Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə6/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   2   3   4   5   6   7   8   9   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bax, budur yazıçı qələmini yandıran fikirlər, varaqlara od 



vuran, barmaqları göynədən yaralı sətirlər, yarasından qan axan 

yaralı cümlələr. Bu gün çəkdiyimiz ağrıların hamısı bic və gic 

doğulanların,  atasından,  anasından  xəbərsizlərin,  dini,  dili  və 

qanı  qarışıqların,  düşmən  dəyirmanına  su  tökənlərin  başımıza 

gətirdiyi oyunlar, müsibətlərdir. 

«Fikir verin, bəlkə də yüz-yüz illərdi yəhudi xalqı yoxdu, 

yerinə  millət  var…  öz  içiylə  getməyi  bacaran  xalq  millətə 

çevrilir». 

Budur məntiqi nəticə, budur böyük həqiqət! 

Əlləriylə  qarnını  sıxan  ananın  acı  şikayətini  eşidirsən. 

Burdan çıxannan  yoxsuz.  Bala  doğmadıq,  qada  doğduq…  İndi 

evdən  gedənlərinki  getməyə  oxşamır,  yox  olmağa  oxşayır. 

Anam  qorxusundan  çır-çır  çığırırdı:  Nə  vətənə  oğul  olduq,  nə 

anaya  övlad.  Nə  evin  kişisi  oldun,  nə  çölün  ağası.  Hərə  öz 

başını qoruyanda nəticə ancaq bu cür olmalıdı. 

Əlaçı  olan  türk  balası  Aytəki  birinci  partadan  qaldırıb 

axırıncı  partada  oturdan  erməninin  nifrəti  yerə-göyə  sığmır. 

Aytək sinif otağından çıxır, bir də ora qayıtmır. 

«Səhər tezdəndi. Yaxşı ki, erməni, rus, türk, gürcü səhər-

ləri yoxdu, yaxşı ki, səhərlər heyvanlara necə açılırsa insanlara 

da  elə  açılır.  Yaxşı  ki,  belədi…  yaxşı  ki,  ermənilər  səhərlərə 

düzəliş eləyib, mənimdi deyə bilmir». 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şalikoya  oxşayan  erməniydi,  üzü  Biləcəri  stansiyasına 



baxan  sal  daşlara  erməni  əlifbasıyla  işarələr  qoyurdu.  «Alçaq 

erməni,  başına  çalacam  indi  külüngü.  Yiyəsiz  görmüsən  bu 

torpağı, daşına erməni adı yazırsan, mərə kafir?!». 

Bu  fikirlər  erməni  eybəcərliyinə,  erməni  saxtakarlığına 

qarşı  İmirxanlının  içindən  qalxan  nifrət  dalğası,  qəzəb  qığıl-

cımıydı.  İmirxanlının  bu  hadisəyə  münasibəti  Balacahunluya 

dediyi bu cümlədə çox aydın açılır, dəqiq cavablandırılır. «Hör-

mətli  akademik,  tarixin  sonradan  qələmə  alınması  bicliyin 

kağıza köçürülməsindən başqa bir şey deyil». 

Əsərin ən faciəvi obrazlarından biri akademik Balacahun-

lu  obrazıdı.  Bu  obraz  öz  taleyi  və  tərcümeyi-halı  baxımından 

böyük  Hunların  kiçilə-kiçilə,  əriyə-əriyə,  xırdalana-xırdalana 

gəlib  bu  günə  çatmış,  balacalaşmış,  Balacahunlu  olmuş  şəkli, 

mənzərəsidir. Gözünü elə qırıblar ki, dediyi dilini yandırır, de-

mədiyi  içini.  Gözündən  vurula-vurula,  içindən  qırıla-qırıla,  lal 

sular  kimi  bulana-bulana  axıb  gedən  bir  ömür  yaşayır 

Balacahunlu. 

«1937-ci  ildə  özünə  türk  dediyi  üçün  atamı  sürgün  elə-

dilər.  Səhər  tezdən  aparmışdılar,  axşama  yaxın  gətirdilər.  Üz-

gözündə sağ yer yox idi, qan içindəydi». 

Nersesyanın səsi gəldi. «Buyur görək» - dedi atama – indi 

biz sənin ailənə nə deyək, türk ailəsi, yoxsa…?! 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bu  ailə  də  şura  hökumətinin  ailələrindən  biridi,  necə 



istəyirsiz, elə də deyərsiz, hansı millətin adını istəyərsiz, onu da 

götürəllər, ancaq mən türkəm, yoldaş Hersesyan! Sən nə qədər 

ermənisənsə, mən də o qədər türkəm! 

Atam əllərini mənə sarı uzatdı: Hə, o azərbaycanlıdı, yol-

daş Nersesyan, o türk deyil, ola da bilməz, nə yaşı var ki, onun, 

türk olsun. 

Mən atamı anlayıb: 

Hə, -dedim. 

– Yəni nə, – Nersesyan çənəmin altından qaldırıb gözləri-

min içinə baxdı.  

– Mən türk deyiləm – Balacahunlu dalısını danışmadı, heç 

vaxt da danışmayacaq. 

1937-ci  ilin  payız  aylarının  birində  axşam  çağı  qorxa-

qorxa,  titrəyə-titrəyə  «mən  türk  deyiləm»  -  dedi  və  yoldaş  Ner-

sesyanın əlindən yapışıb dodaqlarına sıxdı… bununla da anasını, 

balaca qardaşını, bir də özünü sürgündən, bəlkə də ölümdən qur-

tardı. Bu Balacahunlunun dəşhətli, qanlı ömür-gün tarixçəsidir. 

İmirxanlı  tələbəlik  illərini  başa  vurandan  sonra  Balaca-

hunlu  onu  öz  bağına  qonaq  apardı  və  dəhşətli  bir  etirafı  dilə 

gətirdi. 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

–  Sən  məni  bağışla,  –  dedi  –  Balacuhunlu,  –  bu  beş   ildə 



yola gedə bilmədim səninlə, çox şeyi düz deyirdin. Mənim yaz-

dığım tarix də özümə bənzəyir, mən erməni əlindən öpmüş ada-

mam. Özümüz necəyiksə bu xalqın tarixini də o cür yazdıq…» 

1937-ci  ildə  sındırılan,  qırılan,  qorxusundan  millətinin 

halal adını dilinə gətirə bilməyən gözü qıpıq, bağrı yanıq, qəlbi 

qırıq  böyüyən  böyük  Hundan  balaca  Huna  çevrilən,  bütün 

bunların hamısından sonra, üstəlik Universitetdə tələbələrə tarix 

dərsi deyən bir müəllimin, alimin vəziyyətinə baxın. Erməni əli 

öpən bir alim azərbaycanlı gənclərə dərs deyir. Balacahunlula-

rın tələbəsi olmuş Qara müəllimdən həqiqi tariximizlə bağlı bir 

söz soruşanda cavabı bu olur. 

– Mənə deyiblər ki, mən də sənə deyəm. Allah lənət eləsin 

akademik  Balacahunluya,  dərs  deyəndə  rusun,  erməninin 

dediyini deyirdi… 

Allah  lənət  eləsin  Balacahunluya,  heç  öz  tariximizə 

yanaşmağa  qoymadı,  akademik  idi  özü  də…  Tarix  deyir  atdı, 

yiyənini hara dartsan ora gedəcək». 

Tarixin sərt və ciddi suallarını İmirxanlı dalbadal Balaca-

hunlunun  üstünə  yağdıranda  bir  dəfə  Balacahunlu  onu  qov-

muşdu.  Sonra  da  hərəkətinə  peşman  olub  arxasınca  adam 

göndərib geri çağırtdırmışdı. 

Balacahunlunun elə bil dizinə vurub çökdürdülər, bürüşüb 

oturdu, auditoriyaya göz gəzdirdi. 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə