Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   2   3   4   5   6   7   8   9   ...   27

 
11 
  Bu vecsiz dünyadan 
 
Ürəyim ağrıyır, başım sıxılır, 
Sevincim boşalır, nəşəm çıxılır. 
Alnımda min qırış, düyün yığılır, 
Bu vecsiz dünyadan, vecsiz dünyadan! 
 
Yaxşını görməyir, pisə baş əyir, 
Nadana arxanda mən varam deyir. 
Min fayda götürür vecsiz, min xeyir, 
Bu vecsiz dünyadan, vecsiz dünyadan! 
 
Qozanın yaxşısı ayıya düşür, 
Qaranlığın gözü nur, aya düşür. 
Bütövlər, bütünlər paraya düşür, 
                                                        Bu vecsiz dünyadan, vecsiz dünyadan! 
 
Ay Mövlud, sözünü kimə deyəsən, 
Nəyi soyunasan, nəyi geyəsən. 
Köçəndə bir yol var ağı deyəsən 
                                                        Bu vecsiz dünyadan, vecsiz dünyadan! 
                                                      
2000 
 
 
   Bir vaxt dağlar aşan canım 
 
Dərd əlindən ağırlaşdım, 
Yazıqlaşdım, fağırlaşdım. 
Hamar yolda sapdım, çaşdım, 
Bu da bir dərd oldu mənə! 
 
Bir vaxt dağlar aşan canım, 
Çaylar kimi coşan canım. 
Durnalarla uçan canım, 
İndi düşdü duman, çənə! 
 
2002 
 
 
 
 
 
 
 


 
12 
Yay olmadı 
 
Qardaş, bu il yay olmadı, 
Yanan çöllər zay olmadı. 
Durulan bir çay olmadı, 
İçək suyundan doyunca! 
 
Kimə deyirsən söz qanmayır, 
Doğru, dürüst, düz qanmayır. 
Necə yaydı heç anmayır, 
Gəzək yaylaqlar boyunca! 
 
Göydən duman azalmadı, 
Yaxşı, yaman azalmadı. 
Bir fərli də yay olmadı, 
Deyək bu il oldu uca! 
 
Dağda olduq, daşda olduq, 
Məclislərdə başda olduq. 
Həm sevindik, həm də dolduq, 
Qanad açdıq uça-uça! 
 
Heyif  bu yay yay olmadı, 
Gün olmadı, ay olmadı. 
Keçən yaya tay olmadı, 
Qəm əlindən olduq qoca! 
 
2009 
 
          Bədnəzər 
 
Adamı haldan salır, 
Göz, bədnəzər, pis niyyət. 
Paxıllar fikrə dalır: 
Niyə olsun şan-şövkət?! 
 
Pöhrə budaq qırılır, 
Ağcaqayın quruyur. 
Ürəyi təmiz olan 
Nə hiss edir, nə duyur! 
 
Bilmir quyu qazandır, 
İrəliyə gerilər. 
Bu gerilər – paxıllar, 
Olub çoxuna əngəl! 


 
13 
 
Göz, nəzər də paxıllar, 
Pis niyyət də paxıllar. 
Xudbin, xudpəsənd, xəbis, 
Pis, namərd də paxıllar! 
 
İtsin gözümdən, itsin, 
Ələm, qüssə, qəm, möhnət. 
Adamı haldan salır, 
Göz, bədnəzər, pis niyyət! 
 
2007 
  
 
          Biləmmədim 
 
Halım dəyişdi, 
Valım dəyişdi. 
Nə deyilişdi, 
Biləmmədim heç! 
 
Bəstəsi qırıq, 
Sözləri artıq. 
Bizdi, ya qıyıq, 
Biləmmədim heç! 
 
Sancıb, yıxandı, 
Nə buraxandı. 
Süngü, qalxandı, 
Biləmmədim heç! 
 
Qorunammadım, 
Qurudu matım. 
Dostumdu, yadım, 
Biləmmədim heç! 
 
Dünya beləymiş, 
Bir az tələymiş. 
Kaldı, ya dəymiş? 
Biləmmədim heç!? 
 
2008 
 
 
 


 
14 
         Apardı 
 
Kükrək  canım, haray canım, sel canım, 
Qabağına qatıb kini apardı. 
Ədavətə bir toy tutdu, vay tutdu, 
Yaddan çıxan ad gününü apardı! 
 
Heç baxmadı sağına, nə soluna, 
Alıb qapdı hər nə çıxdı yoluna. 
Bir təpindi qaratikan koluna, 
Tez sovurub toz, külünü apardı! 
 
Nə girdinlər, nə kötüklər, nə daşlar?... 
Sındı coşqun sularında boş başlar. 
Qorxusundan yoxa çıxdı qurd-quşlar, 
Kəsdi qırğı, sar dilini apardı! 
 
Dəli Araz, sanki kürlü bir Kürdü, 
Nə saf, çürük elədi, nə götürdü. 
Neçə qoyun, quzu uddu, ötürdü, 
Dağ keçini, dağ kəlini apardı! 
 
Nə unudum, nə itirim, nə danım, 
Əzəl gündən olub arxam, həyanım. 
İndi gülür hər  saatım, hər anım, 
Ömrümüzün nisgilini apardı! 
 
2000 
 
               Sadə deyimlər 
 
Təbiət, qələm əhli, 
Hər janrda yazır da. 
Yaxşı çıxır yazanda 
Nəzm, şeir, nəsir də! 
 
Gəraylısı, qoşması, 
Ürəyə yatımlıdır. 
Oxuduqca doymursan, 
Çiçək dadır, gül dadır! 
 
Dağ əzəmət bəxş edir, 
Təşəkkür eləyən yox. 
Başa düşən çox olar, 
Başa düşməyən də çox! 


 
15 
 
İnsan çiy süd əmibdi, 
“Hə”yə yox da deyir də. 
Bir yaxşını pisləyib, 
Bir yamanı öyür də! 
 
2005 
 
           Bir anda 
 
Nahaqqı  haqq görəndə, 
Qaranı ağ görəndə. 
Təpəni dağ görəndə, 
Alçalıram bir anda! 
 
Qiymətlini bilmirik, 
Qiymətsizi silmirik. 
Bir araya gəlmirik, 
Qocalıram bir anda! 
 
Dünya niyə belədi
Ağalar da kölədi. 
Hər addımı tələdi, 
Alçalıram bir anda! 
 
Hər əyri də, yalan da, 
Aldadan da, alan da. 
Düşmənə alçalanda 
Ucalıram bir anda! 
 
1992 
 
 
        Söz haqqında 
 
Söz var vüqar, dözümdü, 
Əzəmətdi, əzmdi. 
Min-min, xoş söz eşitsəm, 
Heç demərəm bəsimdi! 
 
Söz var ülgücdən iti
Söz var hökmü qətidi. 
Söz də insan kimidi, 
Var dönməzi, var sərti! 
 


 
16 
Söz var tənə, böhtandı, 
Öz yerini tapandı. 
Düz ürəyi, düz qəlbi, 
Partdadandı, çapandı! 
 
Söz var ürəyə, cana, 
Yağ kimi yayılandı. 
Tanrıdan saf eşq kimi 
Ürəyə qoyulandı! 
 
Söz var inci, gövhərdi, 
Bir işıqlı səhərdi. 
Qaranlıq ürəkləri 
Parıltıya döndərdi! 
 
Söz var ucadan uca, 
Söz var alçaqdan alçaq. 
Ancaq uca sözü də, 
Anlamayır hər alçaq! 
 
2002 
 
     Bir  şeytana 
 
Mələk sifətində şeytanı gördüm, 
Mənə gizli-gizli tələ qururdu. 
Aşkarda özünü mənə dost sanıb, 
Tost da söyləyirdi, cam da vururdu! 
 
Tanıyan tanıyır kimdir bu şeytan, 
Yalan üstdə ötən simdir bu şeytan. 
Hiylədir, kələkdir, cindir bu şeytan, 
Elə yolum üstdə hər vaxt dururdu! 
 
Məqam axtarırdı, fürsət gəzirdi, 
Üstümə tökməyə ələmi, dərdi. 
Yaxşı tanıyırdım mən bu namərdi, 
Alçaqlıq dağında özün yorurdu! 
 
Dünyada peşəsi ev yıxmaq idi, 
Sonra qəh-qəh çəkib, hey baxmaq idi. 
Zəhləm gedən adam bu axmaq idi, 
Bu niyə ölmədi, yaşadı, durdu! 
 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə