www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bu görüntünün, mənzərənin özü də yazılası, maraqlı
mövzulardandır…
Zona müşavirəsinin birinci günü sona yetdi…
Heydər Əliyev bizi unutmamışdı, Bərdə rayon
partiya komitəsinin I katibinə üz tutdu:
- Səfərəliyev, yazıçılarla özün məşğul ol! – Onun bizə
ayırdığı diqqət həmişəlik yaddaşlarda qalacaq. Bu gün 60
yaşını haqlamış, Azərbaycan ədəbi mühitində əsaslı yer
tutan yazıçı və şairlərimiz o günü, o anı bütün ömrü boyu
xatırlayacaqlar.
- İmran müəllim, gənc yazıçıları təqdim et, tanış
olaq!
Vaxt o vaxt idi ki, yazdığımız şeirləri, hekayələri milli
soyadımızla yaza bilməzdik, gizli qadağa qoyulmuşdu. Və
gizli qadağaların əslində daha qorxulu olduğunu nəzərə
alsaq o günlərin sıxıntılarını anlamaq o qədər də çətin
deyil.
Müşavirədə iştirak edən Rüstəm və Maqsud
İbrahimbəyov qardaşları elə o zamanlar da tanınırdılar,
İttifaq miqyasında məşhur idilər. Azərbaycan Yazıçılar
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İttifaqının sədri İmran Qasımov bizi tanış etdi. Bir-bir
qalxıb özümüzü təqdim etdik:
- Nüsrət Kəsəmənli.
Mətbuat
nümayəndələri,
ittifaqın
müxtəlif
yerlərindən gəlmiş qonaqlar, jurnalistlər, kinooperatorlar,
teleoperatorlar maraq içindəydilər. Bir anlıq sükutdan
sonra Nüsrətin soyadını Heydər Əliyev də təkrar etdi.
- Həə, Kəsəmənli… Nə deməkdir Kəsəmənli?
- Kəndimizin adıdır.
- Oldu, Kəsəmənli…
Sıraylı oturmuşduq. Sabir qalxdı:
- Sabir Rüstəmxanlı!
Heydər Əliyev Sabirin soyadını da təkrar etdi.
- Hə, Rüstəmxanlı!
Mətbuatda «oğlu», «xanlı», «lı-lü» soy-famil
sonluğunu yaxın buraxmayanların bəziləri də müşavirədə
iştirak edirdilər. Çoxunu hətta tanıyırdıq da… Onların
hamısı ləzzət içində gülümsəyirdilər. Yəqin düşünürdülər
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ki, indi ciddi şəkildə tapşırılacaq ki, yığışdırın, bu cür
familiyaları. Hamı gərginlik içində gözləyirdi.
- Səyavuş Sərxanlı.
Heydər Əliyev gülümsədi:
- Hə, Sərxanlı – xanlı!
Mən ayağa durdum:
- Mövlud Süleymanlı.
- Oldu, sağ olun, əyləşin!
Müşavirədən bir müddət sonra İmran müəllim bizi
qəbul etdi.
- Mən, yoldaş Heydər Əliyevin tapşırığıyla sizi bir də
çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər
Əliyev dedi ki, müşavirədə iştirak edən gənc yazıçılardan
muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır.
Doğrudan da elə o ərəfədə evlə təmin olunduq,
maşın aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq
qalırdı…
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Və doğrudan da böyük həvəslə, ruh yüksəkliyilə
yazılarımızı yazırdıq…
Yeni ab-hava yeni də düşüncə tərzi tələb edirdi…
İstər-istəməz milli duyğular canlanır, ağlı başında
olan hər bir qələm əhli özünü dərk etməyə çalışır, onu
əhatə edən sıxıntıları, yad-yabançı münasibətləri
ədəbiyyata gətirir, özünü təsdiq edirdi.
Heç, şübhəsiz, «Dəyirman» povesti də bu sağlam,
duru, doğma ab-havanın məhsulu kimi meydana çıxdı.
Əsər 1979-cu ildə «Azərbaycan» jurnalında dərc olunan
kimi hücumlara məruz qaldı. Antisovet əsər adıyla
hallandırıldı. Mərkəzə məktublar yazıldı. Elə həmin ilin
payızında Yazıçılar İttifaqı, Natəvan adına klubda
«Dəyirman» povestinin müzakirəsini «məhkəməsini»
keçirməli oldu.
Qaragüruh bu əsərə qarşı, - mənə qarşı çox aqressiv
idi… bu münasibəti mən indii təhlil edib göstərmək
fikrində deyiləm. Fikrim məni qoruyan, məni sınmağa,
məhv olmağa qoymayan insanlara minnətdarlığımı
bildirməkdir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
«Dəyirman» əsərinin müzakirəsi, ona qarşı olan
hücumlar böyüyüb bütün Azərbaycanı bürüdü, Moskvaya
teleqramlar vuruldu… Burda da, orda da kitablarım
plandan çıxarıldı. Hamısı üstümə qaytarıldı.
Belə sıxıntılı günlərimin birində gənclərin dostu,
xeyirxahı olan mərhum İmran Qasımov Əkrəm Əylisliylə
məni yanına çağırdı, dedi:
- Yoldaş Heydər Əliyev indi mənimlə telefonda
danışdı. Soruşdu ki, bu nə «Dəyirman»dı belə? Toyda da
dəyirman, yasda da dəyirman. Mən povest haqda qısaca
fikrimi bildirdim.
- Göndər. – dedi – mən də baxım.
Və mən, sizin xəbəriniz olmadan «Azərbaycan»
jurnalını göndərdim. Budur, oxuyub fikrini bildirdi, hətta
akademik Həsən Əliyev də oxuyub, onun da fikrini dedi.
«Əsər istedadla yazılmış əsərdir, müəllifi qorumaq
lazımdır. Sadəcə onun həyata baxışını, görüşlərini
müəyyənləşdirmək lazımdır. Anlasın ki, həyatımızda yalnız
tünd boyaları yox, işıqlı tərəfləri də görsün»…
Dostları ilə paylaş: |