Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə8/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   4   5   6   7   8   9   10   11   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

azaldığı  bir  vaxtda  sən  elə  bir  dərslik  kitabı  yazmısan  ki,  onu 



min sayla yox, yüz min sayla nəşr eləmək, bütün dünyaya yay-

maq,  dünyanın  aparıcı  dillərinə  tərcümə  eləmək,  ali  məktəb-

lərdə  tədris  etmək  lazımdı,  qoy  dünya  görsün  ki,  gecikən  eti-

raflarımız, ağır günahlarımız, buraxılan səhvlərimiz bizə nələrə 

başa  gəlib.  Qoy  dünya  oxusun  ki,  «Erməni  adındakı  hərflər» 

əsərinin müəllifi əsərin heç bir yerində erməni xalqını söymür, 

onları təhqir eləmir, alçaltmır. Ən yüksək ziyalı mədəniyyəti ilə 

erməni  xislətinin  mahiyyətini  açıb  göstərir  ki,  bu  da  mənim 

xalqımın yüksək mədəniyyətinin dəqiq göstəricisidir. 

Əzizim Mövlud Süleymanlı! 

Bütün  əsərlərin  mənim  üçün  əzizdən  əziz  olsa  da, 

«Erməni adındakı hərflər» romanı nəsrimizdə, ədəbiyyatımızda 

yeni bir mərhələnin – fikirdə, düşüncədə, təfəkkürdə, dildə, ta-

rixdə, üslub tərzində gec də olsa oyanış mərhələsinin başlanğı-

cıdır.  Bu  əsərdə  bütövlükdə  elmilik,  tarixilik  və  bədiilik  baxı-

mından sən özün-özünü ötüb keçmisən. 

Bu  gün  hər  hansı  səviyyəli  oxucu  bu  kitabı  oxumasa  bir 

qat günahkardır, oxuyub dərk etməsə ikiqat günahkardıq, dərk 

edib çıxış yolu axtarmasa üçqat günahkardıq. Ümumiyyətlə, bi-

ganəlik  göstərsə  onda  vay  bizim  halımıza,  vay  millətin  halına, 

keçmişə də heyf, gələcəyə də. 

Mən  bu  əsəri  oxuduqca  hansı  varaqlara  göz  yaşım  tökü-

lübsə, o varaqlar var olsun, hansı səhifələrdə ürəyim pencər ki-

mi  ovulubsa,  o  səhifələr  var  olsun!  Hansı  üç  nöqtədən  sonra 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

saatlarla  xəyala  dalmışamsa  o  nöqtələr  var  olsun!  Hansı  nida 



işarəsində əsəri stolun üstünə atıb yerimdən dik durmuşamsa o 

nidalar var olsun! Ermənilər əhatəsində təhqir olunmağı qeyrə-

tinə  sığışdırmayıb  öz  əliylə  öz  boğazını  kəsən  şəhid  qanını 

ermənilərin  üstünə  tökən  Ağbilən  müəllimin  qeyrətini  tarixin 

yaddaşına həkk edən qələmə eşq olsun! 

Millətimin qəmçəkəni, dərddaşıyanı, milli və ruhani yaza-

rı  Zəlimxanın  ruh  və  nəfəs  qohumu,  qələm  qardaşı  Mövlud 

Süleymanlısı var olsun. 

Amin!!! 

 

 

 

                 



 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

“...o əsrə ki, yer üzünə insanı 

göndərdim...”   

“ Quran-i Kərim ”, 103-cü surə.                                                          

 

 

 



ERMƏNİ ADINDAKI 

HƏRFLƏR... 

 

Sonun başlanğıcı... 

(Proloq əvəzi) 

 

Dörd  tərəf  silsilə  dağlardı,  dağlardan  o 



yana  heç  nə  görünmür,  görünən    üzü  Şirak 

ovalığıdı.  İmirxanlının  yozumuyla  Şirak,  çırak- 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sirak  Göytürk  tayfalarının  adıyla  bağlıdı... 



Şöröy,  Şoray,  Saray,  Şərur  da  deyilib,  indi  də 

deyilir.  

Dağların 

görünməyən 

üzü 

Ağbaba 


bölgəsidi,  -  Amasiya...Şirak-  Sirak  ovalığı 

oralara qədər uzanır. Sağa Gürcüstandı, axska-

sak  türklərinin  boş  qalmış  yurdlarıdı,  indi 

ermənilər  yaşayır,  Axalkələkə  qədər...  Solda, 

dağların  görünən  üzü  Çubuqlu  yaylasıdı,  o  üzü 

Dərələyəzdi,  islama  qədərki  daha  doğrusu, 

bizim  eradan  əvvəlki  yüz  illiklərin  tarixi 

abidələriylə  dolu  olan  Dərələyəz...baxırsan, 

abidələrin  çoxu  ot  gətirib,  təpələrdən  seçilmir, 

yam-yaşıldı, 

göyərib 

yerə-yurda 

qarışıb. 

Bəzilərinin  də  üstünü-  başını  ermənilər  dəyişib 

özünə 

oxşadıb... 



Dərələyəzdən 

sola 


Vedibasarla  birləşir;  şidli-hun  tayfalarının 

yurdlarıdı,  gedir  Naxçıvana  çatır...İmirxanlı 

deyir, 

burda 


“basalaq- 

basarat” 

ərazi 

mənasındadı... 



Arada  Mığırlı-Muğ-Muğan,  Maq  -  Maday 

elləri...O  yan  Anadolu  torpaqlarıdı,  el  arasında 

“...  o  üz”  deyilir;  o  üz...  İçərilərdə  Göyçədi, 

İravan  xanlığıdı,  yəni,  Uluxanlı.  Zəngəzurdu, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qaraqoyunlu,  Qaramanlı,  Candar  ellərinin 



yurdlarıdı.  Dağ  Borçalıdı  –  Qaraxaç  -  Qarakas 

yaylaları. Qaraxaçın əslində Qarakas olduğu da 

İmirxanlının  fikridi...  Yəqin  ki,  indən  belə  də 

çox  fikirlər  olacaq,  çoxları  çox  şey  deyəcək, 

amma  yaddaşlara      vurulmuş  damğa,  yəni  fakt 

odu ki, iyirminci əsrin iyirminci illərindən sonra 

bütün  bu  yurd  yerlərinə  Ermənistan  adı 

verildi... 

Kim  verdi  bu  adı?!  Bir  adamın  adını 

dəyişmək  mümkün  deyilsə,  bu  boyda  yerin-

yurdun  adını  kim  dəyişdirə  bilərdi?  Sərhəd- 

sınır deyildi ki, götürüb başqa yerdən çəkəsən. 

İdeya  deyildi  ki,  çeynəyib-  tüpürüb  üstündə 

sosializm  qurasan.  Yüz  il  bundan  qabaq  yer 

üzünün  xəbəri  olmadan  baş  verən,  indinin 

özündə  də  davam  edən  bu  haqsızlıq  əslində 

oğurluq 

deyilmi? 

Tarixi 

yaranışların, 



yaddaşların,  milli  anlayışların  qarət  edilməsi 

deyilmi?    Bu  da  meşələrin  quruması,  çayların, 

göllərin,  dənizlərin  yoxa  çıxması,  sağalmaz 

yaraların,  SPİD-in,  xərçəng  xəstəliklərinin,  ağ 

ölümlərin,  əlacsız  dərdlərin,  böyüksüzlüyün, 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə