Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   2   3   4   5   6   7   8   9   ...   27

 
27 
Ata-babalardan miras qalıbdır 
Qadına məhəbbət, qadına hörmət! 
 
Qadındır təmizlik, saflıq timsalı, 
Ona həsəd çəkir dağların qarı. 
Qadını dünyada şöhrətləndirər 
İsməti, namusu, həyası, arı! 
 
Qadın gözəllikdir, qadın ülvilik, 
Qadındır çiçəyi, gülü hər evin. 
Heç nəyin olmasa, olsa qadının, 
A kişi, bil onda sən buna sevin! 
 
Dəysə qadın əli gül açar daş da, 
Onun əli ilə bişir bozbaş da! 
Hər şeyə tam verir, hər şeyə dad da
Odur ki çəkilir adı da başda! 
 
1987 
 
                Kəndim 
 
Əzəl gündən sən olmusan 
Qibləgahım, ana kəndim! 
Doğma, isti qucağından 
Yayınmadım yana, kəndim! 
 
Qürbət nədir, bilmədim heç, 
Sənsiz bir gün gülmədim heç. 
Qərib eldə ölmədim heç, 
Sənlə gəldim cana, kəndim! 
 
Yüz il keçə, min il keçə, 
Əsrləri dəryaz biçə, 
Ötə milyon gündüz, gecə, 
Məlhəm oldun cana, kəndim! 
 
Mövlud sənin qulun oldu, 
Gedən, gələn yolun oldu. 
Yorulmayan qolun oldu, 
Anasan balana, kəndim! 
 
1999 
 
 


 
28 
         Yurd həsrəti 
                    Həmyerlim  şair Daşdəmir Zülfüqarova 
 
Yurd həsrəti, el dərdi 
Sıxdı qürbətdə səni. 
Unutmadın bir an da, 
Doğma, ana vətəni! 
 
Hər il dedin gələrəm, 
Yurd-yuvamda gülərəm. 
Amma gəlmədin, nə qəm, 
Güldürmədin elini! 
 
Qoca vaxtı yön aldın, 
Meylini yurda saldın. 
Hamı dedi sən çaldın, 
Qırdın həsrət belini! 
 
2000 
 
 
Nə yaxşı ki gəlib çıxdın 
                    Doğulduğu eldən, obadan uzaqda yaşamış 
                    şair dostum Daşdəmir Zülfüqarova 
 
Uzaq düşdün öz elindən, yurdundan, 
Od götürdün qürbət elin odundan. 
Çıxarmışdın bu yanları yadından, 
Gec olsa da gəlib çıxdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 
 
Necə dözdün ayrılığa, hicrana, 
Uzun illər yön almadın bu yana. 
Yoxsa gəmin qərq olmuşdu tufana?! 
Dalğaları yarıb yıxdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 
 
Uşaq ikən sən getmişdin bu yerdən, 
Nə gec oldu qayıtmadın səfərdən?! 
Bir səs gəldi qulağıma, yerlərdən, 
Küləklərdən qanad taxdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 
 
Qoşa uçmaq istəmədin həyatda, 
Sevgin dəydi daşa dedin həyatda. 


 
29 
Ürəyində qaldı arzu, murad da, 
Oyanmadı yatan baxtın, Daşdəmir, 
Axırı ki gəlib çıxdın, Daşdəmir! 
 
Bəlkə bu da bir xoş həyat, ömürdü, 
Tənhalığı qəlbin sənə yön gördü!? 
Xəmirini kim yoğurdu, kim gördü?! 
Sən özünə necə baxdın, Daşdəmir, 
Axırı ki gəlib çıxdın, Daşdəmir! 
 
Doğrudan da, çətin işdir ev işi, 
Paltar işi, min cür tikiş, növ işi, 
Öhdəsindən necə gəldin, ay kişi, 
Ağı necə yuyub sıxdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 
 
Tənha ömür məngənə tək sıxandı, 
Sıxıb-sıxıb böyrü üstə yıxandı. 
Ötkəm canın sinə gərib dayandı, 
Bir möhtəşəm uca dağdın, Daşdəmir, 
Axırı ki gəlib çıxdın, Daşdəmir! 
 
“Ağır otur, batman gələr” el demiş, 
Dözüm, vüqar, səbir, təmkin səndəmiş?! 
Dünya sənin heç vecinə deyilmiş, 
Sən köçünü nə gec yığdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 
 
Ata yurdun görüb səni sevindi
Saçlarını hörüb səni sevindi. 
İndi sənin toy günüdü, kefindi, 
Şahə qalxır köhlən atın, Daşdəmir, 
Deyib-gülür dostun, yadın, Daşdəmir! 
 
Qəlbin gənclik həvəsiylə döyündü, 
Qohum-qardaş görüb səni öyündü. 
Əmin oğlu Eldar dedi xoş gündü, 
Sevincindən göyə qalxdın, Daşdəmir, 
Axırı ki gəlib çıxdın, Daşdəmir! 
 
Doğma ocaq basdı səni bağrına, 
Məlhəm oldu hər dərdinə, ağrına, 
Yenə mindin köhlən atın sağrına, 
Sellər kimi coşub axdın, Daşdəmir, 
Nə yaxşı ki gəlib çıxdın, Daşdəmir! 


 
30 
Heyifslənmə, belə gəldi səninki, 
Heç vaxt demə gətirmədi mənimki. 
İndi tapdın yaşamağın  çəmin ki, 
Qürbət eli sən buraxdın, Daşdəmir, 
Axırı ki gəlib çıxdın, Daşdəmir! 
 
İyun, 2000 
 
            Sizə həsəd çəkir 
 
Aydınlı kəndində Müsənnif, Aydın, 
Yaşayır gün kimi, ay kimi aydın. 
Kədərdən, qüssədən xeyli uzaqdı, 
Sevincdə şah palıd, məğrur qovaqdı! 
 
Bir tərəf meşədir, bir tərəf tala, 
Ötür yanlarından çay bala-bala. 
Elə bil göylərin yeddi qatında, 
Ərzi dolanırlar quş qanadında! 
 
Deyirəm, bu yerlər cənnət yeridi, 
Bu yerdən çox yerlər arxa-geridi. 
Xoşbəxtdir bu yerdə ömür sürənlər
Qonağa-qaraya çörək verənlər! 
 
Ay çörək verənlər, çörək qədrini, 
Kaş ki sizin kimi bilənlər olsun. 
Gözünün yaşını dolan göylərin 
Kaş ki sizin kimi silənlər  olsun! 
 
Çox şeydən yarıdız  dosta, qardaşa, 
Böyükdür haqqınız bu haqqı-sayda! 
Sizə həsəd çəkir göylər  sakini 
O yanan günəş də, o nurlu ay da!.. 
 
2004 
 
 
 
            İsmayıllı 
 
Günəşli, aylı 
Ulduz alaylı, 
Seçimli-saylı 
Diyarım mənim! 


 
31 
Qayalı, dağlı 
Bağçalı, bağlı. 
Ağır budaqlı 
Nübarım mənim! 
 
Yaşıl meşəli, 
Sərin guşəli. 
Çiçək döşəli 
Gülzarım mənim! 
 
Cənnət məkanlı, 
Qəlb oxşayanlı. 
Şeir, dastanlı 
Şairim mənim! 
 
1986 
 
 
   Quşencə kəndi 
 
Onda bu təravət, gözəllik hardan?! 
Gül ətri alıbdır, nazlı bahardan. 
Bu yer elə bil ki, uca dağlardan, 
Nə qədər ucadır bu aləm bilir! 
 
Günəş ilk nurunu bu yerə səpər, 
Odur ki, bu yerdə var dözüm, təpər. 
Burda ürəkləri ayırmır çəpər, 
Bir evin sevinci hər evdən gəlir! 
 
Qonağa məhəbbət, qonağa hörmət, 
Yayılır yağ kimi cana bu adət. 
Burda qanad açır vəfa, sədaqət, 
Zirvədən-zirvəyə uçur, yüksəlir! 
 
Bu Mövlud Teymurun bağlandığı yer, 
Əzəldən cənnətdir, behiştdir deyir. 
Yad yerdən kim gəlir qəm, qubar yeyir, 
Bu yerdən kim gedir, bil kefdən gəlir! 
 
1996 
 
 
         
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə