Mövlud Teymur



Yüklə 5,48 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix12.10.2018
ölçüsü5,48 Mb.
#73376
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 
42 
Bu dərə, bu təpə, bu düz, dağ nədi, 
Bildiyi çaxırdı, bir də araqdı, 
Ondan qeyrət hissi kənar, uzaqdı! 
 
Bu günü dünəndən daha ağırdı, 
Ürəyi kin dolu, qəlbi paxırdı. 
Özüm də bilmirəm necə dılğırdı, 
Rədd olsun qarşımdan, itsin gözümdən, 
Belə adamlara öl deyir vətən! 
 
1989 
 
 
Niyə məndən qaçırlar 
 
Heç bilmirəm özüm də                                                      
Yalan yoxdur sözümdə.                                                   
Düzü görür gözüm də, 
Niyə məndən qaçırlar?! 
 
Yumşaq, həlim üzüm var, 
Gül bitirən düzüm var. 
Hamar yolum, izim var, 
Niyə məndən qaçırlar?! 
 
Yolun azan deyiləm, 
Quyu qazan deyiləm. 
Haqqı pozan deyiləm. 
Niyə məndən qaçırlar?! 
 
Bəlkə qaradinməzəm, 
Yanan yerdə sönməzəm. 
Çox mətinəm, dönməzəm, 
Niyə məndən qaçırlar?! 
 
Nahaqqa dağ qoymuşam, 
Bəd köksünü oymuşam. 
Şərbət içib doymuşam, 
Niyə məndən qaçırlar?! 
 
Yaxşısı da, pisi də, 
Əyrisi də, düzü də, 
Boylusu da, mizi də... 
Niyə məndən qaçırlar?! 
  


 
43 
Sirrin bilə bilmədim, 
Açılar sirr mən dedim. 
Fikrə getdim, qəm yedim, 
Niyə məndən qaçırlar?! 
 
1996 
 
 
                       Qorxuram 
 
Qorxuram bu dünya dağıla birdən, 
Heç əsər qalmaya kənddən, şəhərdən. 
Biz də ölüb gedək cavan yaşında, 
Ya evdə, ya çöldə, ya da maşında! 
Doğulduğum kəndin yaxınlığında, 
Yaşıl bir meşənin gen qucağında, 
Görürəm daşları mən qalaq-qalaq, 
Keçmişdən gətirir min xəbər, soraq! 
Tarixin nə qədər gör yaddaşı var!? 
Yaxşının, xeyirin şər qardaşı var? 
Sən şər söyləməsən xeyir görməzsən
Nədir başımızdan bir zaman əsən?! 
Küləkmi, tufanmı, zəlzələmi de? 
Dəhşətmi, vəhşətmi, qəm-ələmmi de?! 
Dağılan, soğulan ölkələr olub, 
 Doğruya çevrilən bəlkələr olub! 
Taleyin hökmünə şəkk gətirmə sən, 
Bir anda yox olar dağ, dərə, çəmən! 
Hər şey ola bilər, hər şey labüddü, 
Dünya da təndirə yapılan kütdü. 
Gedər də, axar da, düşər də birdən
Allah hifz eləsin bizi bu şərdən! 
 
2001 
 
 
                                                                İnsan 
 
Şəhərdə avara insanlar gəzir, 
Arayın, axtarın,  çıxarın üzə. 
Onlara bir qulaqburması verin, 
Siz dəvət eləyin onları düzə! 
 
Qoymayın məhv olub, gedə uçruma, 
İnsana arxadır, köməkdir insan. 


 
44 
Uzadın qayğıkeş əllərinizi, 
Əyri də dəyişib düz olar, inan! 
 
1980 
 
 
Tələbəlik dostum Əjdər Şirinbəyoğluna 
 
Bəy oğlusan, Şirinbəyin oğlusan, 
Xoş arzunun, xoş diləyin oğlusan. 
Sədaqətdə, əhddə yeyin oğlusan
Dostluğuna, dostum, sözüm olmadı, 
Deyiləsi sənə sözüm qalmadı! 
 
Harda oldu yuvan, yurdun soruşdun, 
Aranda, həm dağda durdun soruşdun. 
Bizə gəlsin, sən – buyurdun, soruşdun, 
Dostluğuna, dostum, sözüm olmadı, 
Deyiləsi sənə sözüm qalmadı! 
 
İsti qəlbin açdı məni qarda da, 
Gəzdin məni çətində də, darda da. 
Görməmişdim bu xisləti baharda, 
Dostluğuna, dostum, sözüm olmadı, 
Deyiləsi sənə sözüm qalmadı! 
 
Sən Mövludun Nuhdan gələn dostusan, 
Bəydən gələn, şahdan gələn dostusan. 
Dost qədrini çoxdan bilən dostusan, 
Dostluğuna, dostum, sözüm olmadı, 
Deyiləsi sənə sözüm qalmadı! 
 
2000 
 
 
                İsmayıllım 
 
Rayonlar içində bir rayonum var, 
Onda neçə-neçə qəhrəmanım var. 
İvanovka kimi gülüstanım var, 
A mənim ətirli, tər İsmayıllım, 
Vüqarlı, hünərvər - ər İsmayıllım! 
 
Ana vətənimin bir parçasıdır, 
Gəl, gör ki çörəyi, duzu nə dadır?! 


 
45 
Bərəkət, ülviyyət, ətriyyət satır... 
Torpağı bir dövlət, var İsmayıllım, 
Dağları il boyu qar İsmayıllım! 
 
Gəz yaşıl çəməni, qalx dolan diki, 
Azad xalqınındır varı var nə ki... 
Hüsnünə nur saçır Niyal, Əbrəki, 
Mənim günəş qəlbli şən İsmayıllım, 
Hər tərəfi gül, gülşən İsmayıllım! 
 
Uca dağlarından axan çayı var, 
Dəlisov Göyçayı, Girdmançayı var. 
Zəfərlərlə dolu günü, ayı var, 
Qoynu tamaşalı, sirr İsmayıllım, 
Amalı bir olan, bir İsmayıllım! 
 
Gözəlliyin rəmzi olub binadan, 
İpək təbiətli qoca Talıstan, 
Könüllər oylağı uca Talıstan, 
Taledən verilən pay İsmayıllım, 
Gözəldir payız, qış, yay  İsmayıllım! 
 
Dağların babası  Baba dağın var, 
Min nübar yetirən bağça-bağın var. 
Xoş keçən günlərin, qaynar  çağın var, 
Könüllər oxşayan şən İsmayıllım, 
Sənə qurban olum mən, İsmayıllım! 
 
1978 
 
 
         Yerin bəllidir 
           Asayişin keşiyində dayanan, gözəl insan,                  
      İsmayıllının Polis rəisi, hörmətli Nizami Qocayevə 
 
Ellərin gözündə uca olmusan. 
Ürəyi sevinclə, eşqlə dolmusan. 
Həmişə şux, ötkəm, uca qalmısan, 
Məğrur Baba dağı kimisən, qardaş! 
 
Düzə yaxın oldun, haqqı qorudun, 
Vətəni, bağçanı, bağı qorudun. 
Göylərə  ucalan dağı qorudun, 
Ay, ulduz işığı kimisən, qardaş! 
 


 
46 
Sevdin eli, yurdu, doğma diyarı, 
Açdı ürəyini Vətən baharı. 
Səni əziz sandı bu el dağları, 
Çağlayan bulağı kimisən, qardaş! 
 
Gəlmisən göz üstdə yerin bəllidi, 
İsmayıllıya faydan, xeyrin bəllidi. 
Hünərin, qüdrətin, sehrin bəllidi, 
Tərtəmiz gül bağı kimisən, qardaş! 
 
Durdun asayişin keşiyində sən, 
Sanki öz evində, eşiyindəsən. 
Yaşarsan əbədi ürəyimdə sən, 
Ən şirin bir duyğu kimisən, qardaş! 
 
İsmayıllı, 2009 
 
 
                               Vətənə bağlıyam 
 
Özümün özümə təşəkkürüm var
Ömründə bir yalan danışmamışam. 
Dostlar məclisində artiq söz ilə
Nə quru hay-küylə coşub-daşmışam! 
 
Özümün özümə təşəkkürüm var, 
Düzlüklə tanınıb, ad çıxarmışam. 
Ötən günlərimi xatırlayanda, 
Sən demə sehrli bir nağılmışam! 
 
Özümün özümə təşəkkürüm var, 
Sevinc də daşıyıb, qəm də yemişəm. 
Qorxmadım düşmənin vəzifəsindən, 
Ona da sözümü dürüst demişəm! 
 
Özümün özümə təşəkkürüm var. 
Hər şeyin yerini yaxşı bilmişəm.  
Harada danışmaq, harada susmaq, 
Həyatın sirrini yaxşı bilmişəm! 
 
Özümün özümə təşəkkürüm var,  
Oturub-durmuşam yaxşılar ilə.        
Qol-boyun olmuşam mən ki əzəldən, 
Al-əlvan yaz ilə, xoş bahar ilə! 
 


Yüklə 5,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə