Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
37 
Fikirləri özündən 
Öndə gedir, qabaqdı! 
 
Xəyalə xəyaldadır 
Ayılmayıb hələ də. 
Ha gözlədik,  gəlmədi 
Bu məktəbə bir gün də! 
 
O biri Xəyalənin 
Qəlbi xoşdu, könlü şən. 
Öz sinif dostlarını 
Çıxarmayır fikrindən! 
 
Arzusu nakam qalan 
Mahir vardı burada. 
Axtarırıq biz indi 
O hardadır, o harda!? 
 
Xəlil uzaq eldədi  
Dosta qonaq eldədi. 
Bu gün, sabah gələrəm 
Darıxmayın siz dedi! 
 
Bəxtiyar bəxtəvərdi, 
Naxçıvanda əsgərdi. 
Deyir sinif dostlarım 
Qəlbimdə bir zəfərdi! 
 
Yusif Yusif Sərracdı, 
Gah taxtdadır, gah yerdə. 
Yaylaqlarda dolanır, 
Xoşdur ona çöllər də! 
 
Xatirədir bu şeir, 
Məndən bu şagirdlərə. 
Bu günü yad eləyin 
Siz gedəndə şəhərə! 
 
Deyin Buynuz kəndində
Müəllim var, məktəb var. 
Kitab, dəftər, qələmdan, 
Sual, cavab, tələb var! 
 
Köksünüzdə gəzdirin 
Bu işığı, bu nuru. 


 
38 
Burda gəzin, axtarın 
Həyatdakı uğuru! 
 
2003 
 
 
      Təmizlik 
 
Otu tapdalama, çiçəyi əzmə, 
Torpaqdan göyərib, torpaqdan çıxıb. 
Büllur bulaqları hifz elə, qoru, 
Koroğlu suyuna dodağın sıxıb! 
 
Günəşə sən nurlu gözlərinlə bax, 
Yoxsa ki nurunu səndən əsirgər. 
Ayın qarşısında ay ürəkli ol, 
İstəsən saf olsun ürəyin əgər! 
 
Mən səni pis yola səsləməyirəm, 
Əyriyə qamçı ol, düzə də həmdəm. 
Bu dünya heç kimə qalmayacaqdır, 
Ömründə söyləmə sən “mənəm, mənəm!”.. 
 
Təmiz adamlarla otur, dolan, gəz, 
“Təmizlik ürəyin qızılgülüdür. 
Şayiə gəzdirib, tor quranların, 
Bədəni sağsa da, özü ölüdür!”. 
 
1979 
Son üç misranın müəllifi Xəlil Rzadır. 
 
                  
 
               Qarağaclar 
 
Niyə quruyursuz, ay qarağaclar, 
Sizi qarğıyanın dili qurusun. 
Sizin halınıza yanıram hər gün, 
Ürəyim ağrıyır, sözün doğrusu. 
 
Niyə quruyursuz, ay qarağaclar? 
Niyə meşələri tərk eləyirsiz?! 
Niyə qoca anan – bu təbiəti, 
Kədərə, qüssəyə qərq eləyirsiz?! 
 


 
39 
Bu nə xəstəlikdir düşübdür sizə
Ulu nəslinizin kökü kəsilir. 
Bakı-Qaraməryəm şossesi boyu, 
Quru cəsədiniz görünür bir-bir! 
 
Ən böyük faciə!.. Böyük müsibət!.. 
Palıd, gözünü aç, çinar, fikir ver, 
Bir vaxt sizin ilə qol-boyun duran, 
Qarağac quruyur bu möcüzədir! 
 
Aman, belə halda sizi görəndə, 
Qorxuram quruya çaylar, bulaqlar... 
Sizin kölgənizdə bir vaxt dincələn, 
Razıyam quruya zatı qırıqlar! 
 
Təki siz, təki siz qurumayaydız, 
Sizi qarğıyanın dili qurusun. 
Sizin halınıza yanıram hər gün, 
Ürəyim ağrıyır, sözün doğrusu! 
 
İyun, 1988 
 
 
Qalırsan mat-məəttəl 
                    Dünyagörmüş ağsaqqal Novruz Ağayevə 
 
Dünyanı görürsən, ərzi görürsən, 
Dərəni görürsən, düzü, görürsən. 
Bilmirsən kim kimdi, düzü, görürsən, 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 
 
Qarışqa özünü fil tək göstərir, 
Tülkü də özünü pələng göstərir. 
Şeytan da özünü mələk göstərir, 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 
 
Bilmirsən dağ dağdı, təpə təpədi, 
Dalğa dalğadımı, ləpə ləpədi?! 
Həqiqət həqiqət, “çepe çepedi?!”. 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 
 
Dərdini deməyə üz tapmayırsan, 
Əyri xirtdəyəcən, düz tapmayırsan. 
İynə axtarırsan, biz tapmayırsan, 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 


 
40 
Kimi qaralayıb, kimi sancasan, 
Hara yön alasan, hara qaçasan. 
Hər yanda gic, satqın, hər yanda şeytan, 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 
 
Dərdim çox, sərim çox açıb deməyə, 
Kimi çağırasan, kimi, köməyə. 
Gördüm ki, layiqdir çoxu “öl”məyə, 
Qalırsan mat-mətəl, ay Novruz dayı! 
 
1992 
 
 
                 Dördlüklər 
 
Sözün qüdrətinə, gücünə inan, 
Qılıncdan itidir, oxdan kəsərli. 
İş var düzəlməyir zorla, hədəylə, 
Bir kəlmə söz ilə düzəlir, bəli! 
 
Söz var ürəklərə axır yağ kimi, 
Şirindir, şəkərdir, baldır elə bil. 
Söz var qılınclayır, kəsir sinəni, 
Min loğman gəlsə də sağalan deyil! 
 
De sözdən kim küsər, de kim inciyər, 
O söz çiçək olsa, o söz gül olsa. 
Söz əgər çevrilib olarsa zəhər, 
Ürək qəmə batar, könül  də yasa! 
 
Açılmaz qapını açan söz olub, 
Dünyaya işıq, nur saçan söz olub. 
İlk dəfə dil açan körpələrin də 
Şirin dodağından uçan söz olub! 
 
Söz var ürək açır, könül oxşayır, 
Söz var ara vurur, min ara qatır. 
Adam var şan-şöhrət qazanır sözlə, 
Adam var söz üstdə on beş il yatır! 
 
1978 
 
 
 
 


 
41 
               Deməmişəm 
 
Ömründə birini aldatmamışam, 
Boğazdan yuxarı söz deməmişəm. 
Haqdan, ədalətdən kam almışam, kam, 
İpəyin yerinə bez deməmişəm! 
 
Hər yerdə sözümün ağası oldum, 
Ellərin baharı, həm yazı oldum. 
Günəşin eşqiylə boşaldım, doldum, 
Yanmayan ocağa köz deməmişəm! 
 
Mən dözə bilmədim yalana, şərə, 
Min lənət yağdırdım bu ünsürlərə. 
Əzəldən vurğunam nurlu səhərə, 
Əyriyə, dönüyə düz deməmişəm! 
 
Dağlara söykəndim dağlar oğlutək, 
Qorxmadım düşməndən qoç Koroğlutək. 
Hər yerdə oxudum aşıq Alıtək: 
Astarın yerinə üz deməmişəm! 
 
Bu Mövlud Teymurun sözü uludur, 
Nahaqqın ağası, haqqın quludur. 
Yolu Vətən yolu, bu el yoludur, 
Əlini Allahdan üz deməmişəm! 
 
1990 
 
Qeyrət hissi 
 
Açılan çiçək də solur, soluxur, 
Haqqı  haqsız yerə haqsızlar boğur. 
Görəndə bunları sinəm dərd doğur, 
Saxlaya bilmirəm  sevinc özümdə, 
Hər şey gözdən düşür görən gözümdə! 
 
Yıxılan bəndəni qaldıran yoxdu, 
Ac elə ac qalıb, tox elə toxdu. 
Əzilən, döyülən, vurulan çoxdu, 
Deyir bir zırrama bu da ki azdı, 
Elə bil başıma dəyən qapazdı! 
 
O nadan nə bilir vətən, xalq nədi, 
Ədalət, həqiqət, düzlük, haqq nədi. 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə