Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
  1   2   3   4   5   6   7   8   9   ...   27




 

                                                                            Mövlud Teymur 
 
                                       
Didərgin sal 
 
Başsız adam baş gəzdirmir çiynində
Baş yerinə tağalaqdı gəzdirir. 
Ona-buna tələ qurub yıxmağa, 
Ayağında badalaqdı gəzdirir! 
 
İnsanlıqdan uzaq gəzir, yan gəzir, 
Bəslənməyə uşaq kimi can gəzir. 
Ucalmağa şöhrət gəzir, şan gəzir, 
Qanadında yapalaqdı gəzdirir! 
 
Həya etmir, nə utanmır bir kəsdən, 
Şər işlərdə heç seçilmir iblisdən. 
Hara qaçım belə murdar, naqisdən,  
Dizlərində bir yamaqdı gəzdirir! 
 
Oğurluqdu, əyrilikdi peşəsi, 
Cəngəllikdi, tikanlıqdı meşəsi. 
Korşalmayır heç vaxt tamah tişəsi, 
Ağzındakı bir caynaqdı gəzdirir! 
 
Mövlud Teymur, yaxşı vurdun belindən, 
El nə çəkir, bildin onun əlindən. 
Bu başsızı didərgin sal elindən, 
Ayağında bir şıllaqdı gəzdirir! 
 
1990 
 
                   Adamlar 
 
Adamlar, adamlar, yaman adamlar,  
Haqqı, ədaləti danan adamlar. 
Əyriyə, dönüyə yanan adamlar, - 
Oğrunu, əyrini qoyub kənara, 
Döğrunu, düzgünü danan adamlar! 
 
Edir öz xeyrinə elədiyini, 
Bilir yaxşı, yaman bələdiyini. 
Yoğurur ələkdə ələdiyini, - 
Xoş çağı, xoş günü qoyub kənara, 
Doğrunu, düzgünü danan adamlar! 


 

 
Basıb üz-gözünü xəcalət təri,  
Görmək istəməyir nurlu səhəri. 
Həmişə xoşlayır bədxahı, şəri, -  
Xeyirli səs-ünü qoyub kənara,  
Doğrunu, düzgünü danan adamlar! 
 
Adamlar, adamlar niyə belədi,  
Kələkdi, fitnədi, fənddi, hiylədi. 
Bəlkə, ona görə hər yan nalədi, - 
Hər kəs çəkib canı qoyub kənara, 
Doğrunu, düzgünü danan adamlar! 
 
2005 
 
 
                    Xeyri yox 
 
Dağ olsa da əcəl yıxır adamı, 
Bağ olsa da xəzəl yıxır adamı. 
Ağ olsa da əcəl yıxır adamı, 
Daha qara olmağın da xeyri yox! 
 
Get uzağa, gəl yaxına xeyri yox, 
Qoşul aza, ya axına xeyri  yox. 
Qalx Nuhuna, Şah dağına xeyri yox, 
Daha Qafda qalmağın da xeyri yox! 
 
Göydə olsan, yerdə olsan həminki, 
Ya boşalsan, ya da dolsan həminki. 
Toyda olsan, şərdə olsan həminki, 
Daha fikrə dalmağın da xeyri yox! 
 
Lazım olan o andaca tutacaq, 
Gizlənsən də gülləsini atacaq. 
Quru yerdə  səninlə bir yatacaq, 
Daha çarə qılmağın da xeyri yox! 
 
Mövlud Teymur saymır onu heç zaman
Gəlməyinə eyləməyir ah, aman. 
Ona qarşı olub zalım, həm yaman, 
Daha qorxub solmağın da xeyri yox! 
 
2004 
 


 

                        Getdi 
                                 Fironlara 
 
Şir olsan üstünü alacaq ölüm, 
Fironlar, Neronlar yox oldu, getdi. 
oldu Napalyon, Adolof Hitler? 
Gələnlə bu dünya hey doldu, getdi! 
 
Əzəldən belədir cahanda qayda,  
Olum da, ölüm də vardır hər ayda. 
Biri quru yerdə, biri də çayda, 
Bir anda, saatda tez soldu, getdi! 
 
Nə mənə, nə sənə qalmayan dünya
Atana, anana qalmayan dünya. 
Böyük Süleymana qalmayan dünya, 
Çoxunun saçını hey yoldu, getdi! 
 
Nə pələng, nə aslan, nə kərgədan fil?! 
Ölüm qarşısında çox acizdir bil. 
Ölkələr fəth edən, yorulmayan Kir, 
Yaşlandı, qocaldı, yoruldu, getdi! 
 
Ay Mövlud, çox mənəm deyənlər getdi, 
Özünü hər zaman öyənlər getdi. 
Gündə bir bər-bəzək geyənlər getdi, 
Hamısı torpağa vuruldu, getdi! 
 
1988 
                   Bərki, dünya 
 
Kövrəksən, pıtılsan, 
Bərki, dünya, bərki. 
Aldanırsan asan, 
Bərki, dünya, bərki! 
 
Çaşır, çaşdırırsan, 
Daşır, daşdırırsan. 
Coşur, coşdurursan. 
Bərki, dünya, bərki! 
 
Təcrübən kasaddı, 
Səhv bildin düz adı. 
Öldür Səhl Sumbatı, 
Bərki, dünya, bərki! 


 

Naşısan, çox naşı, 
Ağla gətir başı. 
Zər sayma hər daşı, 
Bərki, dünya, bərki! 
 
Yaşın milyonsa da, 
Batırsan yasa da. 
Qane ol aza da, 
Bərki, dünya, bərki! 
 
Mövlud deyir, öyrən, 
İş gör səbirlə sən. 
Qalmazsan belə sən, 
Bərki, dünya, bərki! 
 
1995 
 
   Çəkdiyimiz Araz ilə tən oldu 
 
Nə yaşadıq, nə gün gördük dünyada, 
Fəhlə olduq barı hördük dünyada. 
Daş-palçıqla ömür sürdük dünyada, 
Xoş güzəran bizdən uzaq, gen oldu! 
 
Bircə dəfə səyahətə çıxmadıq, 
Kərbəlanı ziyarətə çıxmadıq. 
Gözəl-gözəl şəhərlərə baxmadıq, 
Gözümüzü duman tutdu, çən oldu! 
 
Günlü gündə qızınmadı canımız, 
Ağır keçdi, saat oldu anımız. 
Üzümüzə heç gülmədi dünyamız, 
Həmdəmimiz kədər oldu, qəm oldu! 
 
Sevinc bizlə qanlı-bıçaq dolandı, 
Kim deyir ki, kef görmüşük, yalandı! 
Evlərimiz bir komadı, dalandı, 
Qazancımız ağ saç oldu, dən oldu! 
 
Mövlud Teymur, qocalmısan deyirlər, 
Düz deyirlər deyil böhtan, nə də şər. 
Araz axır, baxır aləm, bu ellər, 
Çəkdiyimiz Araz ilə tən oldu! 
 
1984 
 


 

                Turş dünya 
 
Dolun harda qalıbdı, 
A boş dünya, boş dünya! 
Soyuğun kəsdi bizi, 
İstin hanı qış dünya! 
 
Yay yay deyil, qış da qış, 
Gətirməyir qəlb duruş. 
Üzünü tut bir soruş: 
Niyə daşsan, daş dünya! 
 
Kasıba vermədin pul, 
Ulaq verdin, bir də çul. 
Eylədin bizi yoxsul, 
Çaşbaş dünya, çaş dünya! 
 
Şeş deyənə yek verdin, 
Əlinə tütək verdin, 
Çal doyunca bərk dedin, - 
Yorul, qal da loş, dünya! 
 
Mövlud tamaşaçıdı, 
Bu halına acıdı. 
Şirinin də acıdı, 
Turş dünyasan, turş dünya! 
 
2005 
 
Baş mühasib Nəsib Şəfaqətova 
 
Dağılır bu dünya, uçur bu dünya, 
Ayağım altından qaçır bu dünya. 
Nə ürəkoxşayır, açır bu dünya, 
Nəyin hesabını çəkirsən, qardaş! 
 
Sel-su yudu getdi dağı, aranı, 
Götürdü ağzına böyük cahanı. 
Heç kim vecə almır əsən tufanı, 
Nəyin hesabını çəkirsən, qardaş! 
 
Tapdamır it itin ayağını da, 
Sahibi tanımır ulağını da. 
Təpə çağırırlar Nuh dağını da, 
Nəyin hesabını çəkirsən, qardaş! 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə