

100


Qablaşdırmadan marketinq aləti kimi istifadə edilməsinin genişlənməsinə təsir göstərməyən amili 

seçin:


A) ticarətdə özünəxidmət B) istehlakçıların rifahının artması C) firmanın imici və markanın 

tanınması D) qablaşdırmanən əlavə xərclər tələb etməsi E) yenilikçilik üçün imkanlar

101

Konkret istehsalçı tərəfindən alıcılara təklif edilən bütün əmtəə çeşidi qrupları və əmtəə vahidlərinin 



məcmusu ______ adlanır :

A) əmtəə B) əmtəə vahidi C) əmtəə çeşidi D) əmtəə nişanı E) əmtəə nomenklaturası

102

Bir çox əlamətlərinə görə öz aralarında sıx əlaqədar olan əmtəələr qrupu necə adlanır?



A) əmtəə B) əmtəə vahidi C) əmtəə çeşidi D) əmtəə nişanı E) əmtəə nomenklaturası

103


Markanın tanınılan, rəmz, rəsm, fərqləndirici rəng və ya öünəməxsus şrift tərtibatı necə adlanır? 

A) əmtəə nişanı B) marka C) marka adı D) marka nişanı (emblem) E) müəllif hüququ

104

Əmtəənin həyat dövrünün mərhələlərinə aid olmayan bəndi seçin:



A) bazara çıxarılma mərhələsi B) artım mərhələsi C) yetkinlik mərhələsi D) tənəzzül mərhələsi E) 

satış mərhələsi

105

Qiymətlərin aşağı düşməsi üçün hansı səbəb daha çox ehtimal olunandır?



A) istehsal resurslarının qiymətinin aşağı düşməsi B) xüsusu sahibkarlıqda vergilərin artımı C) 

istehlakçı gəlirlərinin artımı D) əvəzedici malların qiymətinin aşağı düşməsi E) düzgün cavab 

yoxdur

106


Diferensial qiymətqoyma strategiyasının mahiyyəti nəyi ifadə edir?

A) əmtəələrin kreditlə satışı B) əmtəənin müxtəlif alıcılara müxtəlif qiymətə təklif edilməsi C) 

firmanın imici və markanın tanınması D) əmtəənin bütün alıcılar üçün vahid qiymətə təklif edilməsi 

E) yenilikçilik üçün imkanlar yaratması

107

Tamamlayıcı əmtəələrə aiddir:



A) çörək və geyim B) avtomobil və benzin C) alma və banan D) pivə və kvas E) komputer və mobil 

telefon


108

Hansı halda əmtəə və xidmətlər bazarı tarazlıq vəziyyətində yerləşir?

A) tələb təklifi üstələdikdə B) istehlakçıların rifahının artmasıqiymət istehsal xərcləri ilə mənfəətin 

cəminə bərabər olduqda C) texnologiyanın səviyyəsi yüksəldikdə D) təklif həcmi tələb həcminə 

bərabər olduqda E) təklif tələbi üstələdikdə

109


Əmtəənin qiymətinin 10% qalxması nəticəsində tələb 10% ixtisar olunmuşdur. Bu halda tələbin 

elastikliyi haqqında hansı fikir doğrudur?

A) elastik deyil B) elastiklik 1-dən böyükdür C) elastiklik vahidə bərabərdir D) çarpaz elastiklik 

mövcuddur E) düzgün cavab yoxdur

110

Tələbin ona təsir edən amillərdən hər hansı birinin dəyişməsinə reaksiyasını ifadə edən anlayış hansı 



sırada düzgün göstərilib?

A) tələbin elastikliyi B) tələbin sərtliyi C) tələbin tarazlığı D) tələbin sürüşməsi E) tələbin kəmiyyəti

111

Qiymətdə baş verən kiçik dəyişmələrə baxmayaraq sabit qalmağa meylli olan tələbat necə 



tələbatdır?

A) elastik tələbat B) qeyri-elastik tələbat C) mükəmməl tələbat D) mövsümi tələbat E) dəyişən 

tələbat

112


Qiymətin azacıq dəyişməsi nəticəsində artmağa və ya azalmaya meylli olan tələbat növü hansıdır?

A) elastik tələbat B) qeyri-elastik tələbat C) mükəmməl tələbat D) mövsümi tələbat E) dəyişən 

tələbat

113


Konkret əmtəə bazarında yalnız bir satıcının iştirak etdiyi vəziyyət hansı bənddə düzgün göstərilib?

A) xalis rəqabət bazarı B) oliqopolist bazar C) tarazlı bazar D) xalis inhisar E) düzgün cavab yoxdur




Yüklə 473,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə