Mövcud vəziyyət və qarşıda duran vəzifələr



Yüklə 65,11 Kb.
Pdf görüntüsü
tarix20.02.2018
ölçüsü65,11 Kb.
#27243


Korrupsiyaya qarşı mübarizə: 

                        Mövcud  vəziyyət  və  qarşıda  duran  vəzifələr 



 

2003-cü  ildə  cənab  İlham  Əliyev  Azərbaycan  Respublikasının 

Prezidenti  seçildikdən  sonra  ölkəmizdə  korrupsiyaya  qarşı  mübarizə  yeni 

mərhələyə qədəm qoymuşdur.  Belə ki, dövlət başçısı tərəfindən mahiyyəti 

qabaqlayıcı  və  inzibati  tədbirlərin  birgə  həyata  keçirilməsi  olan  qətiyyətli 

siyasi  iradənin  ortaya  qoyulması  nəticəsində  korrupsiyaya  qarşı  səmərəli 

mübarizənin aşağıdakı 4 sütun üzərində qurulması mümkün olmuşdur: 

1.

 



Beynəlxalq  standartlara  cavab  verən  qanunvericilik  bazasının 

yaradılması; 

2.

 

Dövlət idarəetməsində şəffaflıq; 



3.

 

Ədalətli məhkəmə sistemi; 



4.

 

Səmərəli antikorrupsiya qurumları. 



 

Qanunvericilik və institusional tədbirlər. 

Avropa  Şurasının  “Korrupsiya  ilə  əlaqədar  cinayət  məsuliyyəti 

haqqında”  və  “Korrupsiya  ilə  əlaqədar  mülki  məsuliyyət  haqqında” 

konvensiyalarına,  Birləşmiş  Millətlər  Təşkilatının  “Korrupsiyaya  qarşı” 

Konvensiyasına  qoşulan  ölkəmizdə  milli  dövlətçilik  ənənələrinə  və  müvafiq 

dünya  standartlarının  tələblərinə  cavab  verən  qanunvericilik  bazası 

formalaşdırılmış, 

Azərbaycan 

Respublikasının 

Cinayət 


Məcəlləsinə 

korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə bir sıra əlavə və 

dəyişikliklər  edilməklə  yanaşı,  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında”, 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” qanunlar və digər normativ-hüquqi aktlar qəbul edilmişdir. 

Korrupsiyaya  qarşı  mübarizənin  müntəzəmliyinin  və  onun  həyata 

keçirilməsinə 

məsul 

olan 


qurumların 

konkret 


vəzifələrinin 


müəyyənləşdirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-

cı  illər)”,  “Şəffaflığın  artırılması  və  korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli 

Strategiya”  və  onun  həyata  keçirilməsi  ilə  bağlı  2007-2011-ci  illər  üçün 

Fəaliyyət Planının təsdiq olunmasının əhəmiyyəti xüsusi vurğulanmalıdır.  

Milli Strategiyanın məqsədi korrupsiya ilə mübarizə sahəsində həyata 

keçirilən  tədbirlərin  davam  etdirilməsi,  normativ  hüquqi  bazanın  və 

institusional  mexanizmlərin  təkmilləşdirilməsi,  dövlət  və  yerli  özünüidarə 

orqanlarının  fəaliyyətində  şəffaflığın  artırılması  və  bu  sahədə  dövlət 

siyasətinin həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

 

 

Dövlət  idarəetməsində  şəffaflığın  təmin  edilməsi  məqsədi  ilə  dövlət 



qulluğuna  qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata  keçirilməsi, 

vəzifədə  irəli  çəkilmə  üçün  şəffaf  prosedurların  tətbiq  edilməsi,  daxili 

təhlükəsizlik  və  daxili  nəzarət  (audit)  qurumlarının  yaradılması  və 

məvaciblərin  mərhələli  artırılması  üçün  zəruri  olan  bütün  normativ-hüquqi 

aktlar  qəbul  olunmaqla  təşkilati  tədbirlərin  həyata  keçirilməsi  prosesinə 

başlanmışdır. 

 

Korrupsiyanın  qarşısının  alınması  sahəsində  ixtisaslaşmış  orqan  olan 



Azərbaycan 

Respublikasının 

Korrupsiyaya 

qarşı 


mübarizə 

üzrə 


Komissiyasının  təsis  edilməsinin  əhəmiyyəti  xüsusi  vurğulanmalıdır. 

“Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikası 

qanununun  4.2-ci  maddəsinə  müvafiq  olaraq  03  may  2005-ci  il  tarixdə 

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 15 nəfər üzvdən ibarət olmaqla 

təşkil  edilmiş  və  əsasnaməsi  təsdiq  edilməklə  fəaliyyətə  başlamışdır. 

Komissiyanın  5  üzvü  Azərbaycan  Respublikası  Prezidenti,  5  üzvü  Milli 

Məclis,  5  üzvü  isə  Konstitusiya  Məhkəməsi  tərəfindən  təyin  edilmişdir. 

Fəaliyyətə  başladığı  andan  qısa  müddət  ərzində  Komissiya  tərəfindən 

korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması, 



bu  sahədə  dövlət  orqanlarının  və  digər  qurumların  fəaliyyətinin  

əlaqələndirilməsi,  korrupsiyaya  qarşı  mübarizənin  vəziyyətinin  və 

səmərəliliyinin  təhlil  edilməsi,  korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət 

Proqramlarının icrasına nəzarətin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar 

hüquqpozmalarla  bağlı  məlumatların  toplanması,  təhlil  edilməsi, 

ümumiləşdirməsi və müvafiq dövlət orqanlarına təkliflərin verilməsi, habelə 

korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla 

əməkdaşlıq sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.  

 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 

yaranması və fəaliyyəti. 

Korrupsiya  ilə  əlaqədar  cinayətlərin  yüksək  ictimai  təhlükəlilik 

dərəcəsi,  habelə  ölkəmizin  qoşulmuş  olduğu  BMT-nin  “Korrupsiyaya 

qarşı”Konvensiyasının 36-cı maddəsinin  hər bir iştirakçı dövlətin öz hüquq 

sisteminin  əsas  prinsiplərinə  uyğun  olaraq    korrupsiya  ilə    mübarizə 

aparmaq  üçün  ixtisaslaşmış    orqanların    mövcudluğunun  təmin  edilməsi 

barədə öhdəliyinin icrası qaydasında  Azərbaycan Respublikası Prezidentinin 

2004-cü  ilin  3  mart  tarixli  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında 

Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı 

əsasında  Azərbaycan  Respublikasının  Baş  prokuroru  yanında  Korrupsiyaya 

qarşı mübarizə idarəsi yaradılmışdır. 

Ölkəmizin  mövcud  hüquq  sistemi  və  prokurorluğun  dövlət  orqanları 

sırasında  yeri  və  rolunun,  yerinə  yetirdiyi  funksiyaların  xarakterinin 

korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində 

ixtisaslaşmış  qurumun  müstəqilliyinin  təmin  olunmasına  əsaslı  zəmin 

yaratması  bu  qurumun  Baş  Prokurorluqda  yaradılmasını  şərtləndirən 

amillərdən ən əsası olmuşdur.  

İdarənin  əsas  vəzifələri  sırasına  korrupsiya  ilə  əlaqədar 

hüquqpozmalara dair daxil olmuş məlumatlara baxıb araşdırma aparılması, 



korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayıb ibtidai istintaq 

aparmaq, həmin cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması 

məqsədi ilə əməliyyat-axtarış  fəaliyyətinin  həyata  keçirilməsi,  korrupsiyaya 

qarşı  mübarizənin  səmərəliliyinin  artırılması  üçün  təklif  və  tövsiyələr 

hazırlamaq və sair daxil edilmişdir. 

Korrupsiyaya  qarşı  mübarizə  aparılmasının  bütün  hüquq-mühafizə 

orqanları  və  dövlət  qurumlarının  prioritet  vəzifəsi  olmasını  nəzərə  alaraq 

İdarə  tərəfindən  yalnız    yüksək  ictimai  təhlükəli,  mürəkkəb,  çoxepizodlu 

korrupsiya hüquqpozmaları  ilə əlaqədar cinayət təqibi həyata keçirilir. 

Fəaliyyətə başladığı vaxtdan Baş prokuror yanında Korrupsiyaya qarşı 

mübarizə idarəsinin bütün səyləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi 

islahatların  əsas  təminatı  olan  ictimai-siyasi  sabitliyin  qorunmasına, 

mütəşəkkil  cinayətkarlığın  təzahürü  kimi  korrupsiyaya  qarşı  kəsərli 

mübarizənin  təmin  olunmasına  istiqamətləndirilmişdir.  İdarə  tərəfindən 

2005  ildən  bu  günə  kimi  rüşvət  alma,  vəzifədən  sui-istifadə  etmə,  vəzifə 

səlahiyyətlərini  aşma,  qulluq  mövqeyindən  istifadə  etməklə  özgə  əmlakını 

talama  və  digər  faktlar  üzrə  700  nəfər  şəxs  barəsində  386  cinayət  işinin 

istintaqı 

tamamlanaraq 

baxılması 

üçün 

müvafiq 


məhkəmələrə 

göndərilmişdir. 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı 

mübarizə idarəsi tərəfindən Əsasnaməsinə müvafiq olraq müətamadi olaraq  

ölkədə  korrupsiyaya  qarşı  mübarizənin  vəziyyətini  öyrənilməklə,  bu 

qəbildən olan hüuqpozmalarla bağlı məlumatlar toplanılaraq təhlil edimiş və 

korrupsiyaya qarşı mübarizənin  səmərəliliyinin artırılması  üçün  tövsiyələr 

hazırlanmışdır.  Həmçinin    bir  sıra  qurumlarda    korrupsiya  hüquqpozmaları 

barədə  müraciətlərə  baxılması  vəziyyəti  və  bəzi  sahələrdə  mövcud  olan 

korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkar edilmiş qanun pozuntuları və 

onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar 

verilmişdir.Cinayət  xarakterli  materiallar  və  istintaqı  başa  çatdırılmış  işlər 

üzrə    verilmiş  təqdimatlara  əsasən  bir  sıra  işçilər  intizam  qaydasında 



cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün 

zəruri tədbirlərin görülməsi təmin edilmişdir. 

Baş  prokuror  yanında  Korrupsiyaya  qarşı  mübarizə  idarəsinin 

fəaliyyətində  yeni  informasiya  texnologiyalarının  tətbiqi  sahəsində 

məqsədyönlü  tədbirlər  həyata  keçirilməklə,  bu  qəbildən  olan  cinayətlər 

barədə  vahid  informasiya  bazası  yaradılaraq  2009-cu  ilin  yanvar  ayından 

mütəmadi və fasiləsiz fəaliyyəti təmin olunmuşdur. 

Korrupsiyaya 

qarşı 

mübarizə 

sahəsində 

beynəlxalq 

əməkdaşlıq. 

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq 

təşkilat və qurumlarla, habelə digər dövlətlərin korrupsiyaya qarşı mübarizə 

sahəsində  ixtisaslaşmış  orqanları  ilə  işgüzar  və  səmərəli  əlaqələrin 

qurulmasına  və  təcrübə  mübadiləsinə  xüsusi  əhəmiyyət  verilmişdir. 

Prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı 

mübarizə  idarəsi  korrupsiyaya  qarşı  mübarizə  sahəsində  BMT-nin 

Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa 

Şurasının  Korrupsiyaya  qarşı  Dövlətlər  Qrupu  (GRECO),  Beynəlxalq 

Antikorrupsiya  Orqanları  Assosiasiyası  (IAACA)  və  digər  beynəlxalq 

təşkilatlar,  xarici  ölkələrin  hüquq-mühafizə  orqanları  və  korrupsiyaya  qarşı 

mübarizə sahəsində ixtisaslaşmış qurumları, o cümlədən Avropa İttifaqının 

Şərqi  Əməkdaşlıq  və  Qonşuluq  Siyasəti  kontekstində  həyata  keçirilən  və 

Avropa  standartlarına  uyğun  şəkildə  təşkilati  quruluş  prosesinə  dəstək 

vermək  məqsədi  daşıyan  Tvinninq  Proqramı  çərçivəsində  Litva 

Respublikasının  Baş  Prokurorluğu  və  Xüsusi  İstintaq  Xidməti  (STT)  ilə 

əməkdaşlıq edir. 

Bütün  bunların  və  Azərbaycan  Respublikasının  Korrupsiyaya  qarşı 

mübarizə üzrə Komissiyası ilə sıx və işgüzar əlaqələrin qurulması sayəsində 

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər qrupu  (GRECO) və  İqtisadi 

İnkişaf  və  Əməkdaşlıq  Təşkilatının  (OECD)  Şərqi  Avropa  və  Mərkəzi  Asiya 



üzrə  Antikorrupsiya  Şəbəkəsi  tərəfindən  İstanbul  Fəaliyyət  Planına  əsasən  

dəyərləndirmə  hesabatlarında  korrupsiyaya  qarşı  mübarizə  sahəsində 

Azərbaycan 

Respublikasında 

həyata 

keçirilən 



tədbirlər 

müsbət 


qiymətləndirilmişdir. 

 

 



 

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və digər hüquq-

mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq

 

Bundan  əlavə,  İdarə  tərəfindən  Azərbaycan  Respublikasının  üzv 



olduğu  “Korrupsiya  cinayətləri  ilə  əlaqədar  cinayət  məsuliyyəti  haqqında” 

Konvensiyanın  21-ci  maddəsinə  müvafiq  olaraq  milli  orqanlarla  və  onların 

arasında  əməkdaşlığın  gücləndirilməsi  məqsədilə  bir  sıra  mühüm  tədbirlər 

həyata keçirilmişdir. 

        İdarə  tərəfindən  aparılan  ilkin  araşdırma,  analitik  təhlil  və  cinayət 

işlərinin istintaqının nəticələrinə əsasən korrupsiyaya daha çox məruz qalan 

sahələr, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar, habelə  onların 

aradan  qaldırılmasına  dair  müvafiq  təkliflər  hazırlanaraq  Azərbaycan 

Respublikasının  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiyasına 

göndərilmişdir.   

Korrupsiyaya 

qarşı 


mübarizə 

sahəsində 

əməkdaşlığın 

təkmilləşdirilməsi ilə əlaqədar olaraq Korrupsiyaya qarşı mübarizə idarəsinin 

təşəbbüsü ilə Baş Prokurorluqla Daxili İşlər Nazirliyi arasında “Korrupsiya ilə 

mübarizə  sahəsində  prokurorluq  və  daxili  işlər  orqanları  arasında  qarşılıqlı 

əməkdaşlıq  haqqında”  15  aprel  2009-cu  il  tarixli  və  Baş  Prokurorluqla 

Vergilər  Nazirliyi  arasında  “Korrupsiya  ilə  mübarizə  sahəsində  prokurorluq 

və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında” 30 aprel 2009-

cu il tarixli birgə əmrlər imzalanmışdır. 

Bundan  əlavə,  Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  ilə 

Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi,  Azərbaycan 




Respublikasının  Hesablama  Palatası  və  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankı  yanında  Maliyyə  Monitorinqi  Xidməti  arasında  qarşılıqlı  əməkdaşlıq 

barədə Razılaşma Memorandumları imzalanmışdır. 

 

Vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət 



 

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı 

Mübarizə  İdarəsi  tərəfindən  korrupsiyaya  qarşı  mübarizə  sahəsində  

vətəndaş  cəmiyyəti  institutlarının  rolunun  artırılması,  qeyri-hökumət 

təşkilatları,  özəl  sektorun  nümayəndələri  və  digər  tərərfdaşların    cəlb 

edilməsi  kimi    vəzifələrin  həyata  keçirilməsi  istiqamətində    müvafiq  işlər 

görülməklə  bu  sahədə    sıx  münasibətlərin  qurulmasına  xüsusi  önəm 

verilir.Vətəndaş  cəmiyyətinin  üzvləri    idarənin  təşkilatçılığı  ilə    keçirilən 

tədbirlərə daim dəvət olunur, eyni zamanda idarənin  əməkdaşları,  onların 

təşkil etdikləri beynəlxalq tədbirlərə, seminarlara  treninqlərə qatılırlar. 

 31 may- 02 iyun 2007-ci il tarixlərdə Bakı şəhərində  “Transperensy 

international”  təşkilatının  Avropa  və  Mərkəzi  Asiya  ölkələri  üzrə  illik  

regional  görüşü  və  “Korrupsiyaya  qarşı  mübarizə    və  keçid  dövrü 

ölkələrində  islahatlar”  mövzusunda    konfransı,  Beynəlxalq  Antikorrupsiya 

Orqanları  Assosiasiyasının  rəhbər  orqanı  olan  İcraiyyə  Komitəsinin  2008-ci 

ilin 31 mart- 2 aprel tarixlərində Bakıda keçirilmiş bu əməkdaşlığın təzahürü 

kimi qiymətləndirilə bilər.  

Bundan əlavə, 15 aprel 2011-ci il tarixdə Bakı şəhərində Azərbaycan 

Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan 

Respublikasının  Baş  Prokurorluğu  və  Korrupsiyaya  qarşı  mübarizə  üzrə 

QHT-lərin  Məlumat  və  Əməkdaşlıq  Şəbəkəsinin  birgə  təşkilatçılığı  ilə 

keçirilmiş  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Forum  da  xüsusi 

vurğulanmalıdır.  Adıçəkilən  tədbirdə  Korrupsiyaya  qarşı  mübarizə  üzrə 



Komissiyanın  üzvləri,  Baş  Prokurorluğun  əməkdaşları,  bir  sıra  nüfuzlu 

beynəlxalq təşkilatların diplomatik korpusunun rəhbərləri və Qeyri-hökümət 

təşkilatlarının  çoxsaylı  nümayəndələrinin  iştirakı  ilə  səmərəli  müzakirələr 

aparılmış və qərara alınmışdır ki, bu cür tədbirlər gələcəkdə regionlarda da 

təşkil olunmaqla korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları və 

vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq və informasiya 

mübadiləsi daha da inkişaf etdirilsin.  Habelə, korrupsiyaya qarşı mübarizə 

sahəsində  Kütləvi  İnformasiya  Vasitələrinin  əhəmiyyətli  rolunun  olmasını 

nəzərə  alaraq  bu  sahədə  görülmüş  tədbirlər  barədə  İctimai  Televiziyada 

silsilə maarifləndirici verilişlərin efirə verilməsi nəzərdə tutulmuşdur. 

Eyni  zamanda  o  da  qeyd  edilməlidir  ki,  İdarə  ilə  qeyri-hökumət 

təşkilatları  arasında  qarşılıqlı  əlaqələrin  formalarından  biri  kimi    korrupsiya 

hüquqpozmaları  barədə  həmin  qurumlardan  daxil  olan  müraciətlər  üzrə 

araşdırmalar aparılır. 



Korrupsiyaya  qarşı  mübarizə  sahəsində  qarşıda  duran 

vəzifələr və yeni həyata keçirilən tədbirlər 

Dövlət  başçısının  2010-cu  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına 

həsr  olunmuş  Nazirlər  Kabinetinin  iclasında  verdiyi  göstərişlərə  müvafiq 

olaraq,  Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Komissiyanın  cari  ilin  yanvar 

ayının  27-də  keçirilmiş  yığıncağında  ölkəmizdə  həyata  keçirilən  quruculuq 

işlərinə,  istisadi,  sosial  və  siyasi  sahədə  aparılan  islahatlara  kölgə  salan, 

Azərbaycanın  işgüzar  nüfuzuna  xələl  gətirən  neqativ  halların  aradan 

qaldırılması,  bu  istiqamətdə  işin  təşkilinə  görə  cavabdeh  olan  dövlət 

təsisatlarının  məsuliyyətinin  artırılması,  əhalinin  haqlı  narazılığına  səbəb 

olan,  sahibkarlığın  inkişafına  süni  əngəllər  yaradan,  müxtəlif  xidmət 

sahələrində  mövcud  olan  korrupsiya  halları  barədə  vətəndaşların 

müraciətlərinə  təxirəsalınmadan  baxılması  ilə  əlaqədar  qarşıya  konkret 




vəzifələr  qoyulmuş,  rüşvətxorluğa  və  korrupsiya  kimi  neqativ  təzahürlərə 

qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir. 

Son  dövrlər    dövlət  orqanlarının  fəaliyyətində    şəfaflığın  və 

səmərəliliyin  artırılması  məqsədilə    Azərbaycan  Respublikasının  Prezidenti  

2011-ci  ilin  fevral  və  mart  aylarında    bir  sıra  fərmanlar  imzalanmışdır.  Bu 

fərmanlar  Daxili  İşlər  Nazirliyinin  yol  patrul  xidməti  və  Gömrük  Komitəsi 

əməkdaşlarının  sosial  müdafiəsinin  gücləndirilməsi,  bu  sahələrdə 

xidmətlərin  göstərilməsi  zamanı    prosedurların  sadələşdirilməsi,  bir  sıra 

xidmətlərin “vahid pəncərə” sistemi əsasında tətbiqinin həyata keçirilməsini 

nəzərdə tutur.   

Həmçinin,  görülmüş  tədbirlər  sırasında  16  fevral  2011-ci  il  tarixdə 

qəbul  edilmiş  “Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  korrupsiyaya  qarşı  mübarizə  ilə  ələqədar 

normativ  hüquqi  aktların  ekspertizasının  aparılması  qaydasının    müəyyən 

edilməsini, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın dəstəyi ilə dövlət 

orqanları  tərəfindən  tətbiq  edilən  rüsüm  və  taariflər  barədə  məlumatlar 

almaq  məqsədi  ilə  “

www.rusum.az

”  saytı,  dövlət  qrumlarının 

nümayəndələrinin  və  vətəndaşların  münasibətlərinin  etik  davranış 

çərçivəsində  tənzimlənməsinə  dəstək  vermək,  bu  sahədə  maarifçilik  və 

məlumatlandırma məqəsədi  ilə   “

www.etika.az

”  saytlarının  yaradılmasını 

qeyd  etmək olar. 

Təsadüfi  deyil  ki,  dövlət  başçısı  cənab  İlham  Əliyev  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  ilin  birinci  rübünün  sosial-iqtisadi 

inkişafının  yekunlarına  həsr  olunmuş iclasında  korrupsiya  və  rüşvətxorluğa 

qarşı  mübarizənin gücləndirilməsinin artıq  nəticələr  verdiyini  vurğulayaraq, 

eyni  zamandabu  cür  neqativ  hallara qarşı  mübarizənin daha  genişmiqyaslı 

və  çoxşaxəli  olmasını  zəruri  saymaqla,  inzibati  tədbirlərin  daha  da 

gücləndirilməsi istiqamətində konkret göstərişlər vermişdir. 

 



Prokurorluq  orqanlarının  əməkdaşları  bundan  sonra  da  göstərilən 

yüksək  etimadı  doğrultmaq  üçün  bütün  səylərini    səfərbər  edəcək,  öz 

vəzifələrinə  məsuliyyətlə  yanaşmaqla  respublikanın  digər  hüquq  mühafizə 

orqanları  ilə  əlaqəli  şəkildə  korrupsiya  hüquqpozmalarına  qarşı  daha  ciddi 



və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər. 

 

Yüklə 65,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə