Mövlud Teymur


İlk müəllimim Adıxan İslamova



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
32 
                                                       İlk müəllimim Adıxan İslamova 
 
Sinif otağıdır yaşıl ormanın, 
O tumpul balalar otların sənin. 
Hər uşaq ürəyi bəhərin, barın, 
Tükənməz nemətin, dadların sənin! 
 
Bir də qayıdaydım ötən illərə, 
Olaydın sən də ki ilk müəllimim. 
Dönəydim yanında güllü çöllərə, 
Alaydın ətrimi, itəydi qəmim! 
 
Çox heyif! Axar çay axmaz tərsinə, 
Dünya da yoluyla gedir həmişə. 
Sənin nə dərsinə qulaq asıram, 
Nə də o günlərə çətin yetişəm! 
 
1997 
 
           Doğma yurd 
 
Bu yerə gələndə düşür yadıma, 
İlkinlik çağlarım – şən uşaqlığım. 
İndi xatirətək mənə görünən, 
Başımda bir duman, çən uşaqlığım! 
 
Yaddaş kitabımı vərəqlədikcə, 
Xəyal məni daim çəkir o yerə. 
Desəniz bir danış uşaqlığından, 
Az yox, danışaram min bir xatirə. 
 
Haleybəy gələrdik, dəstələnərdik, 
Mən güclü dəstəyə düşərdim çox vaxt. 
Oynardıq “Bənövşə”, “Topaldıqaç”ı, 
Ürəyi gülümsər, üzügülər, şad!.. 
 
Hələ demirəm ki, Feyzibalayla, 
Tez-tez güləşərdim yaşıl çəməndə. 
Dağlarda-daşlarda alpinist kimi, 
Onunla gəzərdim dumanda, çəndə.. 
 
Yorulmaq-usanmaq bilməzdik nədi, 
Biz günü beləcə axşam edərdik. 
Dağlardan, çöllərdən, meydançalardan, 
Çəkilib həvəslə evə gedərdik. 


 
33 
Bu yerə gələndə düşür yadıma, 
Uşaqlıq çağlarım azı min kərə. 
Desəniz bir danış uşaqlığından, 
Az yox, danışaram min bir xatirə!.. 
 
1979 
 
                                                   Vaxtilə təhsil aldığım Şamaxı humanitar 
       təmayüllü internat məktəbinə 
 
Xəyalımda, xatirimdə qalmısan, 
Ürəyimdə, dərd-sərimdə qalmısan. 
İllər ötüb öz yerində qalmısan, 
Dəyişilən bircə mənəm, a məktəb! 
 
Saç ağarıb, göz dumana dönübdü, 
Baş fikirdən ah-amana dönübdü. 
O günlərə yana-yana dönübdü, 
Dəyişilən bircə mənəm, a məktəb! 
 
Yadımdadır Təbriz, İzzət müəllim, 
Əsgər, Badam, Mənnan, Şərbət müəllim. 
Teymur, Adil, Süliddin sərt müəllim, 
Dəyişilən bircə mənəm, a məktəb! 
 
O məktəbli günlər qaldı geridə, 
Coşqun təbli günlər qaldı geridə. 
Bir söz desəm anar göyü, yeri də, 
Dəyişilən bircə mənəm, a məktəb! 
 
Mövlud sandı səni əziz, həm doğma, 
Verdi gücü təbə, eşqə, ilhama. 
Səni yazdı, çatdı arzu, xoş kama, 
Dəyişilən bircə mənəm, a məktəb! 
 
1987 
 
 
                  Azdı 
 
Həyatı dərk edən azdı dünyada, 
Onlar bir bahardı, yazdı dünyada. 
Kamandı dünyada, sazdı dünyada, 
Ötür vətən üçün, ötür el üçün! 
 


 
34 
Mayası qaymaqdı, qayəsi şirin, 
Hikməti böyükdü, nağılı dərin. 
İsti yay günündə küləyi sərin, 
Əsir çəmən üçün, əsir çöl üçün! 
 
Çiçəyi sığallar, gülü əzizlər,  
Yollardan xəzəli silib-təmizlər. 
Tutar camalına ayna dənizlər, 
Böyük hörmət üçün, həm “sağ ol” üçün! 
 
Üzünə aran da, dağ da açıqdı, 
Qəlbində yurd salan kasıb, yazıqdı. 
El üçün yanmayan eldən uzaqdı, 
Yanır şikəst üçün, yanır şil üçün! 
 
Mövlud, yaxşı tanı zəri, gövhəri, 
De kim yada salar paslı dəmiri?! 
Həyatı dərk edən çevikdi, diri, 
Yaşayır, yaradır milyon il üçün! 
 
2000 
 
 
 
        Allah bizə yar idi 
 
Atam məni internata verəndə, 
Onda mənim on dörd yaşım var idi. 
Xatırlayım o atalar sözünü: 
“Az aşım, ağrımaz başım” var idi! 
 
Nə dərd bildim, nə ayrılıq, nə hicran, 
xəstəlik, nə naxoşluq, nə dərman. 
Məni ancaq düşündürdü bir “fərman”: 
Tək oxumaq... Macal, vaxtsa dar idi! 
 
İstəyimiz genişliyə yol açmaq, 
Göy səmada günəş kimi nur saçmaq. 
Bu məqsədlə döyünürdü qəlb ancaq, 
Tanrı bizə, Allah bizə yar idi! 
 
1993 
 
 
 


 
35 
Mənə çətin gəlir 
                   Bu şeir son zəngdə oxunmuşdur 
 
Məktəbdən ayrılmaq, doğma məktəbdən, 
Mənə çətin gəlir, çox çətin gəlir. 
On bir il olduğum yerdən ayrılmaq, 
Doğrusu, çətindir, bilənlər bilir! 
 
Axı, burda mənim neçə xatirəm, 
Neçə şirin sözüm, söhbətim qalır. 
Əziz şagirdlərə, müəllimlərə, 
Böyük məhəbbətim, hörmətim qalır! 
 
Yox, yox! Ayrılsam da doğma məktəbdən, 
Çıxmaz xatirimdən məktəb illəri. 
Mən harda olsam da, hansı məkanda, 
Unuda bilmərəm mən bu günləri! 
 
1970 
 
 
            Son zəng münasibətilə 
             məktəb məzunlarına 
                    ( zarafatla ) 
 
On birinci sinifdə 
Səkkiz uşaq oxuyur. 
Səkkiz pöhrə, səkkiz şüy, 
Səkkiz budaq oxuyur. 
 
Qoy söyləyim, qoy deyim, 
Onlar on dörd olublar, 
Səkkiz nəfər qalıblar. 
Mən demirəm onları 
Yarı yolda salıblar! 
İndi səkkiz nəfərdi, 
Bir candı, bir ciyərdi! 
 
Kölgə salıb telləri 
Çölə, düzə, tarlaya. 
Neçə ildir məktəbi 
Salıb dərdə, bəlaya! 
 
“Qaç” deyirsən, dururlar, 
“Dur” deyirsən, qaçırlar. 


 
36 
Min oyun göstərirlər, 
Min möcüzə açırlar. 
 
Guya böyük olublar, 
Üz qırxıb, bığ qoyurlar. 
Təsbeh tutub-atırlar, 
Papiros çəkib uyurlar! 
 
Elnara bax, Elnara, 
Qızarıb dönüb nara. 
Soruşun bu sifətlə 
Hara gedir, bu hara?! 
 
Elvin – evin uşağı, 
Qoyun-keçi qocağı! 
Lap tənbəlin biridir 
Oxumaqda açığı! 
 
Elçinə bax, Elçinə 
Xozu-xozu hərlənir. 
Forsu tutub aləmi, 
Orda-burda girlənir! 
 
Pəhləvanam deyirdi, 
Ayaz qışda, ayazda. 
günə qoyub qolun 
Tullananda bu yazda! 
 
Şaiqə bax, Şaiqə, 
Baxır qərbə, gah şərqə. 
Çox axtarır, tapmayır 
Özünə dost, rəfiqə. 
 
Durna durnaya dönüb 
Göylə gedir səmada. 
Deyir, kitab, əlindən 
Durna çətin qayıda?! 
 
Aygül Ayda, Marsdadı, 
Sevinci sığmır göyə. 
Hazırlaşır bu gündən 
Müəllimliyə getməyə. 
 
Aynur nurdu, çıraqdı, 
Bir qaynayan bulaqdı. 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə