Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə3/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   2   3   4   5   6   7   8   9   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dünyaya  təqdim  edir.  Yazıçı  yazıları  ilə,  təsvir  etdiyi 



hadisələrlə o qədər iç-içədir ki, o qədər qaynayıb-qarışmış 

şəkildədir  ki,  onun  elə  Tarixdən  qalma  –  Nuhdan  qalma 

(M.Süleymanlı  “Ot”  əsərində  qəhrəmanlarından  birini 

belə  çağırır  –  X.B.)  olduğuna  inanır,  hansının  hansına 

qulluq etdiyini ayıra bilmirsən. Mövlud müəllim, son iki-

üç əsrdə, dörd tərəfimizdə türk adlarının dəyişdirilməsinə 

baxmayaraq yenə də coğrafi arealın türk dilində səslənmə-

sini,  türk  insanının  mövsüm,  fəsil  kimi  təbiət  hadisəsi 

olması,  xalq  obrazının  elə  vaxt  demək  olduğu  yeni, 

orijinal  fikirlərini  səsləndirir  və  səninlə  bölüşmək  istəyir. 

Yağışın, odun, havanın onlarla müxtəlif adlarını sadalayır. 

Xalq  deyimlərində  gəzişərək,  onların  əsil  mahiyyətini 

açaraq Xalqımın möhtəşəm obrazını yenidən sənə tanıdır, 

düşüncədə,  genetik  yaddaşda  istilanın  mümkünsüzlüyünü 

qətiləşdirir.  Oxucusu  ilə  canlı  söhbətlər  edir.  Onu  da 

hadisələrin izləyicisinə çevirə bilir. Hər an  ona xitab edir: 

“Gəl  düşünək”,  “görürsənmi  Tarix  elə  budur”,  –  deyir, 

nəticə  çıxarmağa  səsləyir.  Xalqla,  onun  yaratdıqları  ilə 

öyünməyi,  qürur duymağı,  onu sevməyi,  qorumağı  təqlid 

etmir, onu göstərir, yaşadır. Müasir internet adamının, pla-

net  adamının  keçmişindən  qopan  körpüsünü  –  tarixini 

təmkinlə, sevgilə, qürurla ona sevdirir, ona yönəldir. Vaxt, 

zaman  dünyagörüş  fərqlərini  bilə-bilə,  heç  zaman 

cazibəsindən  çıxa  bilməyəcəyimiz  Xalqın  yaratdıqları 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dərsliklərə  aparan  yolu  təqdim  edir.  Bu  yol  səni  Xalqına 



aparacaq, bu  yol  səni “yoldan” sapmağa qoymayacaq, bu 

yol tarixi türk yoludur, bu mənim xalqımın M.Süleymanlı 

qələmilə əbədiləşən yoludur. 

Dəyişilməyi  mümkün  olmayan  xarakteri,  qanındakı 

qorxmazlığı,  igidliyi,  ayıqlığı  və  təbiəti  anlamağıyla 

əhatəsində  olan  xalqlardan  seçilə-seçilə,  azala-azala  da 

olsa  yaşayar,  mənşəyini,  kökünü  adicə  bir  dəstə  yemşan 

bitkisiylə,  kəkotu-kəklik  otuyla  da  tanıyıb  özünə  gələ 

bilər,  ya  da  bir  saz  havasının,  bir  muğam  tapşırmasının 

ardına  düşüb  dünyanın  axırına  gedib,  çıxar...  Bu,  bizik! 

Sənsən, Mənəm. Mənsub olduğumuz Xalqdır! 

“Məktub”dan  seçdiyim,  bu  sətirlərdə,  mənim 

xalqımın qısa, lakin möhtəşəm ədəbi özümlüyünü göstərir 

yazıçı M.Süleymanlı.  

Tarixin  hər  bir  məqamında  dosta  etibar,  xəyanətə 

amansız  olmaq,  əmanəti  göz  bəbəyi  bilmək,  sözə,  saza 

qarışıb  yaşamaq,  yəni  sifətini  itirməmək  kimi  bəşəri, 

insani  cizgiləri  sənə  yenidən  xatırladır.  Və  yenə  yazır  ki, 

“Minilliklər boyu türklərə qarşı yaşanan acıq-qisas izi var. 

Nə acıqdır bu? Nə vaxtın qısasıdır ki, minilliklərə qalıb?!” 

Əslində,  yazıçı,  həmin  sualları  “Məktub”  boyu  Xalqımın 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yaratdığı  möhtəşəm  düşüncə,  mədəniyyət,  tarix,  əxlaq 



məişət zənginliyi ilə cavablandırmışdı.  

“Erməni  adındakı  hərflər”  romanında  dünya  gücləri 

siyasətindən  gələn  məkrli  qisasın  düşüncədəki  əks 

sədasını  –  bədii  ağısını,  bayatısını,  bəlkə  də  daxili 

poetikasını  verir.  Heç  bir  xalqın  adamını,  mədəniyyətini 

aşağılamadan  onun  təbiətindən  gələn,  südündən, 

nəcabətindən  keçən  xislətini  açır.  Bu  romanı  bir  udum 

hava, su kimi canına çəkmək istəyi ilə oxuyacaqsınız. 

Necə  ki,  xalq  şairi  Zəlimxan  Yaqub  oxuyan  kimi 

“Gözünün  yaşı  qurumamış,  ürəyinin  ağrısı  keçməmiş”, 

hirsini  cilovlaya  bilməyib  fikirlərini,  düşüncələrini  çox 

qiymətli  məqaləsində  göstərdi:  “Erməni  adındakı  hərflər” 

romanı  haqqında  böyük  tarixi  Sözü,  qeyrətli  sözü  şair 

Zəlimxan Yaqubdan daha yaxşı deyə bilməyəcəyimi bilib 

də,  Sizi  kitabda  verilən  “Teymurlar”  povestinə  kökləmək 

istədim. Onu demək qalır ki, əslində kitabda gedən 3 yazı: 

məktub,  roman,  povestin  –  janrı  müxtəlif  olsa  da, 

mahiyyət,  müəllif  qayəsi,  müəllif  mətləbi  baxımından 

birdir. Yazılar bir-birindən doğandır, biri digərinin davamı 

kimidir; insan, onun yaratdıqları,  yaşamı, üzləşdiyi həyat, 

tale,  tarix  və  qismət.  Kim  bu  labirintdən  çıxa  bilib  ki? 

Yazıçı M.Süleymanlı “Teymurlar” povestində bu hikmətə 

varmaq  istəyir,  özü  anladığı  şəkildə:  sərtliyi-zərifliyi, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

böyüklüyü-sadəliyi,  məhəbbəti-mərhəməti  və  s.  bu  kimi 



ikili  mahiyyətin  insanın  iç  dünyasının  enerjisi  olduğunu, 

elə  insanın  bununla  bütövləşdiyini  göstərmək  istəyir.  Bir 

insanın  duyğularını,  bu  duyğular  altında,  yağışa,  selə 

bürünməsini, həyatdan, yaşamaqdan “islanmasının” sanki 

şəklini  çəkir.  Povestdə  obrazın  adı  da  şərtidir,  Teymur. 

İnsanı,  istər  şahmatçı,  istər  bioloq,  istər  rəssam,  istər 

dövlət  xadimi  olub  da,  dünyanın  harasında  –  Cücə  kənd, 

Kəpənəkçi,  Nehrəm,  Bakı,  Şamaxı,  Rusiyanın  ucqar  kən-

di,  qəsəbəsi  olsun  –  yaşasa da ağrısı,  yanğısı, sevgisi, se-

vinci,  dərdi-səri  eynidir.  Yazıçı  inandırır  ki,  dərdin, 

sevincin  rəngi,  dili,  məskəni  olmur,  çəkəni  olur,  daşıyanı 

olur.  Görkəmli  yazıçı,  “Teymurlar”da  məhz  bu  mətləbi 

söyləyir. 

Yaradıcılığında 

– 

“Ömürdən 



qıraqda” 

povestindən  başlayaraq  daha  qabarıq  şəkildə  izlənilən  bu 

bədii  manera  –  duyğular  seli  altında  insanın  zaman  – 

məkan  –  xislət  qəfəsində  -  çabaları  “Teymurlar”da  zirvə-

sinə çatır.  

Obrazın  sayıqlamaları  çevrəsində  cəmiyyəti  saran 

problemlər,  tarixdən  gələn  acılar  (“siz  bu  torpaqlara 

gəlməsiniz”  kimi  cəmiyyəti  azdıran,  xalqı  xalq  edən 

köklü, əsaslı şərtlərdən uzaqlaşdırmağa çalışan bu ifadələr 

hansı  xalqı  öz  ruhunda  kökləyə  bilərdi?!),  bu  günün 

gətirdiyi 

gerçəkliklər, 

həmin 

ağırlığın 



obrazın 

mahiyyətinə,  yaşamına  hətta  hərəkətlərinə,  duyğularına 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə