Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
66 
 
Əziziyəm dağlarda, 
Qurddu-quşdu dağlarda. 
Dağlar, necə sən qıydın 
Balam uçdu dağlarda! 
 
1991 
 
 
                          Gənc yaşında oğlu ölən ananın röyada gördükləri 
                                                    ( Elegiya ) 
 
Bu gecə röyada İlhamı gördüm. 
O əziz oğlumu, balamı gördüm. 
Gördüm ki, yanıma görüşə gəlib
Üzümdən, gözümdən öpüşə gəlib. 
Yaman darıxmışam səninçün dedi, 
Nə günə düşmüsən, ana, söylədi. 
Dedim ki, ay bala, ağlatdın məni, 
Sən elə odladın, dağlatdın məni, 
Nə günüm bir gündü, nə gecəm gecə
Sənsiz bu dünyadan istərəm köçəm! 
Ağladı, boynumu qucaqladı o, 
Üstəlik məni də acıqladı o. 
Ağlama bir belə dedi, ay ana, 
Bəsdir yas saxladın doğma balana! 
Unut bu kədəri, unut bu qəmi, 
Çoxdur gənc yaşında ölən mən kimi! 
Elə bil dünyaya gəlməmişəm mən, 
Bu cavan yaşında ölməmişəm mən. 
Oğul min təsəlli verdi anaya, 
Bəlkə, anasını ovuda, oya. 
Anaya zərrə də etmədi əsər
Yenə üz-gözündən yağırdı kədər! 
Ağlama bir belə dedi, ay ana, 
Bəsdir yas saxladın doğma balana. 
Get dindir Afəti sən gülə-gülə, 
Məlahət bacımı gətir sən dilə. 
Salehin, Hicranın elə toyunu, 
Bizə göstərsə də fələk oyunu
Valehdən, gəlindən xəbər tut, ana, 
Bəsdir yas saxladın doğma balana! 
Beləcə danışdı sözünü mənə, 
Zilləyib mehriban gözünü mənə. 
Ayıldım röyadan, gördüm balam yox, 


 
67 
O canım, ürəyim, ciyərparam yox! 
Ağladım, sızladım, göynədim yenə, 
Bir çarə tapmadım ağır dərdimə. 
Bu gecə röyada İlhamı gördüm, 
O əziz oğlumu, balamı gördüm! 
 
İyun, 1991 
 
 
              Axtarır 
 
Kimdi çəni istəyən, 
Saçda dəni istəyən. 
Hər çətini istəyən, 
Hamı asan axtarır! 
 
Yoxuş nədi, eniş nə, 
Gediş nədi, gəliş nə. 
Çalış nədi, ya iş nə, 
Hamı asan axtarır! 
 
Hərəkətdən savayı, 
Həyat yoxdur havayı! 
Belə olarmı, dayı, 
Hamı asan axtarır! 
 
2007 
 
 
Bacar sən də tez böyü 
 
Daşını daşı, bala, 
Sən girən kol deyil, bu. 
Demə Həmas, Fələstin, 
İsrayıl-misrayıl, bu! 
 
Bomba atdı, dağıldı, 
Arvad, uşaq boğuldu. 
Bu söhbətlər yoğundu, 
Saçını yol deyil, bu! 
 
Bunun kökü dərindi, 
Sənin nə dərd-sərindi. 
Bura sakit yerindi, 
Açılan qol deyil, bu! 


 
68 
 
Ağlını yığ başına, 
Güc elə sən daşına. 
Baxma quru, yaşına, 
Sən gedən yol deyil, bu! 
 
Mövlud bilir hər şeyi
Boşla getsin hay, küyü. 
Bacar sən də tez böyü, 
Ağaya qul deyil, bu! 
 
2002 
 
 
       Canalı dağ 
 
Dərdim ağırdır mənim, 
Canalı dağ, Canalı?! 
Ömrüm nağıldır mənim, 
Canalı dağ, Canalı?! 
 
Dağ çəkilib sinəmə, 
Uğramışam dərd-qəmə! 
Ərz eləyim mən kimə
Canalı dağ, Canalı?! 
 
Nadan düşüb qabağa, 
Meydan oxuyur haqqa. 
Əl çalınır nahaqa, 
Canalı dağ, Canalı?! 
 
Əyriliyin həddi yox, 
İmansızın cəddi yox. 
Mən görmədim gözü tox, 
Canalı dağ, Canalı?! 
 
Mövlud Teymur sıxıldı, 
Çox yandı, çox yaxıldı, 
Dərdə əlac çağırdı, 
Canalı dağ, Canalı?! 
 
1986 
 
 
 


 
69 
Qarabağ döyüşündə bir əlini itirmiş  Əliyə 
 
Məndən, səndən ötrü getməmişdimi, 
Bu vətəndən ötrü getməmişdimi?! 
Sağlam, gümrah, diri getməmişdimi, 
Necə ağlamayım, sızıldamayım!? 
 
İndi iki qollu, bir əllisən sən, 
Bir sübut, bir faktsan, bir dəlilsən sən! 
Ürəyi yaralı bir əlilsən sən
Necə ağlamayım, sızıldamayım?! 
 
Bir şumal gənc idin, bir cavan oğlan, 
Bu dava dediyin  gəldi haradan?! 
Bunuçün yetirdi səni yaradan? 
Necə ağlamayım, sızıldamayım!? 
 
Mövlud gecə-gündüz  səni düşünür, 
Başında ağaran dəni düşünür. 
Səni əlsiz qoyan günü düşünür
Necə ağlamayım, sızıldamayım!? 
 
1992 
 
  
Qarabağ bizimdir anlayın, duyun 
 
Məni dərd yandırdı, ələm ağlatdı, 
Olmuşam fikirdən vərəm, ağlatdı. 
Dost, düşmən yanında yadlar dağlatdı, 
Hələ Qarabağım tapdaq altdadır! 
 
Gülən yağı olub, ağlayan da biz, 
Mələk sifətində görünür iblis. 
Guya olub doğru, rəvan, həm səlis, 
İtirib özünü dolaq altdadır! 
 
Dünya yaxşı görür, aləm dərk edir, 
Ona inananlar artıq şəkk edir. 
İndi haqq köhlənim “uçur”, bərk gedir, 
Yadırğayan yağım ayaq altdadır! 
 
Çıxmağa halı yox, durmağa tabı, 
Ömrünü yalanla yaşayır yabı. 
Gör necə boynunu qaşıyır yabı, 
Bicdiyi, gicdiyi papaq altdadır! 


 
70 
 
Gizlində hərlənir, aşkarda itir, 
Qoltuqlar altında göyərir, bitir. 
Kövşəyən mal kimi dal-qabaq gedir, 
Daha anlamır ki, çomaq altdadır! 
 
Artıq Tanrı versin dərsini onun, 
Kəssin birdəfəlik səsini onun. 
Qarabağ bizimdir anlayın, duyun, 
Yoxsa ki yeriniz torpaq altdadır! 
 
2008 
 
 
 
 
 
 


     
              
 
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə