Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə4/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   2   3   4   5   6   7   8   9   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

mühüm  təsiri,  nəticələri  qüdrətli  qələm  ustasına  məxsus 



həssaslıqla bir-bir incələnir.     

 

 



                                                 Xatirə Bəşirli 

filologiya üzrə elmlər doktoru 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Zəlimxan Yaqub 

Xalq şairi 

 

Dərslik Kitabı 

 

«Köç»nən həmişəlik qəlbimə köçən, «Duzsuzluq»da məni 



çayın qırağında bənövşənin eşqinə ağacı saza döndərən Vəkilin 

gününə salıb şair eləyən, «qurdu onsuz da vurammazsan, gərək 

bağrını çatdadasan» – deyib incə və ağrılı müşahidələrlə bağrı-

mı  dağ-dağ  eləyən,  «Qar»la  yuxularıma  qar  yağdırıb  ruhumu 

üşüdən, «Sığırçı gülünün iti»nin ölümünə məni uşaq kimi ağla-

dan,  «Dəyirman»da  halalı-haramı  bir-birinə  qarışan  dünyanın 

təsviri ilə məni sarsıdan, ilahi səslərlə şeytani səslərin amansız 

mübarizəsini qəlbinin harayına, «Səs»inə çevirən, böyük yara-

dıcılığa «Bulaq»nan gələn, bu gün də bütün yaratdıqlarında bu-

laq saflığını qoruyub saxlayan, taleyinə qaçqınlıq damğası vu-

rulan, bir gözü gülən, bir gözü ağlayan istedadlı bir qələm sahi-

binə,  kövrək  bir  ruh  yiyəsinə  məktub  yazmaq  mənim  üçün  ol-

duqca  ağır,  çətin  və  məsuliyyətli  bir  işdir.  Kimdən  yazdığımı, 

niyə  yazdığımı,  nə  üçün  bu  qənaətə  gəldiyimi  çox  yaxşı  dərk 

edirəm. 

Bütün ömrü boyu yazdığı, yaratdığı nə varsa ilk sətirdən 

son sətrə qədər hamısını oxuduğum, sevdiyim, sevə-sevə müta-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

liə  etdiyim,  yaddaşıma  köçürdüyüm,  kökdən  gövdəyə,  gövdə-



dən  budağa,  budaqdan  tumurcuğa,  tumurcuqdan  yarpağa 

əsərlərini xüsusi bir səliqə və ardıcıllıqla bir tədqiqatçı marağı 

ilə  araşdırdığım,  araşdıra-araşdıra  zövq  aldığım,  zənginləşdi-

yim, məni otun, suyun, ağacın, yarpağın, torpağın, qurdun, qu-

şun dilində danışdırmağa qadir olan bir şair ürəkli nasirə, nəsri-

mizin  poeziyasını  yaradan  poetik  qələm  sahibinə  bu  məktubu 

yazmasaydım,  təzəcə  yazıb  nəşr  etdiyin  «Erməni  adındakı 

hərflər»in ağrısı ürəyimi partlada bilərdi. 

Bütün əvvəlki əsərlərində olduğu kimi bu əsərində də nə-

fəsinə, ruhuna, ağrılarına, qələminə, üslubuna sadiq qalıb tama-

milə  yeni  əsrdə,  yeni  rəngdə,  yeni  çalarda  bir  dərd  kitabı  bağ-

lamısan. 

Romanın  baş  qəhrəmanı  Azərbaycan  Dövlət  Universite-

tinin tələbəsi İmirxanlıdır. Əsərdə baş verən bütün faciəli hadi-

sələr onun müşahidələrinə, dediyi, danışdığı fikirlərə söykənir. 

Hər  şey  İmirxanlının  dilindən  başlanır.  Dilindən  deyəndə 

ki, gördüyü, duyduğu, yaşadığı acı həqiqətləri çəkinmədən dili-

nə gətirir, el içində, kənd arasında danışır, «fil qulağında yatan-

ları»  ayıltmağa  çalışır.  Erməni  daşnaklarının  səpdiyi  nifaq  to-

xumlarının cücərməsini o  hamıdan əvvəl görür. Görənin gözü-

nü  tökməyə  hazır  olanlar  onu  heç  nə  olmamış  kimi  çox  asan-

lıqla satırlar. 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Partkomun  gur  səsi  gəldi  qulaqlarına.  «Nə  danışırsan,  ə 



sən?! İndi deyərəm, gəlib səni deşik-deşik eləyəllər, əlli-ayaqlı 

gedərsən, aranı qatmağına bax…» 

Elə  də  oldu.  İmirxanlını  satan  da  kəndin  adamları  oldu, 

qaçırdıb aradan çıxardan da. 

Nə  deyirdi  İmirxanlı!  Deyirdi  ki,  «saz  türkün  qapısıdı, 

dünya üzünə o qapıdan keçib gəlib». Deyirdi ki, erməni nə aran 

adamına  oxşayır,  nə  dağ  adamına,  bizə  deyilən  kimi  deyə  bil-

məzsən  ki,  erməninin  bir  suyu  hansı  torpağasa,  hansı  yerəsə 

çəkir.  Oxşadığı,  bənzədiyi  torpağı  tapa  bilməzsən…  Çünki 

Vətəni  yoxdu.  Bu  mənada  ermənilər  bir  az  vağzal  uşaqlarına 

oxşayır. Ona görə də bizdən ayıq, bizdən çox bilmişdilər». 

Qarakəlləoğlu onun sözünə qüvvət verirdi. «Ermənini atın 

belində  görəndə,  deyirsən  ki,  indicə  yıxılacaq».  Nə  deyirdi 

İmirxanlı?  Deyirdi  ki,  əgər  Şirak  ovalığı  Göytürk  tayfalarının 

adıyla  bağlıdırsa  –  Şöröy,  Şoray,  Saray,  Şərurdusa,  Ağbaba, 

Dərələyəz,  Dərəçiçək,  Zəngibasar,  Vedibasar,  Naxçıvan,  Göy-

çə, İrəvan, Uluxanlı, Qaraqoyunlu, Candar, Borçalı, Qaraxaç – 

Qarakas  yaylaqları  yüzdə  yüz,  başından  ayağına,  saçından 

dırnağına  türkün  dünyası,  türkün  ruhu,  türkün  yurdu,  türkün 

coğrafiyasıdırsa, erməni burda necə vətən yarada bilər və niyə 

yaratmalıdır! 

Əlli il bundan  əvvəl bu basalaqda bir dənə erməni olma-

yıb,  kəndlərin  adına  fikir  verin:  Qursalı,  Saral,  Qarakilsə, 

Oxçuoğlu, Cücəkənd, Qurdpınar… 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İmirxanlının  qardaşı  Uğurlu,  Cücəkəndində  min  bir 



əziyyətlə  evini  təzəcə  tikib  qurtarmışdı.  Sevinirdi.  Əli-ayağı 

yerə  dəymirdi.  Torpağına  toxum  səpmək  üçün  toxum  alıb 

bazardan qayıdanda yolda ermənilər ona dedi: «De ki, mən türk 

deyiləm». Erməniləri eşitməyən Uğurlu erməni bıçağıyla qanı-

na  qəltan  olur.  Arvadı  Şallının  üzünün  dərisi  təzə  tikilən  evin 

divarları  boyu  didik-didik  olub  qana  bələnir.  Vaxtiylə  çiçək 

kimi  qızaran  qadın  yanaqları  indi  üzündə  açılan  qırışlardan 

qızarır. 

Camaat  kəndin  müdafiəsinə  qalxmaq  istəyir.  Tüfəng  at-

maq  istəyirlər,  paslanıb  güllə  açılmır.  Qılınc  götürmək  istəyir-

lər, paslanıb qınından çıxmır. Koroğlu havası çalmaq istəyirlər, 

kökdən düşüb, saz çalınmır. O boyda kənd bir yapıncının ümi-

dinə  qalır.  Qarakəlləoğlu  deyir  ki,  yapıncı  güllə  keçirmir,  düz 

erməninin üstünə gedəcəyəm… 

Əzizim Mövlud müəllim! 

İmirxanlı obrazının dili ilə elə acı həqiqətlərə enmisən, elə 

yaralı mətləblərə toxunmusan, elə məsələlər qaldırmısan ki, ya-

zıçı qələmindən su içən bu duyğular ən azı 50 il bundan əvvəl 

dilə, qələmə gəlsəydi, kitablara çevrilsəydi, yumulu gözləri aç-

saydı,  mürgülü  başları  silkələsəydi,  heç  olmasa  bu  mövzuda 

yazılan  üç-beş  əsərimiz  –  M.S.Ordubadinin,  M.M.Nəvvabın, 

Y.V.Çəmənzəminlinin,  Ə.Abbasovun  əsərləri  həyəcan  təbili 

kimi çalınıb vərəq-vərəq, səhifə-səhifə ən azı tarixi tədris edən 

müəllimləri  yerindən  tərpətsəydi,  ermənilər  «dənizdən-dənizə» 

şüarı ilə silahlananda biz: 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə