Mövz Komputer qrafikasının əsasları • Kompüter qrafikasının inkişaf tarixi və tətbiq sahələri



Yüklə 25,53 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü25,53 Kb.
#81497
  1   2   3   4   5
Kom. qraf. əsasları-1


Mövz 8. Komputer qrafikasının əsasları

• Kompüter qrafikasının inkişaf tarixi və tətbiq sahələri

• Kompüter qrafikasının növləri:Rastr qrafikası,Vektor qrafikası,Üçölçülü və Fraktal təsvirlər.

Qrafik redaktorlar tətbiqi proqram paketləri olub, qrafik təsvirlərin yaradılması və emalı məqsədilə tətbiq olunurlar. Bu sinfə aşağıdakı proqramları aid etmək olar:

1) Rastr;

2) Vektor;

3) Fraktal.

Rastr redaktorları. Qrafik obyekt rastrı yaradan nöqtələr kombinasiyasından ibarət olduqda və həmin nöqtələr müəyyən parlaqlığa və rəngə malik olduqda rastr redaktorlarından istifadə edilir. Bu cür yanaşma o vaxt müəyyən səmərəyə malik olur ki, obyektin təşkil olunduğu elementlər haqqındakı informasiya, elementlərin hansı formaya malik olması informasiyasına nəzərən daha vacib olsun. Bu dediklərimiz foto və poliqrafiya təsvirlərinə aiddir. Rastr redaktorları təsvirlərin emalı, foto neqativ şəkillər üzərində lazımi düzəlişlərin aparılması, fotoeffektlərin və bədii kompozisiyaların (kollajların) yaradılmasında daha çox istifadə olunur. Rastr redaktorları vasitələri ilə yeni təsvirlərin yaradılması imkanı bir qədər məhdud olur və çox vaxt rahat olmur. Əksər hallarda rəssamlar ənənəvi alətlərdən istifadə edib, alınmış rəsmi skanerlər vasitəsilə kompyuterə daxil edir və sonra rastr redaktorlarının köməyi ilə xüsusi effektləri tətbiq etməklə başladıqları işi sona çatdırırlar. Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi üçün və bu məqsədlə onların fərdi kompyuterlərə daxil edilməsi üçün rəqəmli foto və videokameralardan geniş istifadə olunur. Bu səbəbdən də rastr illyustrasiyaları ilə işləmək üçün yaradılmış qrafik redaktorların əksəriyyəti təsvirlərin yaradılmasından çox, onların emalı üçün nəzərdə tutulmuşdur.

Rastr təsvirinin əsas elementi onun nöqtəsidir. Əgər bu ekran təsviridirsə, nöqtə piksel adlanır. Fərdi kompyuterin əməliyyat sisteminin hansı qrafik rejimə uyğunlaşdırılmasından asılı olaraq, ekranda 640x480, 800x600, 1024x768 və daha çox pikselə malik təsvirlər yerləşdirmək mümkündür.

Təsvirin həlli onun ölçüsü ilə bilavasitə əlaqədardır. Bu parametr bir dyüm uzunluq vahidinə düşən nöqtələrin sayı ilə (dot per inch – dpi) ölçülür.

Diaqonalı 15 dyüm olan ekranda təsvir təqribən 28x21 sm2 ölçüdə olur. Bir dyümün 2,54 mm-ə bərabər olduğunu nəzərə alsaq, monitorun 800x600 piksel rejimində işi zamanı ekran həlli (1 dyümə düşən nöqtələrin sayı) 72 dpi-yə bərabər olduğunu asanlıqla hesablamaq olar.

Qeyd etmək lazımdır ki, ekranda bir nöqtənin kodlaşdırılması üçün üç bayt tələb olunur. Əgər ekrandakı təsvir rənglidirsə, onda belə olan halda adi rəngli fotoşəkillər üçün 4 bayta qədər verilənlər massivi tələb olunur.

Rastr təsvirinin yaradılması üçün ən əsas proqram vasitələrinə Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramlarını misal göstərmək olar.

Rastr qrafikasının çatışmayan cəhətləri aşağıdakılardır:

• Rastr təsvirinin istifadəsi zamanı əsas problem verilənlərin həcmcə böyük olmasıdır. Məsələn, adi jurnalın iki səhifəsi ölçüsündə böyük ölçülü illüstrasiyalarla fəal işləmək üçün böyük tutuma malik əməli yaddaşı olan (128 Mbayt və daha artıq) fərdi kompyuterlər tələb olunur. Bu parametrlə yanaşı istifadə edilən fərdi kompyuterin tərkibindəki mikroprosessorun da məhsuldarlığının yüksək olması vacibdir.

• Rastr təsvirlərinə aid detalların nəzərdən keçirilməsi üçün onların böyüdülməsinin qeyri-mümkünlüyüdür. Təsvir nöqtələrdən ibarət olduğu üçün onun böyüdülməsi təsviri təşkil



  • edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır. Nəticədə təsvirdə əlavə detalları görmək istifadəçi üçün mümkün olmur. Bununla yanaşı, nöqtələri böyüdülmüş illüstrasiyanın vizual görünməsi təhrifə uğrayır və ümumilikdə illüstrasiya kobudlaşır. Baş verən proses rastr qrafikasında pikselləşdirmə effekti adlanır.

Yüklə 25,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə